Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə55/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   51   52   53   54   55   56   57   58   ...   327

patriarxal  hökmdarı  deyildi.  O,  sülhün, Almaniya xalqının həyatının və mül- 

kiyyətinin  qoruyucusu,  ölkədəki  əcnəbilərin  təhlükəsizliyinin  zamini,  məhkə- 

mə hakimiyyətinin sahibi hesab olunur, ticarətin və istehsalın inkişafına yardım 

edir. XIV əsrdə alman və Çexiya şəhərləri siyasi hüquq bərabərliyi uğrunda za- 

dəganlarla  əbəs  yerə  mübarizə  aparmırdılar.  Orta  əsrlər  İngiltərəsinin  parla- 

menti, tədricən başlıca dövlət idarəçiliyi orqanı oldu.  1215-ci ildə  ingilis kralı 

İohan Bezzemelni tərəfindən imzalanmış Böyük Azadlıqlar Xartiyası rıtsar- 

lara,  azad  kəndlilərin  yuxarı  təbəqəsinə  və  şəhərlərə  bəzi  imtiyazlar  verə- 

rək, kralın hüquqlarını məhdudlaşdırırdı.  1265-ci ildə İngiltərə parlamentin- 

də,  sonralar dünyanın bir çox ölkələrinin parlamentlərində iki dəfə artıq nü- 

mayəndə  seçmə qaydası üçün presedent olan, icma palatalarının seçkili ins- 

titutu tətbiq edildi.

Qədim və orta əsr dövlət idarəçiliyində məhkəmə mühüm yer tuturdu.  Mü- 

hakimə üsulunda baş verən dəyişikliklər dövlət idarəçiliyindəki tendensiyaların 

dəyişməsinin göstəricisi  oldu.  Atalıq hakimiyyətinə  əsaslanan patriarxal məh- 

kəmə yeni sosial-mədəni şəraitdə xalqın ruhuna daha çox uygun olurdu. Avro- 

pa  cəmiyyətinin  tədricən  demokratlaşması  və  xalqın hüquq  düşüncəsinin  art- 

ması ölçüsündə hüquqi prinsiplərin dəyişməsi baş verirdi.  Əgər qədim dövrdə 

məhkəmənin əsas prinsipi yalnız, “icmanın rifahı”na yönəldilmiş atalıq iradəsi- 

nin ifadəsi idisə, orta əsrlər dövründə  daha çox hüquqi bilik belə prinsip oldu. 

Əgər əvvəllər günahı cəzanın dərəcəsi ilə tutuşduraraq ölçmək cəhdi olmurdu- 

sa,  bunun nəticəsində  “ata”nın  qanunlarını pozan  insanların cəzasında heç bir 

məhdudiyyət yox idisə də, həyatın real tələblərinə uyğun olaraq, müəyyən hü- 

quq normaları tədricən formalaşmağa başladı.

İkinci tip Avropa dövlətlərində formalaşan hüquqi qayda onunla şərtlənirdi 

ki,  məhkəmə  hər  bir  ailədə  -  həmin  ailənin üzvləri  və  qullarına  münasibətdə 

atanın  hüquqlarının  məhdudlaşdırılmasına  yönəlmişdi.  İdarəetmənin  hüquqi 

əsası  kimi yeni hüquqi  münasibətlərin mənbəyi bərabərhüquqlu  ailələrin  sülh 

ittifaqı oldu.  Mülkiyyət haqqında məsələnin həlli, əslində özü məhkəmə təşki- 

latçısı olan icma təfəfindən tanınmasından asılı olmağa başladı.  Məhkəmə qə- 

rarlarının hamı tərəfindən qəbul edilməsi məqsədilə mülkiyyətin əldə edilməsi 

və verilməsi müəyyən yerdə və müəyyən vaxtda açıq şəkildə həyata keçirilmə- 

yə başladı.  Bir qayda olaraq bu, bütpərəstlərdə ibadət yeri idi.  Məsələn, frank- 

larda o, “Malberq” adlanırdı və patriarxın palatasının yanında yerləşirdi. Xristi- 

anlıq dövründə belə yer kilsə meydanı oldu.

Xalqın belə yığıncaqlarda iştirakı izazə xarakteri daşıyır və iştirakçıların 

üzərinə,  hüquqi  qüvvədənsə,  müəyyən məsuliyyət  qoyurdu.  Vaxt keçdikcə 

və əhalinin sayının artması ilə “ali məhkəmə ittifaqları” xarakteri  alan məh- 

kəmə yığıncaqlarında icmaların nümayəndəlik sistemi yaradıldı.  Almaniya- 

da müəyyən hüquqi  təsəvvürlərə  və  hüquqi  biliklərə  malik  xalq nümayən-



Fuad Məmmədov

116



İdarəetmə mədəniyyəti

dələrinin  -  Şefferlərin  qədim  məhkəmə  sistemi  belə  yarandı.  Azad  alman 

şəhərlərində  məhkəməni  şəhərlilər  aparırdılar və  hətta hakim  şəhər tərəfin- 

dən təyin edilirdi,  lakin “Blutbann” cinayət məhkəməsini  icra etmək hüqu- 

qu krala  qalırdı.  Mühakimə  üsulu vasitələri  kimi  -   şahidlərin  ifadələri,  an- 

diçmə, “mərc”, məhkəmə  çəkişməsi, püşk, kahinin qərarı, ordaliyalar və iş- 

gəncə  tətbiq  edilirdi.  Orta  əsrlər  dövründə  Avropada,  xüsusən  İspaniya  və 

Romada  mühakimə  olunanın  günahının  Allaha  qarşı  cinayət  olduğunu  sü- 

but  etmək  üçün  “Müqəddəs  inkvizisiya”  tərəfindən  işgəncə  geniş  istifadə 

edilməyə başladı.

Özündə  patriarxal  məhkəmənin  ənənələrini  mənimsəyən yeni  məhkəmə, 

kral məmurları və  Şefferlərin birgə fəaliyyətini təşkil edirdi.  Onun mahiyyəti 

bunda idi ki, cinayətkara qarşı münasibətdə zərərçəkənin ailəsinin intiqam al- 

masına  icazə  verərək  məhkəmə  eyni  zamanda  “zərər  vurulmuşun  qisasının 

yeni  bir  qisasa  səbəb  olmaması”  arzusunu  irəli  sürürdü.  Bunun  əvəzində  ci- 

nayətkar cəmiyyətin ona verdiyi bütün hüquqlar və faydalardan -  su, od, ailə, 

əmlak, həyatını  qoruma imkanlarından məhrum edilirdi.  Bu zaman məhkum 

zərərçəkənin ailəsinə  ona vurduğu  zərərin əvəzini verməli  idi,  cəmiyyətə  isə 

“pozulmuş  asayişə  görə”  cərimə  ödəməli  idi,  bu  da  qan  qisası  almaq borcu 

olan qohumlara pul kompensasiyasını ifadə edirdi.



Bəşəriyyətin ilk sivilizasiyalarında dövlətçilik 

mədəniyyəti tarixindən

Bəşəriyyət  öz  inkişafında  bir  sıra  tarixi  pillələr  keçmişdir.  Onların  hər 

birində  sosial-mədəni  tərəqqinin,  ictimai  münasibətlər  və  iqtisadi  inkişaf 

mədəniyyətinin,  dövlətçilik  və  dövlət  idarəçiliyi  mədəniyyətinin  müəyyən 

səviyyəsinə nail olunmuşdur.  İlk  sivilizasiyaların quldarlıq cəmiyyəti  şərai- 

tində  ictimai  siniflərin,  silklərin yaranması  ilə  dövlətlərin yaradılması,  zid- 

diyyətli ictimai münasibətlərin, insanların dini və istehsal həyatının tənzim- 

lənməsi zərurəti meydana çıxdı.  Sonrakı tarixi dövrdə insan cəmiyyəti inki- 

şafının  başlanğıc  nöqtəsi  olan  ümuməhəmiyyətli  mədəni  ənənələr  və  eta- 

lonlar qədim dünyanın məhz quldarlıq cəmiyyətində əmələ gəlmişdir.

Dünya mədəniyyəti tarixində  qədim cəmiyyət mədəniyyətinin yeni  sosi- 

al institutu olan dövlət ilk dəfə  Şumer və Misirdə formalaşmışdır.  Dövlətçi- 

lik  tarixi  b.e.ə.  IV  minilliyin  ikinci yarısından,  yəni  Şumer  və  Misirdə  ilk 

şəhər-dövlətlərin  meydana  gəlməsindən  başlayan  Qədim  Şərq  coğrafi  ba- 

xımdan bir çox ölkələri  əhatə  edirdi.  Onlara Şumer, Misir, Het şahlığı, Babi- 

listan,  Aşşur,  Finikiya,  Suriya,  Fələstin,  Frigiya  və  Lidiya  şahlıqları,  Aratta, 

Manna, Midiya, Urartu, dünya Persiya monarxiyası, Mərkəzi Asiya, Hindistan, 

Çin və Cənub-şərqi Asiya dövlətləri  aiddir.  Bu ölkələrin mədəniyyət və  sivili-

117



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə