Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə56/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   52   53   54   55   56   57   58   59   ...   327

zasiyalarının  formalaşması  əsasən  onların yerləşdiyi təbii-coğrafi  şəraitdən və 

xalqın mədəni-genetik kodundan asılı idi.  Eyni zamanda mədəni mübadilə, ta- 

rixi  şərait və  hakim  rejimin  ideologiyası,  dini,  ənənələri  və  siyasətindən  asılı 

olan sosial mühit də çox böyük əhəmiyyətə malik idi.

Qədim  Şərq dövlətləri etnik cəhətdən müxtəlif görünüşlü olsalar da,  on- 

ların  dövlətçiliyinin  əsas  formalaşma  qanunauyğunluqları  bir  çox  ümumi 

cəhətə malikdir.  İlk Qədim  Şərq dövlətləri kiçik vilayətləri -  nomları təşkil 

edən bir neçə yaşayış məntəqələrinin birləşməsi yolu ilə yaranmışdır.  Bura- 

da başçının iqamətgahı və  ali  qəbilə  səcdəgahının müqəddəs məbədi yerlə- 

şən şəhər mərkəzi  formalaşırdı.  B.e.ə.  IV minillikdə başlayan ilk  sivilizasi- 

yalar  dövründə  Yaxın  Şərq regionunda mədəni  mübadilə,  mədəniyyətlərin 

yaxınlaşması  və  qarşılıqlı  faydalı  əməkdaşlığın tədrici  prosesləri  baş  verir- 

di.  Kulturoloji nöqteyi-nəzərdən bu - mutasiyalı, təcrid olunmuş inkişafdan, 

mədəni  artefaktların  birbaşa  mənimsənilməsinə  və  stimullaşdırılmış  trans- 

formasiyasına əsaslanan kulturogenezə doğru hərəkat prosesi idi.

B.e.ə.  IV  minilliyin ikinci yarısında  Şumer və  Misirdə  şəhərlərin  əmələ 



gəlməsi ilk sivilizasiyaların formalaşmasında inqilabi əhəmiyyətə malik idi. 

Şəhərlər dövlət idarəçiliyinin və dini ibadətin ilk mərkəzləri oldu.  İlk əvvəl 

burada,  hökmdarın  və  onun  administrasiyasının,  din  xadimlərinin,  şəhər, 

həm  də  kənd  təsərrüfatı  ilə  məşğul  olan  əhalinin  ehtiyaclarını  təmin  edən 

sənət istehsalı  cəmləşmişdi.  İstehsal  qüvvələrinin,  sosial həyatın və  dövlət- 

çilik mədəniyyətinin inkişafı  ilk növbədə  hakim  siniflərin idarəetmə  mədə- 



niyyəti,  enerjisi,  təşəbbüskarlığı  və  intellektual  mədəniyyət  səviyyəsindən 

asılı  idi.  İstehsalın  və  ticarətin  aşağı  səviyyəsində  məhsullara  və  xammala 

malik  olan  ölkələr  arasındakı  qarşılıqlı  faydalı  əlaqələr çox vaxt  qarət mü- 

haribələrinə çevrilirdi.

İlk  dövlətlərin  təşəkkül  tapmasında  köləlik  mühüm  rol  oynamışdır. 

Onun yaranması  fərdin cəmiyyətin  inkişafı üçün zəruri  olan əlavə  məhsulu 

verə  bilməməsi  ilə  şərtlənirdi,  bunun  nəticəsində  bütün  hüquqlardan  məh- 

rum olmuş qullar əməyə məcbur edilirdilər.  Köləlik cəmiyyətin əmlak təbə- 

qələşməsi  və  özünün  sosial  statusu,  əmlak  vəziyyəti,  əməyin  ictimai  təşki- 

lində yeri və rolu, həmçinin ictimai sərvətdən aldığı payla fərqlənən siniflə- 

rin formalaşmasına böyük təsir göstərirdi.  Bununla əlaqədar ictimai inkişafı 

idarə  edən və  ictimai münasibətləri tənzimləyən subyekt kimi  dövlətin rolu 

çox mühüm əhəmiyyət kəsb etməyə başladı.

Qədim Şərq ölkələrində dövlət idarəçiliyinin mühüm obyekti yalnız müxtə- 

lif siniflər və sosial qruplar arasında münasibətlərin tənzimlənməsini tələb edən 

istehsal  və  maddi nemətlərin bölgüsü  deyil,  həm  də  onların  arasında yaranan 

ziddiyyətlərin aradan qaldırılması idi.  Quldarlıq cəmiyyəti üç  sinfə bölünürdü. 

Mülkədarlar, saray əhli, xidmətdə olmuş zadəganlar, kahinlər, ordunun koman-



Fuad Məmmədov

118



İdarəetmə mədəniyyəti

da  heyəti,  əkinçilik  icmasının  yuxarı  varlı  təbəqələrinin  daxil  olduğu,  dövlət 

idarəçilik aparatı  ilə  sıx bağlı olan  - hakim sinif Azad və  asılı mülkədarlar və 

sənətkarlardan ibarət - xırda istehsalçılar sinfi.  Hüquq səlahiyyəti elementlərini 

saxlamış ev qulları və əşyalara bərabər tutulan yadelli qullardan ibarət - qullar 

və qullara yaxın asılı işçilər sinfi.  Hər bir sinif - hüquq, əmlak və məişət vəziy- 

yəti baxımından müxtəlif təbəqələrə bölünürdü.

Qədim  Şərq ölkələri üçün  səciyyəvi  cəhət o  idi ki,  Qədim Yunanıstan və 

Roma ilə müqayisədə, onlarda nisbətən zəif inkişaf tempi yer tuturdu.  Bu, in- 

tellektual  mədəniyyətin  inkişafına  kifayət  qədər  diqqətin  ayrılmaması,  dini 

təsəvvürlər çərçivəsində inkişaf edən çoxallahlılıq,  Qədim  Şərq iqtisadiyyatı- 

nın durğunluq xarakteri, əmtəə təsərrüfatının zəif inkişafı, texnika və texnolo- 

giyanın tədriclə təkmilləşdirilməsi,  səthi əmək bölgüsü və onun məhsuldarlı- 

ğının aşağı səviyyəsi ilə  şərtlənirdi.  Qədim  Şərq ölkələrinin xüsusiyyəti həm 

də o idi ki, onlarda ictimai quruluşun əsas  sosial və ərazi vahidləri qismində, 

bir-birinə və dövlətə münasibətdə hüquq və vəzifələri olan, lakin bununla ya- 

naşı özlərinin mədəni mübadiləyə az meylli, ənənəvi qapalı dünyası ilə yaşa- 

yan  icmalar  çıxış  edirdilər.  Spesifik  Qədim  Şərq  iqtisadiyyatı,  dövlət  haki- 

miyyətinin sosial  strukturu və  forması ilə  şərtləndirilmiş icma, həyatın və is- 

tehsalın  kollektivçilik  formasını  saxlamışdı  ki,  bu  da  xüsusi  mülkiyyətçilik 

münasibətlərinin inkişafını ləngitməyə bilməzdi. Bütün bunlar çoxsaylı icma- 

ların  səylərinin birləşməsinə  və koordinasiyasına yönəldilmiş  dövlət idarəçi- 

liyinin rolunu  şərtləndirirdi.  Qəbilə  demokratiyasının ənənələrini  aradan  qal- 

dıran belə hakimiyyətin  spesifik forması,  ədəbiyyatda “Qədim  Şərq istibdad 

hakimiyyəti” adı ilə məlum olan qeyri-məhdud monarxiya oldu.

İlk sivilizasiyalarda formalaşan dövlət idarəçiliyi sistemi iyerarxik prinsip 

üzrə təşkil olunmuş çoxsaylı administrasiyaları birləşdirirdi.  Dövlət idarəçili- 

yi  aparatı  rütbə  və  subordinasiya  sisteminə  malik  idi.  Məmurların  ictimai 

mövqeyi  onların xidməti pillədəki yerindən  asılı  olaraq müəyyənləşdirilirdi. 

Administrasiyanın  vəzifələri  dövlətin  daxili  və  xarici  siyasəti  ilə  müəyyən 

edilirdi.  Ən mühüm  daxili vəzifə  -  əkinçilik irriqasiyasının təşkili və  torpaq 

mülkiyyətinin  idarə  edilməsi  idi.  Dövlət  sərəncam,  nəzarət,  icmaların  irsi 

mülkü  olan torpağın  istifadəsi  üçün  vergi yığmaq hüququna malik  idi.  Tor- 

paqların  bir hissəsi  onların  üzərində  şəxsi  təsərrüfat yaradan,  torpaq vergisi 

ödəyən və müəyyən mükəlləfiyyətlər daşıyan  saray  adamlarına,  zadəganlara 

və  döyüşçülərə  paylanırdı.  Əsas  torpaqlar  istibdadçının  və  ondan  asılı  olan 

kahinlərin əlində cəmləşmişdi.  Alluvial çayların vadilərində yerləşən, əlveriş- 

li təbii şərait və güclü irriqasiya sistemlərinin yaradılması ilə şərtlənən qədim 

şərq ölkələrinin əkinçilik məhsullarının yüksək məhsuldarlığı əlavə məhsulun 

yüksək  həcmini  təmin  edirdi,  bunun  hesabına  da  inkişaf  etmiş  bürokratik 

aparat, ordu və hakim sinfin rifahı üçün xərclər təmin olunurdu.

119



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə