Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə57/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   93

125 
 
Bu mərhələni başqa praktik tapşırıqla da aparmaq olar. Məsələn, bir neçə şagirdə növbə ilə 
müstəvi güzgü vasitəsilə  şam alovunun işıqlı “ləkəsini” almağı tapşırmaq olar. Şagirdlər 
alovun güzgüyə düşən  şüasının istiqamətini dəyişdikdə  işıqlı “ləkənin” vəziyyətinin 
dəyişdiyini müşahidə edirlər. Təcrübə qara rəngli ekranla təkrarlanır və  şagirdlər işıqlı 
“ləkənin” alınmadığını müşahidə edirlər. Onlar praktik tapşırığı  həvəslə yerinə yetirirlər. 
Şagirdlərə problem formalaşdırmaq üçün yardımçı suallar verilməsi məqsədəuyğundur: 
– Divarda işıqlı ləkənin alınmasına səbəb nədir? 
Qeyd.  Fizika kabinetində kompüter, proyektor və “Mimio studio” (promethean lövhə) 
olarsa, bu tapşırığı  əvvəlcədən hazırlamaq və interaktiv lövhədə yerinə yetirmək dərsə  şa-
girdlərin marağını artıra bilər.  
Şagirdlərin fikirləri dinlənilir. Lövhədə tədqiqat sualları yazılır.  
Tədqiqat sualları:
    “
Hamar səthlərdən, güzgülərdən işıq necə  əks olunur? İşığın  əks 
olunması hansı qanuna tabedir?” 
Şagirdlər qruplara bölünür. Onlara “İşıq güzgüdən necə qayıdır?” araşdırmasını yerinə 
yetirmək tapşırılır (B bloku). Eyni zamanda müəllim şagirdlərə müxtəlif yardımçı suallarla 
müraciət edə bilər:  
– İşıq mənbəyindən güzgünün səthinə düşən şüanı necə adlandırmaq olar? 
– Güzgüdən əks edən şüanı necə adlandırmaq olar?  
–  Güzgünün səthində bir nöqtəyə düşən və həmin nöqtədən qayıdan şüaların, düşmə nöqtə-
sindən səthə qaldırılan perpendikulyarla yaratdıqları α və β bucaqları arasında hansı münasi-
bəti aşkarladınız? 
– İşığın müstəvi güzgüdən qayıtma hadisəsini necə ümumiləşdirmək olar? 
Şagirdlər iş vərəqlərinə aşağıdakı sxemi köçürür və verilən işarələri adlandırırlar: 
 
Qeyd. Bu araşdırmanı yerinə yetirmək üçün xüsusi laboratoriya cihazları tələb olunma-
dığından şagirdlər onu evdə də yerinə yetirə bilər.  
Şagirdlərdə yaradıcı  təfəkkürü inkişaf etdirmək üçün “harada rast gəlmək olar?”, 
“...haqqında nə bilirsiniz?”, “...üçün istifadə etmək olar?”, “hansı yolla...?” və s. ifadəli 
suallarla müraciət edə bilər. Araşdırmanın gedişi zamanı şagirdlər iş vərəqində qeydlər apara 
bilərlər. 
Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər iş 
vərəqlərində araşdırmaya uyğun  şəkillər çəkə, yaxud onun haqqında öz fikirlərini yaza 
bilərlər.  
Qrup liderlərinin qısa təqdimatı və müzakirəsi təşkil olunur. Müzakirə dərslikdə verilən 
suallar əsasında qurula bilər. 
C blokunda verilən nəzəri material sadə və anlaşıqlı olduğundan şagirdlər onu oxuyub mənim-
səməkdə çətinlik çəkmirlər. Lakin onlara aşağıdakı məsələlərə xüsusi diqqət yetirmələri tövsiyə 
oluna bilər: 
1) düşmə və qayıtma bucaqlarının necə təyin edilməsinə; 
2) qayıtma bucağı ilə düşmə bucağı arasında hansı münasibətin olmasına; 
3) düşən və qayıdan şüa, həmçinin iki mühit sərhədinə şüanın düşmə nöqtəsindən qaldırılan 
perpendikulyarın bir müstəvi üzərində olmasına. 


126 
 
Güzgü və diffuz qayıtmanı təcrübədə göstərərkən şagirdlərdə belə bir fikir yaranır ki, diffuz 
qayıtmada işığın qayıtma qanunu ödənilmir, bu qanun yalnız güzgü səth üçündür. Müəllim 
izah etməlidir ki, işıq kələ-kötür səthin hər bir mikrosəthindən qayıtma qanununa görə 
müxtəlif istiqamətlərə əks olunaraq həmin səthləri görməyə imkan verir. 
Müəllim dərsin əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı 
ilə qazanılmış biliklərlə müqayisə edir.  
Daha sonra  “İşığın qayıtma qanununu yoxlayaq” araşdırması icra olunur (E bloku). Bu araş-
dırmada şagirdlər gündəlik həyatda dəfələrlə rastlaşdıqları hadisəni məqsədyönlü yoxladıqla-
rından onlar üçün çox maraqlıdır. Belə ki, onlar asanlıqla güzgüdən və buna oxşar səthlərdən 
işıq  şüasının qayıtmasını müstəqil izah edirlər. Araşdırmanın müzakirəsi verilən suallar 
əsasında yerinə yetirilir. 
Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlərə müəllim alternativ araşdırma da 
təklif edə bilər, məsələn, su səthindən qayıdan işıq şüasının səbəbini izah etmək. 
Elektron resurslar: 
1. https://www.youtube.com/watch?v=ulUy_PgTCvo 
2. https://www.youtube.com/watch?v=8WEtExJjTh0 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
 
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
Ə
sa
sla
nd
ırma 
İşığın qayıtma qanu-
nunu sadə təcrübələr-
lə əsaslandırmaqda 
çətinlik çəkir. 
İşığın qayıtma qanu-
nunu sadə təcrübələr-
lə müəllimin köməyi 
ilə əsaslandırır. 
İşığın qayıtma qanu-
nunu sadə təcrübələr-
lə qismən əsas-
landırır. 
İşığın qayıtma qanu-
nunu sadə təcrübələrlə 
düzgün əsaslandırır. 

rql
ənd
ir
m
ə 
Güzgü qayıtmasını 
diffuz qayıtmadan 
səhv fərqləndirir. 
 
Güzgü qayıtmasını 
diffuz qayıtmadan 
çətinliklə fərqləndirir.
 
Güzgü qayıtmasını 
diffuz qayıtmadan 
əsasən  fərqləndirir. 
 
Güzgü qayıtmasını 
diffuz qayıtmadan 
dəqiq fərqləndirir. 
 
M
əs
əl
əh
əlet
m
ə 
İşığın qayıtma qanu-
nunun tətbiqlərinə da-
ir keyfiyyət xarakterli 
məsələləri sərbəst qu-
rub həll edə bilmir. 
İşığın qayıtma qanu-
nunun tətbiqlərinə da-
ir keyfiyyət xarakterli 
məsələləri az səhvlərə 
yol verməklə qurur və 
həll edir. 
İşığın qayıtma qa-
nununun tətbiqlərinə 
dair keyfiyyət xarak-
terli məsələləri əsasən 
qurur və qismən həll 
edir. 
İşığın qayıtma qanu-
nunun tətbiqlərinə dair 
keyfiyyət xarakterli 
məsələləri düzgün qu-
rur və dəqiq həll edir. 
Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur. 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə