Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə59/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   55   56   57   58   59   60   61   62   ...   327

tın  və  sosial  həyatın,  ictimai  münasibətlərin  tənzimlənməsinin  əsası  idi. 

Hammurapinin  hakimliyi  dövründə  quldarlıq  qanunlarının  üstünlüyünə 

əsaslanan hüquqi  idarəetmə sistemi  mütərəqqi  nailiyyət idi.  Hökmdar tərə- 

findən nəşr edilmiş  qanun külliyyatı  onun  geniş  dövlətinin möhkəmlənmə- 

sinə yönəldilmişdi və dövlətin həyat fəaliyyətini vahıd prinsiplər və  qayda- 

lar əsasında tənzimləməyə  imkan verirdi.  Müxtəlif ixtisaslar üzrə diferensi- 

al  ödəmə  və  yerinə  yetirilən  işə  görə  ciddi  məsuliyyət,  azad  vətəndaşların 

(“avilum”- “insan”),  “səcdəyə  əyilənlərin”  (“muşkenum”)  və  qulların  (“var- 

dum”) hüquqları qanunlarla təyin edilmişdi.  Varlı vətəndaşların xüsusi mül- 

kiyyəti  və  quldarların maraqları  qanunlarla müdafiə  olunurdu.  Azad vətən- 

daşlara  quldarlar  -  (iri  torpaq  sahibləri,  kahinlər,  tamkarlar  (tacirlər),  icma 

kəndliləri  və  sənətkarlar)  və  xırda  istehsalçılar  sinfi  aid  edilirdilər.  Yalnız 

azad vətəndaşlara münasibətdə “talion” (“qana qan”) prinsipi tətbiq edilirdi.

Babil  dövlətinin  başında  qanunverici,  icraedici,  məhkəmə  və  dini  haki- 

miyyətə malik olan hökmdar dururdu.  Hammurapi  qanunları əsasında ölkə- 

də  dövlət  idarələri  fəaliyyət  göstərirdi.  Maliyyə-vergi  idarəsi  gümüşlə,  qı- 

zılla və  məhsuldan,  mal-qaradan,  sənətkarlıq məhsullarından natura ilə  alı- 

nan  vergilərin  yığılması  ilə  məşğul  olurdu.  Hökmdar  məhkəməsi,  məbəd 

məhkəməsi,  icma  məhkəməsi  və  şəhərdə  məhəllə  məhkəməsindən  ibarət 

olan hökmdarın məhkəmə  idarəsi  təşkil  edilmişdir.  Əsas  məhkəmə  funksi- 

yaları  hökmdar məhkəməsinin əlində  cəmləşsə  də,  digər məhkəmə  kateqo- 

riyaları  da  onların  ərazisində  törənmiş  ailə  və  cinayət  işlərini  həll  etməyin 

bəzi  hüquqlarını  özündə  saxlamışdılar.  Hakimiyyətin  dayağını  ordu  təşkil 

edirdi. Döyüşçülərin hüquqları və vəzifələri də Hammurapi qanunları ilə ni- 

zamlanırdı.  Dövlət  xidmətə  görə  döyüşçülərə  özgəninkilişdirilə  bilməyən 

nadellər (pay torpaqlar) verir, onların ailələrini təmin edirdi.  Dövlət təsərrü- 

fatı  strukturu  mülkiyyətin  xüsusi-icma  sektorunun  təşviqinə  və  hökmdarın 

torpaqlarının  icarəyə  və  ya  xidmətə  görə  məmurlara,  döyüşçülərə,  muşke- 

numlara  və  başqalarına  şərtli  tutulma  üçün  verilməsinə  əsaslanırdı.  Geniş 

bürokratik  aparat  öz  fəaliyyətini  hökmdarın  sərəncamları  əsasında  həyata 

keçirirdi  və  ciddi  şəkildə  onun nəzarəti  altında  idi.  Hökmdar  administrasi- 

yası yerlərdə hakimiyyət nümayəndələri - icma şuraları və icma başçıları ilə 

sıx  əlaqədə  çalışırdı.  Hammurapi  qanunları  inzibati  aparatda  rüşvətxorluq, 

ələ alma, intizamsızlıq və tənbəlliklə sərt mübarizəni təmin edirdi.

Dörd əsrlik kassit sülaləsinin hakimiyyətindən sonra b.e.ə.  XI əsrdən başla- 

yaraq, Babilistanda aramey etnosu üstünlük təşkil etməyə başladı, b.e.ə. IX əsr- 

dən isə Babilistan tarixində bir neçə əsr ərzində aramey dili dialektlərinin birin- 

də danışan haldey tayfaları mühüm əhəmiyyət daşımağa başladılar.  B.e.ə.  VIII 

əsrdə aşşur istilasından sonrakı Babilistan yalnız b.e.ə.VII əsrin sonunda özünə 

gəldi.  B.e.ə.  609-cu ildə Aşşurun Midiya və Yeni Babil şahlığı ilə müharibədə



Fuad Məmmədov

124



İdarəetmə mədəniyyəti

məğlubiyyəti  qüdrətli  Babilistan  dövlətinin  yaranmasının  başlanğıcı  oldu. 

II Navuhodonosorun hökmdarlığı Babilistanın iqtisadi yüksəliş və mədəni dir- 

çəliş  dövrü  hesab  olunur.  Bu  dövrdə  Babilistan,  Etemenankanın yeddi  pilləli 

zikkuratı (Babil qalası), Semiramidanın asma bağları, həmçinin möhtəşəm Esa- 

gil  məbədi,  İştar  ilahənin  əzəmətli  darvazası  kimi  “dünyanın  möcüzələri”nin 

yerləşdiyi Qədim Şərqin ən iri qala-şəhərinə çevrildi.

B.e.ə.  VII-IV  əsrlərdə  Babilistan  cəmiyyəti  şəhərlərin  tamhüquqlu  və- 

təndaşlarından,  vətəndaşlıq hüququ  alınmış  azad insanlardan, yarıazad əha- 

linin müxtəlif qruplarından və  qullardan ibarət idi.  Tamhüquqlu vətəndaşlar 

ailə  və  mülkiyyət məsələlərinin  həllində  məhkəmə  hakimliyinə  malik  olan 

bu və ya digər məbəddə mövcud olan xalq yığıncağının üzvləri idilər.  Onlar 

məbəd gəlirlərindən pay  almaq hüququna da malik idilər.  Belə vətəndaşlara 

dövlət  və  məbəd  məmurları,  kahinlər,  tacirlər,  sənətkarlar  və  mülkədarlar 

aid  edilirdi.  Onların hamısı  irsi  statusa malik  idilər və hüquqi  cəhətdən bə- 

rabərhüquqlu  sayılırdılar.  Tamhüquqlu  vətəndaşlar  şəhərlərdə  yaşayırdılar 

və  xalq yığıncağı  hakimiyyətinin yayıldığı  şəhərə  bitişik  ətraf kənd  yerlə- 

rindəki  torpaqlara  sahib  idilər.  Vətəndaşlıq  hüququndan  məhrum  edilmiş 

azad  insanlara  şahın  hərbi  kolonistləri,  şahın  xidmətində  olan  əcnəbi  mə- 

murlar,  eləcə  də  Babilistanda yaşayan bütün  əcnəbilər  aid  idi.  Bəzən  onlar 

xüsusi özünüidarə təşkilatı yarada bilərdilər.

Babilistan  üslubuna  görə  Aşşur və  Babil  şahlarının  idarəetmə  üslubundan 

xeyli  fərqlənən,  öz  dövlət  idarəçilik  sistemini  tətbiq  edən  farslar  tərəfindən 

b.e.ə.  12  oktyabr  539-cu  ildə  istila edildi.  Bu yeni  üslubun xüsusiyyəti,  insan 

münasibətləri  mədəniyyətinin  əhəmiyyətininin  və  insanların  idarə  edilməsinə 

humanist  psixoloji  yanaşmaların  başa  düşülməsinə  əsaslanan  özünəməxsus 

“demokratizm”  idi.  Fars  şahı  Kir və  onun  əhatəsi  babilistanlıların  dini  məra- 

simlərinə və bayramlarına hörmət ifadə edirdilər, onların allahlarına qurbanlar 

gətirirdilər.  Mesopotamiyaya zorla köçürülmüş xalqlara, o cümlədən yəhudilə- 

rə  də  öz doğma yerlərinə  qayıtmağa icazə verildi.  Fars  administrasiyası Babi- 

listan  üçün  ənənəvi  olan  idarəetmə  metodlarını  qorumağa,  iqtisadi  həyatın, 

tranzit ticarətinin inkişafı üçün şərait yaratmağa çalışırdı.  Əvvəlki vəzifəli şəxs- 

lər inzibati aparatda öz mövqelərini saxladılar.  Kahinlər öz qədim dini ayinləri- 

ni bərpa etmək  imkanı  əldə  etdilər.  Əslində  Babilistan  öz müstəqilliyini itirsə 

də, “diplomatik idarəetmə” prinsipləri  sayəsində  Kirin hakimiyyəti yadelli ha- 

kimlik  kimi  qiymətləndirilmirdi,  belə  ki,  o,  qədim  müqəddəs  ayinlərə  əməl 

edərək, taxt-tacı Marduk allahın əlindən qəbul etmişdi.

B.e.ə.  II  minilliyin  əvvəlində  “alum  Aşşur”  (alum  -   şəhər  və  ya  icma) 

adlanan Aşşur dövlətinin  siyasi  quruluş  sistemində hərbi  demokratiya döv- 

rünün xüsusiyyətləri  qorunurdu.  Hakimiyyətin  ali  orqanı  “Şəhər evi” -  kü- 

bar ailələrin nümayəndələrindən təşkil olunmuş Ağsaqqallar şurası  idi.  On-

125



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə