mokratik vətəndaş cəmiyyətinin formalaşdırılması metodlarına həsr edilmiş
bölmələr çox maraqlıdır. Müəllif yüksək, mən hətta deyərdim ki, ideal plan-
ka təşkil edir ki, ona hər kəs və ya insan birliyi can atmalıdır. İnanmaq istər-
dim ki, cəmiyyətdə insanın deyil, qanunun hakimlik edəcəyi, insanların güc
qanununa deyil, qanunun gücünə tabe olacaqları gün uzaqda deyil. Fuad
Məmmədovun dəyərli kitabı məhz buna səsləyir və bunu öyrədir. Bu alim-
ziyalının sözləri ilə əməli bir-birindən ayrılmır və o öz monoqrafiyasında
haqqında danışdığı Şüurlu, Xeyirxah, Əbədi olanı əkərək, həyatda addımla-
yır. Mən bizim hamımıza və müəllifə bir şeyi: respublikamızın dövlətçilik
quruculuğu praktikasında öz kulturoloji nəzəriyyələrinin praktik təcəssü-
münü görməyi arzulayıram”.
Elmira Axundova,
Milli Məclis deputatı
“Professor Fuad Məmmədovun əsərlərini fərqləndirən əsas keyfiyyət
odur ki, o, mədəniyyət kateqoriyasını sistemli şəkildə tədqiq edir. Burada
mən onunla tam razıyam. Cəmiyyətin rasional idarə edilməsi üçün güclü in-
san kapitalına malik olan dövlətə öz müstəqilliyinin qorunması və inkişaf
etdirilməsi üçün yüksək idarəetmə mədəniyyəti gərəkdir ki, onun olmaması
halında qabaqcıl dünya mövqeləri, təhsil sistemi və elmin inkişafı, yüksək
peşəkarlıq və ümumiyyətlə, mədəniyyət haqqında söz belə gedə bilməz. Fuad
Məmmədovun əvvəlki kitabları kimi, bu nəşr də Azərbaycan cəmiyyətində
mədəniyyətə sistemli yanaşmanı zəruri edir. Təqdirəlayiq haldır ki, AR Pre-
zidenti yanında Dövlət İdarəçilik Akademiyasında “İdarəetmə mədəniyyə-
ti” fənninə yaşıl işıq yandırılıb və o gələcək idarəçilər tərəfindən öyrənilir.
Ölkəmiz özünün təbii və intellektual-mədəni potensialı ilə yüksək inkişaf
etmiş ölkələrin ilk sıralarında olmalıdır, bu isə yalnız bütün strukturlarda,
subyektiv deyil, bütöv, qlobal mənada, idarəetmə mədəniyyətinin bacarıqla
tətbiqi zamanı mümkündür. Ölkəmizdə idarəçilik mədəniyyətinin inkişafı
üçün çoxlu imkanlar mövcuddur ki, bunlar dövlətin özünün iqtisadi və sosi-
al siyasətindən irəli gəlir. Görkəmli alim olmaqla Fuad Məmmədov, cəmiy-
yətin inkişafına yönəldilən və onun mədəniyyəti ilə qırılmaz şəkildə bağlı
olan son dərəcə yüksək proqnozlaşdırma qabiliyyətinə malikdir. ...Buna gö-
rə də mən professor Fuad Məmmədova bu fundamental və bu gün bu qədər
zəruri olan elmi əsər üçün hədsiz minnətdaram”.
Ziyad Səmədzadə,
akademik, Milli Məclisin
Iqtisadi Siyasət Komitəsinin sədri
Fuad Məmmədov
28
Idarəetmə mədəniyyəti
“Mən yalnız müəllifi deyil, Azərbaycan ziyalılarının bütün nümayəndə-
lərini bu gözəl kitabın işıq üzü görməsi münasibətilə təbrik etmək istərdim.
Bu yüksək elmi tədqiqat onunla sevindirir ki, o, Azərbaycanda meydana
çıxmışdır, və millətinin taleyi və inkişafı onun üçün birinci əhəmiyyət kəsb
edən insan tərəfindən yerinə yetirilmişdir. Kitab rus dilində yazılmışdır, o
mütləq Azərbaycan və ingilis dillərinə tərcümə edilməlidir ki, mümkün ol-
duqca daha çox sayda insanlar onunla tanış olsunlar və onu layiqincə qiy-
mətləndirə bilsinlər. Təəssüf edirəm ki, o bir qədər əvvəl, mən Komitə rəh-
bərliyi vəzifəsinə yenicə başlayanda nəşr edilməmişdir, çünki işimin lap
başlanğıcında idarəetmənin nə olduğunu aydın təsəvvür edərək ondan çoxlu
fayda götürə bilərdim. Bu əsər mütləq nəinki ali həlqələrin, həm də bütün
hakimiyyət strukturları rəhbərlərinin stolüstü kitabı olacaqdır. İdarəçilik
Akademiyası ilə sıx əməkdaşlıq edən bir insan kimi, onun rektoruna, pro-
fessor Seyfəddin Qəndilova bu kursu akademiyanın dərs proqramına saldığı
üçün minnətdarlımı ifadə edirəm. Bu gün idarəetmə mədəniyyətini mənim-
səmədən, idarəçilik professionallarının təşəkkülü mümkün deyil. Mən
Azərbaycan ictimaiyyətini bu qədər əhəmiyyətli fundamental əsərin işıq
üzü görməsi münasibətilə təbrik edirəm, yüksək intellekt və yaradıcılıq is-
tedadına malik olan professor Fuad Məmmədova isə gələcək uğurlar arzu-
lamaq istəyirəm”.
Hicran Hüseynova,
Ailə, Qadın və Uşaq problemləri üzrə
Dövlət Komitəsinin sədri, professor
“Fuad Məmmədovun kitabları özünün orijinallığı ilə məni cəlb edir. Mədə-
niyyətşünaslıqla Azərbaycanda çox alimlər məşğul olublar, lakin kulturologi-
yanı elm kimi ilk dəfə məhz Fuad Məmmədov kəşf edib və onu lazımi səviy-
yəyə qaldırıb. Nə üçün? Çünki bunların arxasında onun həqiqi mədəniyyəti tə-
cəssüm etdirən idarəetmə mədəniyyəti dövlətçilik mədəniyyəti ilə, mən deyər-
dim ki, hətta özünün çox da qədim olmayan köklərinə malik yerli idarəetmə
mədəniyyəti ilə sıx əlaqəlidir. Buna görə də mən professor Fuad Məmmədovun
kitabının meydana çıxmasını olduqca zamanında və gərəkli hesab edirəm”.
Nizami Cəfərov,
professor,
Milli Məclisin Mədəniyyət məsələləri Komitəsinin sədri,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
“Mən professor Fuad Məmmədovun kitabının təqdimatında iştirak etməyi
özümə şərəf bilirəm. Hələlik yalnız Yaponiyanın idarəçilik təcrübəsinin təhlil
edildiyi iki bölməni oxumağa müvəffəq olmuşam. Bu səhifələrdən bizim ölkə-
29