İdarəetmə mədəniyyəti
qeyri-müəyyənlik tam sosial sistem olan mədəniyyətdə də, amma daha bö-
yük miqyaslarda mövcuddur. Burada qeyri-müəyyənlik amilləri qismində,
ayrı-ayrı insanlarda müxtəlif olan əhval-ruhiyyə, enerji, xarakter, bilik, ira-
də və sosial, habelə təbii şəraitdən asılı olaraq dəyişə bilən insanın digər
mədəniyyət göstəriciləri çıxış edə bilər.
Kollektiv və cəmiyyət səviyyəsində qeyri-müəyyənlik daha çox artır, bu
da insanların idarə edilməsi mürəkkəbliyini göstərir. Bir çox dəyişən kə-
miyyətlər kimi, böyük kollektiv və sosial qrupların davranışını proqnozlaş-
dırmaq çətin məsələ olur. Əgər bu problemə “insanın davranışı onun mədə-
niyyətinin dəyişməsi ilə dəyişilir” formulunu müəyyənləşdirən L.A. Uaytın
prizmasından yanaşsaq, onda cəmiyyətdə və kollektivdə yüksək ruhi mədə-
niyyətin formalaşmasının nə qədər vacib olduğu aydın olur ki, onun norma-
larına sadiqlik, konkret situasiyalarda insanların davranışının proqnozlaşdı-
rılması və əvvəlcədən xəbər verilməsi imkanlarını genişləndirir. Bu, xüsusi-
lə, əgər insan kapitalının və ictimai əməyin məhsuldarlığının artmasının
əsasını təşkil edən intellektual mədəniyyət ilk olaraq inkişaf etdirilərsə,
dövlətin sosial- mədəni inkişafının böyük ehtiyatıdır, çünki maddi rifah is-
tehsalçılarının başlıca mənbəyi intellektdədir.
Dövlət idarəçiliyi proseslərinin təkmilləşdirilməsi maraqlarını nəzərə
alaraq, müəllif tərəfindən innovativ effektiv idarəetmə modelinin qurulma-
sına imkan verən “kulturoloji piramida”10 universal metodu hazırlanmışdır.
Bu, universal biliklərə, düzgün anlama və yaradıcılıq fəaliyyətinin səmərəli
istifadəsi və cəmiyyətin və dövlətin layiqli gələcəyinin qurulmasının effek-
tiv idarə edilməsi üçün yeni imkanlar açan texnologiyalara aparan, üçsəviy-
yəli, çoxpilləli “kulturologiya piramidası”dır. O, tərəfimizdən təklif olunan
bir sıra metodoloji prinsiplərin və ifadə edilən baza kulturoloji anlayışların
və kateqoriyaların istifadəsini nəzərdə tutur. Metodoloji prinsiplərə: məntiq,
tarixilik prinsipi və dialektika aiddir. Baza anlayışlarına: mədəniyyətin elmi
anlamı, mədəniyyətin bütöv sosial sistem kimi başa düşülməsi, mədəni in-
san formulu, mədəniyyətin inkişafının obyektiv tarixi amilləri, sosial-mədə-
ni tərəqqi formulu, mədəniyyətin effektivlik formulu, istehsalın effektivlik
formulu, idarəetmənin effektivlik formulu və nəhayət, kulturoloji piramida-
nın üç: öyrənmə, dərk etmə, və yaratma səviyyəsinin anlaşılmasını nəzərdə
tutan yaradıcılıq formulunu ehtimal edir. Öyrənilən obyektin sistemli kultu-
roloji təhlili məqsədilə tərəfimizdən, mürəkkəb və sistemyaradıcı dövlət
idarəçiliyi problemlərinin düzgün və daha səmərəli həllinin hazırlanması və
əsaslandırılması üçün 12 tədqiqat metodu məcmusu təklif edilmişdir.11
10 Bax. bölmə: “Kulturoloji piramida” universal metodu
11 Bax. bölmə: M ədəniyyətin əsas tədqiqat metodları və prinsipləri
89
Bu metodların birgə istifadə edilməsi dövlət qərarlarının qəbul edilməsi
və həyata keçirilməsi proseslərində yarana bilən sabit və dəyişən kəmiyyət-
ləri, real situasiya amillərini və qarşılıqlı əlaqələrini nəzərə alan optimal, ta-
razlaşdırılmış idarəetmə modelinin qurulmasına imkan verir. Universal kul-
turoloji model çərçivəsində rəhbərə, - konkret şəraitlərə operativ reaksiya
verərək və mövcud qeyri-müəyyənliklərin xarakterini öyrənərək, dəyişən
situasiyanın tələblərinə hansı idarəetmə strukturları və metodlarının daha
çox cavab verəcəyini, hansı idarəetmə innovasiyalarının təşkilatın və ya
dövlətin effektivliyini və rəqabət qabiliyyətini təmin edə biləcəyini perma-
nent müəyyən etməyə imkan verən situativ təhlil xüsusi yer tutur. Müvəffə-
qiyyət, situasiyanın obyektiv şərhi, əsas daxili və xarici “situativ dəyişənlə-
rin”, qoyulmuş məsələnin həlli üçün vacib, məntiqi cəhətdən nöqsansız və
effektiv (verilmiş şəraitdə) olan tədqiqat metodlarının düzgün seçimi, qəbul
ediləcək qərarların ehtimal edilən nəticələrini qabaqcadan görmək bacarığı
ilə müəyyən edilir. Daxili dəyişənlərə - idarəetmə sisteminin məqsədləri,
vəzifələri, strukturu, texnologiyaları, əməkdaşları aiddir. Xarici dəyişənlərə -
siyasi proses, iqtisadiyyatın vəziyyəti, elmi-texniki tərəqqi, sosial-mədəni
dəyişikliklər, qrup maraqlarının təsiri aiddir.
Müəllif tərəfindən təklif edilən kulturoloji model, idarəetmə texnologi-
yalarının təkmilləşdirilməsinin institusional və bihevioral konsepsiyalarının
üstünlüklərini özündə birləşdirən, Qərb ölkələri və Rusiyanın dövlət idarə-
çiliyinin əsas konsepsiyalarının elmi və praktik dəyərinin qəbul edilməsi,
universal yanaşma yaradılması məqsədilə onların nailiyyətlərinin analizi və
sintezi əsasında qurulmuşdur. O, insan fəaliyyətinin strateji sahəsi kimi,
cəmdə idarəetmə prosesini səciyyələndirən amillərin spektrlərinin tədqiq
edilməsi imkanını verir. Model bir çox sosioloq, politoloq, psixoloq, iqti-
sadçılar və əsərləri dövlət idarəçiliyi problemlərinə həsr edilmiş digər mütə-
xəssislərin elmi nailiyyətlərini özündə birləşdirir. Bu sistemli kulturoloji
yanaşma, effektiv qərarlar üçün zəruri olan problemlərin mahiyyətini ob-
yektiv aşkarlamağa, daha uğurlu metodları və konsepsiyaları birləşdirməyə,
elmi əsaslandırılmış nəticələri ifadə etməyə imkan verir. Tərəfimizdən ilk
dəfə irəli sürülən, triada kimi yaradıcı prosesi, onun nəticələri və texnologi-
yalarını özündə birləşdirən mədəniyyətin elmi anlamı konsepsiyası - mədə-
niyyət fenomeninə yeni yanaşmadır. O bütövlükdə mədəniyyəti yalnız təd-
qiq etmək deyil, həm də onun ayrı-ayrı sosial institutlarını təhlil etmək və
modelləşdirməyə imkan verən məntiqi metod kimi istifadə oluna bilər.
“Kulturoloji piramidanın” universal metodları ilə birləşmədə mədəniyyətin
elmi anlamı - siyasətdə, iqtisadiyyatda, elm, təhsil, hüquq, beynəlxalq əla-
qələr və sosial-mədəni fəaliyyətin digər sahələrində, bu institutların effektiv
idarə edilməsi üçün yeni imkanlar açaraq, inkişafın mahyyətinin, xüsusiy-
Fuad Məmmədov
90