Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə39/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   35   36   37   38   39   40   41   42   ...   55

 
121 
 
Qarışıq müdafiə sistemində isə yuxarıda qeyd olunan fərdi müdafiə və zona 
müdafiə sistemlərindən birlikdə istifadə edilir. 
Hücumda taktiki fəaliyyət. 
Hücumda fərdi taktiki fəaliyyət topla və topsuz 
yerinə yetirilə bilər. Topsuz taktiki fəaliyyət sərbəst zonaya çıxış, top qəbulu üçün 
«açılmaq» və müəyyən zonaların komanda yoldaşı üçün azad olunması məqsədi ilə 
fəaliyyət göstərməkdən ibarətdir. 
Topla taktiki fəaliyyətə bütün texniki üsulla zərbələr, topaparma, aldadıcı 
hərəkətlər və s. daxildir. Qruppalı taktiki fəaliyyətə 2, 3 və daha artıq oyunçuların 
qarşılıqlı  əlaqəsi daxildir. Onlar topun komanda yoldaşlarına ötürülməsini həyata 
keçirirlər. Ötürmələr ötürmə istiqamətindən asılı olaraq – düz, düzünə, köndələn, 
dioqanal üzrə və məsafəyə görə isə qısa, orta, uzun ola bilər. Ötürmələr aşağıdan və 
hava ilə yerinə yetirilir. 
Komandalı taktiki fəaliyyət hücumda, yarım müdafiədə və müdafiə xəttində 
futbolçuların sayını müəyyənləşdirən taktiki sistem çərçivəsində  həyata keçirilir. 
Komandalı fəaliyyətə yiyələnmənin əsas vasitəsi iki tərəfli oyundur. 
Taktiki kombinasiyalar. 
Taktiki kombinasiya – meydançada iki və ya bir neçə futbolçunun hər hansı 
oyun tapşırığının yerinə yetirilməsində birgə fəaliyyətidir. Taktiki kombinasiyalar 
oyunun gedişindən asılı olaraq müxtəlif ola bilər. Belə kombinasiyaların reallaş-
dırılmasının bir neçə üsulu vardır. Bunlara aşağıdakıları misal göstərmək olar: 
1. 
«Divar» 
– iki və ya bir neçə oyunçunun topa bir toxunma ilə ötürmə-
sindən ibarət kombinasiyadır. Bu kombinasiyanın mahiyyəti ondan ibarətdir ki, 
topla irəliləyən oyunçunun hərəkət istiqamətini müdafiəçi kəsdikdə o topu yan 
tərəfdə yerləşən komanda yoldaşına ötürür, hərəkət istiqamətində meydançanın 
müdafiəçidən boş olan yerinə  çıxır, bir toxunuşla topu həmin yerə göndərən ko-
manda yoldaşının ötürülməsini qəbul edir və irəliləməni davam etdirir. İlk baxışda 
sadə görünən bu taktiki kombinasiya oyunçudan dəqiqlik və düşüncə tələb edir. Bir 
toxunuşla ötürmə elə hesabla yerinə yetirilməlidir ki, topu qəbul edəcək oyunçu 
vaxtında, nəzərdə tutulmuş yerdə və ən əsası isə hərəkət sürətini azaltmadan topa 
yiyələnə bilsin. 
«Divar» taktiki kombinasiyanın icrası  əvvəlcə passiv sonra isə  fəal mü-
qavimət şəraitində təkmilləşdirilə bilər. Birinci halda passiv müdafiəçi rolunu hər 
hansı əşya – dirək, bayraq və s. oynaya bilər. 
Şəkil 82-də «Divar» kombinasiyanın sadə icra variantı göstərilmişdir. 
 
Çap üçün deyil


122  
 
 
 
 
Şəkil 82 
 
Bu variant yaxşı  mənimsənildikdən sonra müdafiəçinin fəal müqaviməti 
şəraitində kombinasiya «işlənilir». 
2. 
«Üçbucaq»
 – üç oyunçu arasında ötürməyə  əsaslanan taktiki kombina-
siyadır. Bu kombinasiya oyunçuların dayanmış, yerdəyişmə vəziyyətlərində, həm-
çinin aldadıcı fəaliyyəti ilə icra oluna bilər. Bu taktiki kombinasiyanın sadə variantı 
83-cü şəkildə verilir. 
 
Şəkil 83 
 
Burada rəqib əhatəsində olan oyunçular sadə və dəqiq ötürmə ilə komanda 
yoldaşlarını əlverişli mövqeyə çıxarırlar. 
3. 
«Çarpazlaşma» 
– bu taktiki kombinasiyanın mahiyyəti ondan ibarətdir ki, 
topla olan oyunçu öz komanda yoldaşına tərəf irəliləyir və onların yolu kəsişdiyi 
Çap üçün deyil


 
123 
 
yerdə rəqib oyunçu topu, kimin aparacağını müəyyən edə bilmir. Bu səbəbdən də 
hər iki oyunçu fəaliyyət sərbəstliyi  əldə edirlər. Taktiki kombinasiyalar özünü 
standart vəziyyətlərin, sərbəst və  cərimə  zərbələrinin icrası zamanı daha aydın 
şəkildə biruzə verir. Nəzərə almaq lazımdır ki, məhz belə şəraitlərdə daha çox top 
qapıdan keçirilir. Belə kombinasiyalardan ikisində oyunçuların fəaliyyəti nümunə 
kimi aşağıdakı 84, 85-də şəkildə verilir . 
Qapıdan təxminən 18-20 metr məsafədən cərimə zərbəsi təyin olunmuşdur. 
Müdafiə olunan komanda 4 oyunçudan ibarət «divar» qurmuşdur. «Divar» cərimə 
yerinə yaxın küncü «örtmüşdür». 8  -li oyunçu topa zərbə vurmaq üçün qaçır, 
onunla eyni vaxtda 10   -li komanda yoldaşı 11   -li hücumçu yoldaşına tərəf qaçır, 
həmçinin həmin istiqamətə 9  -li oyunçu da hərəkət edir. Beləliklə  rəqib 
komandada qapıya hücumun məhz bu istiqamətdən icra olunacağı  təsəvvür 
yaradılır. Nəticədə  cərimə meydançasının sağ  tərəfi müdafiəçilərdən azad olur. 8 
-li oyunçu həmin yerə ötürmə edir. Əvvəlcədən özünü bu kombinasiyada iştirak 
etməyəcək kimi göstərən 7   -li oyunçu həmin ötürmə yerinə çıxır və qapıya zərbə 
vurur. 
 
 
Şəkil 84 
 
Digər taktiki kombinasiyada cərimə meydançasının yanında təyin olunmuş 
cərimə  zərbəsinin icrası zamanı oyunçuların fəaliyyətini  əks etdirilir. Müdafiə 
olunan komanda 5 oyunçu ilə divar quraraq yaxın küncü «bağlamışdır». 9   -li 
oyunçu öz hərəkəti ilə topu qapıya vuracağı təsəvvürünü yaradır və gözlənilmədən 
topu 10   -li oyunçuya ötürərək guya ötürmə almaq üçün divarın arxasına tərəf 
qaçır. Onunla eyni vaxtda 11   -li oyunçu da həmin istiqamətə yerdəyişmə edir. 









Çap üçün deyil


124  
 
 
 
Müdafiə olunanların diqqəti sol tərəfə yönəldikdə 10   -li oyunçu topu əlverişli 
hücum mövqeyinə  çıxan 8   -li oyunçuya ötürür ki, o da qapıya zərbə yerinə 
yetirir. 
 
 
Şəkil 85 
 
 


Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə