Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə30/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   93

63 
 
Yarımkeçirici çubuq qızdırılır (şəkil 1). Onun bir 
kənarının temperaturu yüksəldikcə  həmin hissədə  əsas 
yükdaşıyıcıların konsentrasiyası da tədricən artır. Dif-
fuziya nəticəsində  əsas yükdaşıyıcılar yarımkeçirici 
çubuğun soyuq ucuna doğru hərəkət etməyə başlayır. 
Beləliklə, çubuğun hər iki ucu elektriklənir: çubuğun 
bir ucu müsbət, digər ucu isə  mənfi yüklə. Bu zaman 
çubuğun soyuq ucu yarımkeçiricidə olan əsas 
yükdaşıyıcıların (deşiklər, yaxud elektronların) elektrik 
yükünün işarəsinə uyğun olan yüklə elektriklənir. 
Voltmetri çubuğun uclarına birləşdirməklə onun soyuq ucunun yükünün işarəsi təyin edilir. 
Bununla da masa üzərindəki yarımkeçiricinin hansı aşqarlı olduğu müəyyənləşdirilir. 
Şagirdlər “Yaradıcı tətbiqetmə” mərhələsindəki məsələni çətinlik çəkmədən həll edirlər. 
Sonda yarımkeçiricilərin məxsusi və  aşqar keçiriciliyinin mexanizminin  mənimsənilmə 
səviyyəsi aşağıdakı tip frontal sorğu ilə yoxlana bilər: 
– Nə üçün temperatur artdıqca yarımkeçiricilərin xüsusi müqaviməti azalır? 
– Aşqar yarımkeçirici lövhənin elektron, yoxsa deşik keçiriciliyə malik olmasını təcrübi 
yolla necə müəyyənləşdirmək olar? 
– Germaniuma vurulan aşqar hansı valentliyə malik olmalıdır ki, yarımkeçirici:  
a) elektron keçiriciliyinə malik olsun; b) deşik keçiriciliyinə malik olsun? 
Təklif olunan sxem və cədvəllər. Şagirdlərin təlim nəticələrini yüksəltmək məqsədilə onlara 
məxsusi və  aşqar keçiriciliyə malik yarımkeçiricilərin xassələrinin Venn diaqramında 
müqayisə olunması tövsiyə edilir: 
 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
İzahe
tm
ə 
Yarımkeçiricilərin 
aşqar elektrik keçi-
riciliyinin fiziki me-
xanizmini müəllimin 
köməyi ilə izah edir. 
Yarımkeçiricilərin 
aşqar elektrik keçi-
riciliyinin fiziki me-
xanizmini kiçik 
qüsura yol verməklə  
izah edir. 
Yarımkeçiricilərin 
aşqar elektrik keçi-
riciliyinin fiziki me-
xanizmini əsasən 
düzgün izah edir. 
Yarımkeçiricilərin 
aşqar elektrik keçiri-
ciliyinin fiziki me-
xanizmini düzgün  
izah edir. 
M
əs
əl
əh
əlle
tm
ə 
 Aşqar yarımkeçiri-
cilərin elektrik ke-
çiriciliyinə aid key-
fiyyət və kəmiyyət 
xarakterli məsələlər 
həll etməkdə çətinlik 
çəkir. 
Aşqar yarımkeçiri-
cilərin elektrik ke-
çiriciliyinə aid key-
fiyyət və kəmiyyət 
xarakterli məsələləri 
az səhvə yol ver-
məklə həll edir. 
Aşqar yarımkeçiri-
cilərin elektrik ke-
çiriciliyinə aid key-
fiyyət və kəmiyyət 
xarakterli məsələləri 
qismən doğru həll 
edir. 
Aşqar yarımkeçiri-
cilərin elektrik ke-
çiriciliyinə aid key-
fiyyət və kəmiyyət 
xarakterli məsələləri 
doğru həll edir. 
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur. 
Şəkil 1 


64 
 
Dərs 14/Mövzu: 
p-n KEÇİDİ. YARIMKEÇİRİCİ DİOD  
Maraqoyatma dərslikdə verilən məlumat və uyğun sullarla həyata keçirilə bilər (Blok A). 
Bunun üçün müəllim əvvəlcədən hazırladığı slaydlardan, şəkil və ya plakatdan istifadə edə 
bilər.  Şagirdlərin söylədikləri  fərziyyələr lövhədə qeyd edilir. Tədricən tədqiqat sualı 
formalaşdırılır. 
Tədqiqat sualı: 
Yarımkeçirici cihazların hansı xassəsi onu müasir texnologiyaların 
əvəzolunmaz hissəsi edir? 
Dərsliyin B blokunda verilən “Elektrik cərəyanı nə üçün keçmədi?”
 
araşdırması yerinə 
yetirilir. Cihaz dəsti məhdud sayda olduğundan təcrübə müəllimin rəhbərliyi ilə  şagirdlər 
tərəfindən nümayiş şəklində icra etdirilir (hər qrupdan bir şagird olmaqla). Nümayişdən əv-
vəl şagirdlərə izah edilməlidir ki, təcrübədə yarımkeçirici dioddan istifadə olunacaq. Yarım-
keçirici diod – iki növ aşqarın diffuziyası nəticəsində onların toxunma sahəsində yaranan n- 
və p-tip kontakt keçidindən ibarət cihazdır. 
Şagirdlər təcrübə zamanı müşahidə edirlər ki, yarımkeçirici diodun sıxaclarının cərəyan 
mənbəyinin hansı qütbünə birləşdirilməsindən asılı olaraq o gah cərəyanı yaxşı, gah da, de-
mək olar, keçirmir.  
Araşdırmanın dərslikdə verilən suallar əsasında müzakirəsindən aydın olur ki, ya-
rımkeçiricinin n- və p-tip kontaktı xüsusi xassəyə malikdir: onun bir istiqamətdə müqaviməti 
digər istiqamətə  nəzərən  əhəmiyyətli dərəcədə böyükdür. Həmin istiqamətdə diod elektrik 
cərəyanını keçirmir. 
p-n keçidinin bu maraqlı xassəsinin səbəbini öyrənmək üçün şagirdlər həvəslə  dərslikdə 
verilən nəzəri materialı  (C bloku) oxuyurlar. Yaxşı olar ki, nəzəri materialla tanışlıq 
qruplarda oxunub müzakirə edilsin. Bu məqsədlə qruplara istiqamətverici didaktik vərəqlər 
paylansın: 
 Elektron-deşik keçidi (və ya p-n keçidi)
 Düz birləşmə
 Tərs birləşmə
 Yarımkeçirici diod. 
Şagirdlər öyrənirlər:   
– p -n  kristalının düz keçidində müqavimətinin tərs keçidə nisbətən xeyli kiçik olduğunu;  
– p -n keçidin xassələrindən dəyişən cərəyanı düzləndirmək üçün istifadə olunduğunu;  
– yarımkeçirici diodun quruluş  və  iş prinsipini. Burada şagirdlərə  məlumat verilə bilər  
ki, yarımkeçirici diodlar həm zəif, həm də yüksək  şiddətli cərəyanları düzləndirmək üçün 
istifadə olunur. Zəif cərəyanları düzləndirən diodlar radiotexniki qurğularda – mobil telefon-
lar, kompüterlər, radio və televizorların mikrosxemlərində tətbiq olunur. Yüksək gərginliyə 
köklənən diodlar isə metro qatarlarını, elektrovozları, tramvay və trolleybusları, elektrik 
mühərriklərini təmin edən dəyişən cərəyanların düzləndirilməsində istifadə olunur. 
Dərsin “Nə öyrəndiniz” mərhələsində şagirdlər müəllimin rəhbərliyi altında  ümumiləş-
dirmə aparır. Onlar verilən natamam cümlələri iş vərəqinə köçürür və tamamlayır. Texniki 
Alt 
STANDARTLAR
2.1.3. Maddəni quruluşuna və xassələrinə görə təsnif edir. 
3.1.1. Elektromaqnit (maqnit və  işıq), atom və nüvə hadisələrinə 
uyğun cihazlardan istifadə edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 İki müxtəlif yarımkeçirici kristalda kontakt elektrik keçiriciliyinin 
fiziki mexanizmini izah edir. 
 Yarımkeçirici diodun quruluş və iş prinsipini şərh edir, onu 
üstünlüklərinə görə vakuum diodundan fərqləndirir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə