Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə15/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   93

31 
 
9. 
Təşkilati metodlar 
 

“Ziqzaq” və ya “Mozaika” (Jigsaw Puzzle) 

“Karusel” (Carousel) 
10. 
Qruplara bölünmə  

«Say» 

«Аd günləri sırası üzrə say» 

«Ümumi xüsusiyyət» 

«Püşkatma» 

«Mozaika» 

Sosiometrik üsul 

«Mahnı axtarışında» 
11. 
Fəallaşdırma  
 

Müsbət iş iqliminin yaranmasına imkan yaradan   
            oyunlar (Climate setters) 

Buz əridən oyunlar (Ice breakers) 

Fəallaşdırma oyunları (Energizers) 
 
 
FİZİKA FƏNNİNDƏ QAZANILAN BİLİKLƏRİN SİSTEMLƏŞDİRİLMƏSİ  
 
9-cu sinif  fizika fənnində müasir həyatda fizikanın rolunun öyrənilməsinə əhəmiyyətli 
yer ayrılır. Fiziki proseslər və onların qanunauyğunluqlarının öyrənilməsi zamanı şagirdlərdə 
formalaşdırılan  əsas bacarıqlardan biri də öyrənilmiş materialın düzgün sistemləşdirilməsi, 
fikirlərin düzgün, aydın və  səlis  şərh edilməsi, təqdimetmə bacarıqlarıdır. 9-cu sinfin 
buraxılış sinfi olduğunu nəzərə alaraq təqdimetmə bacarıqlarının formalaşdırılmasına daha 
çox diqqət yetirilməlidir. Bu bacarıqların “3.2.2. Müxtəlif fiziki hadisələrin inkişafında fizika 
elminin roluna dair təqdimatlar edir” standartı vasitəsilə reallaşdırılması  nəzərdə 
tutulmuşdur.  
Bu alt standartın bilik hissəsi dərslikdə verilmiş  nəzəri və praktik təlim materialları 
vasitəsilə mənimsədilir. Fəaliyyət hissələrinin reallaşdırılması üçün isə müəllimin qarşısında 
duran  əsas vəzifələrdən biri şagirdlərdə müstəqil olaraq müvafiq məlumatları  əldə etmək, 
bunun üçün müxtəlif mənbə və vasitələrdən düzgün yararlanmaq, informasiya texnologiyala-
rının imkanlarından faydalanmaq,  toplanmış informasiyanı düzgün sistemləşdirmək və 
ümumiləşdirmək bacarıqlarının formalaşdırılmasıdır.  
Müvafiq bacarıq və  vərdişlərin formalaşdırılması üçün müəllim 9-cu sinif fizika 
kursunun başlanğıcından  şagirdləri müxtəlif  əlavə  mənbələrlə  işləməyə istiqamətləndirməli 
və  əldə olunacaq məlumatların düzgün sistemləşdirilməsi yolları barədə tövsiyələr 
verməlidir. Bu baxımdan dərslikdə bəzi mövzularda öyrənilən materiallarla bağlı təqdimatlar 
hazırlamaq üçün tapşırıqlar verilmişdir.  Təqdimatların müzakirələrinə isə  dərslərin illik 
planlaşdırılmasına uyğun olaraq (bax: alt standartların reallaşdırılma cədvəli) akademik 
saatlar nəzərdə tutulur.  
Fiziki biliklərin formalaşdırılması  və sistemləşdirilməsində  təsnifat cədvəllərinin, 
məntiqi sxemlərin, qrafik, diaqram və müxtəlif siyahıların böyük əhəmiyyəti vardır. Çoxillik 
pedaqoji təcrübələrdə şagirdlərin yeni bilikləri bu cür sistemləşdirilmiş məlumatlar şəklində 
daha yaxşı qavradıqları sübut olunmuşdur. Bu məqsədlə müəllim üçün metodik vəsaitdə, 
demək olar, bütün mövzular üzrə  cədvəl və sxemlər təklif olunur. Şagirdlərin qazandıqları 
biliklərin müxtəlif təqdimat formalarında – kartoteka, məruzə, referat, elektron təqdimat və s. 
formalarda təqdim edilməsi isə müstəqil tədqiqat aparmaq, nəticələri sistemli və düzgün 
şəkildə təqdim etmək bacarıqlarının formalaşdırılmasında mühüm əhəmiyyət daşıyır. 
 
 
 
 


32 
 
Elmi və elmi-kütləvi ədəbiyyatla işin təşkili 
Yuxarı siniflərdə  şagirdlərə elmi və elmi-kütləvi  ədəbiyyatda verilən məlumatlarla 
işləmək metodikasını öyrətmək çox vacibdir. Mürəkkəbliyindən asılı olaraq bu işi bir neçə 
formada təşkil etmək mümkündür:  
1)  kartoteka;  
2)  məruzə;  
3)  referat. 
  
Kartoteka kiçik ölçülü (A5 formatlı vərəq) kartoçkalar toplusudur. Hər bir kartoçkada 
yalnız bir obyekt haqqında informasiya yazılır. Bu informasiya yığcam, konkret və eyni 
zamanda tam olmalıdır. Adətən, mətnə aid informasiyaların annotasiya şəklində yazılması 
daha məqsədəuyğundur. Annotasiyaların təxmini planı belə olmalıdır: 
1) mətnin adı;  
2) mətnin əsas ideyaları;  
3) əsas ideyanın təsdiqinə yönəlmiş faktlar, arqumentlər və təcrübələr; 
4) ziddiyyət yaradan digər ideyalar;  
5) biliklərin azlığından yaranan problemlər; 
6) bu problemlərin həll yolları.  
Kartoteka toplamağı öyrətmək üçün dərslikdəki mətnlərdən başlamaq olar.
 
 
Məruzə.  İlk mərhələdə ensiklopediya və ya internet məlumatlarından istifadə edərək 
elementar məruzələr hazırlamaq olar. Məruzənin  əsas məqsədi müxtəlif fikirlərin, 
nəzəriyyələrin müqayisəsi, mümkün təzadların axtarılması və s. ola bilər. Məruzənin həcmi 2 
səhifədən artıq olmamalıdır. 
Referat  məruzədən onunla fərqlənir ki, müəllif problemi qısaca ifadə edir, onun həlli 
üçün fərziyyələr irəli sürür. Bu iş forması məruzədən daha yüksək qiymətləndirilir. Şagirdlər 
üçün referatın həcmi 5-10 səhifədən artıq olmamalıdır. 
 
 
Referatı necə yazmalı 
Referat  şagirdin müstəqil elmi-tədqiqat işidir. Burada o, tədqiq edilən problemin 
mahiyyətini açır, müxtəlif yanaşmaları və öz şəxsi fikirlərini irəli sürür.  
Referatın mövzuları müəllim tərəfindən müəyyən olunur, şagird tərəfindən isə seçilir.  
 Müəllim şagirdləri referatın yazılma formasına olan tələblərlə tanış etməli, təqribi həcmi 
müəyyənləşdirməli və araşdırılacaq ilkin mənbələri göstərməlidir. Müəllim referat üçün mü-
vafiq ədəbiyyatın seçilməsində də şagirdlərə kömək etməlidir.  
 
Referat üzərində işin mərhələləri 
1. Mövzunun seçilməsi. Mövzu öz əhəmiyyətinə görə aktual olmaqla yanaşı, həm də 
məzmununa görə orijinal və maraqlı olmalıdır. 
2. Mövzu üzrə əsas mənbələrin müəyyən edilməsi və onların araşdırılması. 
3. Baxılan ədəbiyyatların xülasəsinin (biblioqrafiya) tərtib edilməsi. 
4. Məlumatların işlənməsi və sistemləşdirilməsi. 
5. Referatın planının hazırlanması. 
6. Referatın yazılması. 
7. Tədqiqatın nəticələrinin təqdim edilməsi. 
 
 
Referatın tərtibatı 
1. Titul vərəqi. Bu vərəqdə müəllifin və  işin adı, yazılma tarixi, həmçinin işin yerinə 
yetirildiyi şəhər (rayon, kənd) qeyd edilir.  


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə