Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə32/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   28   29   30   31   32   33   34   35   ...   55

 
99 
 

 
Tək blokla 4-cü, 3-cü zonalardan ötürmələrə gövdəni sağa (sola) dön-
dərməklə hücum zərbələrinin icrası. 

 
Eyni hərəkətlər gövdəni döndərmədən düz hücum zərbəsi ilə yerinə 
yetirilir. 
 
Müdafiə texnikasının təkmilləşdirilməsi. 
 
Blokqoyma. 
Voleybol oyununda blokqoyma əsas müdafiə fəaliyyətlərindən hesab olunur. 
Bu texniki fəaliyyət rəqibin hücum zərbələrini neytrallaşdırmaq üçün ən  əhəmiy-
yətli vasitə sayılır. Uğurlu blokqoyma əksər hallarda komandanın xal qazanmasına 
imkan yaradır. Əgər blok bir oyunçu tərəfindən qurulursa bu fərdi, əgər iki və üç 
oyunçu tərəfindən qurulursa bu qruppalı blokqoyma adlanır. Fərdi və qruppalı 
blokqoymalar iki yerə bölünür: zonalı (meydançanın hər hansı bir zonasını bağla-
maq məqsədi ilə) və tutucu (hücum zərbəsindən sonra topun təxmin olunan uçuş 
istiqamətini bağlamaq üçün istifadə olunur). 
 
Fərdi blokqoyma.
 
 
 
Şəkil 59 
 
Ayaqlar çiyin enində, qıçlar diz oynağından bir qədər bükülmüş, qollar 
yarımbükülü, dirsəklər aşağıda,  əllər tora paralel, baxışlar tordan rəqibin fəaliy-
yətini izləməyə istiqamətlənir. Hücum zərbəsinin təxmin olunan yerini müəyyən-
ləşdirərək, oyunçu cəld yerdəyişmə edir və dayandırıcı addımla hərəkəti dayandırır, 
blokqoymanı yerinə yetirmək üçün əlverişli vəziyyət alır. Qıçların güclü təkanı, 
gövdənin düzəlməsi və qolların holaylandırma hərəkəti ilə blokqoyan oyunçu 
yuxarı tullanır və dirsəkdən bükülmüş qollarını sinə önündən yuxarı qaldıraraq 
tullanmanın sonunda onları tam açır. Yuxarı qaldırılmış  əllərdə barmaqlar biri-
Çap üçün deyil


100  
 
 
 
birindən aralı  şəkildə saxlanılır. Ovuclar tor üzərində, onların arasından hücum 
zərbəsindən sonra topun keçməməsi üçün biri-birinə yaxın məsafədə saxlayır. 
Blokqoyan idmançı tullanma vəziyyətində rəqib hücumçunun fəaliyyətini izləyir və 
eyni zamanda topa nəzarət edir. Blokqoyma anında o, gövdəsini çanaq-bud oyna-
ğından azacıq bükür və qıçları düz saxlayır. Blokqoymadan sonra oyunçu qollarını 
tora dəyməmək şərti ilə aşağıya endirir və yarımbükülü qıçlar üzərinə dayağa enir. 
 
Blokqoymanı təkmilləşməsi üçün hərəkətlər: 

 
Cütlükdə: Məşğul olan cütlük torun əks tərəfində yerləşirlər. Digər 
oyunçu döşəmədə dayanaraq, topu torun yuxarı hissəsinə atır, blokqoyan isə 
skameyka üstündə dayanaraq ovucları ilə topu əks tərəfə itələyir. 

 
Eyni hərəkət icra olunur, lakin blokqoyan idmançı  (şagird) meydançada 
çıxış vəziyyətində dayanır və tullanaraq blokqoyma icra edir. 

 
Eyni hərəkət yerinə yetirilir, ancaq top blok qoyacaq idmançıdan sağa və 
ya sola torun yuxarısına atılır. Blok qoyan idmançı yerdəyişmədən sonra 
blokqoyma yerinə yetirir. 

 
Iki-üç nəfər idmançı torun bir tərəfində biri-birindən 1,5 m məsafədə 
topla dayanırlar. Yerdə qalanları torun əks tərəfində 4-cü zonada bir sırada 
düzülürlər. Birincilər topu tordan yuxarıya atırlar, ikincilər isə tor boyu sağ tərəfdə 
yerdəyişmə edərək, hər bir atılmış topa blokqoyma icra edirlər. 

 
Eyni hərəkət, ancaq yerdəyişmə ilə blokqoyma 2-ci zonadan həyata 
keçirilir. 

 
Üçlükdə: Idmançılar tor önündə, iki nəfər bir tərəfdə, bir nəfər isə  əks 
tərəfdə yerləşirlər. Birinci topu tordan 1 metr hündürlüyə atır, ikinci – yerindən 
tullanaraq hücum zərbəsi icra edir, üçüncü – blokqurma yerinə yetirir. Hərəkət 5-6 
dəfə təkrar edildikdən sonra idmançılar (şagirdlər) yerlərini dəyişirlər. 
 
Qruppalı blokqoymalar.
 
 
 
Şəkil 60 
Çap üçün deyil


 
101 
 
Qruppalı blokqoymanın  əsas məqsədi bir neçə oyunçunun birgə  fəaliyyəti 
əsasında öz oyun meydançasının müəyyən hissəsini hücum zərbəsindən 
qorumaqdır. Rəqib oyunçunun hücum zərbəsi üçün topötürmənin istiqaməti və 
hündürlüyü müəyyən edildikdən sonra 2 və ya 3 voleybolçu yerdəyişmə edərək, 
hücum zonasına yaxınlaşırlar və blokqoyma üçün çıxış  vəziyyəti alırlar. Çıxış 
vəziyyətində olan oyunçular qıçları dizdən xeyli bükürlər,  əllər bel səviyyəsində 
yerləşir, qıçlar çiyin enində, bədənin ağırlığı  hər iki ayaq üzərində bölünür. Blok 
qoyacaq idmançıların diqqəti uçuşda olan topa yönəlir. Blokqoymanın təkan 
fazasını blokqoyan idmançı hücum edənin fəaliyyəti ilə uzlaşdırmalıdır. Vaxtından 
tez və ya gecikmiş təkan səmərəli blokqoymaya imkan vermir (Şəkil 60). 
Hücum zərbələrinə vaxtında blokqoyma üçün blokqoyan idmançı hücum-
çunun dayaqsız (uçuş) vəziyyətində olduğu halda təkan verməlidir. Bu onunla izah 
olunur ki, blokqoyan idmançının hərəkət yolu hücumçuya nisbətən xeyli qısadır. 
Dördüncü zonadan hücum zərbəsi zamanı müdafiə olunan komandanın blok 
qoyan idmançıları belə halda ən təhlükəli hesab olunan beşinci zonanı bağlamalı 
olurlar. Ikinci zonadan hücum zamanı bir qayda olaraq qruppalı blok qoymada 3-4-
cü zonanın oyunçuları iştirak edir və hücumun daha çox ehtimal olunan 1-ci zonanı 
bağlayırlar. Qruppalı blokqoymada mərkəzi və kənar oyunçular iştirak edirlər. Mə-
sələn, 3-cü zonanı bağlamaq üçün qruppalı blokqoymada 3-cü zonanın oyunçusu 
mərkəzi, 2-ci və 4-cü zonanın oyunçuları isə yan oyunçular hesab olunur. 
 
Qruppalı blokqoymanın təkmilləşdirilməsi üçün hərəkətlər: 

 
Torun bir tərəfində 2 idmançı (şagird) biri-birindən 2 metr məsafədə da-
yanırlar. Əks tərəfdə bir oyunçu topla dayanır. O, topu torun yuxarı hissəsinə atır. 
Əks tərəfdə yerləşən hər iki idmançı blokqoyma yerinə qaçırlar və eyni zamanda 
tullanaraq, topu geriyə qaytarırlar. 

 
Eyni hərəkət yerinə yetirilir, lakin əks tərəfdəki oyunçu topu blokqoy-
mada iştirak edəcək idmançılardan birinə  tərəf atır, digəri həmin idmançıya tərəf 
qaçaraq eyni zamanda tullanır blokqoyma yerinə yetirirlər. 

 
Dördüncü zonadan «hərəkətdən» hücum zərbəsinə ikili blokqoyma. 

 
İkinci zonadan «hərəkətdən» hücum zərbəsinə ikili blokqoyma. 

 
Blokqoyan oyunçular 4, 3 və 2-ci zonalarda yerləşirlər. Hücum zərbəsi 4-
cü və ya 2-ci zonadan icra olunur. Mərkəz və yan oyunçular hücum yerinə yer-
dəyişmə edirlər və birlikdə blok qoyurlar. 
 
Oyun taktikasının təkmilləşdirilməsi. 
 
Hücumda fərdi texniki fəaliyyət. 
Hücumda fərdi fəaliyyətin  əsas məqsədi topu rəqib meydançada nisbətən 
zəif müdafiə olunan zonaya və ya zəif idmançıya ötürməkdir. Hücum zərbəsi üçün 
topötürmə zamanı topu 3-cü zonadan 4-cü və 2-ci zonadakı hücumçuya göndərmək 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə