Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə6/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   2   3   4   5   6   7   8   9   ...   55

16  
 
 
 
əlamətlərinə əzələlərdə ağrı hissinin yaranması, baş gicəllənmə və ürəkbulanma aid 
edilir. Bu əlamətlər meydana çıxdıqda hərəkətlərin icrasını dayandırmaq və 
istirahət etmək zəruridir. 
Fiziki yükə qarşı orqanizmin dayanıqlılığını ürək vurğuları ilə müəyyən 
etmək daha düzgün olardı. Belə halda ürək vurğuları göstəricisi məşğələdən əvvəl
məşğələnin gedişində və fiziki hərəkətlərin icrasından sonra ölçülür. Yüngül fiziki 
yük zamanı ürək vurğularının göstəricisi 100-120 vur/dəqiqə, orta fiziki yük 
zamanı 130-150 vur/dəq., böyük fiziki yük zamanı isə 150 vur/dəq.-dən artıq olur. 
Fiziki tərbiyə  dərslərindən sonra şagirdlərdə ürək vurğularının göstəricisi 8-10 
dəqiqədən sonra dərsdən əvvəlki göstərici səviyyəsinə qayıdır. 
Orqanizmin fiziki yükə dayanıqlılığına nəzarət və özünənəzarət məqsədi ilə 
sadə, funksional test yoxlaması keçirmək olar. Bunun üçün sakit halda ürək 
vurğularının göstəricisi müəyyən olunur sonra şagird 30 san. ərzində 20 dəfə otu-
rub-qalxma hərəkətini icra edir. Əgər nəbz vurğusu göstəricisi 3 dəqiqədən sonra 
əvvəlki vəziyyətə qayıdırsa bu «yaxşı», 4-5 dəqiqədə  əvvəlki vəziyyətə qayıdırsa 
«kafi», 6 və daha çox dəqiqədə ilkin vəziyyətə qayıdırsa bu hal «qeyri-kafi» hesab 
edilir. 
Fiziki yük üzərində  nəzarət həmdə  tənəffüs tezliyi ilə  həyata keçirilə bilər. 
Sakit halda insan 1 dəqiqədə 12-16 dəfə  nəfəs alır. Fiziki yük zamanı  tənəffüs 
tezliyi artır. Orta yükdə tənəffüs tezliyi 18-20 dəfə, yüksək fiziki yükdə isə 1 dəq. 
ərzində 20-30 dəfəyə  qədər yüksəlir. Tənəffüs tezliyi 30 san. ərzində ölçülür və 
alınan göstərici ikiyə vurulur. 
 
M
ÖVZU ÜZRƏ SUALLAR
 
1.
 
Fiziki yük anlayışı nəyi ifadə edir? 
2.
 
Fiziki yükün hansı iki əsas göstəricisi vardır? 
3.
 
Yorulma nədir? 
4.
 
Fiziki yükə nəzarətin ən sadə düzgün göstəricisi nədir? 
 
 
Fərdi məşğələlər zamanı nəzarət vasitələri və formaları 
 
Fərdi müstəqil məşğələlərin  əsas məqsədi  şagird orqanizminin funksional 
vəziyyətini və fiziki hazırlığını yüksəltməkdir. Hal-hazırda  şagirdlərin çox böyük 
əksəriyyəti təxminən 82-85%-i gün ərzində statik vəziyyətdə olurlar. Tədris 
vaxtının uzadılması, internet və kompyuter oyunlarına aludəçilik  şagirdlərin çox 
böyük  əksəriyyətini az hərəkətliliyə (gipodinamiyaya) məhkum etmişdir. Qeyd 
olunan qeyri-fəal həyat tərzi böyüyən orqanizmə, onun funksional sistemlərinə ilk 
növbədə ürək-damar və tənəffüs sisteminə mənfi təsir göstərir. Fərdi məşğələlərin 
təşkili yuxarıda qeyd olunan hərəkətsizliklə  əlaqədar mənfi təsirlərin aradan 
qaldırılmasına şərait yaradır. 
Çap üçün deyil


 
17 
 
Bu səbəbdən də  hər bir yeniyetmə müstəqil məşğələlərin təşkili, istifadəsi 
haqqında məlumata malik olmalı, özünün fiziki hazırlığını bu yolla yüksəltməyi 
bacarmalıdır. 
Müstəqil fərdi məşğələlərin formaları. Gün rejimində müstəqil fərdi 
məşğələlərin təşkilinin bir neçə forması ola bilər. Bu formalar şagirdin fərdi gün 
rejimindən asılı olaraq seçilməli və onun hazırlıq səviyyəsinə uyğunlaşdırılmalıdır. 
Bunlar aşağıdakılardır: 
-
 
müstəqil məşqlər (ümumi fiziki hazırlıq, atletik gimnastika, aerobika 
və s.); 
-
 
sağlamlaşdırıcı  məşğələlər (səhər gimnastikası, ev tapşırıqlarını yerinə 
yetirərkən idman pauzası, turist yürüşləri, sağlamlıq qaçışı, açıq havada oyunlar, 
korreksiyaedici gimnastika və s.). 
Müstəqil məşğələlərin effektli olması üçün onlar sistemli, ardıcıl yerinə 
yetirilməli, fiziki yük istirahətlə optimal şəkildə növbələşdirilməlidir. Məşğələlər 
arası vaxt intervalı elə seçilməlidir ki, əvvəlki məşğələnin yaratdığı məşqlənmə ef-
fekti itirilməsin. Bu o halda baş verir ki, məşğələlər arası vaxt xeyli uzanır və mü-
vafiq olaraq əvvəlki məşğələnin yaratdığı effekt itirilir. Ən yaxşı sınanmış variant 
həftə ərzində aralarında bir gün fasilə olmaqla keçirilən 3 məşq sistemidir. 
Müstəqil məşğələlərin səhər saatlarında saat 10:00-dan 13:00-a qədər və 
günortadan sonra saat 16:00-dan 20:00-a qədər aparılması daha məqsədə uyğundur. 
Saat 20:00-dan sonra məşğələlərin aparılması tövsiyə edilmir. Bu, ilk növbədə ye-
niyetmənin yuxu rejiminin pozulmasına gətirib çıxarır. 
Müstəqil fərdi məşğələlərin təşkili orqanizmin funksional vəziyyəti və fiziki 
hazırlığı üzərində nəzarətin həyata keçirlməsini zəruri amilə çevirir. Bu cür nəzarət 
sistemi yeniyetmənin sağlamlığı, fiziki inkişafı, fiziki iş qabiliyyətini əhatə edir və 
bu göstəricilərin müstəqil məşğələlər zamanı yerinə yetirilən fiziki yükün təsiri 
altında necə dəyişdiyini müəyyənləşdirir. 
Fərdi nəzarətin aparılması müşahidələrə  və orqanizmin obyektiv və 
subyektiv göstəricilərinin təhlilinə  əsaslanır. Orqanizmin obyektiv göstəricilərinə 
müəyyən kəmiyyət, sayla ölçülə bilən antropometrik göstəricilər: boy, çəki, sinənin 
dairəvi ölçüsü və sfunksional göstəricilərə isə  nəbz, tənəffüs tezliyi, ağciyərin 
həyat tutumu; nəzarət, sınaq testlərinin nəticələri və s. daxildir. Orqanizmin sub-
yektiv göstəricilərinə  əhval-ruhiyyə, yorğunluq hissi, hərəkətləri yerinə yetirmək 
həvəsinin olub-olmaması, yuxu pozğunluğu, iştah və s. aid olunur. 
Nəzarət, adətən səhər tezdən yuxudan qalxdıqdan, növbəti məşğələdən əvvəl 
və sonra, həmçinin, ertəsi gün səhər tezdən keçirilən məşğələlərin təsirini və 
orqanizmin bərpa sürətini müəyyən etmək üçün aparılır. Bu zaman, ilk növbədə 
gecə yuxunun və  səhər tezdən oyandıqdan sonra əhval-ruhiyyənin necə olmasına 
diqqət yetirmək lazımdır. Yuxu orqanizmin məşq yükünə reaksiyasının və eyni 
zamanda orqanizmin funksional vəziyyətinin  əsas göstəricisi hesab olunur. 
Düzgün, hazırlıq səviyyəsinə müvafiq seçilmiş fiziki yükdən sonra adətən yuxu 
davamlı və dərin olmalıdır. 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə