Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə44/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   40   41   42   43   44   45   46   47   ...   55

 
137 
 
 
Şəkil 92 
 
Eninə qoyulmuş at üzərindən yanakı tullanma da yuxarıda verilmiş 90º dön-
məklə yanakı tullanma kimi icra olunur. Lakin burada qıçların yana-yuxarı  hə-
rəkətini davam etdirməklə bədənin ağırlığı dayaq əli üzərinə keçirilir, gövdə üfüqi, 
baş düz, sərbəst qol yanda olmaqla, dayaq əlinin təkanı ilə alət üzərindən keçirilir 
və kürəyi alətə tərəf olmaqla yerəenmə icra olunur. (Şəkil 93) 
 
Şəkil 93 
 
Öyrətmə ardıcıllığı: 
1.
 
Döşəmədə uzanaraq dayaqda iki ayaqla sağa (sola) hoppanaraq yanakı 
uzanaraq dayaq vəziyyətinə keçmək. 
2.
 
Gimnastika atı qarşısında elastikli körpü üstündə duraraq ayaqlarla təkan 
vurub yanakı hoppanmalar. 
3.
 
Körpüdə duraraq sağ (sol) ayağı gimnastika atın (və ya keçi) üstünə yana 
qoymaq, sol (sağ)  ələ  və ayağa dayaqlanaraq, sol (sağ) ayağı keçirməklə yanakı 
sıçrayış etmək. 
4.
 
Müstəqil yanakı tullanmaq. 
Çap üçün deyil


138  
 
 
 
Sallanmalar və dayaqlar 
(Oğlanlar) 
 
Qüvvə ilə dayağa qalxma. 
Sallanmadan çanaq-bud oynağından azacıq bükülərək bükülü qollarda 
sallanma vəziyyətinə kimi dartınmaq və dartınmanın sonunda dayanmadan bir qolu 
irəliyə dirsəkdə dayaq vəziyyətinə keçirmək. Sonra dayanmadan (hərəkətin  ətalə-
tindən istifadə etməklə) çiyini irəliyə verməklə ikinci qolu da dayaq vəziyyətinə 
gətirmək. Qolları düzəldərək dayaq vəziyyəti almaq (Şəkil 94, 95). 
 
 
  
 
Şəkil 94 
 
 
 
Şəkil 95 
 
 
 
Çap üçün deyil


 
139 
 
Öyrətmə ardıcıllığı: 
1.
 
Turnikdə dayaqdan bükülü qollarda dayağa enmək və qolları açaraq da-
yağa qayıtmaq   2-3  dəfə . 
2.
 
Orta hündürlüklü turnikdə bükülü qollarda duruşdan tullanaraq bükülü 
qollarda dayağa keçmək, dayaq vəziyyəti almaq. 
3.
 
Köməklə və müstəqil qüvvə ilə dayağa qalxmaq. 
 
Bir qıçla sallanmadan qıçlar aralı dayağa qalxma  
(yəhərdə dayaq) 
 
İcra texnikası:
 Sallanmadan əllər arasından sağ (sol) qıçı dizdən bükərək 
turnikdən sallanma. Sərbəst qıçla yellənmə edərək dayağa qalxmaq. Yellənmə 
artan sürətlə, böyük qövsvari dairə üzrə yerinə yetirilir. Yellənmənin sonunda 
bükülmüş  qıçla turniki sıxaraq və çiyinləri irəliyə verməklə ayaqlar aralı dayaq 
vəziyyəti almaq (Şəkil 96). 
Öyrətmə ardıcıllığı: 
1.
 
Orta hündürlüklü turnikdə bir ayaqla sallanmadan (kənarda) dayağa 
qalxmanı təkrar etmək. 
2.
 
Bir qıçla sallanmadan birində dayağa qalxaraq, qıçlar aralı. 
3.
 
Eyni hərəkət hündür turnikdə icra olunur. 
 
 
Şəkil 96 
 
Paralel qollar. 
 
Saidlər üzərində dayaqda yellənmədən irəliyə qalxaraq ayaqlar aralı 
oturuş. 
İcra texnikası:
 Saidlər üzərində dayaqda yellənərək  şaquli vəziyyəti keç-
dikdə irəliyə fəal yellənməklə; çanaq-bud oynağından azacıq bükülməklə və ayaq-
lar paralel qolların səviyyəsinə çatdıqda kəskin açılmaqla və eyni zamanda qolların 
təkanı ilə ayaqlar aralı oturuşa keçmək (Şəkil 97).  
 
 
(
)
Çap üçün deyil


140  
 
 
 
Öyrətmə ardıcıllığı: 
1.
 
Kürəklər gimnastika skamyasına qollar bükülərək  əllər arxada dayaqlı 
oturuşdan uzanaraq oturuşa keçmək   2-3 dəfə . 
2.
 
Saidlər üzərində yellənmədə pəncələrin paralel qollar səviyyəsinə çatdığı 
irəli yellənmədə ayaqların hərəkətini dayandırmaq və çanaq-bud oynağından bə-
dəni açmaq. 
 
 
Şəkil 97 
 
3.
 
Saidlərdə uzanaraq dayaqdan ayaqlarla gimnastika keçisinə istinad edərək 
uzanaraq dayaq vəziyyətinə keçmək. 
4.
 
Saidlərdə dayaqda yellənmədən qalxaraq ayaqlar aralı oturuşa keçmək. 
 
 
Şəkil 98 
 
 
Dayaqda yellənmədə qolların bükülüb-açılması. 
 
İcra texnikası: Hərəkət həm irəliyə, həm də geriyə yellənmədə icra olunur. 
Geriyə yellənmədə  hərəkətin icrası xeyli çətin olduğundan onun icrasına irəli 
yellənmədə qolların bükülüb-açılmasını  mənimsədikdən sonra başlamaq daha 
məqsədə uyğundur. 
Geriyə yellənmənin sonundan irəliyə yellənmənin başlanması ilə eyni vaxtda 
çiyinlər irəliyə verilir və qollar bükülür. Şaquli vəziyyəti keçdikdə çanaq-bud oyna-
 
 
(
)
Çap üçün deyil


 
141 
 
ğından azacıq bükülmək lazımdır. Ayaqların irəliyə-yuxarıya hərəkəti ilə qollar 
açılır. Qolları bükərkən çiyinlərin vəziyyətinə xüsusi diqqət yetirmək lazımdır. 
Əgər  şaquli vəziyyəti keçərkən çiyinlər xeyli «arxada qalmış» olarsa, o zaman 
şagird dayaqda qala bilməyəcəkdir. Buna görə  də  hərəkət paralel qolların orta 
hissəsində yerinə yetirilir (Şəkil 99). 
 
Şəkil 99 
 
Öyrətmə ardıcıllığı: 
1.
 
Dayaqda ayaqların paralel qollardan yüksək vəziyyətinə qədər yellənmə. 
2.
 
Dayaqda qolların bükülüb-açılması   4-6 dəfə . 
3.
 
Dayaqda yellənmə, arxa yellənmədə ayaqları aralamaq və pəncənin daxili 
hissəsi ilə onları yumşaq paralel qollar üzərinə qoymaq, paralel qollar üzərində 
uzanaraq dayaq vəziyyəti almaq, qolları bükmək, ayaqları birləşdirmək, irəliyə yel-
lənmədə qolları düzəltmək. 
4.
 
İrəli yellənmədə qolları büküb-açmaq. 
 
Müxtəlif hündürlüklü paralel qollar. 
(Qızlar) 
 
Ayaqlarla yuxarı qola dayaqlanaraq aşağı qolda beli açıq sallama, aşağı 
qolda dayaqda fırlanma. 
İcra texnikası: 
Aşağı qol üzərində üzü yuxarı qola tərəf sallanmadan bir 
ayağın yellənməsi, digərinin təkanı ilə ayaqları növbə ilə yuxarı qola dayandırıb, 
açılaraq budlarla aşağı qola sıxılmaq. Açılaraq sallanma vəziyyətini saxladıqdan 
sonra, ayaqların yuxarı qoldan növbəli təkanı ilə  aşağı qolda dayaq vəziyyətinə 
fırlanmaq (Şəkil 100). 
 
Öyrətmə ardıcıllığı: 
1.
 
Kürəklər gimnastika divarına tərəf bükülü sallanmadan ayaqların təkanı 
ilə beli açıq sallanma və ç.v. qayıtmaq. 
 
 
(
)
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə