Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə37/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   33   34   35   36   37   38   39   40   ...   55

 
115 
 
vurulan zərbə-itələmə güclü alınır və top həddindən artıq oyunçudan uzaqlaşır. Bu 
çatışmamazlığın aradan qaldırılması üçün zəif doldurulmuş topla topaparma 
hərəkətlərini yerinə yetirmək və icra texnikasını yaxşı mənimsəmək lazımdır. Təd-
ricən topun doldurulması normaya yaxınlaşdırılır. 
 
              
 
  
 
 
Şəkil 76  
 
 
 
    Şəkil 77 
 
         
    Topaparma                           Topaparmada topun gövdə ilə «örtülməsi» 
 
Topaparmanın təkmilləşməsi üçün hərəkətlər: 
1.
 
Topaparmanı düz istiqamətdə, aşağı tempdə  və  hər bir addımda topa 
toxunmaqla icra edin və topaparmanı sağ  və sol ayağın növbəli zərbə-itələmə 
hərəkəti ilə yerinə yetirin. 
2.
 
Meydançada diametri 8-9 addım olan dairə çəkin. Topaparmanı dairənin 
xətti üzərində sağ və sol ayaqla aparmağa çalışın. Hərəkətləri əvvəlcə aşağı tempdə 
yerinə yetirin. 
3.
 
Meydançada uzunluğu 20-25 addım və eni 1 addım olan 2 paralel xətt 
çəkməklə dəhliz yaradın. Topaparmanı hər iki ayağın növbəli toxunması ilə yerinə 
yetirin, tədricən dəhlizin enini 50 sm-ə qədər azaldın. 
4.
 
Meydançada diametri 10 addım olan dairə  çəkilir. Onun daxilində isə 
diametri 9 addım olan dairə  çəkməklə konsentrik dairəvi dəhliz yaradılır. Bu 
dəhlizdə topaparma yerinə yetirilir. Topaparma zamanı hər addımda topa toxunma 
icra olunur. Tədricən topaparmanın sürətini artırın. Bu zaman həm pəncənin daxili, 
həm xarici hissəsi ilə topa zərbə itələmə hərəkətləri yerinə yetirin. 
5.
 
Meydançada bayraqcıq sancın və bayraqcıqdan 20 addım aralıdan topu və 
bayrağı görməklə topaparma yerinə yetirin. Başı mümkün qədər yuxarıda saxla-
mağa çalışın. 
6.
 
Meydançada müxtəlif nişanlar, bayraqcıqlar, dirəklər qoyun və  hər bir 
maneəyə çatdıqda hərəkət istiqamətini dəyişməklə topaparmanı yerinə yetirin. 
Çap üçün deyil


116  
 
 
 
 
Aldadıcı hərəkətlər (Fintlər) 
 
Futbol kollektiv oyundur: burada hər bir oyunçu mümkün qədər tez topa 
yiyələnmək və rəqib komandanın qarşısına yaxınlaşaraq topu qapıya vurmaq və ya 
əlverişli mövqedə yerləşən komanda yoldaşına ötürməyə çalışır. Rəqib 
komandanın oyunçuları  da  eyni  məqsədlə mübarizə aparırlar. Beləliklə, istənilən 
oyunçunun topla irəliləməsi rəqib komandanın təşkil etdiyi müdafiə sistemini 
keçməklə mümkün olur. Belə hallarda topla irəliləyən oyunçu qıçlarla, gövdə ilə 
müdafiəçini keçib getmək məqsədi ilə fintlər-aldadıcı  hərəkətlər yerinə yetirir. 
Aldadıcı  hərəkətlər futbol oyununun ən maraqlı  və  cəlbedici elementləridir. 
Aldadıcı hərəkətləri həm müdafiə, həm də hücum xəttinin oyunçuları icra etməyi 
bacarmalıdır. 
Aldadıcı hərəkətləri mümkün qədər təbii icra etməyi öyrənmək lazımdır. Bu 
hərəkətlər olduqca çoxsaylı  və  fərdidir. Məşhur futbolçuların meydançada 
hərəkətlərini izlədikdə onların bir neçə aldadıcı  hərəkətləri çox ustalıqla yerinə 
yetirdiklərini və belə  hərəkətləri özlərinin «əsas silahına» çevirdiklərinin  şahidi 
olmaq mümkündür. Aldadıcı hərəkətlər olduqca müxtəlifdir. Məsələn; 
«Rəqibdən yana yayınma».
 Oyunçu topaparma ilə irəliləyir. Rəqib topu ələ 
keçirmək üçün hücum etdikdə topu aparan oyunçu gövdəsini yana əyir, həmin 
tərəfə ayağı ilə holaylandırma, imitasiya (yamsılama) edir, bununla da topu məhz 
həmin istiqamətdə aparacağını göstərməyə çalışır. Burada məqsəd rəqibi buna 
inandırmaq və onu həmin istiqamətdə yerdəyişməyə vadar etməkdir. Rəqib həmin 
tərəfə  hərəkət etdikdə isə topla olan oyunçu sürətli və  əks tərəfə  cəld hərəkət 
etməklə rəqibi topu ələ keçirmək imkanından məhrum edir (Şəkil 78). 
 
 
Şəkil 78 
 
Çap üçün deyil


 
117 
 
«Zərbə üçün aldadıcı holaylandırma».
 Topla irəliləyərkən rəqib oyunçu 
topu ələ keçirmək üçün yaxınlaşdıqda ayaqla yan tərəfə holaylandırma edərək guya 
topu o tərəfə  zərbə ilə göndərmək istədiyinizi nümayiş etdirirsiniz. Rəqib bu 
hərəkətinizə reaksiya verərək topu ələ keçirmək üçün, təxmin olunan hərəkət 
istiqamətinə tərəf yerdəyişmə edəcək və bu zaman siz çox da güclü olmayan zərbə 
ilə topu əks tərəfə  və ya rəqibin yerdəyişməsinin yanından istədiyiniz istiqamətə 
apara bilərsiniz. 
Bu aldadıcı  hərəkət  əvvəlcə passiv formada mənimsənilir, bu məqsədlə 
istənilən əşyadan (dirək, ağac, daş və s.) istifadə etmək olar. Çoxda böyük olmayan 
sürətlə  həmin  əşyalara tərəf topaparmalara icra edilir, həmin  əşyaya 2-3 addım 
qalmış ayaqla topu sağa (sola) vurmaq üçün yalançı holaylandırma hərəkəti yerinə 
yetirilir və  dərhal da sola (sağa) topaparma icra olunur. Bu hərəkət kifayət qədər 
mənimsənildikdən sonra onu tərəf müqabili ilə icra etmək olar. Hərəkətin icrası 
təkmilləşdikcə  tərəf müqabili tədricən fəal müdafiə funksiyasını yerinə yetirməyə 
başlayır. 
 
«Yalançı topdayandırma».
  Bu aldadıcı  hərəkət iki formada yerinə yetirilə 
bilər. Birinci halda topla irəliləyərkən ayağı topun üstünə qoymaqla onun irəliyə 
hərəkəti dayandırılır və rəqib oyunçu buna müvafiq irəliləməsini zəiflətdikdə ayaq 
topun üstündən götürülür və güclü olmayan zərbə ilə istənilən istiqamətə  hərəkət 
edilir.  İkinci halda isə topun dayandırılması  hərəkəti sadəcə imitasiya edir, 
yamsılayır. Bu zaman sürətlə irəliyə  hərəkət edən oyunçu sadəcə olaraq ayağını 
topun üzərinə qaldırır və bir an sanki onu saxlayacağını nümayiş etdirir. Ani olaraq 
topa toxunmaqla onu əvvəlki istiqamətdə daha sürətlə apararaq rəqibi keçərək 
hərəkəti davam etdirir (Şəkil 79). 
 
 
 
Şəkil 79 
 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə