Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə50/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   47   48   49   50   51   52   53   54   55

 
161 
 
 
A T L E T İ K   G İ M N A S T İ K A  
 
Atletik gimnastika haqqında 8-ci sinfin dərsliyində müəyyən məlumatlar 
verilmişdir. Bu idman növü insan bədəninin harmonik, atletik şəkildə formalaşdı-
rılmasında əvəzsiz vasitə hesab olunur. 
Atletik gimnastika haqqında 8-ci sinfin dərsliyində müəyyən məlumatlar 
verilmişdir. Bu idman növü insan bədəninin harmonik, atletik şəkildə formalaş-
dırılmasında əvəzsiz vasitə hesab olunur. 
Atletik gimnastika hərəkətləri ağırlıqlar, öz bədəninin çəkisi və başqa mü-
qavimətlərlə yerinə yetirilir. Bu hərəkətlərin insan bədəninə təsiri yalnız əzələlərin 
harmonik inkişafı ilə məhdudlaşmır. Düzgün məşq prinsiplərinə uyğun və hazırlıq 
səviyyəsi nəzərə alınmaqla təşkil edilən atletik məşğələlər əzələ sisteminin inkişafı 
ilə yanaşı ürək-damar, tənəffüs, endokrin sistemlərinin işini yaxşılaşdırır, orqa-
nizmin xarici mühitin mənfi təsirlərinə qarşı müqavimətini artırır. Atletik gimnas-
tika məşğələlərinin düzgün təşkilindən asılıdır. 
 
Atletik gimnastika məşğələlərinin təşkilinin əsas qaydaları 
 
İnsanın bədən quruluşunun harmonik inkişafını  təmin etmək üçün məş-
ğələlər zamanı istifadə edilən qüvvə hərəkətləri bütün əzələ qruplarını – boyu, çiyin 
qurşağı, qol, kürək, qarın, qıç  əzələlərinin hamısını  əhatə etməlidir. Məşğələ za-
manı yuxarıda qeyd olunan əzələ qrupları ilə işləyərkən mütləq antoqonist əzələlərə 
diqqət ayrılmalıdır.  Əks halda bir oynağı  əhatə edən və yalnız bir istiqamətdə 
«işləyən»  əzələlərin inkişaf etdirilməsi  əzələlərin görünüşündə arzu olunan har-
monikliyin  əldə olunmasına imkan verməyəcəkdir. Məsələn, gövdənin ön əzələ 
qrupları (gövdəni bükən) inkişaf etdirilirsə, mütləq gövdənin arxa əzələ qrupları da 
(gövdəni açan) inkişaf etdirilməlidir və ya bazunun ikibaşlı əzələsi ilə yanaşı onun 
arxa-üçbaşlı əzələsi də inkişaf etdirilməlidir və s. 
Əzələnin müxtəlif iş rejimlərindən istifadə olunmalıdır. Yəni həm dinamik 
(əzələnin uzunluğunun dəyişməsi ilə yerinə yetirilən hərəkətlər), həm də izometrik 
(əzələnin uzunluğunun dəyişməməsi ilə yaradılan əzələ gərginliyi) rejimlərdə fiziki 
yük icra olunmalıdır. Dinamik rejim əzələnin en kəsiyinin qalınlaşmasına, böyü-
məsinə  şərait yaradırsa, izometrik hərəkətlər  əzələnin mərkəzi sinir sistemi tərə-
findən innervasiyasını (sinir impulslarının göndərilməsini) yaxşılaşdırmaqla hərə-
kət sürətinin artmasına,icra koordinasiyasının yaxşılaşmasına şərait yaradır. 
Atletik gimnastika məşğələləri zamanı düzgün qida rejiminə əməl olunması 
olduqca vacib şərtdir. Bu məşğələlər qüvvə istiqamətli hərəkətlərin çoxsaylı təkrarı 
ilə yerinə yetirildiyindən  əzələnin daxili strukturunda dəyişiklik baş verir və belə 
halda  əzələnin inkişafı üçün zülal (amin turşuları) tərkibli qidaya orqanizmin 
ehtiyacı artır. Çünki zülallar əzələnin inkişafı üçün əsas tikinti «materialları» hesab 
Çap üçün deyil


162  
 
 
 
olunur. Belə qida maddələrinə ət, balıq, yumurta, pendir, kəsmik, süd kimi heyvani 
mənşəli qidalar, eyni zamanda qoz, noxud və digər zülalla zəngin olan bitki 
mənşəli qida maddələri aiddir. Hazırda qida əlavələri kimi müxtəlif amin turşuları 
hazır  şəkildə vardır və ciddi məşğələlər zamanı onlardan istifadə olunması da 
məqsədə uyğundur. 
Atletik məşğələlər zamanı  nəzərə almaq lazımdır ki, yatmağa  ən azı saat 
yarım qalmış və yeməkdən 1-1,5 saat sonra məşq etmək olar. 
Atletik məşğələlərə yeni başlayanlar üçün həftədə  hər biri 30-60 dəqiqə 
olmaqla 2-3 məşq nisbətən təcrübəli olanlar üçün isə  hər biri 90-130 dəqiqə 
olmaqla 4-5 məşq planlaşdırmaq olar. 
Atletik gimnastika məşğələlərinə 60 dəqiqə  ərzində yerinə yetirilən silsiləli 
qaçış  və  səhər gimnastikası kompleksləri  əlavə etmək zəruridir. Bu məşğələlər 3 
hissədən – hazırlayıcı, əsas və tamamlayıcı hissələrdən ibarətdir. 
Hazırlayıcı hissə. 
Bu hissəyə ümumi məşq vaxtının 10-15% sərf olunur və 
əsas məqsədi böyük fizikiyük yerinə yetirəcək orqanizmi bu işə hazırlamaqdır. Bu 
məqsədlə asta qaçış, ümuminkişaf hərəkətləri,  əşyalarla (yüngül qantellər, 
amartizatorlar, espanterlər) yerinə yetirilən qüvvə  hərəkətləri və  əyilgənlik üçün 
hərəkətlər daxil edilir. 
Əsas hissə. 
Əvvəlcədən planlaşdırılmış qüvvə  hərəkətləri kompleksinin 
yerinə yetirilməsinə həsr olunur. 
Tamamlayıcı hissə.
 Bu hissədə sinir-əzələ sistemində böyük həcmdə  hərə-
kətlərin icrası ilə əlaqədar yaranmış gərginliyi aradan qaldırmaq məqsədi ilə yeriş, 
tənəffüs hərəkətləri yerinə yetirilir. 
 
İnsan bədəninin əsas əzələ qrupları 
 
Bədənin əsas əzələ qrupları şəkil 113-də verilmişdir. 
1- ovuc əzələləri. Ovucu büküb-açırlar 
2 – said əzələləri. Daxili said əzələləri barmaqları  və ovucu bükür, xarici 
said əzələləri isə onları açır. 
3 , 22 – çiyinin (bazunun) ikibaşlı  əzələsi. Çiyinin ön hissəsində yerləşir, 
qolu dirsəkdən bükür, biləyin xaricə döndərilməsində iştirak edir. 
4, 19 – çiyinin üçbaşlı  əzələsi. Çiyinin arxa hissəsində yerləşir, qolu 
dirsəkdən açır. 
5, 23 – kürəyin böyük əzələsi. Kürəyin aşağı hissəsində yerləşir, çiyini 
fırlayır, yuxarıya qaldırılmış qolu gövdəyə yaxınlaşdırır.  
6, 24 – kürəyin enli əzələsi. Döş  qəfəsinin arxa hissəsində yerləşir. Çiyini 
gövdəyə yaxınlaşdırır. Qolu daxilə fırladır, onu arxaya çəkir. 
7, 20 – qarının çəp  əzələsi. Qarının yan tərəfində yerləşir. Gövdənin 
fırlanması və əyilməsində iştirak edir. 
8 – budun dördbaşlı  əzələsi. Budun ön hissəsində yerləşir, qıçı diz oyna-
ğından bükür, budun çanaq oynağından bükülməsində iştirak edir. 
 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə