Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə41/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   37   38   39   40   41   42   43   44   ...   55

128  
 
 
 
Brass üsulu ilə üzmə. 
 
Brass üsulu ilə üzmə müxtəlif məsafələrə üzmə yarışların proqramına daxil 
edilir. Lakin bu üzmə üsulu tətbiqi üzgüçülükdə xüsusi əhəmiyyət daşıyır. Suda 
müşahidə və səmti dəqiq görmək, müxtəlif əşyaların suda daşınması, suda yardım 
göstərmək, su üzərində insanın uzun müddət qalması və s. bu kimi hallarda brass 
üzmə üsulundan istifadə olunur. Bu üsulla üzmədə qollar və  qıçlar çoxda böyük 
olmayan fasilələrlə eynivaxtlı simmetrik üzmə hərəkəti yerinə yetirirlər (Şəkil 87). 
Bədənin suda vəziyyəti. Üzgüçü suda üfüqi vəziyyətdə yerləşir. Baş suya 
endirilir, gözlər açıq və baxışlar aşağıya-irəliyə istiqamətlənmişdir. Əllər avar üçün 
suyu «tutduqda» gövdə daha axıcıdır, başı qaldırıb nəfəs aldıqda isə gövdənin suda 
axıcılığı azalır (Şəkil 87, Vəz. 1, 2). 
Qıçların hərəkəti. Qıçların hərəkəti iki fazaya bölünür. Hazırlıq fazada 
pəncələr yanlara çevrilməklə böyük sağrı  əzələlərinə  tərəf çəkilir və  işçi fazada 
qıçlar arxaya-daxilə oynaqlardan açılmaqla təkan yerinə yetirirlər. Təkandan sonra 
qıç əzələlərinin boşalması üçün kiçik fasilə lazımdır (Şəkil 87, Vəz. 3, 6). 
 
 
 
Şəkil 87 
 
Çap üçün deyil


 
129 
 
Əllərlə avar. Əllərlə avar hərəkəti bir neçə fazaya bölünür. Birinci fazada – 
ovuclar irəlidə sanki suyu «tuturlar»; ikinci faza- avarçəkmənin  əsas hissəsidir. 
Qollar dirsəkdən bükülərək və ovuclar arxaya-aşağıya-daxilə  hərəkət etdirilir; 
hərəkətin növbəti fazası əllərin yenidən irəliyə aparılmasıdır. Bu ovuclar və dirsək 
bir-birinə yaxınlaşdıqdan sonra yerinə yetirilir, qollar düzəldilir və bədənə axıcılıq 
vermək üçün irəliyə aparılır (Şəkil 87, Vəz. 7). 
Tənəffüs. Qolların hərəkəti ilə ciddi sinxronlaşdırılır. Suyu «tutma» və 
avarçəkmənin  əsas hissəsində  ağız və burunla eyni vaxtda nəfəsvermə yerinə 
yetirilir, qolların irəliyə aparılması anında başı və çiyinləri sudan qaldıraraq ağızla 
nəfəsalma yerinə yetirilir. Bu sürətli brass variantına aiddir. Əllərlə avarçəkmənin 
başlanğıc anında nisbətən tez nəfəsalma klassik brass üsuluna aid edilir. 
Hərəkətin koordinasiyası. Brass üsulunda qollarla yerinə yetirilən bir 
avarçəkməyə  qıçlarla icra olunan bir təkan hərəkəti düşür. Bu zaman baş sudan 
mütləq çıxarılmalıdır. 
Startlar və dönmələr. Başqa üzmə üsullarına nisbətən brass üsulunda start 
zamanı bir hərəkət silsiləsini tam icra etmək məqsədi ilə idmançı daha çox suyun 
altına enir. Hovuzun divarına toxunma hər iki əllə eyni vaxtda çiyin xəttinə paralel 
olaraq icra olunur. Bu halda baş suda ola bilər. Bu zaman «kəfkirvari» dönmədən 
istifadə daha əlverişli hesab edilir. Hovuzun kənarından təkandan sonra suyun 
altında qollarla və qıçlarla bir hərəkət silsiləsini icra etməyə icazə verilir sonra isə 
baş suyun səthinə qaldırılmalıdır. 
 
Kürək üzərində krol üsulu. 
 
Kürək üzərində krol üzmə üsulu qıçların aşağıdan yuxarı  və yuxarıdan 
aşağıya növbələşdirilmiş qarşılıqlı hərəkəti və baş arxasından buda qədər köndələn 
avarçəkmənin icrası ilə fərqlənir. Tətbiqi üzgüçülükdə bu üsul zərərçəkmişlərin və 
müxtəlif yüklərin daşınması, suda yedəkdə dartılması məqsədi ilə istifadə edilir. 
Gövdənin vəziyyəti. Üzgüçü daim kürək üzərində üfüqi, qıçlar düz və qol baş 
arxasına aparılmış  vəziyyətdə olmalıdır. Baş boyunla suda olur, boyun əzələləri 
gərginləşdirilmir (Şəkil 88, Vəz. 1). 
Qıçlarla hərəkətlər. Qıçlar yuxarıdan aşağıya və  aşağıdan yuxarıya bud, 
baldır, pəncənin hərəkəti ilə gövdənin suda üfüqi vəziyyətini saxlamaq və itələmə 
qüvvəsi yaratmaq üçün hərəkət edir. Kənardan bu hərəkətlər qayçının bağlanıb 
açılmasını xatırladır (Şəkil 88, Vəz. 2). 
Əllərlə avar. Avar növbəli, «suyu tutaraq» gövdəni suda dartmaq-itələmək 
üçün icra edilir. Avardan sonra əl sudan çıxarılır, hava ilə irəliyə aparılır, yenidən 
avarçəkmə üçün suya salınır. Bununla da qolun bir silsiləli üzmə  hərəkəti 
tamamlanır (Şəkil 88, Vəz. 3-5). 
Tənəffüs. Bu üzmə üsulunda dönmələr istisna olmaqla sifət daim suyun 
üzərində olduğundan tənəffüs xeyli asanlaşır. Nəfəsalma bir qolu arxaya aparma 
anında ağızla, nəfəsvermə isə  əllə avarçəkmə zamanı burun və  ağızla yerinə 
yetirilir və qol sudan çıxarıldıqda tamamlanır. 
Çap üçün deyil


130  
 
 
 
Hərəkətin koordinasiyası. Üzgüçülər arasında ayaqlarla altı hərəkət, əllərlə 
iki avarçəkmə – kürək üzərində altızərbəli kroll hesab olunan üzmə üsulu daha 
geniş yayılmışdır. Bu üsula nisbətən dörd zərbəli və iki zərbəli variantlar gövdənin 
üfüqi vəziyyətdə saxlanılmasında yaratdığı  çətinliyə görə o qədər də geniş yayıl-
mamışdır. 
 
 
Şəkil 88 
 
Start. Üzmənin digər üsullarından fərqli olaraq kürək üstə üzmədə start 
sudan yerinə yetirilir. Müvafiq siqnaldan və ya «öz yerinizi tutun» komandasından 
sonra üzgüçü suya daxil olur, start tumbasının yuxarı tutacağından  əllərlə çiyin 
enində tutur, qıçları bükərək suyun səthindən aşağıda hovuzun divarına ayaqlarla 
dayaqda durur. «Starta» komandasından sonra üzgüçü qolları dirsəkdən bükərək 
tutacağa tərəfə dartılır və hərəkətsiz vəziyyət alır. Atəş və ya «Marş» komandası ilə 
hər iki ayağın hovuzun divarından təkanı və qolların holaylandırma hərəkəti ilə su 
üzərində uçaraq suya daxil olur və suda çoxda böyük olmayan məsafədən 
sürüşmədən sonra suyun altında kürək üzərində krol hərəkətlərini yerinə yetirir. 
Dönmələr. Dönmələr açıq və bağlı olur. Dönmə zamanı  əsas  şərt dönmə 
lövhəsinə toxunmadan kürək üzərindəki vəziyyətin dəyişdirilməsinə icazə 
verilməməsidir. Həmçinin fırlanmadan başqa hər hansı  hərəkətlərin də yerinə 
yetirilməsinə icazə verilmir. Bundan başqa dönmə lövhəsinə yalnız  əllə deyil 
gövdənin istənilən hissəsi ilə toxunmağa icazə verilir. 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə