Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə2/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   2   3   4   5   6   7   8   9   ...   55

6  
 
 
 
Fiziki tərbiyə  fənninin tədrisi bu fənn üzrə Azərbaycan Respublikasının 
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş dövlət standartlarına müvafiq olaraq hə-
yata keçirilir. Bu standartlar hər bir sinif və təhsil mərhələsi üçün müəyyən təlim 
nəticələrinin  əldə olunmasını  nəzərdə tutur. 9-cu sinif şagirdləri üçün bunlar aşa-
ğıdakılardır: 

 
Nəzəri biliklər üzrə: 

 
sağlamlığının möhkəmləndirilməsində  hərəki fəaliyyəti  əhəmiyyəti haq-
qında biliklərini nümayiş etdirir

 
müxtəlif idman növlərinə aid hərəkətlərin icra üsulları haqqında biliklə-
rini nümayiş etdirir; 

 
hərəkətlərdən istifadə  və  hərəki qabiliyyətlərin inkişaf etdirilməsi haq-
qında biliklərə malik olduğunu nümayiş etdirir. 

 
Hərəki fəaliyyətin təşkili və idarə olunması ilə əlaqədar: 

 
sağlamlığının möhkəmləndirilməsi məqsədi ilə  hərəkətlər, resurslar, va-
sitələr müəyyənləşdirir və istifadə edir; 

 
ayrı-ayrı idman növlərinə aid olan hərəkətləri əlverişli üsullardan istifadə 
etməklə yerinə yetirir; 

 
dərs, dərsdənkənar idman tədbirləri, müstəqil məşğələlər zamanı ayrı-ayrı 
hərəki qabiliyyətlərinin inkişafı üçün hərəkət, hərəkət kompleksləri, onların icra 
rejimlərini, miqdarını müəyyənləşdirir və tətbiq edir; 

 
yaş qrupu üçün müəyyən olunmuş normativlərə müvafiq hərəki qabiliy-
yətlər nümayiş etdirir; 

 
təhlükəsizlik tədbirlərini yerinə yetirir, ilk tibbi yardım göstərməyi ba-
carır; 

 
sinif və komanda yoldaşları ilə  əməkdaşlıq edir, təqdiredici davranış 
nümayiş etdirir. 
Hər birinizin sağlamlığı, fiziki hazırlığınız həyat və yaşamaq üçün ən qiy-
mətli dəyərdir. Sizə bu dəyəri artırmaq istiqamətində  uğurlar arzulayıram. Eyni 
zamanda bu dəyər sizin bir vətandaş kimi Azərbaycanın inkişafı, onun ərazi bü-
tövlüyünün bərpa olunması istiqamətində səylərinizi genişləndirir. 
Hər birinizə həyatda sağlam ,
 
idmanda
 
uğurlar
 
arzulayıram

 
 
Müəllif 
 
 
 
 
 
 
 
lıq
Çap üçün deyil


 
 

 
 
Sağlamlığın möhkəmləndirilməsi  
və xəstəliklərin profilaktikasında bədən tərbiyəsi  
və idmanın rolu 
 
İnsan sağlamlığına təsir göstərən amillər sırasında fiziki yük ən əhəmiyyətli 
yerlərdən birini tutur. Təsadüfi deyildir ki, sistemli olaraq idman və sağlamlaşdırıcı 
məşqlərdən istifadə edən insanların fiziki hazırlığı  və sağlamlığı  həmişə diqqəti 
cəlb edir . 
Müxtəlif istigamətli fiziki yükün insan organizmində ayrı-ayrı funksional 
sistemlərə müsbət təsiri ümumilikdə orqanizmin möhkəmlənməsinə  səbəb olduğu 
üçün baş verə biləcək xəstəliklərin qarşısının alınmasında profilaktika rolunu 
oynayır. 
Fiziki tərbiyənin və sağlamlaşdırıcı  məşğələlərin orqanizmə müsbət təsiri 
qədim dövrlərdən məlum idi. Hərəki fəaliyyətin zərurəti və insan sağlamlığının 
ondan asılı olmasını qədim Yunanıstan və Romada yaxşı bilirdilər. Beləki, qədim 
Yunan filosofu Aristotel (b.e.ə.IV əsr) qeyd etmişdir ki, “hərəkətsizlik kimi insan 
orqanizmini məhv edən ikinci bir vasitə yoxdur”. Məhşur, qədim Yunan həkimi 
Hipokrat fiziki hərəkətlərdən müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə 
etməklə yanaşı, bu hərəkətlərin tətbiqinin əsas prinsiplərini də işləyib hazırlamışdı. 
Qədim Romalı  həkim Qalin (b.e.ə. 130-200 il) yazırdı: “Mən öz xəstələrimə 
onların sağlamlığını 1000 və 1000 dəfələrlə fiziki hərəkətlərdən istifadə etməklə 
qaytardım”. 
Göründüyü kimi insan sağlamlığının möhkəmləndirilməsi və onun 
bərpasında fiziki hərəkətlərdən istifadənin çox qədim tarixi vardır. Lakin zaman 
keçdikcə, insan sivilizasiyası inkişaf etdikcə, insanların yaşam tərzi dəyişir, 
hərəkətlərdən gündəlik zəruri istifadə ehtiyacı azalır. Müasir dövrün maddi-texniki 
inkişafı insanın gündəlik hərəki fəaliyyətinin azalmasına səbəb olur. Gündəlik 
fəaliyyəti yalnız  əzələ gücünə  əsaslanan qədim insanlardan fərqli olaraq hal-
hazırda bu sahədə kəskin fərqlər nəzərə çarpmaqdadır. Hal-hazırda müasir insanın 
sağlamlığını təhdid edən ən təhlükəli problem hərəkət azlığıdır. 
I BÖLMƏ 
Nəzəri biliklər  
və informasiya təminatı 
Çap üçün deyil


8  
 
 
 
Müasir dünyada cəmiyyətin sürətli inkişafı  şəraitində  əhalinin sağlamlıq 
vəziyyətinin pisləşməsi və ömrün qısalması müşahidə olunur. Müxtəlif tədqiqatlar 
əsasında müəyyən edilmişdir ki, gənclərin yalnız 10 %-ində sağlamlıq və fiziki 
durum normal vəziyyətdədir. Orta hesabla insan ömrü 7-9 il azalmışdır, cəmiyyətin 
istehsal potensialı əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. 
Bu günki insan hətta 50-100 il bundan əvvəl yaşayanlarla müqayisədə daha 
az hərəkət edir və deməli, onun tənəffüs, qan dövranı, əzələ sistemləri daha az fəal-
dır, az inkişaf edir, tez qocalır. Eyni zamanda qeyd etmək lazımdır ki, sənayenin, 
nəqliyyatın inkişafı böyük şəhərlərdə insan sayının artması ilə  əlaqədar olaraq 
yaşam  şəraiti – ekologiya getdikcə pisləşir və bu faktorda insanın hərəki fəaliy-
yətinin azalması ilə birgə orqanizmin zəifləməsinə  səbəb olur. Bunun da nəticə-
sində insan müxtəlif xəstəliklərə tutulur. Yuxarıda qeyd olunan neqativ halların 
qarşısını almağın yeganə yolu orqanizmin müxtəlif funksional sistemlərini möh-
kəmləndirmək, yəni davamlı olaraq bədən tərbiyəsi və idmanla məşğul olmaqdır. 
Sistemli olaraq fiziki hərəkətlərin yerinə yetirilməsi insan sağlamlığına 
olduqca müsbət təsir göstərir. Sağlamlıq yalnız xəstəliklərin və fiziki qüsurların 
olmaması deyil, o eyni zamanda tam fiziki, mənəvi və sosial rifahdır. 
Fiziki rifah 
– insan orqanizmində  fəaliyyət göstərən bütün orqan və 
funksional sistemlərin norma daxilində ahəngdar fəaliyyəti kimi başa düşülür. 
Mənəvi rifah
 – insanın xoş  əhval-ruhiyyəsinin, öz gələcəyinə inamın, 
qarşıya çıxması ehtimal olunan hər hansı  çətinliyin dəf ediləcəyinə  əminliyin 
mövcudluğudur. 
Sosial rifah 
– insanın cəmiyyətdə sabit mövqedə olması, uğurlu ailə şəraiti, 
yaxşı qazanc gətirən işinin, maddi təminatının olmasıdır . 
Sübut olunmuşdur ki, insan sağlamlığı yalnız 8-10 % səhiyyə müəssisə-
lərinin fəaliyyətindən, 18-22% genetik faktorlardan, 17-20% ətraf mühitin vəziy-
yətindən və 49-53% həyat tərzindən və şəraitindən asılıdır. Həyat tərzi isə hər bir 
insanın özü tərəfindən müəyyən olunduğu üçün inamla demək olar ki, hər bir yeni-
yetmənin sağlam olması onun özünüzdən asılıdır. Sistemli və düzgün dozalaşdı-
rılan fiziki yük orqanizmin ürək-damar, tənəffüs və digər sistemlərinin xarici mü-
hitin əlverişsiz təsirlərinə uyğunlaşma qabiliyyətini artırır və orqanizmin müxtəlif 
xəstəliklərə qarşı dayanıqlılığını təmin edir. 
Orta intensivlikli fiziki yükün təsiri ilə ürəyin iş qabiliyyəti artır, qanda 
eritrositlərin sayı və hemoqlabinin miqdarı yüksəlir, qanın müdafiə funksiyası yax-
şılaşır. 
Orqanizmin fiziki yükə qarşı reaksiyasını bir qayda olaraq ürək vurğularının 
sayı göstəricisi ilə müəyyən edilir. Bu göstərici həm də orqanizmin funksional 
sistemlərinin hazırlıq səviyyəsi haqqında müəyyən qənaətə gəlməyə əsas verir. Fi-
ziki cəhətdən fəal olmayan insanlarda ürək vurğularının 1 dəqiqədə göstəricisi 72-
84 vurğu/dəqiqəyə  bərabərdir. Bu cür insanlarla müqayisədə yüksək dərəcəli, 
idmançıların ürək vurğularının sayı xeyli aşağıdır. Və  təxminən 60-65 vur/dəq. 
bərabərdir. Bu göstərici yüksək dərəcəli uzaq məsafəyə qaçan stayerlərdə, üzgü-
çülərdə daha aşağı olub, təxminən 36-38 vur/dəqiqədir. Beləliklə, fiziki cəhətdən 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə