Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə49/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   45   46   47   48   49   50   51   52   ...   55

156  
 
 
 
 
 
Şəkil 106 
 
 
Badminton oyunu üçün meydança 
 
Oyunun  əvvəlində topu oyuna daxil edən və  qəbul edən oyunçular mey-
dançanın sağ  tərəfindəki özlərinin topu oyuna daxiletmə sahəsini tuturlar. Tək 
oyunçuların görüşündə ilk topu oyuna daxiletmə və cüt xallarda valan (top) mey-
dançanın sağ hissəsindən rəqibin sağ meydançasına göndərilir.  Əgər valan oyuna 
daxil edilərkən lazımi sahəyə düşmürsə, o halda rəqib topu oyuna daxil etmək 
hüququ qazanır. Hesab bu halda dəyişmir. 
Oyun zamanı rəqib meydançanın istənilən hissəsində valan yerə düşərsə və 
ya rəqib valanı əks tərəfə qaytara bilmədikdə xal hesablanır. 
 
Əsas texniki fəndlər 
 
Badminton oyununa başlamaq üçün ilkin texniki fənd raketka və valanın 
düzgün tutulmasıdır. Bu zaman aşağıdakılara yol vermək olmaz. 
-
 
raketkanın dəstəyini barmaqlarınızla çox möhkəm sıxmayın, bu zaman 
onlar tez yorulur. Əl əzələləri yalnız valana zərbə anında gərginləşdirilir; 
-
 
baş  və ya göstərici barmağı irəliyə  çıxartmayın, dəstəyi yüngül çəkici 
tutan tərzdə tutun; 
-
 
raketkanı əlinizdə fırlatmayın, dəstəyi tutma vəziyyətini dəyişmədən bü-
tün zərbələri yerinə yetirin. Tutma yerini dəyişdikdə  zərbələriniz dəqiq olmaya-
caqdır (Şəkil 107). 
 
Çap üçün deyil


 
157 
 
 
Şəkil 107 
 
Oyunçunun duruşu. 
Oyun zamanı idmançı qıçları dizdən azacıq bükülmüş, 
üzü topa tərəf duraraq topu qəbul edir. Bədənin ağırlığı çiyin enində aralı qoyulmuş 
ayaq pəncələrinin ön hissəsi üzərinə keçirilir. Raketka dirsəkdən bükülmüş  əldə 
tutulur. (Şəkil 108) 
 
Şəkil 108 
 
Topun oyuna daxil edilməsi. 
Topu oyuna daxil edərkən oyunçu şəkildə göstərilən ötürmə zonasının önün-
dəki meydançanın mərkəzində dayanmalıdır.  Əgər o sağ  tərəfdəki ötürmə zona-
sında dayanıbsa, valan rəqibin sağ meydançasına köndələn olaraq göndərilir. Topu 
oyuna daxil edərkən sol yanı tora tərəf olmaqla sol ayağı irəliyə qoymaq lazımdır. 
Sağ qol dirsəkdən bükülərək yuxarıya-arxaya aparılır. Valan irəliyə aparılmış sol 
əlin barmaqları ilə tutulur. Valanın əldən buraxılması ilə eyni vaxtda raketkanı tu-
tan sağ əl valan bel səviyyəsindən aşağıya endiyi anda zərbə yerinə yetirir. Raketka 
sola-yuxarıya hərəkət etdirilir. Valan oyuna qısa, hündür, aşağı, uzaq ötürmə ilə 
daxil edilə bilər. Belə ötürmələrdən istifadə etməklə valanı  rəqibə aid olan mey-
Çap üçün deyil


158  
 
 
 
dançanın istənilən nöqtəsinə lakin mütləq ötürmə zonasının arxasında yerləşən 
sahəyə göndərmək olar (Şəkil 109). 
 
 
 
Şəkil 109 
 
Zərbələr.
  Rəqibin zərbələri istiqamətinə  və gücünə görə müxtəlif ola bilər. 
Bu səbəbdən də cavab zərbələri müxtəlif çıxış vəziyyətlərindən, raketkanın hər iki 
tərəfi ilə və daha çox hərəkətdən icra olunur (Şəkil 110). 
 
 
 
Şəkil 110 
 
Çap üçün deyil


 
159 
 
 
 
 
Şəkil 111 
 
Yadda saxlamaq lazımdır ki, sağdan, soldan, yuxarıdan istənilən zərbəni icra 
etməzdən  əvvəl onun güclü və  dəqiq olması üçün əvvəlcədən raketka tutan qol 
arxaya aparılmalıdır. Daha çox geniş yayılmış sağdan, soldan və yuxarıdan olan 
zərbələr şəkil 111-də göstərilmişdir. Əvvəlcə valana müxtəlif güc sərfi ilə zərbələr 
vuraraq onu meydançanın istədiyiniz yerinə istiqamətləndirmək xeyli çətinlik 
yaradır. Bəzən cüzi qüvvə  sərfi rəqibi aldadaraq valanı tordan o tərəfə keçirmək 
üçün yetərli olur (Şəkil 112). 
 
 
 
 
 
Şəkil 112 
Çap üçün deyil


160  
 
 
 
Badminton oyununu mənimsəmək sinif yoldaşı ilə daha asandır. Məsələn, 
Sizdən biriniz valanı oyuna daxil edir, digəri isə valanı sadəcə olaraq yoldaşının 
yenidən zərbə vurması üçün onun sahəsinə qaytarır. Sonra oyunda rollar dəyişir. 
Bu üsulla müxtəlif zərbələrin icrasına yiyələnmək olar. Bu qayda ilə müəyyən 
təcrübə qazandıqdan sonra oyunu bütün qaydaları ilə oynaya bilərsiniz. 
 
Badmintonçunun fiziki hazırlığı 
 
Badminton üzrə yarış zamanı fiziki yükə davam gətirmək üçün hər  şeydən 
əvvəl çevik, sürətli və dözümlü olmaq lazımdır. Dözümlülük qabiliyyətini artırmaq 
üçün dərə-təpə yerlərdə, parkda, bulvarda kross qaçmaq əlverişlidir. Oyun zamanı 
daima hərəkət sürəti dəyişir, artıb-azalır. Kross qaçışı da məhz belə qaçılmalıdır. 
Bərabər sürətli yerdəyişmə müxtəlif istiqamətlərə  kəskin sürətlənmə, qəfil da-
yanmalar sıçrayışlarla növbələşməlidir. Sağa, sola, yarımoturuşdan, oturuşdan, 
arxaya, irəliyə sıçrayışların qaçış zamanı icra edilməsi Sizə oyunda qarşılaşdığınız 
müxtəlif vəziyyətləri uğurla dəf etməyə imkan verəcəkdir. 
Badminton oynayanlar üçün olduqca zəruri amil əyilgənlik qabiliyyətinin 
lazımi səviyyədə olmasıdır. Bu oyunda daha sərbəst, geniş amplituda ilə  hərəkət 
etməyə imkan verir. Bu məqsədlə yellənmə, dönmə, fəal və qeyri-fəal  əyilmə 
hərəkətləri, statik hərəkətlər və dartmalar icra olunur. 
 
 
 
 
 
 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə