40
I Avropa Oyunlarının təşkilat komitəsinin sədri , Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva məşəl estafeti zamanı
I Avropa Oyunlarının Açılış mərasimi 12 iyun 2015-ci il tarixdə məhz bu
məqsədlə çox qısa vaxt ərzində inşa edilərək, istifadəyə verilmiş Bakı Olimpiya
stadionunda keçirildi. I Avropa Oyunlarının Açılış mərasimi özünün miqyası və
məzmunu ilə indiyə qədər keçirilmiş müasir Olimpiya Oyunlarının ən yaxşı açılış
mərasimi ilə rəqabət aparacaq dərəcədə yüksək səviyyədə təşkil olunmuşdur. Bu
açılış Azərbaycan xalqının qədimliyini, onun
mədəniyyətini, milli adət və ənənə-
lərini əks etdirən səhnələrdən ibarət idi. İnsanın yaranışı, onun dünyaya məhəb-
bətinin zəruriliyini əks etdirən, milli musiqimizlə müşayiət olunan canlı kompo-
zisiya dərin fəlsəfi məna daşımaqla hamını heyran qoymuşdur. Bütün bunların
minlərlə rəngbərəng atəşfəşanlıq fonunda keçirilməsi bu səhnələri seyr edən hər bir
tamaşaçının yaddaşında bütün ömrü boyu unuda bilməyəcəyi xoş təəsüratlar
yaratmışdır.
I Avropa Oyunlarının Açılış mərasiminin rəsmi
hissəsində stadiona Avropa
Olimpiya Komitəsinin bayrağı gətirildi. Avropa Olimpiya Komitəsinin Prezidenti
Patrik Hikki və Azərbaycanın Birinci xanımı, “Bakı-2015” Avropa Oyunları
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva səhnəyə gəldilər. İlk Avropa Oyun-
larının Təşkilat Komitəsinin sədri M.Əliyeva çıxış etdi. Sonra Avropa Olimpiya
Komitəsinin Prezidenti Patrik Hikki çıxış etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev I Avropa Oyun-
larını açıq elan etdi. Oyunların məşəli alovlandı və 20 idman növü üzrə 6000
idmançının yarışacağı, mübarizə aparacağı yarışlara start verildi.
Çap üçün deyil
46
Azərbaycan Respublikasının Prezidenti
və Birinci Xanımı Bağlanış mərasim də
I Avropa Oyunlarının keçirildiyi 17 gün ərzində Azərbaycan idmançıları hər
gün yeni-yeni zəfərlər qazandılar. Avropanın I Oyunlarında medal qazanan 40 ölkə
içərisində Azərbaycan idmançıları 21-i qızıl, 15-i gümüş, 20-i
bürünc olmaqla
ümumilikdə 56 medal qazanaraq, Rusiya Federasiyasından sonra II-ci yeri tutdular.
Bu Azərbaycanın idman səlnaməsinə yazılan yeni, şərəfli bir səhifə idi. Bu eyni
zamanda Azərbaycan idmanının, idmançılarımızın, idman mütəxəssislərinin böyük
və tarixi zəfəri hesab olunur. Qazanılan nailiyyətlərin əsasında Azərbaycan döv-
lətinin xalqın sağlamlığının möhkəmləndirilməsi və qorunmasına istiqamətlənmiş
məqsədyönlü idman siyasəti durur.
I Avropa Oyunlarının təşkil və keçirilməsində yüzlərlə gənc könüllülər iştirak
edirdilər. onların xeyli hissəsi ümumtəhsil məktəblərinin şagirdləri idilər. Bu
könüllülər yarışların gedişində hakimlik
işindən tutmuş, texniki xidmətə kimi
müxtəlif işləri yerinə yetirirdilər. Oyunların təşkilinə cəlb edilmiş bütün insanların
birgə fəaliyyəti nəticəsində bu tədbir yüksək səviyyədə keçirildi. Ayrı-ayrı ölkə
nümayəndələri və beynəlxalq idman təşkilatları I Avropa Oyunlarının təşkilini
yüksək qiymətləndirdilər.
I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci
xanımı Mehriban Əliyeva 21 yanvar 2016-cı ildə Avropa Olimpiya Komitəsinin
“Nailiyyətlərə görə” ordeni ilə təltif edilmişdir.
Azərbaycanın I Avropa Oyunları zamanı qazandıqları yalnız medallardan
ibarət deyildir. Bu tədbir Azərbaycanı bütün dünyaya tanıtdırdı. Bu yarışlar 37 Av-
in
Çap üçün deyil