Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə29/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   25   26   27   28   29   30   31   32   ...   327

İdarəetmə mədəniyyəti

Demokratik  dövlət,  hüququ  -  özünün xüsusi  fəaliyyətini  təmin  edən  və 

bütün xalqın iradəsini,  onun təbii həyati maraqlar cəmini  ifadə  edən norma 

(davranış  qaydaları)  və  prinsiplər  sistemi  kimi  təyin  və  tətbiq  edir.  Demo- 

kratik  ölkələrin  dövlət  idarəçiliyi  aparatının  texnoloji  ehtiyatında  hüquq,  - 

səmərəli  sosial  dəyişikliklərə,  ictimai  ziddiyyətləri  aradan  qaldırmağa,  cə- 

miyyətin harmonik  və  mütərəqqi  inkişaf məqsədlərinə  nail  olmağa yardım 

edən mühüm mədəni vasitədir.  O, obyektiv tarixi xarakter daşıyır, bütün cə- 

miyyətin ümummilli həmrəylik maraqlarına xidmət edir.

Milli və beynəlxalq inkişaf üçün idarəetmə mədəniyyəti  strateji əhəmiy- 

yətə  və  geniş  imkanlara  malikdir.  İdarəetmə  mədəniyyəti  -   ictimai  rifahın 

yüksəldilməsi,  ölkələrin və  xalqların  təhlükəsiz  inkişafı  və  tərəqqisinə  nail 

olma maraqlarında insanın,  cəmiyyətin və dövlətin  inkişafının  idarə edilmə- 

sinə  istiqamətlənmiş  elmi  biliklər,  texnologiyalar,  mütəşəkkillik,  etika  və 

rəhbərlik fəaliyyətidir.  O,  qoyulmuş məqsədlərə  nail  olmaq və  idarə  edilən 

obyektin  inkişafında  effektivliyi  təmin  etmək  üçün  düzgün  siyasi,  iqtisadi 

və ya sosial qərarlar qəbul etməyə imkan verən idarə personalının dərin pe- 

şəkar  biliklərini,  bacarığını,  hüquqi  savadını,  məsuliyyətini  nəzərdə  tutur. 

Ümuni  mahiyyətə,  məqsəd  və  qanunauyğunluqlara malik  olaraq,  müəyyən 

proses  və  texnologiyalarda  təmsil  olunaraq,  o,  dünya  sivilizasiyasının  mə- 

kan və zaman çərçivəsində özünün tarixi və nəzəriyyəsinə, peşəkar, hüquqi 

və  etik xüsusiyyətlərinə,  siyasi,  iqtisadi,  sosial və  fərdi  sahələrdə nailiyyət- 

lərinə və imkanlarına malikdir.  Bu, gərgin əmək, istedad və intuisiya, daimi 

özünütəkmilləşdirmə,  başqa  insanlar  üçün  yaşamaq  bacarığı,  dövlət  və  ya 

birliK tərəfindən  qoyulmuş  inkişaf vəzifələrinin effektiv həllinə nail  olmağı 

tələb  edən mürəkkəb prosesdir.  Bu həm də liderlərin  - universal elmi bilik- 

lərlə,  idarəetmə  texnologiyalarına yiyələnməklə, təcrübə,  mütəşəkkillik,  in- 

tizam və hüquq qaydası, müstəqillik,  siyasi və mənəvi məsuliyyət, möhkəm 

iradə,  düzgünlük  və  yüksək  peşəkar  etika,  mədəniyyəti  harmonizasiya  et- 

mək  bacarığı  və  kollektiv  üzvlərinin  maraqlarını  təmin  etməklə  şərtlənən, 

məqsədyönlü mənəvi yaradıcı fəaliyyət hüququdur.

İdarəetmə  mədəniyyəti  idarəçilik  fəaliyyətinin  səviyyəsini,  xarakterini 

və nailiyyətlərini, idarəçilik obyektləri və subyektləri arasındakı münasibət-

ləri tənzimləyən dəyərlərin,  normalar və ənənələrin məzmununu və keyfiy- 

yətini,  dövlətin,  siyasətin,  təşkilatın  həyat  fəaliyyətinin,  iqtisadi  və  sosial 

institutların,  bütövlükdə  cəmiyyətin  idarə  edilməsinin  effektivliyini  əks  et- 

dirir.  Bu  zaman  milli  idarəetmə  mədəniyyətinin  səviyyəsi  cəmiyyətin  və 

dövlətin intellektual, etik və hüquqi mədəniyyətinin birgə  səviyyəsi, həmçi- 

nin bütün  səviyyələrdə  siyasətçi  və  inzibatçıların,  rəhbər və  liderlərin  elmi 

bilikləri və təcrübəsi, mütəşəkkilliyi və mənəvi-etik prinsipləri ilə müəyyən 

edilir.

63



İdarəetmə  mədəniyyəti  özündə  həm  idarəçilik  fəaliyyətinə  xas  qayda və 

üsulların  toplusu kimi  mahiyyət və  proses,  statikadan və  dinamikadan  iba- 

rət sabit kəmiyyətləri,  həm də dialektik dəyişikliklərə məruz siyasi proseslə- 

rə xas dəyişən  kəmiyyətləri birləşdirir.  Eyni zamanda mədəniyyətin ictimai- 

faydalı fəaliyyəti yerinə yetirən bütün sosial institutları idarəetmə mədəniy- 

yətinin görüş  dairəsindədir.  Bu,  həm  də  təşkiletmə və  idarəetmə  sisteminin 

cəmiyyətin sosial mədəniyyətinin bütöv  qarşılıqlı əlaqəli  sisteminin bir his- 

səsi  olması  ilə  bağlıdır.  İdarəetmə  mədəniyyətinin  mühüm  komponentləri -  

dövlət,  iqtisadi və sosial idarəetmə,  insanları idarə etmək bacarığı ilə  şərtlə- 

nən liderlik mədəniyyətidir.



İdarəetmə  mədəniyyəti konkret vəziyyətdə  düzgün  istiqamətləndirməyə, 

cəmiyyətin  inkişaf perspektivini  görməyə,  yüksək  inkişaf dinamikasını  və 

dövlətin rəqabət qabiliyyətini təmin edən kulturoloji innovasiyaları müdafıə 

və  inkişaf etdirməyə  imkan  verir.  O  özündə  universal  kulturoloji  bilikləri, 

idarəetmə  elminin  tarixi,  fəlsəfəsi,  nailiyyətləri,  texnologiyalarını  və  mü- 

rəkkəb  idarəetmə  problemlərini,  müxtəlif vəziyyətləri  və  dəyişən  şəraitləri 

daha yaxşı  tərzdə  təhlil  etməyə,  balanslaşdırılmış  siyasi,  sosial,  iqtisadi  və 

beynəlxalq  qərarlar  qəbul  etməyə,  dünya  sivilizasiyasının  inkişaf tendensi- 

yalarını nəzərə  alan gələcəyin pozitiv obrazını  qurmağa imkan verən komp- 

leks metodologiyanı təcəssüm etdirir.  İdarəetmənin  effektivlik meyarı  -  ida- 

rəçilik  fəaliyyətinin  konkret  nəticələri,  milli  inkişaf və  ictimai  tələbatların 

təmin edilməsi üçün onun praktik dəyər səviyyəsidir.



İdarəetmənin  mürəkkəbliyi həm də  onunla şərtlənir ki, müxtəlif insanlar 

eyni  bir əşyaları,  təzahürləri,  faktları,  hadisələri  fərqli  anlama  səviyyəsinə, 

öz  fikirlərini  müxtəlif  cür  ifadə  etmək  qabiliyyətinə  malikdirlər.  İnsanın 

psixoloji  xüsusiyyətləri  və  qənaətləri  ilə  şərtlənən  ətraf aləm  haqqında  tə- 

səvvürləri,  şəxsiyyətin  şüurunda mənasını müxtəlif cür dəyişərək,  ayrı-ayrı 

çalarlar və təfərrüatlar qazana bilər.  Bu  qanunauyğunluğa görə  insanın ida- 



rəetmə mədəniyyəti - insan şəxsiyyətinin tərbiyəsi, xarakteri, bilikləri,  qabi- 

liyyətləri,  təcrübəsi,  iradəsi,  əqidəsi,  motivləri,  dəyərləri  və  məqsədləri  ilə 

şərtlənən bir çox müxtəlif hədlərə malikdir.  Müvəffəqiyyət orada əldə edilir 

ki,  idarəetmə  mədəniyyəti  -  insanın,  sosial  qrupun,  cəmiyyətin,  dövlətin və 

ya beynəlxalq birliyin fəaliyyətlərinə rəhbərlik üzrə  dəyişən dünya şəraitin- 

də  onların  inkişaf gedişini  istiqamətləndirən və  sosial-mədəni  tərəqqini  tə- 

min  edən  şüurlu  humanist  fəlsəfəni  və  fəaliyyətin  optimal  texnologiyasını 

özündə sintez edir.

Kollektivi  idarə  etmədə rəhbərlərə,  liderlərə xüsusi rol məxsusdur. Rəh- 

bərin idarəetmə mədəniyyəti -  onun peşəkarlığı və etikasının sintezidir.  Bu, 

məqsədləri  düzgün  qoymaq,  “zəif cəhətləri”  aşkar  etmək,  prioritet məsələ- 

ləri  və  onların  daha  effektiv  həlli  metodlarını  təyin  etmək  məharətidir,  bu,

Fuad Məmmədov

64



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə