Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə43/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   39   40   41   42   43   44   45   46   ...   55

134  
 
 
 
 
G İ M N A S T İ K A  
 
Akrobatika elementləri 
Oğlanlar 
 
Üç addımdan qaçaraq təkanla irəliyə mayallaq aşmaq.
  
Bu hərəkətin icra texnikasının fərqləndirici xüsusiyyəti qaçaraq təkandan 
sonra uçuş fazasının olmasıdır. Uçuşda bədən çanaq-bud oynağından azacıq 
bükülür, əllər döşəməyə toxunduqda baş sinəyə tərəf çəkilir, ilk olaraq boyunardı 
və çiyinlər, sonra isə kürək-bel üzərində yuvarlanma icra edilir. 
Öyrənmə ardıcıllığı
1.
 
Dayaqlı oturuşdan irəliyə mayallaq aşmaq. 
2.
 
Dayaqlı oturuşdan irəliyə uzun mayallaq aşaraq yenidən dayaqlı oturuş 
vəziyyəti almaq. 
3.
 
Yarımoturuşdan  əllər arxada, tullanaraq irəli mayallaq aşaraq dayaqlı 
oturuş. 
4.
 
Üç addımdan qaçaraq tullanıb dayaqlı oturuş. 
 
Maneə üzərindən tullanaraq irəliyə mayallaq aşmaq 
İcra texnikası: Maneə üzərindən (H-90sm) tullanaraq irəliyə mayallaq 
aşmaq tətbiqi xüsusiyyətli hərəkətdir. 
Bu akrobatika elementi üç addımdan qaçaraq təkanla irəliyə mayallaq aşma 
hərəkətindən uçuş fazasının xeyli artıq olması ilə fərqlənir. Uçuş fazasının sonunda 
əllər döşəməyə toxunduğu an baş sinəyə  çəkilir və  ağırlığın boyun ardı  və çiyin 
arxası üzərində düşməsinə çalışılır. Dərhal da «qruplaşma» – əllərlə dizlərdən tuta-
raq irəliyə yuvarlanma yerinə yetirilir. Ayaqlar yerə toxunduqda hərəkətin  ətalət 
qüvvəsindən istifadə edərək idmançı ayaq üstə qalxır (Şəkil 89). 
 
 
 
Şəkil 89 
 
Çap üçün deyil


 
135 
 
Öyrətmə ardıcıllığı
1.
 
Dayaqlı oturuşdan irəliyə uzun mayallaq aşmanı təkrar etmək. 
2.
 
Yerindən tullanaraq irəliyə mayallaq
.
 
3.
 
İki-üç addımdan qaçaraq təkanla mayallaq aşmaq. Tədricən tullanma 
hündürlüyü 50-70 sm. çatdırılır. 
4.
 
Qaçışdan təkanla hündürlüyü 90sm. qədər olan maneə üzərindən mayal-
laq aşmaq (maneə kimi dartılmış rezin amartizator, gimnastika ipi və ya bükülmüş 
döşəkdən istifadə etmək olar). 
 
Qızlar 
 
Bir ayaqla müvazinət, irəliyə hücum və 
irəliyə mayallaq aşmaq. 
Bu hərəkət birləşməsində 9-cu sinif şagird-
ləri üçün yeni element bir ayaqda müvazinət 
saxlamaqdır. 
İcra texnikası: Müvazinət – şagirdin bir 
ayaq üzərində dayanaraq digərini mümkün qədər 
arxaya, maksimum aparması və qollarını yanlarda 
saxlamaqla vəziyyətidir. 
Əsas duruşdan müvazinət vəziyyəti almaq 
üçün bir ayaq maksimum arxaya aparılır, gövdə 
açılır, belə  vəziyyət saxlanılmaqla irəliyə  əyilmə 
icra edilir (Şəkil 90). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 90 
 
Öyrətmə ardıcıllığı
1.
 
Üzü gimnastika divarına duraraq bir ayağı arxaya yelləndirmək. 
2.
 
Gimnastika divarına yanakı duraraq müvazinət saxlamaq. 
3.
 
Müstəqil olaraq müvazinət saxlamaq: 
-
 
3-4 san. ərzində müvazinət; 
-
 
təkmilləşdirmək üçün 10-20san. müvazinət; 
-
 
gözləri bağlayaraq müvazinət. 
4.
 
Bir ayaq üzərində müvazinət, hücum addımı və irəliyə mayallaq aşmaq. 
 
Dayaqlı tullanmalar. 
(Oğlanlar) 
 
9-cu sinifdə  oğlanlar uzununa qoyulmuş gimnastika keçisi üzərindən ayaq-
ları bükməklə tullanma hərəkətini təkmilləşdirirlər. Gimnastika keçisinin hündür-
lüyü 115 sm-dir. 
 
aşmaq
Çap üçün deyil


136  
 
 
 
 
Şəkil 91 
 
İcra texnikası: Qaçaraq körpü üzərindən irəli-yuxarı istiqamətə  təkan 
vurmaq, əlləri keçi üzərinə qoyaraq bədəni çanaq-bud, diz oynaqlarından bükmək, 
dizləri sinəyə tərəf irəli çəkmək. Əllərlə təkan verib çiyini, qolları yuxarıya, qıçları 
aşağıya-arxaya aparmaqla bədəni fəal olaraq «açmaq». Yerəenmədən  əvvəl onun 
yumşaqlığını təmin etmək üçün çanaq-bud oynağı azacıq bükülür (Şəkil 91). 
Öyrətmə ardıcıllığı: 
1.
 
Döşəmədə uzanaraq dayaqdan ayaqların təkanı ilə dayaqlı oturuş və yeni-
dən uzanaraq dayağa keçmək. 
2.
 
Döşəmədə uzanaraq dayaqdan dayaqlı oturuş və açılaraq irəliyə-yuxarıya 
tullanmaq. 
3.
 
Döşəklərlə örtülmüş gimnastika skamyası üzərində uzanaraq dayaqdan 
ayaqların təkanı ilə dayaqlı oturuş və bədəni açaraq sıçrayış. 
4.
 
Tullanaraq gimnastika keçisi üzərində dayaqlı oturuş  və  bədəni açaraq 
sıçrayış. 
5.
 
Eninə qoyulmuş gimnastika keçisi üzərindən (H-110-115sm.) qıçları 
bükməklə tullanmaq. 
 
Dayaqlı tullanma 
(Qızlar) 
 
Eninə qoyulmuş gimnastika atı üzərindən yanakı tullanma. 
Hərəkətin icrası 90º dönməklə yanakı tullanmada olduğu kimidir. Lakin icra 
üsulunda fərqlər mövcuddur. 
Eninə qoyulmuş gimnastika atı üzərindən 90º dönməklə yanakı tullanma 
zamanı atın yanına qoyulmuş körpü üzərindən iki ayağın və at üzərinə düz dayağa 
qoyulmuş  əllərin təkanı ilə  bədən yuxarıya qaldırılır, qıçlar yan tərəfə istiqamət-
ləndirilir.  Əlin təkanı  və çanaq-bud oynağından açılmaqla at üzərində dönmə 
yerinə yetirilir. Bir əl yerəenməyə qədər at üzərində dayaqda qalır. Yanı alətə tərəf 
olmaqla yerəenmə icra olunur. (Şəkil 92) 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə