Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə35/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   31   32   33   34   35   36   37   38   ...   327

Şurası,  “Bəhayi” icması, Ümumdünya  Sülh  Şurası,  Qeyri-hökumət təşkilat- 

larının  Ümumdünya  Assosiasiyası  və  digərləri  kimi  bir  sıra beynəlxalq və 

dini təşkilatlar da, çox və ya az dərəcədə məşğul olur.

İdarəetmə  mədəniyyətinin  beynəlxalq  əhəmiyyətinin  artması  ilə  əlaqə- 

dar, XX əsrin 60-cı illərinin ikinci yarısından BMT-nin İnkişaf Proqramı ilə 

beynəlxalq tədqiqatların təşkili,  təcrübə  toplanması, yayımı  və  mübadiləsi- 

nin ümumdünya  sisteminin yaradılması,  xüsusi  dövlət idarəçiliyi proqram- 

larının, metodları və modellərinin işlənib hazırlanması,  idarəçi kadrların tə- 

limi  və  yenidən  hazırlanması  üzrə  məqsədyönlü  fəaliyyət  həyata  keçirilir. 

Hər  il  gələcəyin  vəziyyəti  haqqında hesabatlar hazırlayan  BMT-yə  yardım 

Ümumdünya  Assosiasiyalar  Federasiyasının  “Minilliyin  Layihəsi”  tərəfin- 

dən beynəlxalq idarəçilik məsələlərinə ciddi diqqət yetirilir.  Cerom K.  Qlen 

və Teodor C.  Qordonun rəhbərlik etdiyi layihə, qlobal inkişaf strategiyaları- 

na  yardım  məqsədilə,  reallığı  öyrənir,  gələcəyi  görmək  və  qurmaq  üçün 

metodologiyalar hazırlayır.  Başlıca vəzifələrdən biri - dünya inkişafını lazı- 

mi istiqamətə yönəltməyi bacaran, düzgün qərarlar qəbul etməyə imkan ve- 

rən dəqiq yoxlanılmış  ssenarilərin yaradılmasıdır.  Bu məqsədlə  “Minilliyin 

Layihəsi” müxtəlif ölkələrin alimləri ilə əməkdaşlıq əsasında, xaos nəzəriy- 

yəsi  və  sinergetika  nəzəriyyəsindən  istifadə  etməklə  bəşəriyyətin  gələcək 

aktual problemlərinin həlli üçün “kollektiv şüur” yaratmağa səy göstərir.

E.Teylor,  A.Lonq və  C.Frezer  tərəfindən  əsası  qoyulan  Böyük  Britani- 

yanın antropoloji məktəbi hələ XIX əsrdə müxtəlif xalqların mifologiyaları- 

nın və folklorunun oxşarlığını insan təbiətinin eyniliyi və ibtidai təfəkkürün 

vahidliyi  ilə  izah  edirdilər.  Əgər  bizim  günlərdə  bu  iki  amildən  birincisi 

mahiyyətcə  əvvəlki  kimi  dəyişməz  olaraq  qalırsa da,  ikincisi  isə  -  dəyərlər 

sistemi,  sosial  mühit,  təbii  -  coğrafi  şərait,  genetik  kod,  mədəni  mübadilə, 

tarixi  şəraitdən  asılı olan  çoxlu növ  müxtəlifliyi  qazanmışdır.  Bu  səbəbdən 

lokal,  milli  və  beynəlxalq  səviyyədə  biliklərin,  mədəniyyət  və  maraqların 

harmonizasiyasını tələb edən insanları idarəetmə mürəkkəbliyi meydana çı- 

xır.


Hakimiyyətin üstünlüyü ondadır ki, o, effektiv idarəetmə sisteminin kö- 

məyi ilə  ona (hakimiyyətə) malik olanlara öz iradəsini həyata keçirməyə və 

fərdi,  sosial  və  dövlət  inkişafının  strateji  problemlərini  həll  etməyə  imkan 

verir.  Buna görə  də,  hakimiyyətin yüksək  eşelonlarını təmsil  edən və  ölkə- 

nin taleyi  üçün məsuliyyət daşıyan  siyasətçi  və  məmurlar yüksək ruhi  mə- 

dəniyyət  daşıyıcıları,  yaxşı  ideoloqlar,  dəyərlər  sisteminin,  milli  idealların 

və dövlətin maraqlarının ifadəçiləri olmalı,  cəmiyyətin təhlükəsiz inkişafını, 

fasiləsiz tərəqqi  və  xalqın həyat keyfiyyətinin yüksəlişini  təmin  edən məh- 

suldar fəaliyyəti həyata keçirməlidirlər.  Demokratik ölkələrdə dövlət fəaliy- 

yətinə  mənəvi  hüquq -  hakimiyyət nümayəndələrinin xüsusi  elmi  biliklərə,



İdarəetmə mədəniyyəti

75



peşəkar təcrübəyə,  mütəşəkkilliyə,  mənəviyyata,  cəmiyyətin və  dövlətin ri- 

fahi üçün siyasi məsuliyyət və innovativ yaradıcılıq fəaliyyətinə nə dərəcə- 

də  malik  olması,  demokratik idarəçiliyin  müasir  universal  kulturoloji  tex- 

nologiyalarına yiyələnmə səviyyəsi ilə müəyyənləşdirilir.

Tamamilə  aydındır ki,  həm  dövlət,  həm  də  beynəlxalq idarəetmə  təbiət 

və  cəmiyyətin  ümumi  inkişaf qanunlarına,  dünyanın  ümumi  harmoniyaya 

əsaslanan  qarşılıqlı  əlaqəli  bütövlüyünə  zidd  olmamalıdır.  Çətin ki,  kimsə, 

insanın həyat fəaliyyətinin harmoniyasına nail  olma cəhdinin təfəkkürümü- 

zün və  davranışımızın norması  olduğunu  qeyd edən Ervin Laslo və  Mixael 

Laytmanın  konsepsiyasının  ədalətliyinə  şübhə  etsin.  Lakin  qlobal  inkişaf 

strategiyasının universal  əsası olan yüksək ruhi mədəniyyətin bütün dünya- 

da məqsədyönlü inkişafı və yayılması olmasa, bu mümkün olarmı?

Budapeşt klubunun prezidenti professor Ervin Laslo hesab edir ki, məq- 

sədyönlü idarəetmə fəaliyyəti yolu ilə gələcəyə  qlobal səviyyədə pozitiv tə- 

sir  göstərmək  zəruriliyi  bir  sıra təhlükələr  və  çağırışlarla  şərtlənir.  Onların 

arasında aşağıdakıları  qeyd etmək olar:  artan demoqrafik proseslər və yox- 

sulluq, iqtisadi və  sosial ziddiyyətlər və müharibələr;  dağıdıcı daşqınlara və 

tornadoya  səbəb  olan  iqlim  dəyişiklikləri;  ətraf aləmin  istehsal  tullantıları 

ilə çirklənməsi;  torpaq,  su və havada zəhərli maddələrin toplanması;  içməli 

su, ərzaq məhsulları və enerjinin artan defisiti; ozon qatının davam edən da- 

ğılması;  atmosfer  oksigeninin  əskilməsi;  bioloji  müxtəlifliyin  azalması; 

atom elektrostansiyalarındakı qəzaların və nüvə tullantılarından təcrübi isti- 

fadənin  səbəb  olduğu  fəlakətlərin  baş  vermə  riski  və  s.  Təbii  vəsaitlərdən 

səmərəsiz istifadə və texnogen sivilizasiyanın məsarifləri  ilə  əlaqədar həya- 

ti balansların pisləşməsi problemləri, hüquqi mühafizəsizliyin artması, ekst- 

remizm,  despotizm,  terrorizm və  zorakılığın müxtəlif tipləri,  insanların  so- 

sial  bərabərsizliyinin  artması,  varlılar və yoxsullar  arasındakı  fərqin  böyü- 

məsi,  aclıq  və  xəstəliklər,  cəmdə,  törənə  biləcək  bərpa  olunmaz  dağıdıcı 

proseslərlə  ağırlaşır.

“Sosial  darvinizm”  təhlükəsi  haqqında  danışaraq,  E.  Laslo  diqqəti  ona 

yönəldir ki,  Darvinin təbii  seçmə nəzəriyyəsinin insan cəmiyyətinə proyek- 

siyası  “varlılarla  yoxsullar  arasındakı  fərqi  böyüdür,  hakimiyyəti  və  var- 

dövləti  korporasiya rəhbərləri  və  beynəlxalq maliyyəçilərin  əlində  cəmləş- 

dirir, bu da dövlətləri və bütöv xalqları müştərilərə və istehlakçılara çevirir”. 

Həqiqətən  bu  ziddiyyətli  problemin  insanın  xoş  məramını  nəzərdə  tutan 

həlli  vardır.  Siyasi  və  iqtisadi  hakimiyyət  özündə  yüksək  intellektual  və 

mənəvi mədəniyyəti,  şüurlu eqoizmlə  altruizmin balansını birləşdirən “Ho- 

mo  cultural”  -  yüksək  mədəniyyətli  insanlara məxsus  olmalıdır.  Biz  dərin- 

dən inanırıq ki,  cəmiyyətdə  ”ən güclü” olan  - bu,  keyfiyyətləri “mədəni  in- 

san formulu”nda təsvir olunaraq oxucunun diqqətinə  çatdırılan yüksək mə-

Fuad Məmmədov

76



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə