Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə16/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   93

33 
 
2. Plan – mündəricat. Burada referatın hissələrinin (giriş, fəsillər, paraqraflar və s.) adı 
və səhifələri ardıcıllıqla göstərilir. 
3. Giriş. Tədqiq olunan problemin mahiyyəti formalaşdırılır, seçilən mövzu 
əsaslandırılır, onun əhəmiyyəti və aktuallığı müəyyən olunur, referatın məqsədi göstərilir, 
istifadə olunan ədəbiyyatın icmalı verilir.  
4. Əsas hissə. Məzmun məntiqi ardıcıllıqla formalaşan fəsillərdən (paraqraflardan) ibarət 
olmalıdır. Hər fəsildə müəllifin tədqiqatları  nəticəsində problemin bir hissəsinin həllini 
göstərən açıqlamalar, mülahizələr və s. şərh olunur.  
5. Nəticə. Mövzu üzrə  nəticələr çıxarılır, ümumiləşdirilmiş bir fikir, yaxud  tövsiyələr 
təklif edilir.  
6. Ədəbiyyat siyahısı

 
Təlim layihələri  
 
Layihə – konkret bir problemin həllinə yönəlmiş  və  əvvəlcədən qoyulmuş  məqsədlərə 
nail olmaq üçün həyata keçirilən fəaliyyət formasıdır. Layihəyə    məruzələr, referatlar, 
tədqiqat və şagirdlərin digər müstəqil yaradıcılıq işlərinin nəticələri də bir element kimi daxil 
ola bilər. Bu halda hər bir material layihənin məqsədinə nail olmağa xidmət etməlidir.  
Layihə üçün mövzular seçilərkən bəzi məsələlərə diqqət yetirmək lazımdır.  Şagirdlərə 
onların nisbətən tanış olduqları mövzuları vermək tövsiyə edilir. Layihəni yerinə yetirəcək 
şagirdin mövzu barədə ilkin təsəvvürlərinin olması vacibdir. Lakin çox yaxın mövzunun 
seçilməsi də məqsədəuyğun deyil. Mövzu elə seçilməlidir ki, şagird layihə üzərində çalışdığı 
zaman yeni bilik və bacarıq əldə edə bilsin.  
Layihələr öyrədici və müstəqil yaradıcı iş olmaqla iki növə ayrılır. Təlim layihələrinin 
yerinə yetirilməsi  şagirdlərdə bir çox mühüm bacarıqların formalaşmasına səbəb olur. 
Komandada birgə işləmək, müstəqil tədqiqat aparmaq, nəticələri düzgün sistemləşdirmək və 
onları lazımi qaydada təqdim etmək kimi mühüm vərdişlərin yaranmasında layihə 
fəaliyyətinin böyük əhəmiyyəti vardır.  
Bu məqsədlə dərslikdə bir çox mövzuların sonunda öyrənilmiş materialın dərinləşdiril-
məsi və müxtəlif tətbiq sahələri haqqında biliklərin genişləndirilməsi məqsədilə bir neçə 
təlim layihəsi verilmişdir. Təbiidir ki, müəllim  şagirdlərə özünün də  məqsədəuyğun hesab 
etdiyi müxtəlif mövzularda təlim layihələri verə bilər.  
 
DEBAT DƏRSLƏRİ NECƏ TƏŞKİL ETMƏLİ 
 
1.  Debatın mövzusunu müəyyən edin. Mövzu elə seçilməlidir ki, o, şagirdlər üçün maraqlı 
olsun və müzakirələr üçün geniş imkanlar yaratsın.  
2.  Eyni sayda üzvləri olan təsdiq və inkar edən komandaları qruplaşdırın.  
3.  Püşk atmaqla hansı komandanın təsdiq edənlər, hansıların isə inkar edənlər olduğunu 
müəyyənləşdirin. Bunu könüllü surətdə də etmək olar.  
4.  Şagirdlərə arqument və  əksarqumentlərlə kömək edin. Dərslikdə verilmiş nümunələr 
əsasında şagirdlərin öz fərziyyələrini söyləmələrinə nail olur.  
5.  Debatın necə keçiriləcəyini, reqlamenti və iştirakçıların rolunu şagirdlərlə razılaşdırın.  
6.  Hakimlərin kimlər olacağını müəyyən edin.  
7.  Debatı keçirərkən reqlamentə ciddi riayət edin.  
 
Çıxış edənlərin vəzifəsi onların hansı komandaya aid olmasından asılıdır.  


34 
 
Təsdiqedici komanda hakimləri öz mövqelərinin doğru olduğuna inandırmalıdır.  Ona 
görə  də ilk çıxış edən iştirakçılar hakimlərə özlərinin arqumentlər sistemini təklif 
etməlidirlər. Debat zamanı komanda üçün əsas məsələ onun bütün iştirakçılarının  əsas 
arqumentlərini aydın, səlis və inandırıcı  şəkildə  təqdim etməsidir. Nitqi kiçik hissələrə 
bölmək məqsədəuyğun deyil.  
İnkaredici komandanın  vəzifəsi isə opponentlərin arqumentlərini təkzib etməkdir. 
Onlar təkliflərlə “razı deyillər” və hakimlərin diqqətinə problemə yanaşmada  əks mövqeyi 
təqdim edirlər.  İlk çıxış edən nümayəndə  təklif olunan baxışların müdafiəsi üçün öz 
arqumentlərini irəli sürür. Komandanın çıxış edən digər üzvləri isə onun baxışlarını 
əsaslandırılmış arqumentlərlə təkidlə müdafiə edirlər. Bir daha qeyd olunmalıdır ki, tərəflər 
öz mövqelərinin düzgünlüyünə qarşı tərəfi deyil, hakimləri inandırmağa çalışmalıdırlar.  
Hakimlər  debatlar  zamanı qarşı  tərəfləri yalnız dinləyirlər. Onlar komanda üzvlərinin 
hansının daha inandırıcı çıxış etdiyini müəyyənləşdirirlər. Hakimlər iştirakçıların arqument-
lərinə, onların məntiqi izahına və öz mövqelərini nə dərəcədə inandırıcı müdafiə etdiklərini 
qiymətləndirməlidirlər. Bu zaman şagirdlərlə əvvəlcədən razılaşdırılırmış meyarlar üzrə qiy-
mətləndirmə aparırlar; məsələn, belə bir cədvəl təklif etmək olar:  
 
Meyarlar 5 
ballıq sistemlə 
qiyməti   
Çıxış edən nə qədər inandırıcı danışır?  
 
Sübutlar ciddi arqumentlərə əsaslanırmı?  
 
Opponentin arqumentini təzkib edə bildimi?  
 
Çıxış emosional idimi?  
 
Ümumi bal
 
Sonda bütün hakimlərin balları toplanaraq hər komanda üçün orta bal çıxarılır. Daha çox 
bal toplamış komanda qalib gəlir.  
 
 
MÜASİR QİYMƏTLƏNDİRMƏ 
 
Müasir məktəbdaxili qiymətləndirmə  məqsədinə, rol və  vəzifələrinə, növlərinə, xüsu-
siyyətlərinə, meyar və göstəricilərinə, üsul və vasitələrinə görə fərqlənir. Müasir qiymətlən-
dirmədə  məzmun standartlarının mənimsənilməsi,  şagirdin qazandığı  dəyərlər qiymətlən-
dirilir. Bu qiymətləndirmə müəllimin subyektiv rəyinə əsaslanmır, təhsilin keyfiyyətinin yük-
səldilməsinə yönəldilir, qiymətləndirmə standartları əsasında qurulur, daha obyektiv, dəqiq, 
adekvat və sistemli həyata keçirilir. 
Müasir məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ kimi növlərə 
bölünür.  
Diaqnostik qiymətləndirmə fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin 
bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik qiymətləndirmə şəraitə görə 
təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər aparmağa, şagirdlərin maraq dairəsi, 
dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir. Diaqnostik 
qiymətləndirmə rəsmi xarakter daşımır, rəqəmdən istifadə olunmur, nəticələr müəllimin şəxsi 
qeyd dəftərində əks olunur.  
Formativ qiymətləndirmə təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş 
nəticələr  əsasında  şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndiril-
məsidir. Bu qiymətləndirmə  tədris prosesinin düzgün istiqamətləndirilməsini, səmərəliliyini, 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə