Dövlət idarəetmə mədəniyyətinə davamlı inkişaf, rifah, həyat keyfiyyəti,
fiziki və mənəvi sağlamlıq, təhlükəsizlik, müdafiə qabiliyyəti, rəqabət qabi-
liyyəti, etibarlı gələcək kimi kulturoloji kateqoriyalara nəzər salaraq - milli
maraqlar təminatı baxımından müəllif - biliklər, texnologiyalar, hüquq, eti-
ka, məsuliyyət, innovativ fəaliyyət, kadrların hazırlığı və istifadəsi məsələ-
lərinə xüsusi diqqət ayırmışdır.
Kitabda bir sıra Şərq və Qərb ölkələrinin dövlətcilik və dövlət idarəçili-
yinin tarixi və nəzəriyyəsinə kulturoloji baxış, Azərbaycan və dünya mütə-
fəkkirlərinin mövqeləri, nəhayət, tələbələr və məmurlar üçün nəzərdə tutul-
muş test sualları, seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar dərs
vəsaitinin praktik dəyərini daha da artırır.
Beynəlxalq standartlar səviyyəsində hazırlanmış və dərs vəsaiti kimi təs-
diq olunmuş bu fundamental monoqrafiya tələbələr, müdavimlər, müəllim-
lər, alimlər, məmurlar üçün olduqca dəyərli bir mənbədir”.
Eldar Azadov,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Idarəçilik Akademiyasının Iqtisadi idarəetmə
fakultəsinin dekanı, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent
“Milli kulturologiyanın banisi, Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədovun
“İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” dərs vəsaiti elmi və pe-
daqoji cəhətdən Azərbaycanda insan kapitalının inkişafı üçün müstəsna
əhəmiyyətə malik olan Şərq və Qərb ölkələrinin dövlətçilik və dövlət idarə-
çiliyi mədəniyyəti təcrübəsinin sistemləşdirilmiş şərhini ifadə edir.
Dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi və Azərbaycanın dövlət
quruculuğunda Qərb ölkələrinin dövlətçilik mədəniyyəti təcrübəsinin öyrə-
nilməsi və yaradıcı istifadəsinin zəruriliyi haqqında tələbatlarına uyğun ola-
raq hazırlanmış bu kitab, müəllifin çoxillik əməyinin ifadəsidir. O yalnız
xarici idarəçilik təcrübəsinin sistemləşdirilmiş tarixi şərhini deyil, həm də
idarəçi kadrların, o cümlədən, “Azərbaycan 2020: gələcəyə baxış” milli in-
kişaf konsepsiyası kontekstində milli ekspert-kulturoloqların hazırlığı üçün
son dərəcə aktual olan universal kulturoloji biliklər toplusunu özündə əks
etdirir. Əsər sözsüz ki, dövlət və sosial idarəetmə sahəsində milli kreativ
potensialın inkişafı və innovativ fəaliyyətin həyata keçirilməsi üçün qiymətli
mənbədir.
Fuad Məmmədov tərəfindən dünya kulturologiyasında ilk dəfə Lütfi Za-
dənin qeyri-səlis məntiq nəzəriyyəsi istifadə edilmişdir. Onun tərəfindən işlə-
nib hazırlanmış innovativ metodologiya və sistemli kulturoloji təhlil metodla-
rı, ilk dəfə formulə edilmiş “idarəetmə mədəniyyəti”, “mədəniyyətin elmi an-
Fuad Məmmədov
26
Idarəetmə mədəniyyəti
lamı”, “mədəni insan formulu”, “insan kapitalı, dinamik sistem kimi”, “mə-
dəni inkişaf amilləri”, “mədəniyyət, bütöv sosial sistem kimi”, “idarəetmənin
effektivtik formulu”, “sosial-mədəni tərəqqi formulu”, “kulturoloji piramida”
universal metodu və idarəçilik prosesləri və situasiyalarının tədqiqi üçün sis-
temli təhlil vahidlərini ifadə edən digər kulturoloji innovasiyalar Azərbaycan
və xarici alimlərin, dövlət xadimlərinin, deputatların və diplomatların yüksək
qiymətini qazanmışdır. Yalnız onu qeyd etmək kifayətdir ki, dünya kulturo-
logiyasına verdiyi töhfəyə görə Fuad Teyyub oğlu Məmmədov iki Beynəl-
xalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir”.
Tahir Behbudov,
kulturoloq, tarix sahəsində fəlsəfə doktoru,
BDU-nin Politologiya və sosiologiya kafedrasının
müdiri, Azərbaycan Respublikasının Əməkdar müəllimi
“Mən bu tədqiqatın yüksək elmi səviyyəsini qeyd etmək istərdim ki, bu
da onun Azərbaycan dilinə tərcüməsini vacib edir. Çox təəssüf ki, bizim tə-
ləbəlik dövrümüzdə belə kitablar olmayıbdır. Düşünürəm ki, əgər biz idarə-
etmə mədəniyyəti sahəsində biliklərlə yaraqlansaydıq, bir çox problemlər-
dən xilas olmaq olardı. Mən bu fundamental əsərin meydana çıxmasını, de-
yək ki, akademik Ziyad Səmədzadənin ”Böyük yolun mərhələləri” yaxud
akademik Ramiz Mehdiyevin “İrs haqqında düşünərkən” kitabı kimi, elmdə
nə isə keyfiyyətli bir sıçrayış, dönüş kimi qiymətləndirirəm. Nə üçün onlar
məhz bu gün meydana çıxıblar? Düşünürəm ki, burada bunun öz qanunauy-
ğunluğu gizlənir, çünki məhz bugün Azərbaycan dövlətçiliyinin keyfiyyət-
cə yeni təşəkkül mərhələsi gəlib çatmışdır. Əsaslar yaradılıb, bazis qurulub,
irəli hərəkət etmək, idarəetmə mədəniyyəti sirlərinə yiyələnmək, bizim si-
yasi elitanın intellektual potensialını inkişaf etdirmək, “hakimiyyət - cə-
miyyət - dövlət - fərd” qarşılıqlı münasibətlərində ümumi mədəniyyəti in-
kişaf etdirmək lazımdır. “İdarəetmə mədəniyyəti” kitabı zamanında meyda-
na çıxmışdır. O həm əhatə dairəsinə, həm də mövzuya nüfuzetmə dərinliyi-
nə görə ensiklopedikdir, müəllif müxtəlif dövlət idarəçiliyi sistemlərini,
müxtəlif modelləri müxtəlif tarixi dövrlərdə nəzərdən keçirir. Lakin ən də-
yərlisi odur ki, o idarəetmə mədəniyyətinin öz xüsusi konsepsiyasını sıra-
landırır, milli idarəetmə mədəniyyətinin təkmilləşdirilməsi üzrə öz dövləti-
nin qarşısında orijinal vəzifələr qoyur. Bir də bunu qeyd etmək istərdim:
müxtəlif dövlət idarəçiliyi modelləri və nəzəriyyələrini nəzərdən keçirərək,
müəllif görkəmli Azərbaycan alim-mütəfəkkirləri - NəsirəddinTusinin,
M.F.Axundzadənin əsərlərinə və irsinə müraciət edir ki, bu da bizim dövlət
idarəçiliyi təcrübəmizin olmaması haqqında bədxahlarımızın danışdığı indi-
ki halda xüsusilə vacibdir. Hüquq mədəniyyətinin, siyasi mədəniyyətin, de-
27