Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə45/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   41   42   43   44   45   46   47   48   ...   55

142  
 
 
 
2.
 
Bir ayağın yellədilməsindən, digərinin təkanı ilə aşaraq aşağı qola dayağa 
keçmək. 
3.
 
Aşağı qolda beli açıq sallanmadan bir ayağın yellətməsindən, digərinin 
təkanı ilə ayaqlarla yuxarı qola dayaqlanmaq və aşaraq aşağı qola dayağa keçmək. 
 
 
 
Şəkil 100 
 
Zəruri hərəki qabiliyyətlərin inkişafı üçün hərəkətlər 
 
Sürət, sürət-güc, qüvvə qabiliyyətinin inkişafı üçün hərəkətlər: 

 
məkik qaçışı 3 X 10 metr; 

 
basketbol topunu çiləyərək ilanvari qaçış; 

 
iki ayaq üzərində sıçrayışla 90º dönmək və irəliləmək; 

 
eyni hərəkət, lakin bükülü qıçlarla əllər dizlərdə; 

 
doldurulmuş topların atılması 
-
 
baş üzərindən arxaya (duraraq, oturaraq); 
-
 
irəliyə, sıçrayaraq; 
-
 
iki əllə sinə önündən; 
-
 
iki və tək əllə yandan. 

 
əllərlə kəndirə dırmanmaq; 

 
turnikdə dartınma; 

 
paralel qollarda, dayaqdan qolların bükülüb-açılması; 

 
yoldaşını çiyninə alaraq oturub-qalxmaq. 
 
Qarın əzələlərində qüvvənin inkişafı üçün hərəkətlər: 

 
qıçları «bucaq» vəziyyətinə qaldırmaq; 

 
turnikdə, gimnastika divarında, döşəmədə, paralel qollarda «bucaq» sax-
lamaq; 
Çap üçün deyil


 
143 
 

 
gimnastika skamyasında oturaraq əllər baş arxasında arxaya 25-30º əyilə-
rək bu vəziyyətdə 4-6 san. qalmaq, döşəmədə uzanmaq, fasilə 4-5 san., yenidən əks 
ardıcıllıqla çıxış vəziyyətinə qayıtmaq; 

 
gimnastika skamyasında oturaraq əllər yuxarıda, ayaqlar dayağa iliş-
dirilib, arxaya 45-60º əyilmək, sağa dönmək, iki əllə doldurulmuş topu (3-5 kq) 
götürmək, öz üzərindən keçirib sol tərəfə qoymaq, ç.v. qayıtmaq. Hərəkət digər tə-
rəfə icra olunur. 
 
Əsas əzələ qruplarında qüvvənin inkişafı üçün hərəkətlər: 

 
qolların bükülüb-açılması: 
-
 
paralel qollarda dayaqdan
-
 
uzanaraq dayaqdan; 
-
 
oturaraq və ya uzanaraq arxada dayaqdan; 

 
paralel qollarda dayaqda irəliləmələr; 

 
sallanmadan dartınmalar; 

 
üfüqi, maili, şaquli kəndirə ayaqların köməyi və köməyi olmadan dırmaş-
malar; 

 
skamya, gimnastika atı  və keçisi üzərində oturuşdan  əllərin müxtəlif 
vəziyyətləri və gövdənin döndərilmələri ilə hərəkətlər; 

 
müəyyən ağırlıqlarla oturub-durma hərəkətləri. 
 
Müxtəlif oynaqlarda mütəhərrikliyin inkişafı üçün hərəkətlər: 

 
əldə gimnastika ağacı  və ya ipi tutaraq baş üzərindən arxaya aparmaqla 
çiyini arxaya çevirmək; 

 
müxtəlif çıxış vəziyyətlərindən qıçların irəliyə, arxaya, yanlara yellənmə 
hərəkətləri, irəliyə, arxaya, yanlara əyilmələr. 

 
üzü gimnastika divarına tərəf duruş, dayaq ayağı birinci pillədə, digəri 
arxada döşəmədə, dayaq ayağını bükmədən arxadakı ayaq döşəmədə arxaya sü-
rüşdürülür.4-5-ci reykadan tutulur. Sonra hərəkət digər qıçın irəlidəki vəziyyətdə 
olması ilə təkrar edilir. 

 
üzü gimnastika divarına duruş, hər iki ayaq birinci reykada, əllər düz 
irəlidəki reykadan tutur. 1-2 reyka aşağıdan tutmaqla dizləri bükmədən aşağıya 
enilir. Hər dəfə 1 reyka aşağıdan tutmaqla aşağıya enmə hərəkəti davam etdirilir. 
Sonra reykadan tutma əks istiqamətə, yuxarıya olmaqla hərəkət icra olunur; 

 
kürəyi gimnastika skamyasına olmaqla əllərlə baş  səviyyəsində reyka-
lardan tutmaq. Onurğanın döş, bel hissələrində  əyilmələr. Eyni hərəkət yanı gim-
nastika divarına olmaqla icra edilir; 

 
kürəyi gimnastika divarına, ondan bir addım məsafədə duruş. Arxaya 
əyilərək gimnastika divarının reykasından tutmaq. Tədricən daha aşağı reykalardan 
tutmağa çalışmaq lazımdır. 
 
Çap üçün deyil


144  
 
 
 
 
Ümumtəhsil məktəblərində  şagirdlərin müstəqil məşğələləri fiziki hazırlığı 
artırmaq, fiziki tərbiyə üzrə ev tapşırıqlarını yerinə yetirmək, hər hansı  və ya bir 
neçə  hərəki qabiliyyəti inkişaf etdirmək, sağlamlığı möhkəmləndirmək və s. 
məqsədlərə xidmət edə bilər. 
Bu məşğələlərə başlamazdan  əvvəl özünüzün sağlamlıq vəziyyətinizi və 
fiziki hazırlığınızı qiymətləndirin. Əgər hər hansı problem varsa, həkimlə və ya fi-
ziki tərbiyə müəllimi, məşqçinizlə məsləhətləşmək zəruridir. Müstəqil məşğələlərə 
başlamazdan əvvəl məşğələlərin təşkilinin ümumi qaydaları ilə tanış olmaq, fiziki 
hazırlığın ayrı-ayrı aspektlərini və  şəxsi nailiyyətlərinizi qiymətləndirmək ba-
carığına yiyələnmək lazımdır. Bütün bunlar hamısı Sizə  məşğələlərin məqsədini 
düzgün müəyyənləşdirməyə, alınan nəticələrin təhlilini aparmağa və zəruri hallarda 
onları korreksiya etməyə imkan verəcəkdir. 
Müstəqil məşğələlərin təşkili qaydaları: 

 
Qısa vaxt ərzində yüksək nəticələr  əldə etməyə çalışmayın. Nəticələr 
ayrı-ayrı hazırlıq növlərinin inkişafından asılıdır.  Bu  da  müəyyən vaxt tələb edir. 
Tələsgənlik sizin orqanizminizin həddən artıq yüklənməsinə, bu da, öz növbəsində 
ifrat yorulmaya gətirib çıxara bilər. 

 
Məşğələ, məşq prosesində yerinə yetirdiyiniz fiziki yük Sizin orqanizmin 
imkanlarına müvafiq olmalıdır. Bu səbəbdən də fiziki yükün həcmi, intensivliyi 
orqanizmin cavab reaksiyasına uyğun seçilməli və tədricən artırılmalıdır. 

 
Məşq planını tərtib zamanı fiziki hazırlığın komponentinə olan və idman 
növündə yaxşı  nəticələr  əldə etməyə  şərait yaradan bütün hərəki qabiliyyətlərin 
inkişafı üçün təmrinlər daxil edin. Bu sizə seçdiyiniz idman növündə daha yüksək 
nəticələr əldə etməyə kömək edəcəkdir. 

 
Yadda saxlamaq lazımdır ki, məşqin nəticəsi onun sistemli və davamlı 
aparılmasından bilavasitə asılıdır. Məşğələlər arasında nisbətən böyük fasilənin (3-
4 gün və artıq) olması əvvəlki məşqdə fiziki yükün yaratdığı məşqlənmə effektini 
heçə endirir. Bu səbəbdən də  hətta imtahanlara hazırlaşmaqla  əlaqədar sərbəst 
vaxtımızın az olduğu dövrlərdə belə, 25-30 dəqiqə vaxt «taparaq» zəruri olan 
kompleks hərəkətləri yerinə yetirin. 
III BÖLMƏ 
 
Müstəqil məşğələlər 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə