120
Sualların cavabları iş vərəqlərində qeyd edilir.
Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər
sinif yoldaşlarının müzakirəsində iştirak edir. Eyni zamanda təlim nəticələri yüksək olan şa-
girdlərə dirək və onun kölgəsinin sxemini qurmağı tapşırmaq olar.
Qrup liderləri yerinə yetirdikləri tapşırıq barədə qısa təqdimat edirlər. Bu zaman digər
şagirdlər sual-cavabla müzakirəyə cəlb oluna bilərlər.
Dərsin bu hissəsində müəllim istiqamətverici iş yerinə yetirir (
C bloku): qruplar yeni
eksperiment aparır. Əvvəlcə bir nöqtəvi işıq mənbəyi (kiçik elektrik lampası) ilə işıqlanan
topun (və ya qlobusun), sonra isə iki nöqtəvi işıq mənbəyi (iki elektrik lampası) ilə işıqlanan
topun tam və yarımkölgəsini alırlar. Daha sonra “Günəş tutulmasının səbəbini izah edək”
araşdırması yerinə yetirilir (
E bloku). Şagirdlər əvvəlki eksperimentlərdən gəldikləri nəticə-
lərə əsasən Ay və Günəş tutulmalarının səbəbini asanlıqla izah edə bilirlər.
Tövsiyə. “Araşdırma -2” karusel metodu ilə də icra oluna bilər: qruplara dərslikdəki
uyğun təsvir və təmiz vərəq paylanır. Qrup üzvləri müşahidə etdikləri hadisənin başvermə
səbəbini vərəqdə qeyd edir. Vərəqlər saat əqrəbi istiqamətində müəllimin köməyi
ilə qruplara
ötürülür. Beləliklə, vərəqlər “Karusel” kimi bütün qruplardan keçərək axırda öz qrupuna
qayıdır. Müəllim bu vərəqləri yazı lövhəsinə yapışdırır və bütün sinif cavabları müzakirə
edir. Araşdırmanın müzakirəsi dərslikdə verilən suallar əsasında da aparıla bilər.
Təklif olunan sxemlər. “Nə öyrəndiniz” bölümündə verilmiş tapşırıq yerinə yetirilir.
Şagirdlər “Yarımkölgə”, “Günəş tutulması”, “Tam kölgə”, “Ay tutulması” kimi açar sözlərdən
istifadə edərək qısa esse yazırlar. Tapşırıq aşağıdakı cədvəl əsasında da yerinə yetirilə bilər:
Eyni zamanda Venn diaqramından istifadə edərək müqayisə aparmaq olar.
Dərsin əvvəlində irəli sürülən fərziyyələr xatırlanır və onlar şagirdlərin fəal iştirakı ilə
qazanılmış biliklərlə müqayisə edilir.
Qiymətləndirmə. Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini
müəyyən etmək olar.
M-
lar
I
səviyyə
II
səviyyə
III
səviyyə
IV
səviyyə
İzahe
tm
ə
Cisimlərin kölgəsinin
alınmasını, Günəş və
Ay tutulmalarını “İşı-
ğın
düz xətt boyunca
yayılması qanunu”
əsasında səhv izah
edir.
Cisimlərin kölgəsinin
alınmasını, Günəş və
Ay tutulmalarını “İşı-
ğın düz xətt boyunca
yayılması qanunu”
əsasında müəllimin kö-
məyi ilə izah edir.
Cisimlərin kölgəsinin
alınmasını, Günəş və
Ay tutulmalarını
“İşığın
düz xətt
boyunca yayılması
qanunu” əsasında
əsasən izah edir.
Cisimlərin kölgəsinin
alınmasını, Günəş və
Ay tutulmalarını
“İşığın düz xətt bo-
yunca yayılması qa-
nunu” əsasında düzgün
izah edir.
121
T
ətbiq
et
m
ə
İşığın düz xətt boyunca
yayılması qanununun
tətbiqlərinə dair məsə-
lələri
müəllimin kömə-
yi ilə qurur və səhv
həll edir.
İşığın düz xətt boyunca
yayılması qanununun
tətbiqlərinə dair
məsələləri çətinliklə
qurur və həll edir.
İşığın düz xətt boyunca
yayılması qanununun
tətbiqlərinə dair
məsələləri qismən qurur
və həllində bəzən kiçik
səhvlərə yol verir.
İşığın düz xətt bo-
yunca yayılması qa-
nununun tətbiqlərinə
dair
məsələləri tam
qurur və düzgün həll
edir.
Nümayi
şetm
ə
İşığın düz xətt boyunca
yayılması qanununun
tətbiqlərinə aid sadə
cihazlarla
təcrübələri
səhvlərə yol verməklə
aparır.
İşığın düz xətt boyunca
yayılması qanununun
tətbiqlərinə aid sadə
cihazlarla təcrübələri
müəllimin köməyi ilə
aparır.
İşığın düz xətt boyunca
yayılması qanununun
tətbiqlərinə aid sadə
cihazlarla təcrübələri
qismən aparır.
İşığın düz xətt boyunca
yayılması qanununun
tətbiqlərinə aid sadə ci-
hazlarla təcrübələri
düzgün aparır.
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur.
Dərs 49/
MƏSƏLƏ HƏLLİ
Burada çalışma 3.1-də olan tapşırıqlar həll oluna bilər:
1. Cavab: İstilik işıq şüalandırma mənbəyi: – közərmiş metal, közərmə lampası və şam
alovudur. Soyuq işıq şüalandırma mənbəyi: – kompüter monitoru, işıldaböcək və reklam
lampasıdır.
2. Cavab:
Topun ekranda kölgə və yarımkölgəsi
şəkildəki kimi alınır:
3. Cavab: Şaquli qoyulmuş cismin üzərinə 1, 2, 3 və 4 nöqtələrindən işıq
şüalarının verdiyi kölgələrin hündürlükləri arasındakı münasibət belədir:
4
3 2 1.
4. Cavab: Tam Günəş tutulmasının baş verməsi üçün Ay 4
nöqtəsində olmalıdır.
5. Cavab: Binanın hündürlüyü 60 m -dir
6. Cavab: Binanın giriş qapısının günlüyü iki küçə
lampası ilə işıqlandırılır. Günlüyün altında duran
oğlan onun tam kölgəsindədir. Cavab: A.
A
B
122
Dərs 50/Mövzu:
İŞIĞIN YAYILMA SÜRƏTİ
VƏ ONUN TƏYİNİ ÜSULLARI
Maraqoyatmaya şimşək çaxmasına dair qısa film nümayişilə başlamaq olar. Bu zaman
mövzuya aid fəndaxili və fənlərarası inteqrasiyadan istifadə etmək olar. Sinfə aşağıdakı kimi
suallar verilə bilər:
– Şimşək çaxması hansı fiziki hadisədir?
– Şimşək çaxan zaman onun səsindən əvvəl parıltısının görünməsinə səbəb nədir?
– Sürət nəyə deyilir? Sürətin riyazi ifadəsindən istifadə edərək şimşəyin parıltısının sürətini
ölçmək olarmı?
Şagirdlərin cavabları dinlənilir. Lövhədə tədqiqat sualı yazılır
və müəllim tərəfindən
səsləndirilir. Şagirdlərin fərziyyələri qeyd olunur.
Tədqiqat sualı:
“
İşığın yayılma sürətini necə təyin etmək olar?”
Dərsin bu mərhələsində şagirdlər işığın yayılma sürətinin təyininə aid dərslikdə verilən
materialı diqqətlə oxuyurlar (
C bloku). Burada onlar işığın sürətinin astronomik və
laboratoriya üsulları ilə tanış olurlar. Şagirdlərin diqqəti aşağıdakı tapşırıqla istiqamətlən-
dirilə bilər:
İşıq şüası nəyə deyilir?
İşığın yayılma sürəti haqqında hansı tarixi məlumatlarla tanışsınız?
İşığın böyük sürətlə yayılmasına aid misallar göstərin.
İşığın yayılma sürəti astronomik üsulla necə təyin olunmuşdur?
İşığın yayılma sürəti laboratoriya üsulu ilə necə təyin olunmuşdur?
Şagirdlərin mənimsəmə keyfiyyətini yüksəltmək məqsədilə “Fizika multimedia” dərsliyindən
istifadə oluna olar.
Şagirdlərlə birlikdə aşağıdakı cədvəli doldurmaqla nəticələr çıxarırlar:
S.s
İşıq sürətini təyin
etmək üçün təcrübə
Təcrübənin qısa
məzmunu
Alınan nəticə
(vakuum)
Hansı üsul əlverişlidir?
Nə üçün?
1
Astronomik üsul
2
Laboratoriya üsulu
Yaradıcı tətbiqetmə mərhələsində aşağıdakı məsələ həll edilir:
Verilir Həlli Hesablanması
N = 720
L = 8633 m
,
?
.
4 ∙ 8633 ∙ 720 ∙ 12,67
315014717
Nəticə araşdırmada verilən suallar əsasında müzakirə olunur.
Alt
STANDARTLAR
1.1.1. Elektromaqnit (maqnit, işıq),
atom və nüvə hadisələrini, onların
başvermə səbəblərini şərh edir.
1.1.2. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinə aid
məsələlər qurur və həll edir.
3.1.2. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun
fiziki kəmiyyətlər arasındakı asılılığı müəyyən edir.
Təlim
NƏTİCƏLƏRİ
İşığın yayılma sürətinin astronomik və optik üsullarla ölçülmə
mexanizmini izah edir.
İşığın vakuumda yayılma sürətinin təbiətdə ən böyük sürət olduğunu
misallarla şərh edir.
İşığın yayılma sürətinin hesablanmasına aid kəmiyyət xarakterli sadə
məsələlər həll edir.