Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə54/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   47   48   49   50   51   52   53   54   55

178  
 
 
 
Qarın əzələləri üçün hərəkətlər. 
 
1.
 
Ç.v. kürək üzərində uzanmaq, əllər baş arxasında. Gövdəni qaldıraraq 
sinə ilə dizlərə toxunana qədər irəli  əyilmək. 4 yaxınlaşmada maksimal sayda 
təkrar (Şəkil 152). 
 
Şəkil 152 
 
2.
 
Ç.v. Maili lövhə üzərində uzanmaq, ayaqlar lövhəyə bərkidilir, qollar baş 
arxasında. Qalxaraq oturuş vəziyyətini almaq və ç.v. almaq. 3 X 12 (Şəkil 153). 
 
Şəkil 153 
 
3.
 
Ç.v. Uzanmaq qollar baş arxasında. Düz ayaqların yuxarıya qaldırılması. 
4 yaxınlaşmada maksimal sayda təkrar (Şəkil 154). 
 
Şəkil 154 
Çap üçün deyil


 
179 
 
4.
 
Ç.v. Maili lövhə üzərində uzanmaq, əllərlə lövhənin kənarlarından tut-
maq. Düz qıçları yuxarıya qaldırıb ç.v. qayıtmaq 3 X 10 (Şəkil 155). 
 
Şəkil 155 
 
 
 
Qıç əzələləri üçün hərəkətlər: 
 
1.
 
Ç.v.  Ştanq çiyinlərdə duruş. Kürəyi 
düz saxlamaqla oturub-qalxma 4 X 6 (Şəkil 
156). 
 
 
 
Şəkil 156 
 
 
 
 
 
 
2.
 
Ç.v. Duruş,  ştanq çiyinlərdə. Pəncələr 
üzərinə qalxıb-enmək. 4 X 12 (Şəkil 157, Vəz. A). 
 
 
 
 
 
Şəkil 157 – A 
 
 
Çap üçün deyil


180  
 
 
 
3.
 
Ç.v. hündürlüyü 3-5 sm. olan taxta üzə-
rində pəncənin ön hissəsi ilə duruş. Ştanq çiyinlərdə. 
Pəncənin uc hissəsinə qalxıb 2 saniyə saxladıqdan 
sonra ç.v. qayıtmaq. 4 X 10 (Şəkil 157, Vəz. B). 
 
 
 
 
Şəkil 157 – B 
 
 
 
 
 
4.
 
Ç.v. Ştanq çiyinlərdə duruş. «Hücum addımları» ilə yeriş. 4 X 10 (Şəkil 
158). 
 
Şəkil 158 
 
5.
 
Ç.v. Ştanq sinədə duruş. Oturub-qalxmaq. 4 X 6 
 
Şəkil 159 
 
Çap üçün deyil


 
181 
 
6.
 
Ç.v. Stulda oturuş. Ayaqlara ağırlıq 
bərkidilir. Qıçların açılıb-bükülməsi 4 X 10 (Şə-
kil 160). 
 
 
 
Şəkil 160 
 
7.
 
Ç.v. Maili lövhə üzərində üzü üstə 
uzanmaq.  Əllər baş arxasında, ayaqlara ağırlıq 
bərkidilib. Qıçların dizdən növbəli bükülüb-
açılması 4 X 10 (Şəkil 161). 
 
 
 
 
Şəkil 161 
 
 
 
Bilək əzələləri üçün hərəkətlər: 
 
1.
 
Ç.v. Stulda oturuş. Ştanqı ancaq biləyi büküb-açmaqla qaldırıb-endirmək 
3 X 10 (Şəkil 162). 
 
Şəkil 162 
 
Çap üçün deyil


182  
 
 
 
2.
 
Ç.v. Stulda oturuş. Ştanqı aşağıdan tutaraq yalnız biləyi büküb-açmaq 3 
X 10 (Şəkil 163). 
 
Şəkil 163 
 
 
 
 
Çap üçün deyil


 
183 
 
 
Ö Z Ü N Ü M Ü D A F İ Ə   E L E M E N T L Ə R İ  
 
 
Təhlükəsizlik texnikası qaydaları 
 
Ümumtəhsil məktəblərində  şagirdlərin özünümüdafiə bacarıq və  vərdişləri 
sambo və cüdo kimi güləş idman növlərinin elementlərindən istifadə etməklə 
formalaşdırılır. Özünümüdafiə elementlərinə aid edilən hərəki fəaliyyət müxtəlif 
şəraitlərdə yararlı ola bilər. Məsələn, küçədə gedərkən sürüşüb yıxılma, müxtəlif 
fövqəladə hallarda çətin vəziyyətlər və s. bu kimi hallarda cəmləşərək, yuvar-
lanmaq kimi bacarıqlar daha ağır zədələnmələrdən yayınmaq üçün əlverişli ola 
bilər. 
Digər tərəfdən hər bir icranın özünümüdafiə hüququ olduğundan o, sadə, 
lakin effektli müdafiə bacarıqlarına malik olmalıdır. 
Şagirdlərin  ən sadə özünümüdafiə elementləri 7-ci sinif dərsliyində veril-
mişdir. Burada isə formalaşdırılmış bacarıqların təkmilləşdirilməsi və yeni ele-
mentlərin mənimsənilməsi nəzərdə tutulur. Özünümüdafiə bacarıqları ümumtəhsil 
məktəblərində dərsdənkənar, müstəqil məşğələlər zamanı formalaşdırılır. Bu hərə-
kətlərin nümunələri aşağıda verilmişdir. 
Özünümüdafiə bacarıq və  vərdişlərin formalaşdırılmasından  əvvəl təhlü-
kəsizlik qaydalarına riayət olunmalıdır. Bu məşğələlər zamanı  aşağıdakılar qəti 
qadağan olunur
-
 
Rəqibi başı üzərinə yerə vurmaq; 
-
 
Rəqibi atarkən bütün ağırlığı ilə onun üzərinə yıxılmaq, zərbə endirmək; 
-
 
Boynu  burmaq; 
-
 
Başı ayaqlarla döşəyə sıxmaq; 
-
 
Rəqibin sifətinə toxunmaq; 
-
 
Bədənin istənilən sahəsinə dirsəklə və ya dizlə təsir göstərmək
-
 
Ayaq və əl barmaqlarından tutaraq, onları buraraq arxaya əymək. 
 
Özünü zədələnmələrdən sığortalama fəndləri. 
 
Yanı üstə yıxılmaq və bir yandan digərinə yuvarlanmaq.
 (Şəkil 164). 
Ç.v. – sol yanı üzərində uzanmaq. Sol dizi mümkün qədər sinəyə  tərəf 
sıxmaq. Sağ qıçı pəncə üzərinə elə qoymaq lazımdır ki, onun dabanı sol ayağın üst 
hissəsinə dirənsin.  İrəli uzanmış sol əli ovuc aşağı olmaqla sol dizə yaxın döşək 
üzərinə qoymaq, sağ qolu yuxarıya qaldırmaq. Başı sağ çiyinə sıxmaq və sağ tərəfə 
yuvarlanmaq. Bu üsulla sağa və sola yuvarlanmanı  dəfələrlə  təkrar etmək. Yanı 
üstə  yıxılmanı digər çıxış  vəziyyətlərində: yəni duruşda, oturuşda, yarımoturuşda 
icra etmək. Yanı üstə yıxılarkən, 48-ci şəkildə verilmiş vəziyyət almaq. 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə