Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə42/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   38   39   40   41   42   43   44   45   ...   55

 
131 
 
Geyimdə üzmə 
 
Çoxda böyük olmayan su hövzələrini üst geyimdə üzüb keçmək olar. Suya 
daxil olmazdan əvvəl ayyaqqabıları çıxartmaq və onu kəmərlə gövdəyə bərkitmək
eyni zamanda pencəyin, köynəyin bütün düymələrini açmaq, köynəyi kəmərin 
altından çıxartmaq, bütün cibləri tərsinə çevirmək lazımdır. Geyimdə üzmək üçün 
ən əlverişli üzmə üsulu brass və yanıüstə üzmə hesab edilir. Krol ancaq çoxda uzaq 
olmayan məsafələrə üzmə zamanı istifadə edilir. Geyimdə üzmə texnikası idman 
geyimində üzmə texnikasından  əhəmiyyətli dərəcədə  fərqlənir. Yuxarıda qeyd 
olunan üsullardan başqa geyimdə üzmə zamanı qolları irəliyə aparmadan krolda 
tətbiq edilə bilər. Bu halda bütün hazırlayıcı  hərəkətlər su altında yerinə yetirilir
əllər bütün vaxtlarda ovuclar aşağı olmaqla irəliyə aparılır. Avarçəkmə idman 
üsulu ilə üzmədə olduğu kimi yerinə yetirilir, lakin avarçəkmənin sonunda əl su 
səthinə  çıxarılmır, dirsəkdən və çiyindən bükülərək gövdənin yanı ilə irəliyə 
aparılır. 
Güclü axına düşdükdə dərhal sahilə çıxmağa çalışmayın. Daha yaxşı olar ki, 
bu axını siz köndələn keçəsiniz. Əgər bu axın sizi fırladırsa, axınla üzün və onun 
mərkəzindən axın daha zəif olan yerlərə çıxın. 
Əgər siz su burulğanının mərkəzinə düşmüşsünüzsə, dərindən nəfəs alın, 
suya baş vuraraq yan tərəfə çıxmağa çalışın. Suyun altında yuxarıya, suyun səthinə 
istiqamətlənmiş axını tapmağa çalışın. Bu axından istifadə edərək yuxarıya üzün. 
Bu sizə su burulğanından kənara çıxmağa imkan verəcəkdir. 
 
Suda geyimdən azad olma 
 
Suda fövqəladə, təhlükəli vəziyyətlərə düşdükdə artıq geyimi suda çox tez 
çıxartmaq bacarığı olduqca zəruridir. Bu fəaliyyət aşağıdakı ardıcıllıqla yerinə 
yetirilməlidir: 

 
Üst geyimi çıxatmaq. 

 
Bunun üçün kürək üzərində suda uzanaraq qıçların hərəkəti ilə gövdənin 
üfüqi vəziyyətini saxlamaq və düymələri açmaq. Dərindən nəfəs alaraq sinə 
üzərinə çevrilmək, bir qədər su altına enmək, geyimin ətəyindən tutaraq onu növbə 
ilə sağ  və sol çiyindən çıxartmaq. Sonra kürək arxasında  əvvəlcə geyimin qol 
hissəsinin bir, sonra isə digər hissəsini qoldan çıxartmaq. 

 
Ayaqqabını çıxartmaq. 

 
Nəfəs alıb sinəsi üstə çevrilmək, suyun altına enib ayaqqabının bağlarını 
açmaq və onu çıxartmaq. Bundan sonra suyun üzərinə qalxıb arxası üstə uzanaraq 
tənəffüsü bərpa etmək olar. 

 
Köynəyin çıxarılması. 

 
Kürəyi üstə uzanaraq yaxada və bilək hissədə düymələri açmaq, suda 
şaquli vəziyətdə duraraq köynəyi mümkün qədər yuxarıya dartmaq, çənə ilə onu 
sinəyə  sıxıb dərindən nəfəs alaraq suyun altına enmək və  hər iki əllə köynəyin 
Çap üçün deyil


132  
 
 
 
çiyin hissəsindən tutaraq baş üzərindən irəliyə dartıb onu çıxartmaq. Su üzərinə 
qalxıb kürəyi üstə uzanmaq və tənəffüsü bərpa etmək. 
 
Üzgüçülük üçün zəruri hərəki qabiliyyətlərin inkişaf etdirilməsi 
 
Qüvvənin inkişafı üçün hərəkətlər: 

 
Ştanqı baş arxasından çiyinlər üzərinə endirmək və qaldırmaq. 

 
Uzanaraq ştanq sinə üzərində: alətin sürətlə yuxarıya itələnməsi və çıxış 
vəziyyətinə qayıtmaq. 

 
Duruş, ştanq baş arxasında çiyinlərdə tutulur: 
-
 
gövdəni üfüqi vəziyyətə qədər əymək və çıxış vəziyyətinə qayıtmaq; 
-
 
gövdənin yanlara dönmə hərəkətləri
-
 
bütün pəncə üzərinə oturmaq və cəld qalxma; 
-
 
hər iki ayaq üzərində sıçrayışlar. 
Girlərlə hərəkətlər: 

 
duruş, qolların yanlardan və sinə önündən yuxarıya-aşağıya holaylan-
dırma hərəkətləri; 

 
əyilmiş vəziyyətdə qolları holaylandırma hərəkətləri; 

 
ayrı-ayrı üzmə üsullarında əlin hərəkətinin imitasiyası; 

 
ayaqların geniş duruşunda  əyilmə, qantellərlə arxaya holaylandırma 
hərəkətləri; 

 
start tullanmasının imitasiyası. 
Doldurulmuş toplarla hərəkətlər: 
Təklikdə hərəkətlər: 

 
Top əldə baş arxasında. Üfüqi vəziyyətə qədər yayvari əyilmə hərəkətləri; 

 
Top əllərdə yuxarıda: 
-
 
irəliyə əyilmələr; 
-
 
yanlara əyilmələr; 
-
 
oturub-qalxma 

 
kürək üzərində uzanma, top əllərdə: topla düz qıçlara toxunmaq; 

 
oturuş, ayaqlar çiyin enində aralı, top əllərdə yuxarıda; 

 
qıçlara tərəf növbəli əyilmələr; 

 
skamya üzərində oturuş, irəliyə və arxaya əyilmələr; 

 
Topun yuxarıya atılmaları. 
Cütlükdə hərəkətlər: 

 
Baş arxasından cüt qollarda atmalar; 

 
Sinədən atmalar; 

 
Yan-yana duraraq baş arxasından tək əllə atmalar

 
Kürəyi bir-birinə olmaqla dönərək iki əllə atmalar; 

 
Oturaraq ayaqlar aralı, müxtəlif atmalar; 

 
Qarşı-qarşıya duraraq müxtəlif məsafələrdən topu bir-birinə atmaq 
Çap üçün deyil


 
133 
 
Sinə üzərində krolun təkmilləşdirilməsi üçün quruda hərəkətlər: 

 
Ç.V. əllər beldə gövdəni sağa və sola döndərmək; 

 
Uzanaraq dayaqda qolların sürətlə bükülüb-açılması; 

 
Oturaraq dayaqda qıçların növbəli olaraq yuxarı-aşağı hərəkəti; 

 
Qarın üzərində uzanmış  vəziyyətdə,  əllər baş arxasında, geriyə  əyilmək 
və ç.v. qayıtmaq; 

 
Duruş.  İrəliyə  əyilmək sağ qol irəlidə, sol dizdə krol üsulunda olduğu 
kimi üzmə hərəkətlərinin imitasiyası. 
Kürək üzərində krolla üzmənin təkmilləşdirilməsi üçün quruda hərəkətlər: 

 
Skamya üzərində oturuş, qollarla dayaq, qolları bükərək döşəmədə 
oturuş, qolları düzəltmək; 

 
Dayanmış  vəziyyətdə  dəsmalı qolun burulması ilə arxaya-irəliyə  hərə-
kətlər; 

 
Duruşda əllər baş arxasında, dəsmalla baş arxasında düyün bağlamaq və 
açmaq; 

 
Eyni hərəkət kürək arxasında; 

 
Duruş. Sağ  əl yuxarıda, sol aşağıda qolların irəliyə, arxaya, dairəvi,  əks 
istiqamətli hərəkətləri. 
Brass üsulu ilə üzmənin təkmilləşdirilməsi üçün quruda hərəkətlər: 

 
Hücum addımında yayvari oturmalar; 

 
Düz qıçlarla irəliyə-arxaya, sağa, sola holaylandırma hərəkətləri; 

 
Diz üstə oturaraq pəncələri aralamaq, dabanlar üzərinə oturmaq, arxaya 
əyilmək; 

 
əsas duruşdan dizləri növbəli olaraq mümkün olan maksimum həddə 
qaldırmaq; 

 
Əsas duruşdan ayaqla havada dairələr «cızmaq». 
 
 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə