Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə36/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   32   33   34   35   36   37   38   39   ...   327

İdarəetmə mədəniyyəti

dəniyyətli  insandır.  Bəşəriyyətin xilasının  açarı  məhz  burada  qorunur.  Bu- 

nun  üçün yalnız  yüksək  eqoizmdən  imtina  edərək,  şüurumuzu  pozitiv  də- 

yişmək  lazımdır  ki,  burada  mədəniyyətlərin  harmoniyasına  və  maraqların 

balansına əsaslanan, məhsuldar həyat fəaliyyəti üçün əlverişli mühit forma- 

laşdıran, razılaşdırılmış və müxtəlif ölkələrin konkret şəraitlərinə uyğunlaş- 

dırılan beynəlxalq kulturoloji təhsil və maarif həlledici rol oynaya bilər.  İn- 

sanın  xoşbəxtlik  açarının  pulda  deyil,  yüksək  insani  mədəniyyətdə  olması 

tezisi  bir  çox  alimlər,  həmçinin,  Devid  Mayerson  tərəfindən  ifadə  edilmiş 

“göylərdə süzən rifah və qəlbin cılızlaşması sindromu” ilə də təsdiq olunur.

Müasir  dünya  birliyinin  qeyri-sabitliyini  təhlil  edən  E.Laslo,  sistemlər 

nəzəriyyəsinə istinad edərək,  ona havanı proqnozlaşdırılması  sənətində isti- 

fadə edilən “kəpənək effektinin” tətbiq edilməsini mümkün hesab edir.  Ya- 

radıcı  təşəbbüsləri  və  insanın  fəaliyyətini  “titrəyişlər”  kimi  nəzərdən  keçi- 

rən alim deyir ki, elə kreativ “titrəyişlər” yaratmaq olar ki,  o,  insanları xaos 

nöqtəsindən  sülhə  və  həyati  sabitliyi  saxlamağa  yönəltməyə  qadir  olsun. 

Professor deyir:  “Əgər biz əlimizdə necə  bir qüvvənin olduğunu dərk etsək 

və  onu təyinatı üzrə  sərf etmək üçün bizdə  lazımi  qədər istək və müdriklik 

olsa,  biz  öz  taleyimizin  sahibi  olarıq”.  Şüurun təkamülünün müasir  inkişa- 

fın həlledici  amili olduğunu qeyd edərək,  E.Laslo, yeni təfəkkür tərzi  sayə- 

sində insanların iradəsini  səfərbər edən və yaradıcı qüvvələrin yeni yüksəli- 

şini  təyin  edən,  daha  adekvat  dəyərlərlə  və  daha  inkişaf  etmiş  şüurla, 

2020-ci ildə bəşəriyyətdə yeni era başlayacağı haqqında nikbin proqnoz ve- 

rir.


Fikrimizcə, bu məsələnin həlli iki şərtin olmasını tələb edir:  1) universal 

kulturoloji  biliklərə  malik  və  yeni  idarəetmə  texnologiyalarına  yiyələnmiş 

idarəçilər -  “ceneralistlər”;  2)  effektiv  sosial terapiyaya,  destruktiv  proses- 

ləri  və  tendensiyaları  aradan  qaldıra  bilən,  yeni  və  daha  həyat  qabiliyyətli 

sivilizasiyanın qurulmasına qadir olan sağlam və əlverişli beynəlxalq mədə- 

ni mühit.

Beynəlxalq idarəçiliyin təkmilləşdirilməsi  prosesinə yardım məqsədi  ilə 

görkəmli  alim və ictimai xadimləri birləşdirən “Simurq” Azərbaycan mədə- 

niyyət Assosiasiyası  tərəfindən  XX  əsrin  90-cı  illərinin  əvvəllərində  BMT 

nəzdində  Beynəlxalq  Dünya  Mədəniyyəti  Şurasının  və  Beynəlxalq  Dünya 

Mədəniyyəti  Universitetinin yaradılmasını  nəzərdə  tutan  beynəlxalq  idarə- 

etmə modeli hazırlanmış və müzakirəyə verilmişdir.  1995-ci  ildə bu model 

BMT-nin  Azərbaycandakı  nümayəndəliyi,  Azərbaycana  təyin  edilmiş  bir 

sıra  xarici  ölkə  səfirlikləri  və  beynəlxalq  təşkilatlar,  həmçinin  görkəmli 

Azərbaycan  alimləri,  respublikanın  ziyalı  və  ruhani  nümayəndələri  tərəfin- 

dən bəyənilmişdir.  Mədəniyyət anlamına bizim yanaşmamızın düzgünlüyü, 

öz prinsiplərinə görə, dünyanın bütövlüyü anlamına yaxınlığı, insanların ət-

77



raf aləm haqqındakı təsəvvüründə inqilabi dəyişikliklər etmiş kvant fizikası 

sahəsindəki  kəşflərlə  sıx bağlı  olan  xolizm  fəlsəfəsi  ilə  təsdiqlənir.  Mədə- 

niyyəti  bütöv  sosial  sistem  kimi  nəzərdən  keçirən,  tərəfimizdən  seçilmiş 

metodologiya və sistemli kulturoloji təhlil - hərəkətverici qüvvələrə, ümumi 

və  spesifik inkişaf qanunauyğunluqlarına malik,  insanın həyat fəaliyyətinin 

müxtəlif qarşılıqlı  əlaqəli  sahələrindən  ibarət  bütöv  sistem  kimi  mədəniy- 

yətdə ümumi və xüsusi olanı daha yaxşı tərzdə öyrənməyə imkan verir.

Qərb  ölkələrində idarəetmə elmi haqqında

İdarəçilik elmi  idarəetmə  mədəniyyətinin  bir hissəsi  kimi,  həm  dövlətin 

strateji  məqsədlərinin  qoyuluşu,  həm  də  onlara  nail  olmanın  daha  effektiv 

yollarını  və  texnologiyalarını  özündə  əks  etdirir.  O,  dünya mədəniyyəti  və 

sivilizasiyasının inkişafındakı dəyişikliklərlə  şərtlənən idarəçiliyin, həm  sa- 

bit,  həm  də  dəyişən kəmiyyətlərini  öyrənir və təkmilləşdirir.  Buna  görə  də 

müasir  idarəetmə  elmini  universal  kulturoloji  biliklər olmadan təsəvvür  et- 

mək çətindir.  Kulturologiya kimi,  o  da inteqral xarakter daşıyaraq,  idarəçi- 

dən  tarix,  fəlsəfə,  psixologiya,  sosiologiya,  hüquq,  iqtisadiyyat,  riyaziyyat, 

fizika, politologiya, konfliktologiya, futurologiya və bir çox başqa elmi isti- 

qamətlərlə bağlı sistemli biliklər tələb edir.  Kulturologiyaya xas olan analiz 

və sintez, induksiya və deduksiya, müqayisə və ümumiləşdirmə, hadisələrin, 

faktların və proseslərin onların birgə və qarşılıqlı asılılıqda tədqiqi də, həm- 

çinin dövlət idarəçiliyi  elminin tədqiqat vasitələri  və  alətləri  arsenalını  təş- 

kil edir.  Bütöv  idarəetmə  sistemini təşkil  edən konkret mexanizmlər,  əlaqə- 

lər,  qanunauyğunluq və  tendensiyaların  inkişafının  təhlili  ilə  şərtlənən  sis- 

temli kulturoloji yanaşma -  idarəetmə  effektivliyinin  qiymətləndirilməsinin 

metodoloji prinsipləri  və meyarlarının işlənib hazırlanmasını nəzərdə tutur. 

Biliklər, texnologiyalar, idarəetmə üslubu,  qərarlar, nəticələr,  şəxsiyyət mə- 

dəniyyəti, təşkilati mədəniyyət, məqsədlər,  elmi prinsiplər, fəaliyyət sahəsi, 

münasibətlər,  təşkilati  struktur,  vəsait təminatı  və  başqaları  belə  yanaşma- 

nın “təhlil vahidləri” kimi çıxış edirlər.

İdarəetmə  elmi  dünya  mədəniyyəti  və  sivilizasiyasının  transformasiya 

olunan məqsədlərə və vəzifələrə,  dialektik dəyişikliklərə uyğun daimi inki- 

şaf prosesindədir.  O:  dövlətin, idarə və sosial qrupun məqsədlərə nail olma- 

sı üçün  etmək lazımdır,  nə  üçün  etmək  lazımdır,  hansı  nəticələri  gözlə- 

mək olar,  etibarlı gələcəyi necə  qurmaq olar -  suallarına cavab verir.  O,  in- 

novativ  effektiv  inkişaf yollarının kulturoloji  axtarışı,  bütün  idarəçilik  fəa- 

liyyəti  səviyyələrində  idarəetmə  vasitələrinin  təkmilləşdirilməsinin  yeni 

kulturoloji metodlarının  işlənib hazırlanması,  düzgün  siyasi,  iqtisadi,  sosial 

və  beynəlxalq  qərarların  tərtib  edilməsi  məqsədini  qarşıya  qoyur.  Burada

Fuad Məmmədov

78



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə