Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə53/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   93

116 
 
Elektron resurslar: 
1. https://www.youtube.com/watch?v=DxBcqxBg8WQ 
2. https://www.youtube.com/watch?v=Q2uYNiaw9qE 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
M-
lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
İzahe
tm
ə 
İşıq hadisələrinin insan 
həyatının ayrılmaz his-
səsi olduğunu səhv izah 
edir. 
İşıq hadisələrinin insan 
həyatının ayrılmaz his-
səsi olduğunu çətinliklə 
izah edir. 
İşıq hadisələrinin insan 
həyatının ayrılmaz his-
səsi olduğunu qismən 
izah edir. 
İşıq hadisələrinin insan 
həyatının ayrılmaz his-
səsi olduğunu dəqiq 
izah edir. 

rql
ən-
dirm
ə 
İşıq mənbələrini təsnif 
edir və onları səhvlərə 
yol verməklə fərqlən-
dirir. 
İşıq mənbələrini təsnif 
edir və onları çətinliklə 
fərqləndirir. 
İşıq mənbələrini təsnif 
edir və onları qismən 
fərqləndirir. 
İşıq mənbələrini təsnif 
edir və onları tam fərq-
ləndirir. 
Şə
rhetm
ə 
İşıq hadisələrinin öyrə-
nilməsində “nöqtəvi 
işıq mənbəyi” modeli-
nin əhəmiyyətini səhv 
şərh edir. 
İşıq hadisələrinin öyrə-
nilməsində “nöqtəvi 
işıq mənbəyi” modeli-
nin əhəmiyyətini müəl-
limin köməyi ilə şərh 
edir. 
İşıq hadisələrinin öyrə-
nilməsində “nöqtəvi 
işıq mənbəyi” modeli-
nin əhəmiyyətini əsasən 
şərh edir. 
İşıq hadisələrinin öyrə-
nilməsində “nöqtəvi 
işıq mənbəyi” modeli-
nin əhəmiyyətini ətraflı 
şərh edir. 
Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur. 
Ev tapşırığı. Şagirdlərə tapşırmaq olar ki, kütləvi informasiya vasitələrindən istifadə etməklə 
işıq mənbələri haqqında esse yazsınlar. Essenin mövzusu belə ola bilər: “İşıq mənbələrinin 
həyatımızda rolu”. 
 
 
Dərs 47/Mövzu:
 İŞIĞIN DÜZ XƏTT BOYUNCA YAYILMASI 
Şagirdlərdə yeni mövzuya “beyin həmləsi” ilə maraqoyatma yaradıla bilər. Bunun üçün 
“Optik disk” nümayiş cihazından istifadə etməklə nazik işıq dəstəsinin düz xətt boyunca 
yayılmasını nümayiş etdirmək olar (
a
). Eyni zamanda dərsliyin  A blokunda verilmiş 
şəkillərdən istifadə edilə bilər. Müəllim günəşli gündə  və ya süni işıq mənbəyi vasitəsilə 
insan bədəninin kölgəsini (
b
) və s.-ni təsvir 
edən slaydları da nümayiş etdirib sinfə aşağı-
dakı suallarla müraciət edə bilər:  
 Buna oxşar hadisələrə aid nümunələr söy-
ləyin.  
 İşıq şüasının düz xətt boyunca yayılmasını 
necə izah etmək olar?  
 İşıq mənbəyinin qarşısına maneə yerləşdir-
sək, hansı hadisə müşahidə olunar?  
Alt 
STANDARTLAR 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların 
başvermə səbəblərini şərh edir. 
1.1.2. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinə aid 
məsələlər qurur və həll edir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
 “İşıq şüası” anlayışını şərh edir. 
  İşığın düz xətt boyunca yayılması qanununu sadə  təcrübələrlə 
əsaslandırır. 
a

b


117 
 
 Kölgənin əmələ gəlməsinin səbəbini necə izah etmək olar? 
Şagirdlərin fərziyyələri dinlənilir. Lövhədə tədqiqat sualı yazılır. 
Tədqiqat sualı: 
İşıq şüası şəffaf bircins mühitdə necə yayılır?” 
Şagirdlər həll olunacaq problemi irəli sürdükdən sonra müəllim təklif edir ki, problemin 
həlli üçün ağıla gələn bütün ilk ideyaları və fərziyyələri sürətlə, qısa ifadələrlə bildirsinlər. 
Bu fərziyyələr fantastik, qeyri-adi, ağlasığmaz və s. ola bilər.  
Diqqət! Fərziyyələr qiymətləndirilmir və tənqid edilmir! 
Şagirdlər 4-5 qrupa bölünür. Bütün qrup problemin həllinə  cəlb olunur. Əsas məqsəd çox 
fikir toplamağa nail olmaqdır. Qısa vaxt ərzində verilən təkrarlanmayan fərziyyələr müəllim 
tərəfindən qeyd olunur. 
Müəllim maraqoyatma məqsədilə aşağıdakı sxemdən də istifadə edə bilər: 
 
Dərsin bu mərhələsində  B blokunda verilmiş “Yalnız bir sancağın görünməsinə  səbəb 
nədir?” araşdırması yerinə yetirilir. Bu araşdırmaya aid cihazlar çox sadə olduğundan hər 
qrup ayrılıqda yerinə yetirə bilər. Şagirdlər nəticələri iş vərəqlərində müzakirə edərək qeyd 
edə bilərlər. Eyni zamanda müəllim “Fizika multimedia” dərsliyindən araşdırmaya uyğun 
təcrübəni nümayiş edə bilər. Şagirdlər aldıqları nəticələrə əsasən əvvəl söylədikləri ideyaları 
tənqidi təhlil edirlər. Nəticələr iş vərəqlərində yazılır. Araşdırmanın nəticəsi olaraq şagirdlər 
müəyyən edirlər ki, işıq düz xətt boyunca yayılır. Bu zaman aşağıdakı sual və tövsiyələri iş 
vərəqlərinə daxil etmək olar: 
 Sancaqları bir düz xətt üzrə yerləşdirməsək, nə baş verər? 
 Araşdırmanı sxematik təsvir edin. 
 Düz xəttə nisbətən sancaqlar necə yerləşmişdir? Bunu sxem üzrə təhlil  edin. 
Diferensial təlim.  Təlim nəticələri zəif və sağlamlıq imkanları  məhdud olan şagirdlər 
sinif yoldaşlarının sxem üzərindəki işində və müzakirəsində iştirak edirlər. 
Qrup liderləri yerinə yetirdikləri tapşırıq barədə təqdimat edir. Bu zaman digər şagirdlər 
sual-cavabla müzakirəyə cəlb olunurlar. Eyni zamanda hər qrupun yerinə yetirdiyi sxemlər 
müqayisə edilir. Müəllim aşağıdakı tip tövsiyə və suallarla qruplara müraciət edə bilər: 
 İşığın düz xətt boyunca yayılmasına aid misallar söyləyin. 
 İşığın düz xətt boyunca yayılmasına səbəb nədir? 
 Sancaqları bir düz xətt boyunca düzdükdə nə üçün ancaq bir sancaq görünür? 
Şagirdlər dərslikdəki mətni oxumaqla “işıq şüası” (paralel, divergent, konvergent) anlayışı və 
işıq  şüasının düz xətt boyunca yayılması ilə tanış olurlar (C bloku). Onlar öyrğnirlər ki, 
kölgənin yaranmasının səbəbi işığın düz xətt boyunca yayılmasıdır. Müəllim qanun haqqında 
tarixi faktları şagirdlərin diqqətinə çatdırır. 
Tövsiyə. İzahatın slaydların nümayişi ilə müşayiət olunması məqsədəuyğundur
Problemin hərtərəfli həlli üçün sinfə belə bir yardımçı sualla müraciət oluna bilər:  
 İşıq bütün istiqamətlərdə düz xətt boyunca yayılır? 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə