Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə43/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   93

93 
 
Dərs 32/Mövzu: 
MAQNİT SAHƏSİNİN CƏRƏYANLI 
ÇƏRÇİVƏYƏ TƏSİRİ 
Şagirdlər əvvəlki dərslərdən maqnit sahəsinin cərəyanlı naqilə təsirini müşahidə etmiş və 
bu təsirin hansı kəmiyyətlərdən asılı olduğunu öyrənmişlər. Ona görə də bu mövzunun ma-
raqoyatma mərhələsi fəndaxili əlaqə suallarından ibarət müsahibə əsasında qurula bilər.  
Tədqiqat sualı:
  Maqnit sahəsində  cərəyanlı  çərçivə yerləşdirilərsə, Amper qüvvəsi 
hansı istiqamətə yönələr?”  
Şagirdlərin irəli sürdükləri fərziyyələr dinlənilir və qeyd olunur. 
Şagirdlər qruplaşdırılır və onlar “Maqnit sahəsinin cərəyanlı çərçivəyə təsiri” araşdırmasını 
icra edirlər. Müəllim vaxt itkisinin qarşısını almaq məqsədilə  işin gedişini  şagirdlərə izah 
edir. Şagirdlər təcrübə prosesində müşahidə edirlər: 
1) fırlanma oxu olan cərəyanlı çərçivəyə Amper qüvvəsi fırlanma momenti verir; 
2) çərçivədəki elektrik cərəyanının istiqamətini dəyişdikdə ona təsir edən Amper qüvvəsinin 
istiqaməti dəyişir: çərçivənin fırlanma momentinin də istiqaməti dəyişir. 
Nəzəri dərs materialı qısa və sadə məzmunlu olduğundan onunla şagirdlər müəllimin nəzarəti 
altında müstəqil tanış olurlar. Bu məqsədlə onlara 5-6 dəqiqə vaxt ayrılır. Şagirdlər dərslikdə 
verilən  şəkil  əsasında (texniki imkanları geniş olan sinifdə müəllim  əvvəlcədən hazırladığı 
slaydı ekranda nümayiş etdirir) aşağıdakı müddəalara cavab hazırlayırlar: 
 Cərəyanlı çərçivənin müstəvisi maqnit induksiya xətlərinə perpendikulyar olduğu halda baş 
verən hadisə və onun səbəbi. 
  Cərəyanlı  çərçivənin müstəvisi maqnit induksiya xətləri ilə müəyyən bucaq altında 
yerləşdiyi halda baş verən hadisə və onun səbəbi. 
 Cərəyanlı çərçivəyə Amper qüvvəsinin fırlanma momenti verməsinin səbəbi. 
  Cərəyanlı  çərçivənin maqnit sahəsində eyni istiqamətdə fasiləsiz fırlanmasının təmin-
olunma texnologiyası: “kollektor” və “fırça” anlayışları haqqında məlumat. 
Qrupların təqdimatları dinlənilır, müzakirə edilir və  dərsin  əvvəlində irəli sürülən 
fərziyyələrlə müqayisə olunur. 
Təklif olunan cədvəl və sxemlər. “Yaradıcı tətbiqetmə” mərhələsində şagirdlər D blokunda 
verilən tapşırığı həll edir və aşağıdakı cədvəldə qeyd edə bilərlər: 
Sxem 
Çərçivədəki cərəyanın 
istiqamətini təyin edin.
Çərçivənin fırlanma 
istiqamətini dəyişmək 
üçün nə etmək lazım 
gəldiyini göstərin. 
Çərçivənin fasiləsiz fırlanması-
nı təmin etmək  üçün nə etmək 
lazım olduğunu söyləyin. 
 
1. Çərçivədən keçən cə-
rəyanın istiqamətini də-
yişmək lazımdır. 
2. Sabit maqnitin qütb-
lərinin yerini dəyişmək 
lazımdır. 
Çərçivənin eyni istiqamətdə 
fasiləsiz fırlanmasını təmin et-
mək üçün  dövrədəki cərəyanın 
istiqamətinin periodik dəyiş-
məsini təmin edən kollektordan 
istifadə olunur. 
E blokunda verilən natamam cümlələr iş vərəqinə köçürülür və dərs boyunca öyrənilən 
biliklər əsasında ümumiləşdirmələr aparılaraq tamamlanır. 
Alt 
STANDARTLAR 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların 
başvermə səbəblərini şərh edir.  
3.1.1.Elektromaqnit (maqnit və  işıq), atom və nüvə hadisələrinə uyğun 
cihazlardan istifadə edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Maqnit sahəsinin cərəyanlı çərçivəyə fırlanma momenti ilə təsir 
göstərməsini sadə sxemlər əsasında izah edir. 
 Maqnit sahəsinin cərəyanlı çərçivəyə təsirini sadə təcrübələrlə yoxlayır. 


94 
 
Texniki imkanları olan siniflərdə müəllim tapşırığı “AktivInspire”, “Mimio”, “Power Point” 
proqramlarının birində interaktiv formada təqdim edə bilər. Bu zaman şagirdlər üçün 
elektron lövhədə sərbəst iş şəraiti təmin olunur.  
Müəllim auksion texnikasını  tətbiq etməklə ümumiləşdirmə apara bilər. Bütün şagirdlər 
müzakirə olunan məsələ haqqında növbə ilə fikir söyləyir, əlavə olaraq başqa şagird təkrara 
yol vermədən təklif verir: 
 
 
Elektron resurslar: 
1. https://www.youtube.com/watch?v=OWzYafri_ZA 
2. https://www.youtube.com/watch?v=l-RjuauyuzM 
3. https://www.youtube.com/watch?v=hajIIGHPeuU 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
İzahe
tm
ə 
Maqnit sahəsinin 
cərəyanlı çərçivəyə 
fırlanma momenti ilə 
təsir göstərməsini 
sadə sxemlər əsasında 
müəllimin köməyi ilə 
izah edir. 
Maqnit sahəsinin 
cərəyanlı çərçivəyə 
fırlanma momenti ilə 
təsir göstərməsini 
sadə sxemlər əsasında 
az səhvlərə yol 
verməklə  izah edir. 
Maqnit sahəsinin 
cərəyanlı çərçivəyə 
fırlanma momenti ilə 
təsir göstərməsini 
sadə sxemlər əsasında 
qismən doğru   izah 
edir. 
Maqnit sahəsinin 
cərəyanlı çərçivəyə 
fırlanma momenti ilə 
təsir göstərməsini 
sadə sxemlər əsasında 
ətraflı  izah edir. 
T
ətbiq
et
m
ə 
Maqnit sahəsinin 
cərəyanlı çərçivəyə 
təsirini sadə təcrübə-
lərlə yoxlamaqda 
çətinlik çəkir. 
Maqnit sahəsinin 
cərəyanlı çərçivəyə 
təsirini sadə təcrü-
bələrlə bəzi səhvlərə 
yol verməklə yox-
layır. 
Maqnit sahəsinin 
cərəyanlı 
çərçivəyə 
təsirini sadə  təcrü-
bələrlə əsasən düzgün  
yoxlayır. 
Maqnit sahəsinin 
cərəyanlı 
çərçivəyə 
təsirini sadə  təcrü-
bələrlə tam və  dəqiq 
yoxlayır. 
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur. 
 
 
 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə