Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə58/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   93

127 
 
Dərs 54/Mövzu: 
MÜSTƏVİ GÜZGÜDƏ XƏYALIN QURULMASI 
Maraqoyatma belə  də yaradıla bilər: qruplara müstəvi güzgü paylanır (A bloku) və 
şagirdlərə başlarını döndərmədən güzgüdən istifadə etməklə arxa qrupdakı yoldaşlarına 
baxmaq təklif olunur. Bu zaman istiqamətləndirici suallar verilir:  
– Müşahidə apardığınız qrup üzvlərindən hansılar güzgüdə göründü?  
– Qrupun digər üzvləri niyə görünmədi? Siz güzgüdə  nə görürsünüz: yoldaşınızın özünü, 
yoxsa xəyalını?  
– Güzgünü gözünüzə yaxınlaşdırıb-uzaqlaşdırdıqda xəyalın yeri necə dəyişir? və s. 
Tədqiqat sualı:
 Müstəvi güzgüdə cismin xəyalı necə alınır?” 
Tədqiqat iki mərhələdə aparılır (B bloku): 
1. Təlimdə  bərabər imkanların yaradılması prinsipindən istifadə edərək “Cismin xəyalı 
harada alınır?” araşdırması yerinə yetirilir. Bu zaman bütün qruplara eyni təlim  şəraiti 
yaradılır və pedaqoji proses onların potensial imkanları  nəzərə alınmaqla tənzimlənir. 
Şagirdlər yanmayan şamı şüşədən görünən yanan şamın xəyalının yerində yerləşdirirlər. Bu, 
şagirdlərdə böyük marağa səbəb olur. Şagirdlər eksperimentin sxemini iş  vərəqlərinə 
çəkirlər. Bu zaman müəllim aşağıdakılara diqqət yetirməlidir:  
– cisim və xəyal məsafəsinin düzgün təyin olunmasına; 
– cismin xəyalının görünmə sahəsinin düzgün təyin olunmasına; 
– cisim və xəyal məsafələrinin bərabər olduğunu aşkarlamalarına. 
2. Yeni məlumatın mənimsənilməsi. “Ziqzaq” üsulu tətbiq oluna bilər: qruplar “doğma” 
və “ekspert” qruplarına ayrılır. “Ekspert” qrupuna aşağıdakı tapşırıqlar verilə bilər: 
I qrup. Müstəvi güzgüdə cisim və xəyal məsafələrini müqayisə etmək. 
II qrup. Müstəvi güzgüdə ixtiyari xətti cismin xəyalını sxematik qurmaq. 
III qrup. “Araşdırma - 1” zamanı müstəvi güzgünün xassələrini araşdırmaq. 
IV qrup. Müstəvi güzgüdə cismin xəyalının görünmə sahəsini təyin etmək. 
“Ekspert” qruplarında məlumat cədvəl şəklində ümumiləşdirilir: 
Qrup Tapşırıq Sxem 
üzrə izah 
Araşdırma Xassələri 
I qrup 
Cisim məsafəsi 
 
 
 
Xəyal məsafəsi  
 
 
II qrup 
Cismin xəyalının qurulması 
 
 
 
III qrup  Müstəvi güzgünün xassələri  
 
 
IV qrup  Xəyalın görünmə sahəsi 
 
 
 
 
 
“Doğma” qruplarda məlumat müzakirə olunur və cədvəldə ümumiləşdirilir: 
Qrup Tapşırıq Sxem 
üzrə izah 
Araşdırma Xassələri 
Bütün 
qruplarda 
Müstəvi güzgüdə xəyalın 
qurulması 
 
 
 
Alt 
STANDARTLAR 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların 
başvermə səbəblərini şərh edir.  
1.1.4. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin 
qanunauyğunluqlarına dair topladığı məlumatları şərh edir. 
3.1.1.Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun 
cihazlardan istifadə edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Müstəvi güzgüdə xəyalqurmanın işığın qayıtma qanununa əsaslandığını 
nümunələrlə izah edir. 
 Müstəvi güzgüdə xəyalların qurulmasına  dair keyfiyyət xarakterli 
məsələlər qurur və həll edir. 


128 
 
 
Qruplar işlərini təqdim edir. İşlər müzakirə olunur, yaranan suallar araşdırılır.  Müzakirə 
zamanı  şagirdlərin diqqəti müstəvi güzgüdə  xəyalın qurulmasının praktik əhəmiyyətinə 
yönəldilir.  Şagirdlər  C blokunda verilən nəzəri materialla tanış olur. Yeni biliyin sürətli 
mənimsənilməsinin təmin etmək üçün “Fizika multimedia” dərsliyindən uyğun hissə nüma-
yiş oluna bilər. 
Tövsiyə. Təlim nəticələri yüksək olan siniflərdə belə bir praktik araşdırma icra oluna bi-
lər: oyuncaq kaleydoskop nümayiş olunur, rəngli sxemlər əsasında onun quruluşu haqqında 
qısa məlumat verilir, sonra isə kiçik tədqiqat sualı qoyulur: “Kaleydoskopda xırda rəngli şü-
şə  qırıntılarının bir neçə  vəziyyətdə eyni düzülüşdə  və eyni məsafədə görünməsinə  səbəb 
nədir?”  Şagirdlərin fikri dinlənildikdən sonra yaxşı olar ki, iki müstəvi güzgü vasitəsilə 
xəyalların sayının təyin olunması üçün 
1 ifadəsi verilsin.  
E blokunda verilmiş “Hansı nöqtə görünər?” araşdırması icra olunur. Araşdırma 
qruplarda yerinə yetirilir. Burada məqsəd  şagirdlərə “işığın qayıtma qanunu”nun tətbiqinə 
əsaslanaraq müstəvi güzgüdə cismin xəyalının görünmə sahəsini təyin etməkdir. Bu zaman 
şagirdlərə gündəlik həyatda müstəvi güzgülərin tətbiqinə əsaslanan hadisələri misal gətirmək 
məqsədəuyğundur. Məsələn avtomobilərdə  tətbiq olunan yan güzgülərin funksiyaları 
soruşula bilər. Nəticələrin müzakirəsi zamanı  işığın qayıtma qanunu, müstəvi güzgüdə 
xəyalın qurulması bir daha təkrarlanır. 
Təklif olunan sxem. F blokunda verilən tapşırıq aşağıdakı sxem əsasında da yerinə yetirilə 
bilər. 
 
Refleksiya. Verilmiş meyarlar əsasında öz fəaliyyətinizi təhlil edin: 
– Dərsdə müsbət hislər yaradan nə oldu? 
– Dərsdə ən yaxşı nəyi qiymətləndirirsiniz? 
– Dərsdə ən pis alınan hansı tapşırıq oldu?  
– Nəyi başa düşmədiniz? 
– Hansı tapşırıq üzərində yenə işləmək istərdiniz? 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
İzahe
tm
ə 
Müstəvi güzgüdə xə-
yalqurmanın işığın 
qayıtma qanununa 
əsaslandığını nümu-
nələrlə səhv izah edir.
Müstəvi güzgüdə xə-
yalqurmanın işığın 
qayıtma qanununa 
əsaslandığını nümu-
nələrlə çətinliklə  izah 
edir. 
Müstəvi güzgüdə xə-
yalqurmanın işığın 
qayıtma qanununa 
əsaslandığını nümu-
nələrlə qismən izah 
edir. 
Müstəvi güzgüdə xə-
yalqurmanın işığın 
qayıtma qanununa 
əsaslandığını nümu-
nələrlə tam  izah edir. 
M
əs
əl
əh
əlle
tm
ə 
Müstəvi güzgüdə 
xəyalların qurul-
masına  dair key-
fiyyət xarakterli 
məsələləri səhv qurur 
və  həll edə bilmir. 
Müstəvi güzgüdə 
xəyalların qurulma-
sına  dair keyfiyyət 
xarakterli məsələləri 
qurur və çətinliklə 
həll edir. 
Müstəvi güzgüdə 
xəyalların qurulma-
sına  dair keyfiyyət 
xarakterli məsələləri 
qismən  qurur və 
əsasən həll edir. 
Müstəvi güzgüdə 
xəyalların qurulma-
sına  dair keyfiyyət 
xarakterli məsələləri 
düzgün qurur və 
dəqiq həll edir. 
Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə