Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə59/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   93

129 
 
Ev tapşırığı. “Müstəvi güzgünün həyatda tətbiqi” mövzusunda təqdimat hazırlamaq. 
Dərs 55/
 
MƏSƏLƏ HƏLLİ 
 
Burada çalışma 3.3-dəki tapşırıqlar həll oluna bilər: 
1.  Cavab: Düşmə bucağı qayıtma bucağına bərabər olduğundan alarıq: 
 → 
°
;
°
.  
2.  Cavab: Müstəvi güzgüyə N nöqtəsindən baxan gözün  
görmə sahəsinə düşən 2 və 3 nöqtələri 
görünər.  
3.  Cavab: 2,3,4,6 - doğru mülahizələrdir. 
4. Cavab: AB cismi əvvəlcə 1, sonra isə 2 
müstəvi güzgüdən  əks olunduqdan sonra 
A
B kimi görünər.  
5. Cavab: O nöqtəsindən müstəvi güzgüyə baxan göz AB cismini 
yalnız 1 təsvirindəki güzgüdən tam görər, 2 təsvirindəki güzgüdən 
cismin müəyyən hissəsini görər, 3 təsvirindəki güzgüdən isə heç 
görməz. 
 
6. Şüanın düşdüyü istiqamətdə geri qayıtması üçün müstəvi güzgünü 
O nöqtəsi ətrafında elə döndərmək lazımdır ki, düşən şüa ilə müstəvi 
güzgü arasındakı bucaq 0° olsun – şüa güzgünün səthinə perpendi-
kulyar düşsün. Bu halda şüa düşdüyü xətt üzrə geri qayıdacaqdır. 
Cavab: A) 2 istiqamətində 
.
30
o
 
 
 
Dərs 56/Mövzu:
 SFERİK GÜZGÜ 
 
Maraqoyatma belə bir maraqlı məlumatla yaradıla bilər: Olimpiya oyunları keçirilən ölkəyə 
aparılan məşəl Yunanıstanın Olimp dağında Günəş şüalarının təsiri ilə yandırılır (hadisənin 
videogörüntüsü bir neçə saniyəlik fraqmentlə  də nümayiş etdirilə bilər: https:// www. 
youtube.com/watch?v=Y_SreaWLHOw). Bu zaman təbii bir sual yaranır:  
 Məşəl ocaq olmadan öz-özünə necə alovlandı? 
Alt 
STANDARTLAR 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların 
başvermə səbəblərini şərh edir.  
1.1.4. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin 
qanunauyğunluqlarına dair topladığı məlumatları şərh edir. 
3.1.1.Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun 
cihazlardan istifadə edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Sferik güzgüləri müstəvi güzgülərdən fərqləndirir. 
 Sferik güzgünün əsas elementlərini təsnif edir. 
 Sferik güzgülərin praktikada geniş istifadəsinə dair misallar göstərir. 


130 
 
Müəllim cib fənəri, avtomobil farası, projektor, teleskopu (A bloku) təsvir edən  şəkilləri 
nümayiş etdirərək  şagirdlərin diqqətini lampanın arxasındakı sferik güzgüyə (reflektora) 
yönəldir və belə suallarla müraciət edir:  
– Lampaların arxasında yerləşdirilən sferik güzgünün rolu nədən ibarətdir?   
– Bu güzgü olmasa, lampalar əvvəlki kimi işıq verə bilərmi?     
– İşığın qayıtma qanunu sferik güzgülər üçün ödənilirmi? 
Tədqiqat sualı
İşığın qayıtma qanununu sferik güzgüyə tətbiq etmək olarmı? 
Şagirdlərin fərziyyələri dinlənilir və lövhədə yazılır. 
Nəzəri material müəllimin qısa şərhi ilə verilir. Şagirdlərin diqqətinə çatdırılır ki, sferik 
güzgülərə bir çox xırda müstəvi güzgülərin yığımı kimi baxmaq olar (C bloku). Qayıtma 
qanununu tətbiq etmək üçün güzgünün səthinə perpendikulyar çəkilməlidir. Burada Həndəsə 
fənni ilə inteqrasiya yaradılır: 
 Sferik səthin ixtiyari nöqtəsinə perpendikulyar necə çəkilir? 
Onlar bilirlər ki, sferanın səthindəki ixtiyari nöqtəni onun mərkəzi ilə 
birləşdirən düz xətt (həmin nöqtəyə çəkilən radius vektorun davamı) bu 
nöqtəyə çəkilən perpendikulyardır. Ona görə də şagirdlər sferik güzgü-
nün ixtiyari nöqtəsinə perpendikulyarı necə  çəkmək lazım gəldiyini 
asanlıqla izah edirlər. Müəllim çökük və qabarıq güzgülərdə bu perpen-
dikulyarı  çəkməyi, işığın qayıtma qanununu tətbiq etməklə qayıdan 
şüaların yolunu göstərməyi tapşırır. Beləliklə, şagirdlər görürlər ki, çö-
kük güzgü üzərinə düşən  şüalar toplanır (
a
), qabarıq güzgü isə  həmin 
şüaları  səpir (
b
).  Şagirdlər qayıdan  şüaların (qabarıq güzgüdə qayıdan 
şüaların uzantılarının) kəsişdiyi nöqtəni qeyd edirlər. Həmin nöqtə 
güzgülərin fokusu adlanır. Dərs prosesində şagirdlər aşağıdakı bacarıq-
lara yiyələnirlər: 1) şagirdlər sferik güzgünün təpə nöqtəsini, fokus nöqtəsini və baş optik 
oxunu təyin edirlər; 2) fokusların həqiqi və mövhumi olmasını fərqləndirirlər; 3) çökük güz-
güdə paralel səpilən şüaları alırlar.   
“Sferik güzgüdə işığın qayıtma hadisəsini izləyək” araşdırması yerinə yetirilir (E bloku). 
Araşdırmada məqsəd şagirdləri çökük və qabarıq güzgülərdə şüanın yolu ilə tanış etməkdir. 
Bu zaman şagirdlər dərs boyunca haqqında nəzəri məlumat verilən çökük və qabarıq 
güzgülərin praktik tətbiqini öyrənirlər. Onlar teleskop- reflektor, mayak, avtomobil faraları 
və cib fənərində, projektorların  əsas hissəsinin sferik güzgülərdən ibarət olması haqqında 
məlumat alırlar. Araşdırmanın nəticəsini aşağıdakı cədvələ əsasən müzakirə etmək olar. 
Güzgü Tərifi 
Şüanın yolunun sxemi  
Nəticə 
Çökük  güzgü 
 
 
 
Qabarıq güzgü 
 
 
 
 
Təklif olunan cədvəl və sxemlər. Dərsin F blokunda ümumiləşdirmə aparılır.  
Şagirdlər Venn diaqramına əsasən sferik güzgüləri müqayisə edirlər: 
 
 
 


131 
 
Şagirdlər dərslikdək verilmiş açar sözlərin izahıyla aşağıdakı  cədvəli tamamlayırlar. Bu 
cədvəli müəllim texniki imkanlardan istifadə edərək elektron lövhədə yerinə yetirməsi 
məqsədəuyğundur. 
 
Açar sözlər Qısa izah 
Sferik güzgü 
 
Çökük güzgü 
 
Qabarıq güzgü
 
Baş optik ox 
 
Güzgünün baş fokusu
 
Fokal müstəvi 
 
Əyrilik mərkəzi 
 
Reflektor 
 
Teleskop 
 
Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” 
hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər. 
Elektron resurslar: 
1. https://www.youtube.com/watch?v=Ef_OvzPhNgw  
2. https://www.youtube.com/watch?v=Ahopg2Q1ygg  
3. https://www.youtube.com/watch?v=uIgTdxtLygI  
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 

rql
ənd
ir
m
ə 
Sferik güzgüləri müs-
təvi güzgülərdən 
fərqləndirə bilmir. 
Sferik güzgüləri 
müstəvi güzgülərdən 
çətinliklə fərqləndirir.
Sferik güzgüləri 
müstəvi güzgülərdən 
qismən fərqləndirir. 
Sferik güzgüləri 
müstəvi güzgülərdən 
tam fərqləndirir. 
T
əsnifetm
ə 
Sferik güzgünün əsas 
elementlərini müəlli-
min köməyi ilə təsnif 
edir. 
Sferik güzgünün əsas 
elementlərini az səhv-
lərə yol verməklə 
təsnif edir. 
Sferik güzgünün əsas 
elementlərini əsasən 
təsnif edir. 
Sferik güzgünün əsas 
elementlərini düzgün 
təsnif edir. 
T
ətbiq
et
m
ə 
Sferik güzgülərin 
praktikada geniş isti-
fadəsinə dair misal-
ları səhv  göstərir. 
Sferik güzgülərin 
praktikada geniş 
istifadəsinə dair 
misalları çətinliklə 
göstərir. 
Sferik güzgülərin 
praktikada geniş is-
tifadəsinə dair mi-
salları qismən gös-
tərir. 
Sferik güzgülərin 
praktikada geniş 
istifadəsinə dair mi-
salları dəqiq göstərir. 
Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur. 
Ev tapşırığı: İnternet resurslarından istifadə etməklə Şamaxı Astrofizika Rəsədxanasındakı 
teleskop-reflektorlar  haqqında qısa məlumat hazırlamaq. 
 
 
 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə