|
 Azərbaycan döVLƏt pedaqoji universiteti Kİmya və Bİologiya faküLTƏSİ TƏSDİq ediRƏM Ümumi kimya və ktm kafedrasının
|
səhifə | 1/26 | tarix | 05.04.2022 | ölçüsü | 301,31 Kb. | | #85056 |
| Rumiyyə KTM Sillabus KB 2022
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
KİMYA VƏ BİOLOGİYA FAKÜLTƏSİ
TƏSDİQ EDİRƏM
Ümumi kimya və KTM kafedrasının
Müdiri dos. R.M.Ağayeva
PROTOKOL № 11
“14” fevral 2022- ci il
FƏNN SİLLABUSU
(İşçi tədris proqramı)
İxtisasın kodu və adı: 050112_ Kimya və biologiya müəllimiyi
Kafedra: Ümumi kimya və kimyanın tədrisi texnologiyası
Fənn haqqında məlumat:
Fənnin kodu və adı: IPF-B04 Kimyanın tədrisi metodikası
Kredit sayı: 6
Təhsil səviyyəsi: ali
Tədris yükü (saat) cəmi: 209, mühazirə 90, məşğələ , praktik (laboratoriya) 60
Tədris ili: 2021/2022 Semestr: 8- yaz Bölmə: Azərbaycan
Müəllim haqqında məlumat:
Camalova Rumiyyə İnşad, baş müəllim
(soyadı, adı, atasının adı, elmi adı və dərəcəsi)
Məsləhət günləri və saatları: V- gün, saat 1200
E-mail ünvanı: rumiyye.camalova_82@mail.ru
İşçi telefon nömrəsi:
Mobil: (077) 320 25 70
İş telefonu: (012) 498 18 05
Fənnin öyrənilməsi üçün materiallar:
Zəruri ədəbiyyatlar:
Əsas:
Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı, 2009
Azərbaycan respublikasinin ümumtəhsil məktəbləri üçün kimya fənni üzrə təhsil proqrami (kurikulumu) (VII-XI siniflər)
Z.Veysova. Fəal/interaktiv təlim. Bakı 2007
Kimya fənn kurikulumu. VII_XI siniflər üçün, Bakı 2013, 2018
R.Y.Əliyev, Ə.T.Əzizov. Kimyanın tədrisi metodikası. I,II hissə, Bakı 2005, 2006
Z.B.Muradova, Azərbaycanda kimyanın tədrisi metodikasının problemləri, Bakı- 2007
A.Z.Məmmədova. Kimyanın tədrisində müasir təlim texnologiyaları, Bakı 2012
A.Z.Məmmədova. Kimyanın tədrisi metodikası. Proqram. Bakı 2012
Ə.N.Qurbanov, A.Z.Məmmədova, G.V.Şadlinskaya, Kimyanın tədrisi metodikası. Bakı 2014
A.H.Əliyev. Müasir pedaqoji texnologiyalar və onlardan kimyanın tədrisində istifadə. Bakı 2009
Ə.N.Xəlilov, Ə.Əzizov. Kimya tədrisi üsulu praktikumu. Bakı 1972
A.H.Əliyev və başqaları. Kimya tədrisi üsulu praktikumu. Bakı 2000
Orta məktəbə aid kimyadan dərsliklər. VIII-XI siniflər,Bakı 2004,2006,2012
A.Əliyev. Orta məktəblərdə kimyanın tədrisi. Bakı 2004,2006,2015
Z.B.Muradova, Azərbaycanda kimyanın tədrisi metodikasının inkişafı və elmi əsasları, Bakı-2018
Əlavə tövsiyyə olunan ədəbiyyatlar:
Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı, 2009
“Kurikulum ” jurnalları. Bakı.2008-2019
Г.М.Чернобельская. Методика обучения химии в средном школе. Москва.2000
П.И.Беспалов и др. Практикум по методике обучения химии в средней школе. Москва,2007
С.С.Космедемянская.С.И.Гильманшина.Методика овучения химии.Казань.2011
Э.Ф.Матвеева.Методика преродавание химии (инновационный курс) Астархань 2015
Fənnin təsviri:
KTM fənni kimyanın tədrisinin ümumi məsələləri və ümumi təhsil məktəblərində məktəb kimya kursunun ayrı-ayrı bölmə, fəsil, tədris vahidi və mövzularının tədris üsulunu, bir sözlə, kimya dərslərinin düzgün təşkil edilib keçirilməsi yollarını öyrənir.
Fənnin hədəf və məqsədi:
KTM fənni tələbələrin kimyadan orta məktəblərdə dərs demələri üçün bir müəllim kimi formalaşmasını təmin edir.
Fənnin qısa məzmunu:Kimyanın tədrisimetodikası fənninin müasir məzmunu Azərbaycan Respublikasının Təhsil qanununa əsaslanaraq təhsilin məqsədində nəzərdə tutulan məsələləri ümumi təhsil məktəblərində nəzərə almaqla kimyanın bir elm kimi deyil, bir fənn olaraq tədrisini ehtiva edir. Kimyanın tədrisi metodikası fənninin məzmunu həmçinin kimya fənni üzrə təhsil proqramı olan Kimya fənn kurikulumu sənədinin tələblərinə cavab verir. Ümumi təhsil məktəblərində kimya tədrisi metodikasının ümumi məsələlərini, məktəb kimya kursunun ayrı-ayrı bölmələrinin və ya mövzularının tədrisi metodikasını, məktəb kimya eksperimenti üzrə praktikumu (eksperimentin texnikası və metodikası: laborator məşğələ və pedaqoji qrafika), məktəbdə pedaqoji praktikanı (Ümumtəhsil məktəblərində kimya eksperimentinin metodikası və texnikası ) əhatə edir.
Fənnin təlim nəticələri:
- Bilməlidir: Kimya eksperimentinin texnikası və metodikası üzrə laborator kursunun vəzifələri, Məktəb kimya kabinetinin təşkili, təchizi və orada işləmək qaydaları, İlk kimyəvi anlayışlar və qanunlara aid təcrübələrin aparılması metodikası,Kimyadan təlim-tərbiyə işlərinin planlaşdırılması, sınaq dərslərinin aparılmasına hazırlıq, Oksigen, ozon və oksidlərin öyrənilməsi zamanı kimya eksperimenti, Hidrogen və əsaslara aid təcrübələrin aparılması metodikası, Turşu və duzlara aid təcrübələrin aparılması metodikası, Su və məhlulların öyrədilmısi zamanı kimya eksperimenti, Elektrolitik dissosiasiya prosesinin öyrədilməsi zamanı kimya eksperimenti, I-III qrupun əsas yarımqrup metallarının öyrədilməsi zamanı kimya eksperimenti, Əlavə yarımqrup metallarınin öyrədilməsi zamanı kimya eksperimenti, Halogenlərə aid təcrübələrin aparılması metodikası, Kükürd və onun birləşmələrinin öyrədilməsi zamanı kimya eksperimenti, Azot və onun birləşmələrinə aid təcrübələrin aparılması metodikası, Fosfor və onun birləşmələrinə aid təcrübələrin aparılması metodikası, Karbon və onun birləşmələrinin öyrədilməsi zamanı kimya eksperimenti, Silisium və onun birləşmələrinə aid təcrübələrin aparılması metodikası, Karbohidrogenlərin tədrisi zamanı kimya eksperimenti, Oksigenli üzvi birləşmələrə aid təcrübələrin aparılması metodikası, Azotlu üzvi birləşmələrin tədrisi zamanı kimya eksperimenti, Zülallara aid təcrübələrin aparılması metodikası, Yüksək molekullu birləşmələrə aid təcrübələrin aparılması metodikası.
Bilməlidir – Kimya təliminin məzmunu və kimya təlimi prosesinin mahiyyətini , təlimin qanunauyğunluqlarını , prinsiplərini, metodlarını, vasitələrini, texnologiyalarını, təşkili formalarını.
Bacarmalıdır – Kimyanın tədrisinin metod və vasitələrini, yeni təlim texnologiyalarından istifadə imkanlarını
Dostları ilə paylaş: |
|
|