Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə60/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   56   57   58   59   60   61   62   63   ...   327

ların  arasından bir il müddətinə,  şəhər xəzinəsini  idarə  edən hörmətli  vəzi- 

fəli  şəxs  -  “limmu”  seçilirdi.  Ağsaqqallar  şurası,  həmçinin  şəhər-dövlətin 

məhkəmə və inzibati işlərini idarə edən vəzifəli şəxsi - “ukullumu” da təyin 

edirdi.  Kahin  funksiyalarını,  müharibə  vaxtı  sərkərdə  olan  hakim  “işşiak- 

kum” həyata keçirirdi.  Lakin b.e.ə.  XVIII  əsrin əvvəllərində  dövlət idarəet- 

mə  sistemi yenidən təşkil edildi.  Mərkəzləşdirilmiş geniş inzibati aparat ya- 

radıldı.  Padşah  həm  hökmdar,  həm  ali  baş  komandan,  həm  də  hakim  idi. 

Dövlət, padşah  ailəsindən,  ali idarə və ya yerli  sülalə  içərisindən olan cani- 

şinlərin  başçılıq etdikləri  dairələrə  və ya  əyalətlərə  bölündü.  Çoxsaylı  mə- 

mur  aparatı  vergilərin yığılması,  ictimai  işlərin  təşkili  və  ordu  toplamaqla 

məşğul  olurdu.  Şəhər  şurası  ümumdövlət orqanı  statusundan məhrum  edil- 

mişdi.  Bununla  belə,  b.e.ə.  XV-XIV  əsrlərdə  şura  orta  Aşşur  qanunlarını 

dərc  etməkdə  davam  edirdi  ki,  bunun  əsasında  da  ağsaqqallar  tərəfindən 

Aşşurda məhkəmə icraatı həyata keçirilirdi.  Orta Aşşur qanunları “böyüklə- 

rin”  hüquqlarını  qoruyurdu.  Kənd  icması  torpaq üzərində  mülkiyyət hüqu- 

quna  sahıb  idi  və  ağsaqqalın  və  kənd  “böyüklər”  şurasının  rəhbərliyi  ilə 

özünüidarəyə malik idi.  Atanın və  ərin, ev sahibinin hökmü bütün ailə üzv- 

lərinə şamil edilirdi.  İstila olunmuş vilayətlərin idarə edilməsi,  assuriya hər- 

bi  və  vətəndaş  idarəsinin rəhbərlik  etdiyi  əyalətlər  qismində,  məğlub  ölkə- 

lərin Assuriyanın tərkibinə daxil edilməsi yolu ilə həyata keçirilirdi.

B.e.ə.  birinci minilliyin əvvəli üçün qədim şərq dövlətlərinin siyasi və  sosi- 

al-iqtisadi  inkişafında  qeyri-bərabərlik  müşahidə  olunur.  Yaxın  Şərqin  siyasi 

səhnəsinə  Midiya, Urartu,  Persiya,  Lidiya,  Kuş  kimi  dövlətlər çıxır.  Lakin bu 

dövrdə də Yaxın Şərqdə üstünlüyə nail olan ən güclü imperiya Assuriya hesab 

edilirdi.  Aramey  tayfalarının  hücumları  nəticəsində  ikiyüzillik  tənəzzül  yaşa- 

mış Assuriya b.e.ə. X-VII əsrlərdə yeni Aşşur dövründə öz inkişafının, yüksəli- 

şin və tənəzzülün vaxtaşırı əvəzlənməsi ilə  səciyyələnən yeni pilləsinə  qalxdı. 

Onun iqtisadi inkişaf, həmçinin kəskin daxili sosial problemlərinin aradan qal- 

dırılmasının əsas mənbəyi,  Qafqazda və Şərqi-Aralıq dənizi sahilində yerləşən 

nisbətən zəif dövlətlərin işğalı və əsarətinə yönəldilmiş təcavüzkar xarici  siya- 

səti idi.  B.e.ə.  VIII əsrdə hökmdar III  Tiqlatpalasar hakimiyyətin mərkəzləşdi- 

rilməsi  səviyyəsini qaldıran və Assuriya dövlətini möhkəmləndirən inzibati is- 

lahat keçirdi. İdarəetmənin yenidən qurulması canişinliklərin parçalanması, on- 

ların vilayət rəisləri adlanmağa başlayan hakimlərinin mərkəzi hakimiyyətə ta- 

be etdirilməsi və funksiyalannın məhdudlaşdırılması ilə bağlı idi.  Vilayət rəis- 

ləri tərəfindən idarə olunan ərazilər xeyli azaldı, onların öz mülkləri parçalandı, 

onlara,  vergi  və  mükəlləfiyyətlərdən  azad  edən  toxunulmazlıq  fərmanlarını 

vermək dövlətin xeyrinə qadağan olundu. Digər islahat ordunun gücləndirilmə- 

sinə yönəldilmişdir:  əsgər yığma əsasında doldurulmuş və padşahın təminatın- 

da olan “hökmdar polku” - daimi ordu yaradıldı, qoşun növünə görə bölgü təs-



Fuad Məmmədov

126



İdarəetmə mədəniyyəti

bit edildi.  Məmur aparatında və orduda and içmək nəzərdə tutulurdu. Xarici si- 

yasət sahəsində xalqlann assimilyasiyası və mədəniyyətlərin qarışması üçün ilk 

dəfə olaraq, xalqların bir vilayətdən digərinə köçürülməsi tətbiq edilməyə baş- 

landı.  B.e.ə.  VIII  əsrin  sonu üçün V  Salamansarın  dövründə  zəngin tacirlərin 

və kahinlərin təsir dairəsini məhdudlaşdırmaq məqsədi ilə, Assuriya və Babilis- 

tanda məbədlərin və  özünü idarə  edən ticarət şəhərlərinin imtiyaz və toxunul- 

mazlıqları hökmdar tərəfindən ləğv olundu ki, bu da şahın devrilməsi ilə başa 

çatan kahin-ticarət və hərbi dairələr arasında siyasi mübarizənin kəskinləşməsi- 

nə gətirib çıxardı.  Yeni hökmdar II Sarqon, hakim sinfin bu iki təbəqəsi arasın- 

da tarazlığın saxlanılması yolu ilə dövlətdə olan daxili  siyasi mübarizənin tən- 

zimlənməsinə nail ola bildi.  B.e.ə.  VII əsrin əvvəllərində Babilistanda baş ver- 

miş dağıntıları bərpa edən və b.e.ə. 671-ci ildə Misiri işğal edən şah Asarhadon 

daxili siyasi sabitliyə eyni idarəetmə strategiyası:  hərbi partiyanın maraqlarıyla 

sələmçi-ticarət və  kahin  dairələrinin maraqlarının  məharətlə  əlaqələndirilməsi 

ilə  nail  ola  bilmişdi.  Lakin  Assuriyadakı  nisbətən  uğurlu  dövlət  idarəçiliyi, 

yüksək təhsilli (o vaxt üçün), yalnız siyasəti və dövlət işlərini deyil, həm də dil- 

ləri,  riyaziyyatı,  astronomiyanı  və  digər  elmləri  yaxşı  bilən  Aşşurbanapalın 

(b.e.ə.  669 - 635/27-ci illər) padşahlığı vaxtına düşür.  Qədim Şərqdə,  300 000- 

dən artıq gil lövhəciklərin hesablandığı ən geniş kitabxananın Nineviyada yara- 

dılması xidməti ona məxsusdur.

Bununla yanaşı həmin dövrdə  - əmlak təbəqələnməsi, icma mülkiyyətinin 

aradan qalxması və şəxsi mülkiyyətin inkişafı, sələmçiliyin genişlənməsi, tor- 

pağın  və  şəxsin  girovu  ilə  verilən  borclarla  əlaqədar,  dövlət  idarəçiliyində 

ciddi  çatışmamazlıqlar  və  çətinliklər  yer  almışdı.  Assuriya  iqtisadiyyatının 

qarətlərə  əsaslanan parazit xüsusiyyətləri istehsal  qüvvələrinin inkişafına im- 

kan yaratmırdı. Hərbi qənimətin qeyri-bərabər paylanması ictimai münasibət- 

lərin tənzimlənməsində çətinliklərə  səbəb olurdu.  Hərbi, xidməti, kahin və ti- 

carət  zadəganlarının  ayrı-ayrı təbəqələrinin monopolizmi,  həm  hakim  sinfin 

daxilində, həm də onunla və xırda istehsal sinifləri arasında sosial-siyasi zid- 

diyyətlər  əmələ  gətirirdi.  Sosial-siyasi  yanaşmada,  bütün  bunlar  yekunda, 

müstəbid aşşur dövlətini  son dərəcə dayanıqsız etdi.  Özünü “şahlar şahı”  ad- 

landıran  hökmdarın,  orduya  və  böyük  bürokratik  aparata  söykənən  qeyri- 

məhdud hakimiyyəti, müəyyən şəhərlər, məbədlər və saray rütbələri üçün im- 

tiyazlara  əsaslanan  ədalətsiz  daxili  siyasəti  Assuriyanın  inkişafına  “içi  boş 

müqəvva” kimi yardım edirdi.  İqtisadiyyatın birtərəfli inkişafı,  sonsuz  sosial 

münaqişələr, siyasi birliyin olmaması, böyük dövlətin dövlət idarəçiliyi təşki- 

lindəki yanlış hesablamalar, həmçinin istila edilmiş xalqların artan mübarizə- 

si  son hesabda Assuriyanı məhvə  gətirib  çıxardı.  B.e.ə.  VII  əsrdə Midiya və 

Yeni  Babilistan  şahlığı  ilə  mübarizədə  dağıdıcı  məğlubiyyətə  uğrayaraq, 

Assuriya öz mövcudluğunu sona yetirdi və tarixdə heç bir əsəri qalmadı.

127



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə