Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə36/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   32   33   34   35   36   37   38   39   ...   55

112  
 
 
 
3.
 
Topu baş üzərinə yuxarıya elə atın ki, o sizdən bir az irəlidə yerə ensin. 
Top yerə  dəydikdə onu pəncənin altı ilə dayandırın. Hərəkət 10-15 dəfə  təkrar 
edilir. 
4.
 
Cütlükdə icra olunur. Bir oyunçu topu qarşıda dayanmış yoldaşının sol 
tərəfinə atır. O, isə topu pəncənin daxili hissəsi ilə dayandırır. Sonra top sağ ayaq 
altına göndərilir. Hərəkət ayrı-ayrı üsulla 10-15 dəfə təkrar olunur. Sonra hərəkət 
dayandırılaraq qarşıdakı oyunçuya ötürmə ilə tamamlanır. Oyunçuların hər biri sağ 
və sol ayaqla 10-15 topdayandırma- ötürmə yerinə yetirir. 
5.
 
Cütlükdə icra olunur. Bir-birinizdən 8-10 addım məsafədə dayanın. Topu 
yoldaşınıza tərəf elə atın ki, ondan 3-4 addım irəlidə yerə ensin, o isə qaçaraq topu 
dayandırsın və sizə ötürmə etsin. Sonra yerlər dəyişdirilir. Hərəkət 10-15 dəfə 
təkrarlanır. 
 
Hava ilə gələn topun pəncənin daxili hissəsi ilə dayandırılması. 
Oyunun gedişində futbolçu müxtəlif istiqamətlərdən, hündürlükdən gələn, o 
cümlədən, yuxarıdan enən topları dayandırmalı olur. Belə toplar pəncənin daxili 
hissəsi və  pəncənin üst hissəsi ilə dayandırılır. Topu pəncənin daxili hissəsi ilə 
dayandırarkən dayaq ayağı topun təxmini enmə yerindən 30-35sm. irəlidə yerə 
qoyulur. Topu dayandıracaq ayaq dizdən bükülərək irəliyə-yuxarıya elə aparılır ki, 
top pəncənin daxili hissəsinə toxunsun. Toxunma anında topu dayandıracaq ayaq 
yumşaq arxaya çəkilir, topun hərəkət sürətini azaldır və topdayandırma yerinə 
yetirilir (Şəkil 73). Bu üsulla bud səviyyəsindən aşağı hündürlükdə  gələn toplar 
dayandırılır. Bu hündürlükdən nisbətən yuxarı  gələn topları isə yuxarıya tul-
lanmaqla, eyni üsulla dayandırılır. 
 
 
 
Şəkil 73 
Topun pəncənin daxili hissəsi ilə dayandırılması. 
 
Çap üçün deyil


 
113 
 
Əgər top hava ilə  gələrək oyunçunun qarşısında yerə enirsə, bu zaman top 
pəncə üstünün ortası ilə dayandırılır. Belə halda dayaq qıçı dizdən bükülür, zərbə 
ayağı da dizdən bükülür, pəncəsi aşağıya dartılır, top gələn istiqamətə, topu 
qarşılamaq üçün irəliyə-yuxarıya aparılır. Yuxarıdan enən top pəncə üstünün orta 
hissəsi ilə qarşılanır və topu dayandıran ayaq cəld, yumşaq hərəkətlə  aşağı en-
dirilməklə topun hərəkət sürətini azaldır. Topdayanma yerinə yetirilir (Şəkil 74). 
 
 
 
Şəkil 74 
Yuxarıdan enən topun pəncə üstünün ortası ilə dayandırılması. 
 
İcra texnikasının təkmilləşdirilməsi üçün hərəkətlər: 
1.
 
Yerdən 10-15 sm. hündürlükdə asılmış topu yellədərək onu pəncənin 
ortası ilə dayandırmaq. Hərəkət 10-15 dəfə təkrar olunur. 
2.
 
Yerdən 40-45 sm. hündürlükdə asılmış topu yellədərək onu pəncənin 
daxili hissəsi ilə dayandırmaq. Hərəkət 10-15 dəfə təkrarlanır. 
3.
 
Topu başınız üzərinə yuxarıya atın və enən topu pəncənin daxili hissəsi 
ilə dayandırın. Sonra hərəkət təkrar olunur və top pəncənin ortası ilə (üst hissəsi 
ilə) dayandırılır. Hərəkət 15-20 dəfə təkrar olunur. 
4.
 
Yoldaşınızla bir-birinizdən 6-7 addım məsafədə üz-üzə dayanın. Topu 
hava ilə yoldaşınıza tərəf atın. O, isə topu pəncə üstünün ortası ilə dayandırır və 
pəncənin daxili tərəfi ilə topu sizə qaytarır. Təkrar olaraq topu yoldaşınıza atın və o 
topu pəncənin daxili hissəsi ilə dayandırır. Hərəkət bu ardıcıllıqla 20-25 dəfə təkrar 
olunur, sonra yerlər dəyişdirilir. 
5.
 
Hərəkət cütlükdə icra edilir. İki oyunçu bir-birindən 15-20 addım 
məsafədə dayanır və növbə ilə topu bir-birinə elə ötürür ki, top tərəf müqabilinin 
üzərinə enir. Uçub gələn top yuxarıda qeyd olunan iki üsulla dayandırılır. 
 
Topun sinə ilə dayandırılması. 
Bu texniki üsul başla oyun üçün əlverişli imkan olmadıqda və topun 
yuxarıdan oyunçu üzərinə endiyi hallarda istifadə edilir. Topun qəbulundan əvvəl 
Çap üçün deyil


114  
 
 
 
ayaqlar addım vəziyyətində  və ya çiyin enindən bir qədər geniş qoyulur, qıçlar 
dizlərdən azacıq bükülür, qollar yanlara və arxaya aparılır. Sinə topu qarşılamaq 
üçün önə verilir. Top sinəyə toxunduğu anda gövdə  kəskin olaraq arxaya çəkilir, 
arxadakı  qıç bükülür, çiyinlər irəli çıxarılır, sinə daxilə  çəkilir. Nəticədə topun 
hərəkət sürəti azalır və o oyunçunun qarşısında yerə enir. Rəqibin topu ələ ke-
çirməməsi üçün oyunçu gövdəsini yana çevirməklə topu «örtür» (Şəkil 75). 
 
 
 
Şəkil 75 
Topun sinə ilə dayandırılması. 
 
Topaparma 
 
Müasir futbolda topaparma dəqiq top ötürmənin mümkün olmadığı, koman-
da yoldaşlarının müdafiəçilər tərəfindən mühafizə olunduğu bütün hallarda azad 
zonaya və ya əlverişli mövqeyə  çıxmaq üçün istifadə olunan üsuldur. Yaxşı top-
aparma bacarığına malik olan oyunçu həmişə öz komandası üçün çox yararlıdır. 
Topaparma topa zəif toxunuşlarla yerinə yetirilir. Şəkil 23 Topu nəzarətdə saxla-
maq və onda əks fırlanma effekti yaratmaq üçün topu itələyən zərbələr onun aşağı 
hissəsinə endirilir (Şəkil 76). Topaparma zamanı bir neçə mühüm məsələ diqqət 
mərkəzində olmalıdır. İlk növbədə oyunçu həm topu, həm də meydançadakı şəraiti 
görməyi bacarmalıdır.  Əgər rəqib sizi qarşılamırsa, o halda top irəliyə daha çox 
buraxıla bilər. Bu da sizə  hərəkət sürətini artırmağa imkan verər.  Əgər rəqib 
yaxındadırsa, o halda topun özünüzdən çox aralanmasına imkan verməyin. Çünki 
bu rəqibin onu ələ keçirməsinə imkan yaradacaqdır. Rəqib topu ələ keçirmək üçün 
sağdan yaxınlaşırsa topu sol ayaqla və ya əksinə soldan yaxınlaşırsa sağ ayaqla 
topaparma icra edin. Çalışmaq lazımdır ki, sizin bədəniniz həmişə topla rəqib 
arasında yerləşsin (Şəkil 77). Topaparma zamanı daha çox yol verilən səhv 
diqqətin və baxışların həmişə topda olması, topun həmişə xeyli irəli aralanmasıdır. 
Belə hallarda effektli topaparma mümkün deyildir. Bunun əsas səbəbi pəncə-daban 
nahiyyəsinin həddindən artıq gərgin saxlanılmasıdır. Nəticədə topaparma üçün topa 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə