Fuad Məmmədov
Kiçik Asiya, Aralıq dənizi, Ərəbistan,
Yaxın və Orta Şərq dövlətləri
Avropa və Asiya materikləri arasında aralıq mövqe tutan, Kiçik Asiya
ərazisində öz dövlətlərini yaradan hetlər, hürritlər, frigiyalılar, lidiyalılar və
digər xalqlar bir çox cəhətdən Şumer-Mesopotamiya və Misir mədəni eta-
lonlarını mənimsəmişdilər, amma öz xüsusiyyətlərinə də malik idilər. B.e.ə.
II minillikdə Qədim Het şahlığı zamanı şahlar idarəetməni - əyanlara, xalq
yığıncaqlarına və müntəzəm olaraq "pankus" yığıncağına toplaşan xalq yığ-
ma qoşununa arxalanaraq, həyata keçirirdilər. Aralarında şahın ailə üzvləri-
nin xüsusi rol oynadığı əyanlar, “tuliya” adlanan zadəganlar şurası yarat-
mışdılar. Şura xalq yığıncağının işinə də əhəmiyyətli dərəcədə rəhbərlik
edirdi. Tuliyada birləşən Het aristokratiyası padşahın hakimiyyətini məh-
dudlaşdırırdı. Het hüququna əsasən, əhali iki kateqoriyaya bölünürdü: zadə-
gan nümayəndələrinin, şah əyanlarının, kahinlərin və iri mülkədarların aid
edildiyi azad insanlar və qeyri-azad statuslu insanlar - vergi ödəyən əhali.
Dövlət strukturunun boşluğu və tez-tez baş verən sülalə münaqişələri güclü
monarxiya hakimiyyətinin yaradılmasına mane olurdu. Yeni Het dövründə
mixi mətnlərdə ilahiləşdirilmiş hökmdar “Günəş” adlandırılsa da, mərkəz-
dənqaçma qüvvələrinin üstünlüyü b.e.ə. XIII -XII əsrlərin hüdudunda Het
dövlətinin süqutuna gətirib çıxardı.
B.e.ə. X əsrin əvvəlində mərkəzləşdirilmiş yəhudi monarxiyası siyasəti
yürüdən David şahın kültü yaradılmış Fələstində əks mənzərə müşahidə
olunurdu. Dövləti idarə etmək üçün ali əyanın başçılıq etdiyi mərkəzi döv-
lət aparatı təşkil edilmişdi. Hökmdarın yanında şəxsən ona sadiq muzdlu-
lardan ibatət qvardiya yaradılmışdı. Davidin oğlu Solomonun idarəçiliyində
İsrail-Yəhudi çarlığı 12 dairəyə bölünmüş və şah ailəsinin xeyrinə əmək
mükəlləfiyyəti tətbiq edilmişdi. Əmtəə münasibətlərinin inkişafı və şəxsi
mülkiyyətin meydana çıxması sosial inkişaf proseslərini idarəetmə sistemi-
nin mürəkkəbləşməsinə səbəb olurdu. İdarəetməni qaydaya salmaq məqsə-
dilə b.e.ə. VIII-VI əsrlərdə Yəhudi çarlığının azad əhalisi dörd silkə bölün-
dü. Birincini kübar aristokratiya (əyanlar və knyazlar) təşkil edirdi. İkincini -
ruhani aristokratiyası (kahinlər və gələcəyi peşəkar xəbər verənlər). Üçün-
cünü - “torpaq xalqı” - icma nadellərinə malik, yığma qoşunda xidmət et-
məyə və vergiləri ödəməyə borclu olan azad əhalinin əsas kütləsi. Dördün-
cünü - hüquqlarda məhdud əcnəbilər (gəlmələr və mühacirlər).
Müqayisəli kulturoloji təhlil baxımından, Finikiya dövlətinin mədəniy-
yəti müəyyən maraq doğurur. Dünya mədəniyyətində finikiyalıların tarixi
rolunu, hər şeydən əvvəl, hələ b.e.ə. II minillikdə onlar tərəfindən icad edil-
miş və demək olar ki, dünyanın bütün məlum əlifbalarının əsasını təşkil
128
İdarəetmə mədəniyyəti
edən ilk əlifba ilə əlaqələndirmək qəbul edilmişdir. Finikiya idarəetmə mə-
dəniyyəti üçün - b.e.ə. IX əsrdə Tirdən olan finikiyalılar tərəfindən yaradıl-
mış Karfagenin (Yeni şəhər) - Şimali Afrikada yeni dövlət təcrübəsi xarak-
terikdir. B.e.ə. V əsrin ikinci yarısı - III əsrin ortalarında Karfagen Aralıq
dənizinin qərb hissəsində ən qüdrətli və bütün Aralıq dənizi boyunca ən iri
dövlət idi. Ölkənin siyasi qüdrətinin əsası - oliqarxiyanın yüksək inkişaf et-
miş iqtisadiyyatı, dinamik sosial struktur və sabit siyasi sistem idi. Oliqar-
xiya tendensiyaları, adətən, şah hakimiyyətinin təsirini məhdudlaşdıran iri
ticarətçilər və quldarların olduğu ölkələrdə üstünlük təşkil edirdi. Oliqarxi-
ya, siyasi quruluş kimi, varlı karfagen ailələrinin nisbətən məhdud qrupları-
nın maraqlarını ifadə edirdi. Dövlət idarəçiliyi, başında iki sufetin - bir il
müddətinə seçilmiş ali vəzifəli və ali vətəndaş hakimiyyətinə malik simala-
rın durduğu çoxkomponentli strukturu təşkil edirdi. Bütün dövlət işləri 30-
lar Şurası və 300 üzvün, - öz sıralarına başqa sosial qrup nümayəndələrinin
buraxılmasını məhdudlaşdıran ən zəngin və kübar ailələrin nümayəndələri-
nin daxil olduğu Ağsaqqallar surasında həll edilirdi. Vaxtaşırı olaraq, döv-
lətin siyasi sistemində əhəmiyyətsiz rol oynayan xalq yığıncağı çağırılırdı.
Ali nəzarət orqanı - hakimlik funksiyalarının məxsus olduğu 104-lərin Şu-
rası idi. Karfagen oliqarxiyası, hər hansı bir zadəgan ailəsi tərəfindən haki-
miyyətin tam ələ keçirilməsi və onun təfəfindən tiraniya formasında təkba-
şına idarəetmə yaradılmasının vaxtında qarşısını almaq üçün hakimiyyət
balansına nəzarət edirdi.
Qədim Ərəb ölkələrinin dövlətçilik mədəniyyətinin formalaşması xüsu-
siyyətləri onların coğrafi baxımdan Misir və Mesopotamiya kimi Qədim
Şərq sivilizasiya mərkəzlərindən təcrid olunması ilə şərtlənirdi. Ərəbistanın
istehsal qüvvələrinin inkişafı və ilkin sinfi cəmiyyətin formalaşması prose-
si, ərəb tayfaları arasında kahinlərin və tacirlərin meydana çıxması, b.e.ə. II
minilliyin axırı - I minilliyin əvvəlində dövlətlərin əmələ gəlməsinə və ərəb
sivilizasiyasının yaranmasına gətirib çıxardı. Qədim ərəb sivilizasiyasının
mühüm nailiyyəti yazının əlifba sisteminin yaradılması idi. Cənubi ərəb
əlifbası başlanğıcını ya finikiya, ya da protosinay əlifbasından götürür. Şi-
mal-qərbi ərəb nəbati əlifba yazısı özünün, finikiya əlifbasına gedib çıxan
aramey prototipinə malik idi. B.e.ə. II minilliyə aid olan daha məşhur maddi
mədəniyyət abidələri - Mərib bəndi (Yəmən), Katabanın paytaxtı Timna, Nə-
batey şahlığının paytaxtı Petra və başqalarıdır. Main, Kabatan, Ausan, Hadra-
mut, Səba və Himyərit şahlıqlarından ibarət Qədim Yəmən sivilizasiyasının
əmələ gəlməsi b.e.ə. IX-VIII əsrlərə aiddir, lakin artıq b.e.ə. I minilliyin əvvə-
lində ticarət yollarının dəyişməsi, mühitin pisləşməsi və irriqasiya qurğularının
tədricən dağılması nəticəsində cənubi ərəb dövlətləri tənəzzülə uğradı.
129