Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə40/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   36   37   38   39   40   41   42   43   ...   55

 
125 
 
 
Ü Z G Ü Ç Ü L Ü K  
 
Ümumtəhsil məktəblərində üzgüçülük idman növünün fiziki tərbiyə vasitəsi 
kimi istifadə olunması  şagirdlərin sağlamlığının möhkəmləndirilməsində, fiziki 
hazırlıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edir. Üzgüçülük məşğələləri 
şagirdlərin yaş, cinsi və  fərdi xüsusiyyətlərinə müvafiq təşkil olunduqda ilk növ-
bədə orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimət qabiliyyətini yüksəldir, ay-
rı-ayrı funksional sistemlərin qarşılıqlı  fəaliyyətini yaxşılaşdırır. Eyni zamanda 
üzgüçülük məşğələləri sürət, qüvvə, dözümlülük, əyilgənlik kimi hərəki qabiliy-
yətlərin inkişafına şərait yaradır. 
Metodiki cəhətdən düzgün təşkil edilmiş üzgüçülük məşğələləri ürək-damar 
və  tənəffüs sisteminin işini yaxşılaşdırdığından orqanizmin dözümlülük qabiliy-
yətinin inkişafına daha çox şərait yaratmış olur. 
9-cu sinifdə  əvvəllər mənimsənilmiş üzgüçülük üsullarının təkmilləşdiril-
məsi, suda geyimdən azad olma, üzmə üsullarının effektli icrası üçün zəruri olan 
hərəki qabiliyyətlərin inkişafı nəzərdə tutulur. 
Maddi-texniki bazası üzgüçülüyün tədrisinə imkan verən ümumtəhsil mək-
təblərində bu idman növünün şagirdlərin fiziki hazırlıq vasitəsi kimi istifadə olun-
ması xüsusi təhlükəsizlik texnikası qaydalarını yerinə yetirməyi tələb edir. Bu qay-
dalar aşağıdakılardır: 
 
Təhlükəsizlik qaydaları 
 
Məşğələ başlanmazdan əvvəl

 
Üzgüçülük dəsti geymək, başa üzgüçü papağı qoymaq; 

 
Hovuzda suyun hərarətinin normaya uyğun olduğunu yoxlamaq; 

 
Qida qəbulu və  məşğələ arasında  ən azı 45-50 dəqiqəlik fasilənin 
olmasını təmin etmək; 

 
Orqanizmi kifayət qədər qızışdıracaq yüngül, dinamik hərəkətlər yerinə 
yetirmək. 
Məşğələ zamanı

 
Suya yalnız müəllimin icazəsi ilə daxil olmaq, suda olarkən hərəkətsiz 
dayanmamaq; 

 
Müəllimin bütün komanda və siqnallarını diqqətlə dinləmək və onları 
yerinə yetirmək; 

 
Kifayət qədər dərinliyi olmayan yerlərdə və yaxınlıqda digər üzgüçülərin 
olduğu halda suya başı aşağı tullanmamaq; 

 
Suya baş vuraraq suyun altında çox qalmamaq; 

 
Suda 30 dəqiqədən artıq,  əgər su soyuqdursa belə halda 5-6 dəqiqədən 
çox qalmamaq; 
Çap üçün deyil


126  
 
 
 

 
Təbii su hövzələrində çimərkən müəyyən olunmuş hüdudlardan kənara 
çıxmamaq, böyük dalğa zamanı üzərkən, motorlu qayıq, gəmi, parom və digər 
üzmə vasitələrinə yaxınlaşmamaq. 

 
Titrətmə hiss etdikdə dərhal sudan çıxmaq və quru dəsmalla silinmək; 

 
Qıcolma hallarında özünü itirməmək, suda qalmağa çalışmaq və köməyə 
çağırmaq; 

 
Zədələnmələr zamanı ilk tibbi yardım göstərmək və  zəruri hallarda onu 
yaxındakı müalicə müəssisəsinə göndərmək. 
Məşğələdən sonra

 
Sudan çıxan kimi dəsmalla qurulanmaq və dərhal geyinmək; 

 
Havanın temperaturu aşağı olduqda çimdikdən sonra qızışmaq üçün bir 
neçə yüngül gimnastika hərəkətləri yerinə yetirmək. 
 
Yanı üstə üzmək 
 
Yanı üstə üzmək tətbiqi  əhəmiyyət daşıyan üzmə növüdür. Bu üsulla çox 
uzaq məsafələrə üzmək, geyimdə üzmək və  həmçinin suda boğulana kömək 
göstərmək olar. Sağ və sol yanı üzərində üzməyi öyrənmək zəruridir. Hər iki yanı 
üstə üzməyi bacarmaq başı qaldırmadan uzun müddət üzməyə, müşahidə aparmağa 
və istənilən tərəfə istiqamətlənməyə imkan verir. Digər tərəfdən açıq su 
hövzələrində üzərkən dalğa bir tərəfdən vurduqda başqa yanı üztə çevrilərək kürəyi 
dalğaya tərəf üzüb getmək olar. Əgər siz yalnız bir yanı üstə üzməyi bacarırsınızsa, 
onda dalğa həmişə nəfəsalmağa maneçilik törədəcəkdir. 
Üçüncüsü isə  hər iki yanı üzərində üzmək sizə digər yanı üstə çevrilərək 
yorulmuş əzələlərə dincəlmək imkanı verir. 
Qol atmadan yanı üstə üzmək geyim və təchizatda suda irəliləmək üçün daha 
əlverişlidir. Baxmayaraq ki, bu üsul xeyli ləngdir, lakin daha az yorucudur və qol 
atmaqla yanı üstə üzməyə nisbətən daha tez mənimsənilir. 
Yanı üstə üzmə üsulunun öyrədilməsinə qol atmadan üzmə ilə başlanılır, 
sonra isə əsas varianta, qol atmaqla yanı üstə üzməyə keçilir. Qıçların güclü, geniş 
avarına diqqət yetirmək və  hər bir avar hərəkətindən sonra suda maksimum 
sürüşməyə nail olmaq lazımdır. Qolların avar hərəkətinə nisbətən qıçlar xeyli asta 
hərəkət etdirilərək açılır. Avar hərəkəti yumşaq artan sürətlə icra edilir.Baş yanaqla 
suda olur. 
Üzgüçü qıç hərəkətlərini mənimsədikdən sonra irəliyə uzadılmış  aşağı qolla 
(sağ) üzməyi öyrənməlidir. Sol qol gövdənin yanında sərbəst olaraq yerləşir (Şəkil 86). 
Üzmədə  qıç və qol hərəkətləri yaxşı  mənimsənildikdən sonra yuxarı qol 
(aşağı qol suda irəliyə uzadılmış olur) və  qıç hərəkətlərinin koordinasiya 
edilməsinə başlamaq olar. Bunun üçün hovuzun divarından və ya dibindən təkan 
verərək sinə üzərində suda sürüşür, sonra sağ yanı üstə çevrilərək qıçlar və 
yuxarıdakı qolla (aşağıdakı suda irəliyə uzadılır). 2-3 üzmə hərəkəti yerinə yetirir. 
Yanı üstə uzanaraq əvvəlcə yuxarıdakı qol (sol) bükülərək irəliyə aparılır, sol əl üz 
Çap üçün deyil


 
127 
 
qarşısında olduqda qıçlar aralanır, 
yuxarı  əl və  qıçlar eyni vaxtda avar 
hərəkəti yerinə yetirirlər.  Əvvəlcə 
yuxarı qol irəliyə tam aparılmadan 
qısa avar hərəkəti icra olunur. Sadə 
hərəkət koordinasiyası  mənimsə-
nildikdən sonra hər iki qıç və qolun 
tam koordinasiya hərəkətləri öyrə-
nilir. 
Üzmə zamanı  tənəffüs ritmi 
xüsusi  əhəmiyyət daşıyır. Çalışmaq 
lazımdır ki, nəfəsvermə yuxarı (sol) 
qolla avar hərəkəti ilə eyni vaxtda 
başlasın və avarın sonunda nəfəsve -
r
mə başa çatsın. 
Yanı üstə qolu irəliyə apar-
madan üzməni öyrəndikdən sonra 
qolu irəliyə aparmaqla yanı üstə üz-
mənin öyrənilməsinə başlamaq olar. 
Sol yanı üstə üzmə zamanı üzgüçü 
demək olar ki,suda üfüqu vəziyyətdə 
yerləşmiş olur. Sağ qol düzəldilmiş 
və budun yanında uzadılmışdır, qıç-
lar düzəldilmişdir. Sol əllə  aşağıya-
arxaya, sol buda tərəf avar yerinə 
yetirilir, sağ  əli sudan çıxarılaraq 
irəliyə aparmaq və yarımbükülü və-
ziyyətdə suya sağ çiyin enində endir-
mək. Bu zaman qıçlar düz saxlanılır. 
Sonra sol qol dirsəkdən bükülür və 
çiynə yaxınlaşdırılır. Eyni vaxtda 
sağ əllə avar çəkərək qıçlar aralanır. 
Sağ qol-irəliyə, sol arxaya. Sağ  əllə 
avarı tamamlayaraq sol irəliyə, çıxış 
vəziyyətinə aparılır və  qıçlar fəal 
açılaraq birləşdirilir. Sonra bu vəziy-
yətdə suda sürüşmə yerinə yetirilir. 
Avarın sonunda və su üzə-
rində sağ  əlin hərəkətinin  əvvəlində 
nəfəsalma, suda sürüşmə və sağ əllə 
avar zamanı nəfəsvermə icra olunur. 
 
 
1
 
 
 

 
 
 
 
 
 
 

 
 
 
 

 
 
 
 
 

 
 
 
 
 

 
 
 
 
 
 

Şəkil 86 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə