Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə40/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   93

87 
 
Dərs 27/Mövzu: 
ELEKTROMAQNİT VƏ ONUN TƏTBİQLƏRİ 
 
Maraqoyatma dərslikdə verilən mətn və  şəkil  əsasında yaradıla bilər (A bloku). Bu 
zaman müəllimin texniki imkanları olan sinifdə elektromaqnit və onun tətbiqinə həsr olunan 
video fraqmentlər nümayiş etdirməsi məqsədəuyğundur. 
Şagirdlər müşahidə etdikləri hadisələrə dair fərziyyələrini irəli sürürlər. 
Sual Fərziyyələr 
Elektromaqnit nədir? 
 
Qaldırıcı qurğularda güclü maqnit təsiri 
yaradan nədir? 
 
Bu qurğularda maqnitsizləşdirmə necə 
yaradılır? 
 
 
Tədqiqat sualı: 
Elektromaqnit nədir və onun iş prinsipi nəyə əsaslanır?”  
B blokunda verilən araşdırma yerinə yetirilir. Araşdırma üç mərhələdə aparılır:  
1. Cərəyanlı sarğacın maqnit təsirinin sarğacdakı cərəyan şiddətindən asılılığının müşahidəsi. 
2. Cərəyanlı sarğacın maqnit təsirinin sarğacın dolaqlarının sayından asılılığının müşahidəsi. 
3. Cərəyanlı sarğacın maqnit təsirinin dəmir içliyin təsiri ilə artmasının müşahidəsi.  
Müşahidə nəticələrinin müzakirəsi dərslikdə verilən suallar əsasında 
keçirilə bilər. 
Yeni bilik müsahibə ilə öyrədilə bilər (C bloku). Müsahibə 
araşdırmadan çıxan nəticələr üzərində qurula bilər: 
– Cərəyanlı sarğacın dolaqlarının sayı artdıqca onun maqnit təsiri 
niyə güclənir? 
– Cərəyanlı sarğacın maqnit təsirini daha hansı üsulla artırmaq olar? 
– Cərəyanlı sarğaca 
dəmir içlik daxil etdikdə 
onun  maqnit təsirinin dəyişdiyini necə 
müəyyənləşdirmək olar?  
Vaxta qənaət məqsədilə elektromaqnitin kim tə-
rəfindən ixtira edilməsi və elektrik zənginin qu-
ruluş sxemi illüstrasiya olunaraq onun iş prinsipi 
haqqında  şagirdlərə  məlumat verilir. Daha sonra 
müəllim elektromaqnitə aid cədvəli lövhədə 
çəkir, şagirdlər həmin cədvəli iş vərəqinə köçürür 
və onu nəzəri məlumata əsasən doldururlar. 
Dərsdə imkan olarsa, teleqraf aparatının aşağıda 
təsvir edilən sadələşdirilmiş sxemi illüstrasiya 
olunur, habelə onun quruluş və iş prinsipinə dair 
Alt 
STANDARTLAR 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların 
başvermə səbəblərini şərh edir.  
3.1.1. Elektromaqnit (maqnit və  işıq), atom və nüvə hadisələrinə uyğun 
cihazlardan istifadə edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Cərəyanlı sarğacın maqnit sahəsinin gücləndirilmə üsulunu təcrübi olaraq 
əsaslandırır. 
 Elektromaqnitin tətbiqlər olunduğu sadə məişət və istehsalat qurğularının 
quruluş və iş prinsipini sxemlər əsasında şərh edir. 
Şəkil 1. 


88 
 
müsahibə təşkil edilə bilər (şəkil 1). 
 
 “Yaradıcı  tətbiqetmə” mərhələsində “Elektromaqnit kranının modeli ilə  iş” araşdırması 
yerinə yetirilir (D bloku). Araşdırmanın icrası çox vaxt tələb etdiyindən onu iki şagirdin 
iştirakı ilə müəllimin nümayiş etdirməsi məqsədəuyğundur.  
Əvvəlcə  elektromaqnit kranının modeli  2V-luq gərginlik mənbəyinə birləşdirilir, sonra də-
mir lövbər elektromaqnitə yaxınlaşdırılır və onun qarmağından elektromaqnitdən qopana 
qədər yüklər asılır. Daha sonra elektromaqnitin uclarına 4V gərginlik verilir və  təcrübə 
təkrarlanır. Lazımi ölçmələr dərslikdə verilən qaydaya müvafiq aparılır. Araşdırmada 
məqsəd elektromaqnit kranının yükqaldırma qabiliyyətinin cərəyan  şiddətindən asılılığını 
nümayiş etdirməkdir. 
Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları  məhdud olan şagirdləri 
müəllim daha fəal şagirdlərin yanında əyləşdirməlidir.  
Dərsin “Nə öyrəndiniz” mərhələsində  şagirdlər ümumiləşdirmə aparır. Onlar iş  vərəqinə 
köçürdükləri natamam cümlələri tamamlayırlar.  
Elektron resurslar: 
1. https://www.youtube.com/watch?v=ULEwUAGAxtI 
2. https://www.youtube.com/watch?v=y8m96dAl7lY 
3. https://www.youtube.com/watch?v=LslKr17gz-w 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
 
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
Ə
sa
sla
nd
ırma 
Cərəyanlı sarğacın 
maqnit sahəsinin 
gücləndirilmə üsu-
lunu təcrübi olaraq 
səhv əsaslandırır. 
Cərəyanlı sarğacın 
maqnit sahəsinin 
gücləndirilmə üsu-
lunu təcrübi olaraq az 
səhvə yol verməklə 
əsaslandırır. 
Cərəyanlı sarğacın 
maqnit sahəsinin 
gücləndirilmə üsu-
lunu təcrübi olaraq 
əsasən doğru  əsas-
landırır. 
Cərəyanlı sarğacın 
maqnit sahəsinin 
gücləndirilmə üsu-
lunu təcrübi olaraq 
tam doğru əsaslandı-
rır. 
Şə
rhetm
ə 
Elektromaqnitin tət-
biq olunduğu sadə 
məişət və istehsalat 
qurğularının quruluş 
və iş prinsipini sxem-
lər əsasında müəlli-
min köməyi ilə şərh 
edir. 
Elektromaqnitin tət-
biq olunduğu sadə 
məişət və istehsalat 
qurğularının quruluş 
və iş prinsipini sxem-
lər əsasında az xəta-
lara yol verərək  şərh 
edir. 
Elektromaqnitin tət-
biq olunduğu sadə 
məişət və istehsalat 
qurğularının quruluş 
və iş prinsipini sxem-
lər əsasında qismən  
doğru şərh edir. 
Elektromaqnitin tət-
biq olunduğu sadə 
məişət və istehsalat 
qurğularının quruluş 
və iş prinsipini sxem-
lər əsasında ətraflı 
şərh edir. 
Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur. 
Ev tapşırığı: “Elektromaqnitlərin tətbiqi” haqqında esse yazmaq. 
 
 
Dərs 28/ 
MƏSƏLƏ HƏLLİ 
 
Burada çalışma 2.3-dəki tapşırıqlar həll oluna bilər: 
1. Cavab: Sarğacdakı cərəyanın istiqaməti sağ əl  (və ya sağ yivli burğu) qaydasına əsasən 
təyin olunur: dörd barmağın büküldüyü istiqamət. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə