Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə37/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   33   34   35   36   37   38   39   40   ...   327

İdarəetmə mədəniyyəti

dövlət  idarəçiliyi  problemlərinin  tədqiqi,  dinamik  daxili  və  xarici  dəyişik- 

liklər  şəraitində  dövlət məsələləri  həllinin  alternativ  texnologiyalarının  ha- 

zırlanması prioritet yer tutur.

Bizim yanaşmamızın ilk  şərti, hər  şeydən əvvəl,  mədəniyyətin  -  insanın 

ağlı,  hissləri  və  fiziki  əməyi vasitəsilə  təbii  enerjinin transformasiyası nəti- 

cəsində yaranan “ikinci,  süni” təbiət kimi başa düşülməsidir.  Yeni  kulturo- 

loji  biliklərin  istehsalı  zamanı  müəllif,  həyat  fəaliyyətinə  -  transformasiya 

edilmiş təbii enerji kimi baxan və hələ  1909-cu ildə ilk dəfə “kulturologiya” 

terminini  tətbiq  etmiş  Nobel  Mükafatı  Laureatı  Vilhelm  Ostvaldın  yanaş- 

masından  istifadə  etmişdir.  Bununla yanaşı  muəllif,  kulturologiyanın  elmi 

əsasını  qoyan, mədəniyyətə bütöv, mütəşəkkil və birləşmə  sistemi kimi ba- 

xan və onu həyati tələbatların təmini üçün istifadə edilən materiya və enerji 

anlayışları  baxımından  çıxış  edərək,  təsvir edən Lesli A.Uaytın yanaşması- 

na da əsaslanmışdır.  Bihevioral ölçmədə L.A.Uaytın personalın ümumi mə- 

dəniyyəti  vasitəsilə  idarəetmə  effektini  artırmağa imkanlar  açan  “mədəniy- 

yətinin  dəyişməsi  ilə  insanın  davranışı  dəyişir”  haqqındakı  nəticəsi  bizim 

kulturoloji  idarəetmə  modeli üçün  dəyərli  oldu.  Bihevioral yanaşmada mə- 

dəniyyətin  təkmilləşməsinin  ölçü  keyfiyyəti  kimi,  onun  insan  tələbatlarını 

ödəmək və  şəxsiyyətin potensial  bacarıqlarının  sosial reallaşdırılması  üçün 

əlverişli  şərait yaratmaq qabiliyyətini müəyyən edən transpersonal psixolo- 

giyanın banisi Abraham Maslounun “mədəniyyət və insan” konsepsiyası da 

o  qədər dəyərli oldu.  Maslounun ideal cəmiyyət modeli insanın harmoniya- 

sı,  təhlükəsizliyi,  qabiliyyətlərin  maksimal  inkişafı  və  mədəniyyətin  sosial 

institutlarının  humanist  islahatlar  yolu  ilə  özünüreallaşdırma  imkanları  və 

insanların şüurunun dəyişdirilməsi prinsipləri üzərində qurulmuşdur.

Məlimdur ki,  elm  -  harmoniya,  əməkdaşlıq  və  maksimal effektivlik pos- 

tulatlarına əsaslanan  idarəetmənin  “klassik məktəbi”,  dinamik rəqabət  qa- 

biliyyətli idarəetmə fəaliyyətinin təmini üçün zəruri olan rasionallığı,  idarə- 

etmənin struktur və  sistemini təkmilləşdirməyə imkan verir. İnsanlarla işlə- 

mək bacarığı,  əməyin  düzgün  motivasiyası,  onların  tələbat və maraqlarının 

nəzərə alınması  ilə  bağlı  olan “İnsan münasibətləri məktəbi”,  insan kapita- 

lını  effektiv  idarəetmənin  əsas  hərəkətverici  qüvvəsi  kimi  istifadə  etməyə 

imkan yaradır.  Kulturoloji yanaşmadan  istifadə  etmə,  “klassik məktəb”  və 

“insan münasibətləri məktəbinin” ən mühüm nailiyyətlərini dünya praktika- 

sındakı real dəyişikliklərə,  informasiya cəmiyyətinin inkişaf tendensiyaları- 

na və  qloballaşmanın  çağırışlarına uyğun  innovativ  texnologiyaların hazır- 

lanması məqsədi ilə  sintez etməyə imkan verir.  Müxtəlif elmi prinsiplərdən 

səmərəli  istifadə  edərək,  kulturoloji  yanaşma  “klassik  məktəb”  və  “insan 

münasibətləri  məktəbinin”  üstünlüklərinin  birləşməsinə  əsaslanan  idarəet- 

mə  mədəniyyətini  immanent  təkmilləşdirməyə  imkan  verir.  Tərəfimizdən

79



kulturologiyada  istifadə  olunan  sistemli  və  situasiyalı  yanaşmalar,  Piter 

Çeklandın  “yumşaq  təfəkkür”  sistemi  və  Lütfi  Zadənin  qeyri-səlis  məntiq 

nəzəriyyəsi  ən  mürəkkəb  problemlərin  düzgün  təhlilinə  və  onların  düzgün 

həlli yollarının seçilməsinə imkan verir.

Müasir  anlamda idarəetmə  elmi  ilk dəfə  XIX  əsrdə  istehsalat təşkilatçı- 

ları  arasında,  sənaye  cəmiyyətinin  formalaşması  şəraitində  meydana  gəl- 

mişdir.  O,  istehsalın  təşkili  və  idarə  edilməsi,  istehsal  kollektivlərində  in- 

sanlarla  işləmək  bacarığı  üçün  zəruri  olan  xüsusi  bilik  və  texnologiyalara 

tələbatlarla  şərtlənirdi.  Bu  elm,  məqsədi  istehsalın  effektivliyini yüksəltmək 

olan  idarəetmə prinsipləri,  metodları,  vasitə və formalarının  məcmusu kimi 

meydana gəlmiş menecmentin əsasını təşkil edir.

Biznesdə tətbiq edilən mütəşəkkillik və idarəetmə vasitələrinə  əsaslanan 

“inzibati  effektivlik  modelini”  işləyib  hazırlamış  Vudro  Vilson  (1887)  bü- 

rokratiyanı  iyerarxiya  və  funksiyaların  bölünməsi  üzərində  qurulan  demo- 

kratik dövlətin idarəetmə  aləti kimi nəzərdən keçirirdi.  V.Vilson və  F.Qud- 

naunun  idarəetmənin  elmi  metodlarına və  dövlət idarəçiliyinin  siyasi  ideo- 

logiyadan  asılı  olmamasına  əsaslanan  “Peşəkar  mülki  xidmət”  modeli  de- 

mokratik mədəniyyətin prinsip və  dəyərlərinə uyğunlaşdırılmışdır.  O,  siya- 



sətçi və  inzibatçılar arasındakı hədləri,  fərdi  və kollektiv  səviyyədə  subor- 

dinasiya münasibətlərini,  seçilmiş  siyasi rəhbərlik tərəfindən təyin olunmuş 

müdiriyyətin fəaliyyətini istiqamətləndirmək və nəzarət etmək üçün hüquqi 

imkanı nəzərdə tuturdu.  XX əsrin əvvəllərində Maks Veber tərəfindən ifadə 

edilmiş,  dünya praktikasında geniş yayılmış  8  universal  prinsip  dövlət ida- 

rəçiliyi üçün nəzəri  əsas oldu.  Alim göstərirdi ki,  “qərar -  sərəncam -  icra- 

ya nəzarət”  sxemi üzrə  qurulan və dövlətin mənafeyinə xidmətə  təyin edil- 

miş  avtoritar hakimiyyətin mənbəyi  -  idarəetmə  elmi  sahəsində peşəkar bi- 

liklər  və  bürokratik  prosesin  qaydalarına  yiyələnmədir.  XX  əsrin  əvvəllə- 

rində  idarəetmə  elmi  sahəsində  ən  görkəmli  nəzəriyyəçi,  Fransada  menec- 

ment təliminin təşkilatçısı Anri Fayoldur.  Onun tərəfindən elmi  idarəetmə- 

nin klassik tərifi ifadə edilmişdir:  “İdarə etmək -  gələcəyi görmək, təşkil et- 

mək,  sərəncam  vermək,  əlaqələndirmək  və  nəzarət  etməkdir”.  A.  Fayola 

görə, vəzifəsinə -  təşkilatın fəaliyyətproqramlarının hazırlanması,  kollekti- 



vin  seçilməsi, fəaliyyət koordinasiyası  və  işin  harmonizasiyasının  daxil  ol- 

duğu inzibati funksiyalar dövlət idarəçiliyi üçün mühüm əhəmiyyət daşıyır. 

Onun tərəfindən  hazırlanmış  14  universal  idarəetmə  prinsipi  dünya prakti- 

kasında geniş  əməli tətbiqə malikdir.  Bunlar:  əməyin  bölüşdürülməsi,  haki- 



miyyət,  intizam,  sərəncamçılıq vahidliyi,  rəhbərlik vahidliyi,  şəxsi maraqla- 

rın  ümumi  maraqlara  tabe  edilməsi,  personalın  mükafatlandırılması,  mər- 

kəzləşdirilmə,  iyerarxiya,  intizam,  ədalət,  personal  tərkibinin  sabitliyi,  tə- 

şəbbüs, personalın yekdilliyidir.

Fuad Məmmədov

80



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə