Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə57/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   53   54   55   56   57   58   59   60   ...   327

İstibdad  dövləti  başçısının xüsusi  mövqeyi  onunla  şərtlənirdi  ki,  hökm- 

dar  qanunverici,  icraçı  və məhkəmə  hakimiyyətinin tam hüquqlu daşıyıcısı 

hesab  edilirdi,  onun  şəxsiyyəti  isə  ilahiləşdirilirdi.  Bununla bərabər  Qədim 

Şərq ölkələrində,  xüsusən,  Qədim  Hindistanın bir  sıra dövlət  qurumlarında 

və  Finikiyanın  bəzi  şəhərlərində  dövlətçiliyin  qeyri-monarxiya  formasını 

təmsil edən “oliqarxiya respublikaları” mövcud idi.

Mədəni  inkişafın  qeyri-bərabərlik  qanununa  uyğun  olaraq,  Qədim  Şər- 

qin  ayrı-ayrı  ölkələri  sivilizasiyanın  müxtəlif pillələrinə  çatmışdılar.  Döv- 

lətçilik  mədəniyyəti  və  dövlət  idarəçiliyi  mədəniyyətində  -  Qədim  Misir, 

Şumer-Mesopotamiya sivilizasiyası, Finikiya, Het şahlığı,  Qədim Hindistan 

və Çin liderlik mövqeləri əldə etmişdilər.

Şumer-Mesopotamiya sivilizasiyası

Dünya  sivilizasiyası  və  şəhər  mədəniyyətinin  mühüm  mərkəzlərindən 

biri, əvvəli b.e.ə.  IV minilliyə aid olan Mesopotamiyadır.  Mesopotamiyanın 

etnogenezində  şumerlər,  akkadlar,  amoreylər, haldeylər,  subareylər, kutilər, 

lulubilər,  aşşurlar, hetlər, hürritlər, kaslar,  arameylər və bir çox digər etnos- 

lar iştirak  etmişlər.  Bu  sivilizasiyanın əsasını, yazını yaratmış  və  onu  insa- 

nın həyat fəaliyyətinin xidmətinə vermiş  şumerlər qoymuşdur.  Onların nai- 

liyyətləri  babilistanlılar  və  assuriyalılar tərəfindən  mənimsənilmiş  və  inki- 

şaf etdirilmişdir.  Şumer-Mesopotamiya sivilizasiyasında geniş riyazi,  astro- 

nomik və  coğrafi biliklər toplanmış,  kitabxanalar,  məktəblər,  muzeylər,  ar- 

xivlər,  zəngin  ədəbiyyat  və  incəsənət  abidələri,  dini  və  hərbi  institutlar, 

həmçinin digər ölkələrin və xalqların mədəniyyətinə təsir göstərmiş  dünya- 

nın elmi dərk edilməsi sistemləri, müxtəlif hüquqi sistemlər və dövlət idarə- 

çiliyi sistemləri yaradılmışdır.

Şumer-Mesopotamiya dövlətçiliyinin təşəkkülü və inkişaf tarixi haqqın- 

da hökmdarların  çoxsaylı  yazıları,  həmçinin  Eredu,  Ur,  Uruk,  Laqaş,  Nip- 

pur, Mari, Aşşur, Nineviya, Babilistan, Arrapxa və  s.  şəhərlərin dövlət, mə- 

bəd və  şəxsi  arxivlərindən tapılmış minlərlə  təsərrüfat,  hüquqi və  diploma- 

tik sənədlər danışırlar.  Onlar İkiçayarası ölkələrin qarışıq etnik tərkibi, siya- 

si  quruluşu,  dövlət  quruluşu  və  idarəetmə,  iqtisadi  və  sosial  münasibətlər, 

ailə mədəniyyəti, hüquq normaları,  dini baxışları və beynəlxalq münasibət- 

ləri haqqında təsəvvür yaradırlar.  Şumerin  qədim  şəhər-dövlətlərinin  siyasi 

quruluşu və hökmdarların idarəçiliyi haqqında məlumatlar  Şumer epik poe- 

malarında əks  olunmuşdur.  Çoxlu  sayda  inzibati  və  digər  sənədlər “hökm- 

dar siyahıları”,  “salnamələr”,  padşahların və onların canişinlərinin, məmur- 

ların,  sərkərdələrin,  kahinlərin  məktublarında  və  “limmu”  məmurlarının 

Assuriya siyahılarında saxlanılır.

Fuad Məmmədov

120



İdarəetmə mədəniyyəti

Mesopotamiyanın  dövlətçilik  mədəniyyəti  haqqında  məsələ  uzunmüddətli 

elmi diskussiya mövzusu olmuşdur.  Hələ XIX əsrin sonlarında Ed.Meyer tərə- 

findən “dövrilik nəzəriyyəsi” yaradılmışdır ki, ona uyğun olaraq, hər bir sivili- 

zasiya feodolizmdən başlayır, kapitalizm səviyyəsinə çatır və  sonra daxili zid- 

diyyyətlər nəticəsində məhv olur, bundan sonra inkişaf dövrəsi yenidən təkrar- 

lanır.  Bu  konsepsiyaya  uyğun  olaraq,  Şərq  “daimi  feodalizm”  vəziyyətində 

olan bir  cəmiyyəti  ifadə  edir.  V.V.Struve  qədim  Şərq cəmiyyətinin  quldarlıq, 

Asiya xarakteri haqqında nəticə  çıxarmışdır.  İ.M.  Dyakonov idarəetmənin qə- 

bilə  formalarından monarxiya dövlətinin  formalaşmasına  doğru  tədrici  keçidi 

haqqında  özünün  elmi  müddəası  ilə  Qədim  Ön  Asiyada  quldarlıq  cəmiyyəti 

konsepsiyasını  təsdiq  etmişdir.  Şumerdə  dövlətçiliyin  ibtidai  demokratiyanın 

ilkin formasından istibdad hakimiyyətinə doğru təşəkkülü ilk dəfə keçən əsrin 

ortalarında Torkild Yakobsen tərəfindən aşkarlanmışdır.

Arxeoloqlar tərəfindən  Şumer-Mesopotamiya sivilizasiyasının formalaş- 

masından əvvəl mədəniyyətin uzun müddətli tarixi inkişaf prosesi haqqında 

bir  sıra mədəni  qatlar aşkar edilmişdir.  Bu, b.e.ə.  VII-IV minilliklər dövrü- 

nü  əhatə  edən  Carmo,  Xassun,  Xalaf,  Übeyd  mədəniyyətləri,  Uruk  mədə- 

niyyəti və Cəmdət-Nəsr mədəniyyətidir.

Sinfi cəmiyyətin və dövlət quruluşunun əmələ gəlməsi,  Şumer sivilizasi- 

yası  əsaslarının  yaranması  b.e.ə.  IV  minilliyin  II  yarısına  aiddir  və  Uruk 

mədəniyyəti  ilə  bağlıdır.  Bu  dövrdə  yaşayış  məskənlərinin  artması,  əmlak 

təbəqələşməsi, cəmiyyətin differensiasiyası, məbədlərin və saray kompleks- 

lərinin  tikintisi  müşahidə  olunur,  sənət,  ticarət  və  nəqliyyat  inkişaf  edir, 

əmək bölgüsü baş  verir,  piktoqrafik yazı  yaradılır,  ilk  şəhərlərin  formalaş- 

ması  prosesi  başlayır.  Sivilizasiyanın  təşəkkülü  və  sosial  infrastrukturun 

mürəkkəbləşməsi  dövlət  hakimiyyəti  orqanlarının  xüsusiləşməsini  tələb 

edirdi.  Kahin-hökmdarlar  və  sərkərdə-hökmdarlar  meydana  çıxdı.  Dövlət 

idarəetmə  mərkəzləri  kimi,  məbədlərin rolu yüksəldi.  Hakimiyyəti  öz  əlin- 

də  cəmləşdirən  kahinlər  yalnız  dini  funksiyaları  yerinə  yetirməyə  deyil, 

həm də  suvarma əkinçiliyini idarə etməyə,  istehsal və məhsulların bölüşdü- 

rülməsi üzərində nəzarəti həyata keçirməyə başladılar.  Bu dövrdə  Şumerdə 

Səma  allahı  Anunun  Urukdakı  “Ağ  məbədi”  və  Tell-Brakdakı  “Müqəddəs 

göz” məbədi  seçilirdi.  Bu dövrə, həmçinin xüsusiyyət nişanəsi olan möhür- 

lərin yaradılması da aiddir.

İlkin sülalə dövründə (b.e.ə. XXVIII-XXVII əsrlər) hakimiyyət struktur- 

larının ibtidai demokratiyadan istibdad monarxiya formasına keçidi baş ve- 

rir.  İlkin sülalə dövrünün əvvəlində  Şumer şəhər-dövlətinin başında baş ka- 

hin  (və ya kahinə)  -  “en”,  “ensi”  (qurucu-kahin)  və ya daha geniş  səlahiy- 

yətlərdə,  “luqal”  (böyük  adam,  ağa,  hərbi  rəhbər,  hökmdar)  dururdu.  Bu 

dövrdə  ibtidai  demokratiya institutunun  saxlandığını nəzərə  alaraq bu vəzi-

121



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə