Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə34/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   93

73 
 
Dərs 19/ Mövzu: 
MAQNİT HADİSƏLƏRİ. SABİT MAQNİTLƏR 
 
Dərsə  şagirdlərin gündəlik həyatda rast gəldikləri hadisələri misal gətirməklə başlamaq 
olar.  Şagirdlər qarşılıqlı  təsirlərə aid müəyyən təsəvvürlərə malikdirlər. Onların təsəvvür-
lərindən istifadə etməklə dərsi metodik cəhətdən səmərəli qurmaq mümkündür. Bunun üçün 
müəllim 6-cı sinif “Fizika” fənnindən “Maqnit qarşılıqlı təsiri” mövzusu ilə fəndaxili, “Həyat 
bilgisi” və “Coğrafiya” ilə fənlərarası inteqrasiyadan istifadə edərək diaqnostik qiymətləndir-
mə apara bilər. O, qiymətləndirməni sual-cavab şəklində keçirə bilər: 
– Maqnitin hansı növlərini tanıyırsınız? 
– Maqnitdən istifadə etməklə qayçı və ya iynəni maqnitləndirə bilmisinizmi? 
– Praktikada maqnitdən harada istifadə olunduğuna dair nümunə göstərə bilərsinizmi? 
– Yüklü zərrəciklər arasındakı qarşılıqlı təsirlə maqnitlər arasındakı qarşılıqlı təsirin oxşar və 
fərqli cəhətləri hansılardır? 
– Kompasda maqnitin hansı xassəsindən istifadə olunur? Onun əsas hissəsi nədən  ibarətdir? 
Sonra müəllim dərslikdə verilən material əsasında gündəlik həyati nümunələrlə  şagirdlərə 
sabit maqnitin rolu barədə misallar göstərə bilər (A  bloku).  Şagirdlərin fəallığını artırmaq 
məqsədilə şəkillərdən, slaydlardan, videomateriallardan və ya “Fizika multimedia” dərsliyin-
dən istifadə olunması məqsədəuyğundur. 
Tədqiqat sualı
Maqnit nədir və o hansı xassələrə malikdir?” 
Müzakirə zamanı müəllim şagirdlərin fikrini ona yönəldir ki, maqnitlər müxtəlif formalı 
olsalar da, onlar bəzi cisimləri cəzbetmə xüsusiyyətinə malikdir. Praktikada bu xüsusiyyət-
dən müəyyən məqsədlər üçün istifadə olunur.  
Müəllim sinfi qruplara bölür və B blokunda verilən araşdırma yerinə yetirilir. Şagirdlər 
bu mərhələdə “Maqnit xassəli cisim” adlı araşdırma icra edirlər. Şagirdlər müəyyən edirlər 
ki, tərkibi dəmir, polad, nikel, çuqun və onun ərintilərindən ibarət olan cisimlər maqnit 
tərəfindən  cəzb olunur, lakin şüşə, taxta, plastmas, mis, alüminium maddələrdən hazırlanan 
cisimlər isə maqnitə cəzb olunmur. Müşahidə edilən hadisələrin başvermə səbəbi haqqında 
müxtəlif fərziyyələr  irəli sürülür. 
İkinci araşdırmada “Maqnitin hansı hissəsində maqnit təsiri daha böyükdür?” sualı 
araşdırılır.  Şagirdlər aşkar edirlər ki, maqnitin cazibə  təsiri onun hər yerində eyni olmur. 
Onlar maqnitə  cəzb olunan mismarların maqnitlənərək zəncir kimi digər mismarları  cəzb 
etməsini araşdırır, maqnitin müxtəlif hissələrinə müxtəlif miqdar mismar cəzb olunduğunu 
müşahidə edirlər. Tapşırığın müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər. 
Araşdırma zamanı  şagirdlərdə yaranan fərziyyələri cavablandırmaq üçün əlavə suallardan 
istifadə oluna bilər. Qrup liderləri təqdimat edirlər.  
Dərsliyin bu mərhələsində “Maqnitin qütblərinin təyin edilməsi” araşdırması icra olunur. 
Şagirdlər müşahidə edirlər ki, sapdan asılan düz maqnit hansı istiqamətdə  fırladılmasından 
asılı olmayaraq həmişə eyni vəziyyətdə sükunət halını alır. Sinfə müraciət olunur: 
– Sapdan asılan düz maqnitin sükunət halını aldığı  vəziyyətdə hansı qanunauyğunluq 
müşahidə olunur?  
Alt 
STANDARTLAR 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların 
başvermə səbəblərini şərh edir. 
3.1.1. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun 
cihazlardan istifadə edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Maqnit hadisələrinə nümunələr gətirir. 
 Sabit maqnitlərin xassələrini izah edir. 
 Sabit maqnitlərlə təcrübələr aparır. 


74 
 
Onlar Yer kürəsinin iki coğrafi qütbə – Şimal və  Cənub coğrafi qütblərinə malik ol-
duğunu və maqnitin də bu qütblərə doğru istiqamətləndiyini qeyd edirlər. Müəllim 
müsahibəsini davam etdirir: 
– Bəs nə üçün maqnitin bir ucu Yerin Şimal, digər ucu isə Cənub coğrafi qütbünə doğru 
istiqamətlənir? Maqniti həmin istiqamətlərə yönəldən nədir? 
Araşdırmanın müzakirəsi dərslikdə verilən suallar əsasında da qurula bilər.   
Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin 
aktiv iştirakını  təmin etmək üçün müəllim onları daha fəal  şagirdlərlə bir qrupa daxil edə 
bilər. 
Müəllim dərsin nəzəri hissəsinə dair təqdimat hazırlayan qruplara kömək məqsədilə 
aşağıdakı planı təqdim edə bilər: 
 Sabit maqnitlər. 
 Sabit maqnitlərin xassələri. 
 Maqnit əqrəbi və kompasın işi. 
 Maqnit qütbləri arasında qarşılıqlı təsir. 
D blokunda verilən “Maqnitin qütbləri bir-birinə necə  təsir edir?” araşdırması yerinə 
yetirilir. Araşdırma qruplarda yerinə yetirilə bilər. Araşdırmada məqsəd  şagirdləri 
maqnitlərin eyniadlı və müxtəlifadlı qütbləri arasında qarşılıqlı təsirini praktik yoxlamaqdır. 
Şagirdlər müşahidələrini iş vərəqinə köçürdükləri aşağıdakı cədvəldə qeyd edirlər. 
 
S.s 
Araşdırma 
Qarşılıqlı təsir 
Cəzbetmə 
İtələnmə 

İki şimal  
 

İki cənub 
 
 

Cənub və şimal   
 
E blokunda verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq 
ümumiləşdirməsinə xidmət edir 
Sabit maqnitin xassələri 
Xassələri 
 
Açar sözlər 
sabit maqnit, maqnit qütbü, şimal maqnit qütbü, cənub maqnit 
qütbü, birqütblü maqnit, Küri nöqtəsi, maqnitin orta xətti. 
 
Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda (F bloku) “Öyrəndiklərinizi 
yoxlayın” hissəsindəki tapşırıqlar yerinə yetirilir. Tapşırıqların icrası üçün aşağıdakı 
cədvəllərdən istifadə etmək olar. 
Təklif olunan cədvəl və sxemlər. 
  
 
 
Elektron resurslar: 
1. youtube.com›watch?v=f6CqAsYbE58 
2. quickiwiki.com›az/Maqnit 
S.s Maqnitin 
növü 
Xassələri 
1 Düz 
maqnit 
 
2 Nalşəkilli maqnit 
 
3 Halqaşəkilli maqnit 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə