115
vurulan zərbə-itələmə güclü alınır və top həddindən artıq oyunçudan uzaqlaşır. Bu
çatışmamazlığın aradan qaldırılması üçün zəif doldurulmuş topla topaparma
hərəkətlərini yerinə yetirmək və icra texnikasını yaxşı mənimsəmək lazımdır. Təd-
ricən topun doldurulması normaya yaxınlaşdırılır.
Şəkil 76
Şəkil 77
Topaparma Topaparmada topun gövdə ilə «örtülməsi»
Topaparmanın təkmilləşməsi üçün hərəkətlər:
1.
Topaparmanı düz istiqamətdə, aşağı tempdə və hər bir addımda topa
toxunmaqla icra edin və topaparmanı sağ və sol ayağın növbəli zərbə-itələmə
hərəkəti ilə yerinə yetirin.
2.
Meydançada diametri 8-9 addım olan dairə çəkin. Topaparmanı dairənin
xətti üzərində sağ və sol ayaqla aparmağa çalışın. Hərəkətləri əvvəlcə aşağı tempdə
yerinə yetirin.
3.
Meydançada uzunluğu 20-25 addım və eni 1 addım olan 2 paralel xətt
çəkməklə dəhliz yaradın. Topaparmanı hər iki ayağın növbəli toxunması ilə yerinə
yetirin, tədricən dəhlizin enini 50 sm-ə qədər azaldın.
4.
Meydançada diametri 10 addım olan dairə çəkilir. Onun daxilində isə
diametri 9 addım olan dairə çəkməklə konsentrik dairəvi dəhliz yaradılır. Bu
dəhlizdə topaparma yerinə yetirilir. Topaparma zamanı hər addımda topa toxunma
icra olunur. Tədricən topaparmanın sürətini artırın. Bu zaman həm pəncənin daxili,
həm xarici hissəsi ilə topa zərbə itələmə hərəkətləri yerinə yetirin.
5.
Meydançada bayraqcıq sancın və bayraqcıqdan 20 addım aralıdan topu və
bayrağı görməklə topaparma yerinə yetirin. Başı mümkün qədər yuxarıda saxla-
mağa çalışın.
6.
Meydançada müxtəlif nişanlar, bayraqcıqlar, dirəklər qoyun və hər bir
maneəyə çatdıqda hərəkət istiqamətini dəyişməklə topaparmanı yerinə yetirin.
Çap üçün deyil
116
Aldadıcı hərəkətlər (Fintlər)
Futbol kollektiv oyundur: burada hər bir oyunçu mümkün qədər tez topa
yiyələnmək və rəqib komandanın qarşısına yaxınlaşaraq topu qapıya vurmaq və ya
əlverişli mövqedə yerləşən komanda yoldaşına ötürməyə çalışır. Rəqib
komandanın oyunçuları da eyni məqsədlə mübarizə aparırlar. Beləliklə, istənilən
oyunçunun topla irəliləməsi rəqib komandanın təşkil etdiyi müdafiə sistemini
keçməklə mümkün olur. Belə hallarda topla irəliləyən oyunçu qıçlarla, gövdə ilə
müdafiəçini keçib getmək məqsədi ilə fintlər-aldadıcı hərəkətlər yerinə yetirir.
Aldadıcı hərəkətlər futbol oyununun ən maraqlı və cəlbedici elementləridir.
Aldadıcı hərəkətləri həm müdafiə, həm də hücum xəttinin oyunçuları icra etməyi
bacarmalıdır.
Aldadıcı hərəkətləri mümkün qədər təbii icra etməyi öyrənmək lazımdır. Bu
hərəkətlər olduqca çoxsaylı və fərdidir. Məşhur futbolçuların meydançada
hərəkətlərini izlədikdə onların bir neçə aldadıcı hərəkətləri çox ustalıqla yerinə
yetirdiklərini və belə hərəkətləri özlərinin «əsas silahına» çevirdiklərinin şahidi
olmaq mümkündür. Aldadıcı hərəkətlər olduqca müxtəlifdir. Məsələn;
«Rəqibdən yana yayınma».
Oyunçu topaparma ilə irəliləyir. Rəqib topu ələ
keçirmək üçün hücum etdikdə topu aparan oyunçu gövdəsini yana əyir, həmin
tərəfə ayağı ilə holaylandırma, imitasiya (yamsılama) edir, bununla da topu məhz
həmin istiqamətdə aparacağını göstərməyə çalışır. Burada məqsəd rəqibi buna
inandırmaq və onu həmin istiqamətdə yerdəyişməyə vadar etməkdir. Rəqib həmin
tərəfə hərəkət etdikdə isə topla olan oyunçu sürətli və əks tərəfə cəld hərəkət
etməklə rəqibi topu ələ keçirmək imkanından məhrum edir (Şəkil 78).
Şəkil 78
Çap üçün deyil
117
«Zərbə üçün aldadıcı holaylandırma».
Topla irəliləyərkən rəqib oyunçu
topu ələ keçirmək üçün yaxınlaşdıqda ayaqla yan tərəfə holaylandırma edərək guya
topu o tərəfə zərbə ilə göndərmək istədiyinizi nümayiş etdirirsiniz. Rəqib bu
hərəkətinizə reaksiya verərək topu ələ keçirmək üçün, təxmin olunan hərəkət
istiqamətinə tərəf yerdəyişmə edəcək və bu zaman siz çox da güclü olmayan zərbə
ilə topu əks tərəfə və ya rəqibin yerdəyişməsinin yanından istədiyiniz istiqamətə
apara bilərsiniz.
Bu aldadıcı hərəkət əvvəlcə passiv formada mənimsənilir, bu məqsədlə
istənilən əşyadan (dirək, ağac, daş və s.) istifadə etmək olar. Çoxda böyük olmayan
sürətlə həmin əşyalara tərəf topaparmalara icra edilir, həmin əşyaya 2-3 addım
qalmış ayaqla topu sağa (sola) vurmaq üçün yalançı holaylandırma hərəkəti yerinə
yetirilir və dərhal da sola (sağa) topaparma icra olunur. Bu hərəkət kifayət qədər
mənimsənildikdən sonra onu tərəf müqabili ilə icra etmək olar. Hərəkətin icrası
təkmilləşdikcə tərəf müqabili tədricən fəal müdafiə funksiyasını yerinə yetirməyə
başlayır.
«Yalançı topdayandırma».
Bu aldadıcı hərəkət iki formada yerinə yetirilə
bilər. Birinci halda topla irəliləyərkən ayağı topun üstünə qoymaqla onun irəliyə
hərəkəti dayandırılır və rəqib oyunçu buna müvafiq irəliləməsini zəiflətdikdə ayaq
topun üstündən götürülür və güclü olmayan zərbə ilə istənilən istiqamətə hərəkət
edilir. İkinci halda isə topun dayandırılması hərəkəti sadəcə imitasiya edir,
yamsılayır. Bu zaman sürətlə irəliyə hərəkət edən oyunçu sadəcə olaraq ayağını
topun üzərinə qaldırır və bir an sanki onu saxlayacağını nümayiş etdirir. Ani olaraq
topa toxunmaqla onu əvvəlki istiqamətdə daha sürətlə apararaq rəqibi keçərək
hərəkəti davam etdirir (Şəkil 79).
Şəkil 79
Çap üçün deyil
Dostları ilə paylaş: |