Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə66/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   93

146 
 
Şagirdlər linzaların tətbiqi ilə bağlı cihazlara gündəlik həyatda çox rast gəldikləri üçün
bu mövzu nəzərdə tutulan alt standartların reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. 
Maraqoyatma dərslikdəki materialdan istifadə edərək yerinə yetirilə bilər (A bloku). Bu 
mərhələdə şagirdlərə fizika laboratoriyasında olan müxtəlif linzalar paylayıb onlarla müxtəlif 
məsafələrdə yerləşən cisimlərə, məsələn, dərslikdəki mətnə, qələmə, lövhədəki yazıya, sinif 
pəncərəsinin dəstəyinə, tavandan asılan işıq mənbəyinə  və s. baxıb müxtəlif cisimlərin 
xəyyalları haqqında iş vərəqində uyğun qeydlər etmək tapşırıla bilər. Sonra isə sinfə müraciət 
olunur: 
 Linzalardan cisimləri müşahidə etdikdə  nə üçün onlardan bəziləri düzünə, digərləri isə 
tərsinə çevrilmiş görünür? 
Lövhədə tədqiqat sualı yazılır və müəllim tərəfindən səsləndirilir. 
Tədqiqat sualı
: “Linzada cismin xəyalı necə qurulur?” 
Şagirdlərin irəli sürdükləri çoxsaylı  fərziyyələr ümumiləşdirilir və  ən maraqlılarından bir 
neçəsi lövhədə qeyd edilir.  Sonra isə  “Linzada hansı xəyal alındı?” araşdırması icra olunur 
(B bloku).  İş qruplarda icra olunur. Şagirdlər yanan şamı linzada müxtəlif məsafələrdə 
yerləşdirməklə ekranda hər dəfə müxtəlif xəyalların alındığını  aşkar edirlər. Nəticənin 
müzakirəsini dərslikdə verilən suallar əsasında təşkil etmək daha məqsədəuyğundur. 
Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin 
aktiv iştirakını təmin etmək üçün tapşırıq bir qədər sadələşdirilə bilər. 
Şagirdlər dərslikdə verilən nəzəri məlumatlarla  tanış olurlar (C bloku). Bu zaman şagirdlərə 
yardım məqsədilə linza haqqında əvvəlcədən hazırlanan slaydlar  nümayiş  etdirilə bilər. 
Cismin linzada xəyalını qurmaq üçün şagirdlərin aşağıdakı  şüaların yolunu bilmələri 
vacibdir: 
1. Linzanın baş optik oxuna paralel olan şüalar toplayıcı linzada sındıqdan sonra linzanın 
fokusundan keçir (səpici linzada şüaların uzantısı). 
2. Linzanın fokusundan keçən şüa linzada sındıqdan sonra baş optik oxa paralel keçir. 
3. Linzanın optik mərkəzindən keçən şüa sınmadan yayılır. 
Müəllim bu şüaların ixtiyari ikisindən (yaxşı olar ki, 1-ci və 3-cüdən) istifadə etməklə şagird-
lərə toplayıcı linzada xəyal qurmağı və cədvəli doldurmağı tapşırır. 
 
Cisim məsafəsi Xəyal  
məsafəsi 
Xəyalın  
ölçüsü 
Düzünə və ya 
çevrilmiş 
Həqiqi və ya 
mövhumi 
→ ∞ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şagirdlər “mövhumi xəyal” anlayışını çətin başa düşürlər. Bu anlayışa həqiqi xəyal an-
layışı ilə paralel baxılır, onların arasındakı  fərqin energetik nöqteyi-nəzərdən araşdırılması 
məqsədəuyğundur. Qeyd olunur ki, həqiqi xəyalın alındığı yerdə işıq enerjisi toplanır. Bunu 
müxtəlif vasitələrlə müəyyən etmək olar (fotoelement, termoelement, fotokağız və s.). Möv-
humi xəyalı ekranda və ya fotokağızda almaq mümkün deyil, çünki o, həqiqətdə mövcud 
deyil. Mövhumi xəyalın alındığı yerə işıq enerjisi düşmür. Şagirdlər hər dəfə linzada cismin 
xəyalını qurarkən onu sxematik təsvir etməyi bacarmalıdırlar: xəyal alındığı yerdə  həqiqi, 


147 
 
yoxsa mövhumi, böyüdülmüş, yoxsa kiçildilmiş, düzünə, yoxsa çevrilmiş alındığını  dəqiq 
bilməlidirlər.  
Şagirdlərdə  məntiqi təfəkkürü inkişaf etdirmək üçün onlara xəyalın vəziyyəti və xa-
rakterinin cismin hərəkətdə olduğu zaman necə dəyişdiyi haqqında əsaslandırılmış fikir söy-
ləməyi tapşırmaq olar. Bunun üçün şagirdlərə təklif etmək lazımdır ki, onlar cismin linzadan 
müxtəlif məsafələrdəki xəyallarını eyni bir çertyojda göstərsinlər. Daha sonra şagirdlərə tək-
lif etmək olar ki, cisim və xəyal məsafələrinə əsasən linzanın fokus məsafəsini təyin etsinlər. 
“Cismin nazik linzada xəyalını qurun” araşdırmasında məqsəd toplayıcı  və  səpici linzada 
xəyalların həqiqi və mövhumi alınmasını sxematik təsvir etməkdir. Şagirdlərin diqqəti toplayıcı 
və səpici linzalarda xəyalların alınmasında yaranan fərqlərə yönəldilir, onlarda yaranan fərziyyə-
lər dinlənilirr. Araşdırma qruplarda yerinə yetirilirsə, onların təqdimatı zamanı aparılan müzakirə 
dərslikdə verilən suallar əsasında qurula bilər. Müzakirənin sual və cavabları iş vərəqlərində qeyd 
edilir. 
Təklif olunan sxemlər. 1. Cisim linzadan müxtəlif məsafələrdə yerləşir, onların xəyallarını 
qurmaq və xəyalı xarakterizə etmək tapşırılır. Aşağıda nümunə verilir. 
 
2.  Venn diaqramında linzada alınan mövhum və  həqiqi 
xəyal müqayisə olunur. 
 
Elektron resurslar: 
1. https://www.youtube.com/watch?v=mRwRy24hbg8 
2. https://www.youtube.com/watch?v=kyTH_fAEObc 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
 
M-lar
 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
T
əsnifetm
ə 
Nazik linzalarda xə-
yalqurmada tətbiq 
olunan əlverişli şüa-
ları səhv təsnif edir 
və onları sxematik 
göstərə bilmir. 
Nazik linzalarda xə-
yalqurmada tətbiq 
olunan əlverişli şüa-
ları çətinliklə təsnif 
edir və onları sxema-
tik olaraq kiçik qü-
surla göstərir. 
Nazik linzalarda xə-
yalqurmada tətbiq 
olunan əlverişli şüa-
ları əsasən təsnif edir 
və onları sxematik 
qismən düzgün gös-
tərir. 
Nazik linzalarda xə-
yalqurmada tətbiq 
olunan əlverişli şüa-
ları düzgün təsnif edir 
və onları sxematik 
dəqiq göstərir. 
İzahe
tm
ə 
Nazik linzalarda xə-
yalların alınmasının 
müxtəlif hallarını 
sxemlərlə müəllimin 
köməyi ilə izah edir. 
Nazik linzalarda xə-
yalların alınmasının 
müxtəlif hallarını 
sxemlərlə çətinliklə 
izah edir. 
Nazik linzalarda xə-
yalların alınmasının 
müxtəlif hallarını 
sxemlərlə qismən 
izah edir. 
Nazik linzalarda xə-
yalların alınmasının 
müxtəlif hallarını 
sxemlərlə tam izah 
edir. 
Linzada xəyalın qurulması və onun xarakteristikası 
Nümunə.
  Cisim nazik toplayıcı linzada fokus nöqtəsi ilə linza 
arasında yerləşir: xəyal mövhumidir, düzünə  və böyüdülmüş 
alınır. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə