Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə61/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   57   58   59   60   61   62   63   64   ...   327

Fuad Məmmədov

Kiçik Asiya, Aralıq dənizi, Ərəbistan,

Yaxın və Orta Şərq dövlətləri

Avropa  və  Asiya  materikləri  arasında  aralıq  mövqe  tutan,  Kiçik  Asiya 

ərazisində öz dövlətlərini yaradan hetlər, hürritlər,  frigiyalılar, lidiyalılar və 

digər xalqlar bir  çox  cəhətdən  Şumer-Mesopotamiya və  Misir mədəni  eta- 

lonlarını mənimsəmişdilər,  amma öz xüsusiyyətlərinə də malik idilər.  B.e.ə.

II  minillikdə  Qədim  Het şahlığı  zamanı  şahlar idarəetməni  -  əyanlara,  xalq 

yığıncaqlarına və müntəzəm olaraq "pankus" yığıncağına toplaşan xalq yığ- 

ma qoşununa arxalanaraq, həyata keçirirdilər.  Aralarında şahın ailə üzvləri- 

nin  xüsusi  rol  oynadığı  əyanlar,  “tuliya”  adlanan  zadəganlar  şurası  yarat- 

mışdılar.  Şura  xalq  yığıncağının  işinə  də  əhəmiyyətli  dərəcədə  rəhbərlik 

edirdi.  Tuliyada  birləşən  Het  aristokratiyası  padşahın  hakimiyyətini  məh- 

dudlaşdırırdı.  Het hüququna əsasən, əhali iki kateqoriyaya bölünürdü:  zadə- 

gan nümayəndələrinin,  şah  əyanlarının,  kahinlərin  və  iri  mülkədarların  aid 

edildiyi  azad  insanlar və  qeyri-azad  statuslu  insanlar -  vergi  ödəyən  əhali. 

Dövlət strukturunun boşluğu və tez-tez baş verən sülalə münaqişələri güclü 

monarxiya hakimiyyətinin yaradılmasına mane  olurdu.  Yeni  Het dövründə 

mixi  mətnlərdə  ilahiləşdirilmiş  hökmdar  “Günəş”  adlandırılsa  da,  mərkəz- 

dənqaçma  qüvvələrinin  üstünlüyü  b.e.ə.  XIII  -XII  əsrlərin  hüdudunda  Het 

dövlətinin süqutuna gətirib çıxardı.

B.e.ə.  X  əsrin  əvvəlində  mərkəzləşdirilmiş  yəhudi  monarxiyası  siyasəti 

yürüdən  David  şahın  kültü  yaradılmış  Fələstində  əks  mənzərə  müşahidə 

olunurdu.  Dövləti  idarə  etmək üçün  ali  əyanın başçılıq etdiyi mərkəzi  döv- 

lət  aparatı  təşkil  edilmişdi.  Hökmdarın  yanında  şəxsən  ona  sadiq  muzdlu- 

lardan ibatət qvardiya yaradılmışdı.  Davidin oğlu Solomonun idarəçiliyində 

İsrail-Yəhudi  çarlığı  12  dairəyə  bölünmüş  və  şah  ailəsinin  xeyrinə  əmək 

mükəlləfiyyəti  tətbiq  edilmişdi.  Əmtəə  münasibətlərinin  inkişafı  və  şəxsi 

mülkiyyətin meydana çıxması  sosial  inkişaf proseslərini  idarəetmə  sistemi- 

nin mürəkkəbləşməsinə  səbəb  olurdu.  İdarəetməni  qaydaya  salmaq məqsə- 

dilə b.e.ə.  VIII-VI  əsrlərdə  Yəhudi  çarlığının azad əhalisi dörd  silkə bölün- 

dü.  Birincini kübar aristokratiya (əyanlar və knyazlar) təşkil edirdi.  İkincini - 

ruhani  aristokratiyası  (kahinlər və  gələcəyi  peşəkar xəbər verənlər).  Üçün- 

cünü  -  “torpaq xalqı” -  icma nadellərinə  malik,  yığma  qoşunda xidmət  et- 

məyə və vergiləri  ödəməyə borclu olan  azad əhalinin əsas kütləsi.  Dördün- 

cünü -  hüquqlarda məhdud əcnəbilər (gəlmələr və mühacirlər).

Müqayisəli  kulturoloji  təhlil  baxımından,  Finikiya  dövlətinin  mədəniy- 

yəti  müəyyən  maraq  doğurur.  Dünya  mədəniyyətində finikiyalıların  tarixi 

rolunu, hər şeydən əvvəl, hələ b.e.ə.  II minillikdə onlar tərəfindən icad edil- 

miş  və  demək  olar  ki,  dünyanın  bütün  məlum  əlifbalarının  əsasını  təşkil

128



İdarəetmə mədəniyyəti

edən ilk əlifba ilə  əlaqələndirmək  qəbul edilmişdir.  Finikiya idarəetmə mə- 

dəniyyəti üçün -  b.e.ə.  IX əsrdə Tirdən olan finikiyalılar tərəfindən yaradıl- 

mış  Karfagenin (Yeni  şəhər)  -  Şimali Afrikada yeni  dövlət təcrübəsi xarak- 

terikdir.  B.e.ə.  V  əsrin  ikinci yarısı  -   III  əsrin  ortalarında  Karfagen Aralıq 

dənizinin  qərb hissəsində  ən  qüdrətli və bütün Aralıq dənizi boyunca ən iri 

dövlət idi.  Ölkənin siyasi qüdrətinin əsası -  oliqarxiyanın yüksək inkişaf et- 

miş  iqtisadiyyatı,  dinamik  sosial  struktur və  sabit  siyasi  sistem  idi.  Oliqar- 

xiya  tendensiyaları,  adətən,  şah  hakimiyyətinin  təsirini  məhdudlaşdıran  iri 

ticarətçilər və  quldarların olduğu ölkələrdə  üstünlük təşkil  edirdi.  Oliqarxi- 

ya,  siyasi quruluş kimi, varlı karfagen ailələrinin nisbətən məhdud qrupları- 

nın  maraqlarını  ifadə  edirdi.  Dövlət  idarəçiliyi,  başında  iki  sufetin  -   bir  il 

müddətinə  seçilmiş  ali vəzifəli və  ali vətəndaş hakimiyyətinə malik simala- 

rın durduğu  çoxkomponentli  strukturu təşkil  edirdi.  Bütün  dövlət işləri  30- 

lar Şurası və  300 üzvün, -  öz sıralarına başqa sosial qrup nümayəndələrinin 

buraxılmasını məhdudlaşdıran ən zəngin və  kübar  ailələrin nümayəndələri- 

nin  daxil  olduğu Ağsaqqallar  surasında həll  edilirdi.  Vaxtaşırı  olaraq,  döv- 

lətin  siyasi  sistemində  əhəmiyyətsiz rol  oynayan xalq yığıncağı  çağırılırdı. 

Ali  nəzarət orqanı  -  hakimlik  funksiyalarının məxsus  olduğu  104-lərin  Şu- 

rası  idi.  Karfagen oliqarxiyası,  hər hansı bir zadəgan ailəsi tərəfindən haki- 

miyyətin tam  ələ keçirilməsi və onun təfəfindən tiraniya formasında təkba- 

şına  idarəetmə  yaradılmasının  vaxtında  qarşısını  almaq  üçün  hakimiyyət 

balansına nəzarət edirdi.

Qədim  Ərəb  ölkələrinin  dövlətçilik mədəniyyətinin  formalaşması  xüsu- 

siyyətləri  onların  coğrafi  baxımdan  Misir  və  Mesopotamiya  kimi  Qədim 

Şərq sivilizasiya mərkəzlərindən təcrid olunması ilə  şərtlənirdi.  Ərəbistanın 

istehsal  qüvvələrinin inkişafı və  ilkin  sinfi  cəmiyyətin  formalaşması prose- 

si,  ərəb tayfaları  arasında kahinlərin və tacirlərin meydana çıxması, b.e.ə.  II 

minilliyin axırı - I minilliyin əvvəlində dövlətlərin əmələ gəlməsinə və ərəb 

sivilizasiyasının  yaranmasına  gətirib  çıxardı.  Qədim  ərəb  sivilizasiyasının 

mühüm  nailiyyəti  yazının  əlifba  sisteminin  yaradılması  idi.  Cənubi  ərəb 

əlifbası  başlanğıcını ya  finikiya,  ya  da protosinay  əlifbasından  götürür.  Şi- 

mal-qərbi  ərəb  nəbati  əlifba yazısı  özünün,  finikiya  əlifbasına  gedib  çıxan 

aramey  prototipinə  malik idi.  B.e.ə.  II  minilliyə  aid  olan daha məşhur maddi 

mədəniyyət abidələri -  Mərib bəndi  (Yəmən),  Katabanın paytaxtı  Timna, Nə- 

batey  şahlığının paytaxtı Petra və başqalarıdır.  Main,  Kabatan, Ausan,  Hadra- 

mut,  Səba  və  Himyərit  şahlıqlarından  ibarət  Qədim  Yəmən  sivilizasiyasının 

əmələ gəlməsi b.e.ə.  IX-VIII əsrlərə  aiddir,  lakin artıq b.e.ə.  I minilliyin əvvə- 

lində ticarət yollarının dəyişməsi, mühitin pisləşməsi və irriqasiya qurğularının 

tədricən dağılması nəticəsində cənubi ərəb dövlətləri tənəzzülə uğradı.

129



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə