Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə12/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   93

25 
 
4. Evristik metod 
Evristik metodda müəllim problemin həllinin müxtəlif mərhələlərində şagirdlərin iştira-
kını  təşkil edir. Müəllimin rolu tapşırığı qurmaqdan, onu dərsin ayrı-ayrı  mərhələlərinə 
bölməkdən, məktəblilərin müstəqil yerinə yetirəcəkləri işləri müəyyən etməkdən ibarətdir. 
Başqa sözlə, müəllim müxtəlif üsullarla şagirdlər tərəfindən biliklərin müstəqil olaraq qaza-
nılmasını təşkil edir. O, bir halda şagirdlərdə problemi müəyyən etmək, digər halda hər hansı 
mövqeyin isbatını qurmaq, üçüncüdə faktlardan düzgün nəticələr çıxarmaq, dördüncüdə 
fərziyyələr irəli sürmək, beşincidə söylənilən fərziyyələrin yoxlanılması üçün plan tərtib 
etmək və bu kimi bacarıqları formalaşdırır. Şagirdlərə yaradıcı fəaliyyət bacarıqlarının hissə-
hissə öyrədilməsi, problemli situasiyanın həll yollarının mərhələlərlə mənimsədilməsi təşkil 
olunur. 
Tədrisin evristik metodunun formalarından biri də evristik söhbətdir.  Reproduktiv söh-
bətdən fərqli olaraq evristik söhbət şagirdlərdən təkcə öz biliklərini ifadə etmək deyil, həm 
də kiçik yaradıcı axtarışlar həyata keçirməyi tələb edir. Evristik söhbətdə müəllim axtarışı is-
tiqamətləndirir, problem və  məsələləri ardıcıl olaraq qoyur, ziddiyyətləri formalaşdırır və 
müvafiq situasiyalar yaradır. Müəllim belə söhbəti mərhələlər üzrə qurur. Şagirdlər isə bu 
mərhələlərdə qoyulmuş problemləri müstəqil olaraq həll edirlər.  
Həm ümumi orta məktəbdə, həm də yuxarı siniflərdə, demək olar ki, bütün dərslər 
evristik metoddan istifadə etməklə  təşkil oluna bilər.  Şagirdlərin yaşı artdıqca onların 
müstəqil yaradıcılıq prosesinə cəlb edilməsi daha effektli olur. 
Yuxarı siniflərdə “Fotoeffekt” mövzusunun tədrisi ilə bağlı belə bir nümunəyə baxaq. 
Fotoeffekti müşahidə etmək üçün elektrik qövsü ilə işıqlandırılan sink lövhəli elektrometrdən 
istifadə edilir. Lövhə əvvəlcə müsbət, sonra isə mənfi elektrik yükü ilə elektrikləndirilir. Şa-
girdlərdən müşahidə etdikləri hadisənin səbəbinə dair fərziyyələr irəli sürmələri xahiş olunur. 
Beləliklə, onların müstəqil axtarışının birinci mərhələsi baş tutur.  
Sonra nümayiş davam etdirilir və  şagirdlərin qarşısında növbəti problem qoyulur: işıq 
selinin yolunda adi şüşə yerləşdirdikdə  nə müşahidə olundu? Şagirdlər boşalmanın baş 
vermədiyini qeyd edir və hadisənin səbəbinə dair yeni fərziyyələr irəli sürürlər. Axtarışın 
ikinci mərhələsi baş tutur. 
Müəllim tədqiqatın üçüncü mərhələsində  işıq selini artırmaqla təcrübəni davam etdirir. 
Şagirdlər müşahidə edirlər ki, elektriklənmiş lövhənin boşalmasında heç bir dəyişiklik baş 
vermədi, onlar fotoeffekt hadisəsinin şüalanmanın intensivliyindən asılı olmadığı nəticəsinə 
gəlirlər. Hadisənin izahında şagirdlər ziddiyyətlə qarşılaşır– müşahidə olunan hadisəni işığın 
dalğa nəzəriyyəsi əsasında izah etmək olmur: nə üçün kiçik tezlikli işıq dalğaları amplitudu 
yüksək olduqda belə (bu halda elektronlara təsir edən qüvvə  də böyük olur), metalın 
səthindən elektronları qopara bilmir? Yeni problemli şərait yaranır: təcrübənin nəticəsini 
əvvəlki biliklər əsasında izah etmək olmur. Müəllim yaranmış bu şəraitdən istifadə etməklə 
fotoeffekt qanunlarının izahına keçir və şagirdlər ayrı-ayrı problemlərin həllinə cəlb olunur. 
Beləliklə, evristik metoddan istifadə müəllimə həm yeni təlim materialını izah etməyə, həm 
də şagirdlərdə yaradıcı axtarış vərdişlərinin formalaşdırılmasına şərait yaradır.  
 
5. Tədqiqat metodu 
Tədqiqat metodunun mahiyyəti problemlərin həll edilməsi üçün şagird axtarışlarının və 
onların yaradıcılıq fəaliyyətlərinin müəllim tərəfindən təşkilindən ibarətdir.  Bu metodun 
məqsədi  şagirdlərdə müstəqil yaradıcılıq fəaliyyəti göstərmək bacarıqlarının formalaşdırıl-
masıdır. Psixoloq və pedaqoqların araşdırmaları göstərir ki, evristik təlim metodu şagirdlərdə 
müəyyən problemi əvvəldən sona kimi araşdırıb müstəqil həll etmək bacarıqlarını tam for-


26 
 
malaşdıra bilmir. Problemi tam olaraq həll etmək üçün şagirdlərdə növbəti bacarıqların for-
malaşdırılması tələb olunur: məsələnin şərtlərini təhlil etmək; məsələni həll etmək üçün onu 
kiçik hissələrə bölmək; fərziyyələr irəli sürmək; alınmış  nəticələri nəzəri və  təcrübi olaraq 
yoxlamaq və s. Ona görə də məhz tədqiqat metodu yaradıcı fəaliyyət bacarıqlarını formalaş-
dıran əsas metod hesab olunur.  
Tədqiqat metodunun köməyi ilə biliyin yaradıcı mənimsənilməsi təşkil edilir. Bu metod 
məktəblilərdə biliklərin  yaradıcı  mənimsənilməsi bacarıqlarını, yəni problemi həll etmək 
üçün əvvəl qazandıqları bilikləri tətbiq etmək və sonra isə lazım olan yeni bilikləri müstəqil 
əldə etmək bacarıqlarını formalaşdırır. Tədqiqat metodu şagirdlərdə müstəqil yaradıcılıq 
fəaliyyətinə maraq yaradır.  
Tədqiqat metodunun tətbiqini tələb edən tapşırıqlar müxtəlif ola bilər: sinifdə icra olunan 
laboratoriya işləri, evə verilən praktik tapşırıqlar, analitik problemlərin həlli; qısa, yaxud 
uzunmüddədli layihələr; qrup, yaxud fərdi işlər və s. 
Fizika üzrə laboratoriya işləri, əsasən, təlimat üzrə təşkil edilir. Təqdim olunan IX sinif 
Fizika dərsliyində belə təlimatlar öz əksini tapmışdır. Təlimatların verilməsi şagirdlər üçün 
fizika fənnini öyrənməyə başladıqları ilk vaxtlar xüsusi əhəmiyyət daşıyır. Lakin müasir 
məktəbin qarşısında duran məqsəd və  vəzifələr  şagirdlərdə müstəqil yaradıcılıq axtarışları 
vərdişlərinin formalaşdırılmasını tələb edir. Ona görə də bəzən müstəqil laboratoriya işlərinin 
yalnız mövzu və məqsədi verilir. İşin icrası isə tədqiqat metodundan istifadə etməklə şagird 
yaradıcılığının öhdəsinə buraxılır.  
Fizika fənnində  tədqiqat tapşırıqlarını  tərtib etməkdə  əsas məqsəd  şagirdlərin tədqiqat 
işinin bütün mərhələlərindən keçmələrini təmin etməkdir. Bu mərhələlər aşağıdakılardır:  
1) fakt, hadisə və effektlərin müşahidəsi; 
2) nəyin aydın olmadığının müəyyən edilməsi; 
3) tədqiq olunacaq problemin qoyuluşu; 
4) fərziyyələrin irəli sürülməsi
5) tədqiqat planının tutulması; 
6) tədqiq olunan hadisənin digər hadisələrlə əlaqələrinin müəyyən edilməsi və tələb 
olunan əlavə biliklərin əldə olunması;  
7) həll və izahatların formalaşdırılması; 
8) nəticələrin yoxlanılması; 
9) alınmış biliklərin mümkün və zəruri tətbiqi haqqında praktik nəticələr. 
Yuxarıda sadalanan metodların  şərhindən bir daha aydın olur ki, fizika dərslərində 
produktiv metodların tətbiqi  şagirdlərdə bilik və bacarıqların yaradıcı  tətbiqetmə 
vərdişlərinin  formalaşdırılmasına xidmət edir. Dərslikdə “Araşdırma” başlığı ilə verilmiş 
çoxsaylı  tədqiqat işləri  şagirdlərin produktiv metodlarla yeni mövzuların müstəqil tədqiqat 
fəaliyyəti nəticəsində mənimsənilməsini nəzərdə tutur.  
 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə