Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə48/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   44   45   46   47   48   49   50   51   ...   55

152  
 
 
 
17.
 
Dərindən nəfəs almaqla yeriş: 1-2 – qollar arxaya-yuxarıya, baş yuxarıya 
qalxır (dərindən nəfəsalma); 3-4 – qolların yanlardan çarpazvari endirilməsi, 
gövdənin irəliyə əyilməsi, başı aşağıya endirmək (nəfəsvermək)   8-10 dəfə . 
18.
 
 
 
Şəkil 104 
 
Rezin amartizatorlarla hərəkətlər 
1.
 
Ç.v. – rezin amartizatorun ortasında durun. Hər iki əlinizlə amartizatorun 
ucundan tutun, dirsəkləri yana sıxın: 1 – eyni vaxtda və ya növbəli olaraq qolu 
dirsəkdən bükün; 2 – ç.v.   12-16 dəfə . 
2.
 
Ç.v. – rezin amartizatorun ortasında durun. Uclarını  əlinizə dolayın, 
qollarınızı yuxarıya açın: 1 – qolları yuxarıya açın; tədricən ç.v. qayıdın   16-20 
dəfə . 
3.
 
Ç.v. – rezin amartizatorun ortasında durun və uclarından tutun: 1-2 – 
qollar yanlara (və ya yuxarı); 3-4- tədricən ç.v. qayıdın   12-16 dəfə . 
4.
 
Ç.v. – rezin amartizator kürək arxasında; 1 – düz qollar irəliyə (5-6 san 
saxlayın); 2 – ç.v.  6-8 dəfə . 
5.
 
Ç.v. – rezin amartizatorun ortasında durun. Oturaraq amartizatorun 
uclarından tutun, qolları çiyinlərə qaldırın: 1 – əsas duruş vəziyyəti alın; 2 – oturun 
və ç.v. qayıdın   16-20 dəfə . 
(
)
(
)
(
)
(
)
(
)
(
)
Çap üçün deyil


 
153 
 
6.
 
Ç.v. – rezin amartizatorun ortasını dizdən bükülmüş  qıçın pəncəsinin 
altına keçirin. Uclarını əlinizə dolayın: 1 – qıçı irəliyə açın; 2 – ç.v. qayıdın 14-16 
dəfə hər bir ayaqla. 
7.
 
Ç.v. – rezin amartizatoru divara bərkidin, uclarını  əlinizə dolayın: 1 – 
gövdəni irəli əyin; 2 – ç.v.   14-16 dəfə . 
8.
 
Ç.v. – 7-ci hərəkətdə olduğu kimi ancaq qollar yanlarda; 1 – gövdəni sola 
çevirin; 2 – gövdəni sağa çevirin   14-16 dəfə . 
9.
 
Ç.v. – rezin amartizatoru divara bərkidin, uclarını  əlinizə dolayın: 1 – 
irəliyə əyilin əlləri arxaya aparın; 2 – ç.v. qayıdın   12-16 dəfə . 
10.
 
Ç.v. – rezin amartizatoru divara bərkidin, uclarını  əlinizə dolayın: 1 – 
oturuş, qollar yanlara; 2 – ç.v.; 3 – oturuş qollar arxaya; 4 – ç.v.   
8-10 dəfə . 
11.
 
Yeriş, qaçış, ümuminkişaf etdirici hərəkətləri, qantellərlə olan variant. 
 
 
 
Şəkil 105 
(
)
(
)
(
)
(
)
Çap üçün deyil


154  
 
 
 
 
Səhər gimnastika kompleksinin kross variantı 
(20-30 dəqiqə ərzində) 
 
Hərəkətlərin icrası ilə 100m yeriş. 
1.
 
1-2 – düz qolların arxaya aparılması; 3-4 – düz qolların yanlara aparıl-
ması (ovuclar yuxarıya); 5-6- düz qolların yuxarıya-arxaya aparılması   6-8 dəfə . 
2.
 
Ç.v. – əsas duruş, əllər çiyinlərə; 1-4 – bükülmüş qolların irəliyə dairəvi 
hərəkəti; 1-4- bükülü qolların arxaya dairəvi hərəkəti   6-8 dəfə . 
 
400m asta qaçış. 
Ümuminkişaf və xüsusi hərəkətlər. 
3.
 
Ç.v. – əsas duruş, ayaqlar çiyin enində; 1– bədəni açır,  əllər yuxarıda;     
2-3 – irəliyə yayvari əyilmələr; 4- ç.v.   6-8  dəfə . 
4.
 
Ç.v. – əsas duruş, irəliyə hücum addımı  əllər beldə; 1-3 – yayvari otu-
ruşlar; 4- geriyə dönmə   8-10 dəfə . 
5.
 
Ç.v. – əsas duruş, dayaqda duruş, gövdə irəliyə əyilir, çiyin səviyyəsində. 
Pəncələrin növbəli olaraq qızışdırılması, pəncələr ucuna qalxıb dabanlara enmək. 
Hərəkəti aşağı və orta tempdə çoxsaylı təkrar etmək. 
6.
 
Dəyişən qaçış. 30-40m   2-3 : Hərəkət sürətlə icra olunur. Təkan ayaq 
tam açılır. Pəncələr dayağa paralel qoyulur. 
7.
 
Sıçrayışla qaçış, təkan ayağı üzərinə enmək. Budu yuxarı qaldırmaqla 
qaçış. 40-50m   2-3  dəfə . 
8.
 
Sürətlənmə ilə qaçış 50-60m   3-4 dəfə . 
 
 
M
ÖVZU ÜZRƏ SUALLAR
 
1.
 
Səhər gimnastikasının əsas məqsədi nədir? 
2.
 
Səhər gimnastikasına hansı hərəkətlər daxil edilə bilər? 
3.
 
Müxtəlif səhər gimnastikası hərəkətləri orqanizmə necə təsir 
göstərir? 
 
 
 
 
(
)
(
)
(
)
(
)
(
)
(
)
(
)
Çap üçün deyil


 
155 
 
 
B A D M İ N T O N  
 
Bu idman oyunu məzmun və icra xüsusiyyəti ilə çevikliyin, sürətin, dö-
zümlülüyün inkişafına və  rəqibin fəaliyyətini  əvvəlcədən müəyyənləşdirmək 
bacarığının formalaşmasına imkan verir. Bu oyunu həm iki, həm də dörd  yunçu 
oynaya bilər. Badmintonu yolda, açıq havada ilin istənilən fəslində düz səthi olan 
istənilən meydançada oynamaq olar. 
 
Oyunun tarixi 
 
Hələ bizim e.ə. XII əsrdə Çində  lələkdən istifadə etməklə oynanılan oyun 
zaman keçdikcə Avropada və Amerika qitəsində yayılmağa başladı. 1873-cü ildə 
qeyd olunan oyun üzrə turnir İngiltərənin Badminton şəhərində keçirilir və şəhərin 
adı ilə müasir badminton adını alır. 1876-cı ildə badmintonun oyun qaydaları 
işlənilib hazırlanır. 1934-cü ildə Beynəlxalq Badminton Federasiyası  (İBF) təsis 
olunur. 1977-ci ildə İsveçrədə birinci rəsmi Dünya Çempionatı keçirilir. Uzun illər 
Badminton Olimpiya oyunlarının proqramına daxil edilmişdir. Yalnız 1992-ci ildə 
Barselonada bu idman oyun növü Olimpiya oyunlarının proqramına daxil edilir. 
İndoneziyalı idmançılar bu idman növündə həm kişilər, həm də qadınlar arasında 
ilk Olimpiya Çempionları oldular. 
 
Badminton oyununun əsas oyun qaydaları 
 
Badminton oyunu bir cütlük və iki cütlük arasında müxtəlif ölçülü mey-
dançalarda keçirilir. Badminton oynanılan meydançanın standart ölçüləri şəkil 106-
da verilmişdir. Cütlüyün oyunu üçün meydançanın uzunu 1340 sm, eni 610 sm-dir. 
İki oyunçunun oyununda meydançanın eni 518sm-dir. Oyun meydançası iki dirək 
arasında çəkilmiş, uzunluğu 610sm, eni 76 sm olan topla iki yerə bölünür. Torun 
yuxarı hissəsi 155sm. hündürlükdə bərkidilir. Tor iki dirəklər arasında elə möhkəm 
çəkilir ki, meydançanın ortasında onun yerdən hündürlüyü 152 sm. az olmamalıdır. 
Badminton oynanılan raketka (çəkisi 135-190 qr.) tenis raketkasına oxşayır. 
Badminton oyunu üçün top üzərinə  dəri və ya onun əvəzləyicisi çəkilmiş 
propkadan və ona dairəvi bərkidilmiş lələklərdən ibarətdir (çəkisi 4,5-7qr.) 
Yeniyetmə  və  uşaqların cüt oyunçularda oyun hesabı 15 xala, tək oyunçu-
larda isə 11 xala kimi hesablanır. Oyun üç hissədə keçirilir. Kimin oyuna başlaması 
püşkatma yolu ilə müəyyənləşir.  İkinci hissədə topu oyuna daxil etmək hüququ 
birinci hissədə qalib gəlmiş oyunçuya və ya cütlüyə verilir. Əgər üçüncü həlledici 
hissə keçirilirsə, o zaman hesab 8 (cütlük) və ya 6 (tək) xal olduqda oyunçular 
yerlərini dəyişirlər. 
o
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə