Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə39/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   35   36   37   38   39   40   41   42   ...   327

İdarəetmə mədəniyyəti

nöqteyi-nəzərindən,  qərarların  qəbul  edilməsi  prosesinin  həyata  keçirilmə- 

sinə  təsir  göstərə  bilən  bütün  amillərin  -  zaman,  resurs,  motivasiya,  ətraf 

mühitin  dəyişməsi  və  s.  hesaba  alınmasını  nəzərdə  tutur.  Bununla bərabər, 

sistemli yanaşma idarəçiliyin funksiya və effektivliyinə təsir göstərən bir sı- 

ra əsas elementləri və dəyişən sistemləri diqqətdən kənarda qoymuşdur.

XX əsrin 70-ci illərində elmin konkret situasiya və  şəraitlərə birbaşa tət- 

biqi  imkanlarının istifadəsinə  əsaslanan dövlət idarəçiliyinə yeni  “situasiya 



yanaşması”  işlənib  hazırlandı.  Əsasını  Piter  Çeklandın  “yumşaq təfəkkür” 

sisteminin  və  Lütfi  Zadənin  qeyri-səlis  məntiq nəzəriyyəsinin  təşkil  etdiyi 

bu yanaşmanın mahiyyəti  -  təşkilatın və ya idarəçilik  sisteminin  fəaliyyəti- 

nin effektivliyinə təsir göstərən daim dəyişən siyasi, sosial, iqtisadi, ekoloji, 

zaman  və  digər  amillərin  təhlili  əsasında  idarəçilik  qərarlarının  korrektə 

edilməsindədir.  İdarəetmə  vəzifələri  və  qərarlarının  situativ  təhlili  -  elmi 

metodun  seçilməsini,  qəbul  edilmiş  qərarın  müsbət  və  mənfi  nəticələrinin 

qiymətləndirilməsini, prosesin amillərinin və effektinin düzgün interpretasi- 

yasını,  qoyulmuş məqsədlərə nail olmağı təmin edən daha səmərəli üsullar- 

dan  istifadə  bacarığını  nəzərdə  tutur. “Situasiya yanaşması ” konkret  şərait- 

də  idarəetmə  prosesinin inkişafını müəyyən edən və  onun təkamülünə təsir 

göstərən  situativ  dəyişənlərin  əsas  daxili  və  xarici  növlərini  təyin  etməyə 

imkan  verdi.  Daxili  dəyişənlər  -   məqsəd,  vəzifə,  struktur,  texnologiya  və 

kollektivdir.  Xarici  dəyişənlər -  siyasi proses,  elmi-texniki tərəqqi,  iqtisadi 

inkişaf, sosial-mədəni dəyişikliklər, qrup maraqlarının təsiridir.

Lakin təcrübə  göstərdi ki, kiçik qrupların təhlili üçün bihevioristlərin is- 

tifadə  etdikləri  sosiometriya  prinsipləri  dövlət  idarəçiliyinin  makrososial 

mühitini  təşkil  edən ictimai  inkişaf prosesinin bütövlükdə  dərk edilməsi üçün 

effektiv deyil. Bu, idarəetməyə yeni: “postbiheviorizm”,  "modernizm”,  “struk- 

tur funksionalizm”  amerikan  yanaşmalarını  yaratdı.  “Postbihevioralizm” 

demokratiyanın  başlıca  prinsiplərini  saxlamaqla,  onun  aktual  sosial-siyasi 

dəyərləri  kontekstində,  dövlət  inzibatçılığında  lazımi  dəyişikliklərin  müm- 

künlüyünü elan etdi.  Öz bilikləri və fəaliyyətlərinin cəmiyyətin inkişafı ma- 

raqlarında  tətbiqi  üçün  alimlərin  məsuliyyəti  xüsusi  olaraq  qeyd  edilirdi. 

“Modernizm”  “biheviorizmin”  məhdudluğunu,  inzibati-dövlət  idarəçiliyi 

institutlarının  öyrənilməsinə  əsaslanan institusional yanaşma ilə tamamlan- 

ma  hesabına  aradan  qaldırmağa  istinad  edirdi.  Bununla  bərabər  “moder- 

nizm” kibernetikanın, fizika və riyaziyyatın faktor təhlili, konten-təhlil, ver- 

bal abtrakt modellər, oyunlar nəzəriyyəsi və digər nəzəri və empirik metod- 

larından  geniş  istifadə  edirdi.  “Modernizmin”  nünayəndəsi  D.Springer  öz 

diqqətini struktur,  mədəniyyət və münasibətlər kimi  institusional təzahürlə- 

rin  birgə  təhlilinin  zəruriliyinə yönəltdi.  Keçən  əsrin  50-ci  illərinin  ortala- 

rından ABŞ-ın idarəçilik elmində,  dövlət idarəçiliyi  sistemində  inteqrasiya-

83



ya  və  sosial  stabilliyə  yardım  edən  və  ya  ona  mane  olan  amillərə  diqqəti 

mərkəzləşdirən  “struktur funksionalizm”  (D.İston,  Q.Almond,  T.Parsons) 

geniş yayıldı.  Bu konsepsiya daxilində  T.  Parsons  iki -  “bölgü” və  “birləş- 

m ə”  prinsipini  formalaşdırdı.  “Bölgü”  prinsipnə  aşağıdakılar  aid  edildi: 

vəsaitlər” (nəqliyyat, yaşayış  evi,  maddi rifah,  pul və hakimiyyət də daxil 

olmaqla  istehsal  vasitələri),  “personal”  (dövlət  qulluqçularının  təlimi,  se- 

çilməsi  və  təyinatı)  və  “mükafatlar”.  Birləşmə  prinsipi  vəsaitlərin bölüşdü- 

rülməsi  keyfiyyəti  kontekstində  nəzərdən  keçirilirdi.  Bütövlükdə  “struktur 

funksionalizm ”  öz  məhsuldarlığını  yalnız  cəmiyyətin  sosial-siyasi  sabitliyi 

şəraitində göstərən qismən mücərrəd yanaşma kimi qiymətləndirilirdi.

ABŞ-ın  inzibati-dövlət idarəçiliyinin müasir nəzəriyyəsində  dövlət inzi- 

batçılığı  sistemində  fəaliyyətin  effektivliyinin  yüksəldilməsini  nəzərdə  tu- 

tan  innovativ  xarakterli  “mütəşəkkil  inkişaf  konsepsiyası”  (A.Maslou, 

D.Mak-Qreqor,  R.Laykert)  mühüm yer tutur.  Burada:  struktur dəyişikliklə- 

rin hesaba  alınması,  sistemin  ətraf aləmdə  baş  verən  dəyişikliklərə  düzgün 

qiymət verməsi  və  tez  üyğunlaşması,  həmçinin  ən yeni  idarəetmə  nəzəriy- 

yəsi və praktikasının nailiyyətlərindən istifadə  şərt kimi çıxış  edir.  Bu kon- 

sepsiyada ideal  idarəetmə  strukturunun modeli  kimi,  “Canlı  orqanizm  mo- 



deli”  yeni  idarəetmə  məqsədlərinə  uyğunlaşmaq bacarığını,  həmrəylıyi  və 

dəyişiklikləri, idarəetmə  qabiliyyətini, obyektiv ziddiyyətləri həll etmək ba- 

carığını, habelə əməkdaşların özünü reallaşdırması üçün şəraitin yaradılma- 

sını  nəzərdə  tutur.  Bu  yanaşmanın  mühüm  vasitələri  -  ən  yeni  idarəetmə 

texnologiyalarına öyrədilmə, mədəniyyətlərin harmonizasiyası və əməkdaş- 

ların  mədəni  dəyərlər  sisteminə  təsiri  əsasında  davranışın  tənzimlənməsi 

yolu ilə insan kapitalından istifadə effektivliyinin artırılmasıdır.

Birləşmiş  Krallıqda  dövlət  idarəçiliyinə  nisbətən  yeni  yanaşmalar  ara- 

sında,  yuxarıda  adı  çəkilən,  Piter  Çekland  tərəfindən  işlənib  hazırlanmış 

“yumşaq  təfəkkür ” sistemi  daha böyük nüfuza malikdir.  Bu  sistem konkret 

vəziyyətlərdə müxtəlif baxışların təhlili və onların qanuniliyinin müzakirəsi 

yolu ilə idarəetmə prosesləri strukturunun tərtibinin demokratikliyini nəzər- 

də  tutur.  Bu yanaşmanın özülündə  mümkün  qədər daha çox nöqteyi-nəzər- 

lərdən görmə əsasında tamlıq ideyası durur.  P.  Çekland idarəetmə problem- 

lərinin həllini konkret vəziyyətlərin daimi  öyrənilməsi zərurəti  ilə, kollekti- 

vin ona uyğunlaşması və  idarəetmə  fəaliyyəti perspektivlərinin  formalaşdı- 

rılaşdırılması ilə  şərtlənən fasiləsiz idrak prosesi kimi nəzərdən keçirir.  İda- 

rəetmədə  “yumşaq  təfəkkürə”  yaxın,  idarəetmə  sisteminin  yüksək  uyğun- 

laşma  səviyyəsini  ifadə  edən,  onun tərəfindən “tarazlaşdıran  sistem”  anla- 

yışı daxil edilmiş  S.Bierin “mütəşəkkil kibernetika” yanaşmasıdır.  O, xarici 

mühitin tələbləri və  daxili  funksiyalar  arasındakı harmoniya hesabına onun 

həyat fəaliyyətini təmin edən balans  strategiyası əsasında qurulur.  Belə  sis-

Fuad Məmmədov

84



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə