Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə63/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   59   60   61   62   63   64   65   66   ...   327

sosial-siyasi  sabitliyə nail  olmaq məqsədilə  bütün vergilər və  hərbi mükəl- 

ləfiyyətlər üç  il müddətinə  ləğv  edildi.  Daxili  siyasətdə  islahat,  fars  əyanı- 

nın imtiyazlarını və onun iqtisadiyyatdakı və cəmiyyətdəki hakim mövqeyi- 

ni  məhv  etmək  məqsədini  güdürdü.  Qəbilə  fars  əyanlarını  imtiyazlardan 

məhrum etmə  cəhdi  ona həyatı bahasına başa gəlsə də, bu islahatlar qəbilə- 

tayfa münasibətlərinin aradan qaldırılması və I Daranın dövründə Persiyada 

geniş  vüsət  alan  mərkəzləşdirilmiş  monarxiyanın  formalaşması  prosesi  üçün 

mühüm əhəmiyyət daşıyırdı.

B.e.ə.  522-ci  ildə  taxta  qədəm  qoyan  I  Dara  dövlət  idarəçiliyinin  sabit 

sistemini  yaratmağa  imkan  verən  inzibati-maliyyə  islahatları  keçirdi.  O, 

vergi  yığımını  nizamladı,  ordu  kontingentini  genişləndirdi  və  zəbt  edilmiş 

ölkələr  üzərində  nəzarəti  artırdı.  Onun  tərəfindən  yaradılmış  yeni  inzibati 

sistem, əhəmiyyətli dəyişikliklər olmadan, Əhəmənilər imperiyası devrilənə 

qədər fəaliyyət göstərdi.  Əyalətləri idarəetmə  sisteminin yenidən qurulması 

və unifikasiyası nəticəsində dövlət yeni inzibati-vergi dairələrinə  - mülki və 

hərbi  funksiyaların  dəqiq bölüşdürüldüyü  satrapiyalara  (“satrap” -  “şahlığı 

qoruyan”)  ayrıldı.  Satraplar şah tərəfindən vəzifəyə  qeyri-məhdud müddətə 

seçilirdilər.  Onlar vilayətin  mülki  administrasiyasına başçılıq edir,  təsərrü- 

fat həyatına,  vergilərin daxil  olmasına və yerli məmurların  fəaliyyətinə  nə- 

zarət edir,  məhkəmə  səlahiyyətini  həyata keçirir,  təhlükəsizliyi  təmin  edir- 

dilər və  gümüş  sikkələr kəsmək hüququna malik  idilər.  Ordu,  satraplardan 

asılı  olmayan,  birbaşa  şaha  tabe  olan  sərkərdələrin  rəhbərliyi  altında  idi. 

Satrapiyaların tərkibinə daxil olan zəbt edilmiş ölkələr daxili işlərdə muxta- 

riyyətdən istifadə  edirdilər.  Fars  administrasiyası onları yerli  şahlar vasitəsi 

ilə  idarə  edirdi.  Əhəməni  imperiyasının paytaxtı  Suzda şah dəftərxanasının 

başçılığı  ilə  böyük  mərkəzi  dövlət  idarəçiliyi  aparatı  yaradıldı.  Babilistan, 

Ekbatan,  Memfis və digər şəhərlərdə  fəaiyyət göstərən dövlət dəftərxanala- 

rının  fəaliyyəti  onunla  istiqamətləndirilirdi.  Bütün  satraplar  və  sərkərdələr 

şahın və  onun mərkəzi  idarəetmə  aparatını  təşkil  edən məmurlarının  daimi 

nəzarəti altında idilər.  Dövlət idarəetmə  sistemində  ali nəzarət, eyni zaman- 

da şahın şəxsi qvardiyasının rəisi olan “minbaşı” tərəfindən həyata keçirilir- 

di.  Dövlətin təhlükəsizliyi məxfi polis tərəfindən təmin edilirdi.  Ölkədə bü- 

tün  rəhbər  vəzifələr  farsların  əlində  cəmləşmişdi.  Bununla  belə,  zəbt  edil- 

miş ölkələrin yerli dövlət müəssisələrinin idarə edilməsi üçün fars administ- 

rasiyası yerli xalqların nümayəndələrindən geniş istifadə edirdi.  Dövlət ida- 

rəçiliyinin ideoloji əsası Zərdüştlük idi,  hərcənd ki, xalq kütlələri,  günəş  al- 

lahı -  Mitraya,  su və məhsuldarlıq ilahəsi -  Anahitə və digər arxaik allahla- 

ra da sitayiş edirdilər.  Fars şahları başqa dinlərə mane olmamaq müstəsnalı- 

ğı  ilə  seçilirdilər  ki,  bu  da  möhkəm  müəyyən  edilmiş  dini  ehkamın  olma- 

ması  ilə  şərtlənirdi.  Kserks  tərəfindən  həyata keçirilən,  Ahuramazda  (işıqı,



Fuad Məmmədov

132



İdarəetmə mədəniyyəti

xeyirxahlığı,  biliyi  və  həqiqəti  rəmzləşdirən  müdriklik  allahı)  ayininin mər- 

kəzləşdirilməsinə yönəldilmiş dini islahat müvəffəqiyyətsizliyə uğramış oldu.

Dövlət idarəçiliyinin əsas  alətlərindən biri hüquq idi.  Yunan müəllifləri- 

nə görə, hələ  Əhəmənilər imperiyası yaranana qədər şah qanunlarının əsası- 

nı  adi  hüquq təşkil  edirdi.  Şah yeni  qanunlar tətbiq edir,  daha mühüm  işlə- 

rin təhqiqatı üçün hakimləri təyin edirdi.  Farsların hüquqi həyatında şah şu- 

rasına daxil  olan yeddi  tanınmış  qəbilə  böyük rol  oynayırdı.  Lakin  imperi- 

yanın yaradılması dövlət idarəçiliyinin hüquq kimi mühüm  sahəsində  dəyi- 

şikliklərin  həyata  keçirilməsini  tələb  edirdi.  Ölkənin  idarə  edilməsi  onun 

satraplıqlarının  mədəniyyətinin,  həmçinin  sosial-iqtisadi  inkişafının  qeyri- 

bərabərliyi  ilə  mürəkkəbləşirdi.  İstilaya  qədər  öz  dövlət  idarəçiliyi  mədə- 

niyyəti olan Misir, Babilistan, Elam,  Suriya, Finikiya, Kiçik Asiya dövlətlə- 

ri kimi  inkişaf etmiş regionlarla yanaşı,  qəbilə  quruluşunun dağılma dövrü- 

nü yaşayan ərəb,  skif və başqa tayfalar imperiyaya daxil idi.  Böyük imperi- 

yanın müxtəlif regionlarında təmsil  olunan,  mədəniyyətin müxtəlif səviyyə 

və xarakteri, müxtəlif mentallıq,  dinlər, dünyagörüşü və dəyərlər sistemi ilə 

şərtlənən sinkretik mədəniyyət bacarıqlı hüquqi tənzimləmə tələb edirdi. Bu 

problemin  həlli  vahid  deyil,  geniş  imperiyanın  ərazisində  mövcud  olan 

müxtəlif hüquqi  sistemlərlə həyata keçirilirdi ki, bu da dövlət idarəçiliyinin 

effektivliyində  özünü  göstərməyə  bilməzdi.  Buna  görə  də  I  Daranın  döv- 

ründə  fəth edilmiş  ölkələrin və xalqların qanunlarının Hammurapi  qanunla- 

rı və digər qədim  qanunlar əsasında kodifikasiyası həyata keçirilirdi.  İmpe- 

riyada  qüvvədə  olan  qanunlar bir formaya salındılar,  zəruri hallarda isə  şa- 

hın siyasətinə uyğun dəyişdirilirdilər.

Dövlət  idarəçiliyində  mülkədarlıq  məsələlərinin  tənzimlənməsi  mühüm 

yer tuturdu.  Bir çox Qədim Şərq ölkələrində olduğu kimi, fars şahları da is- 

tila edilmiş  xalqlardan  ən məhsuldar torpaqları  alır və  onları,  tamhakimiy- 

yətli  və  irsi  sahiblik  üçün  mülk  halında,  sahibkarları  dövlət  vergilərinin 

ödənişindən  azad  edərək,  şah  ailəsi  üzvlərinə,  iri  məmurlara,  fars  zadəgan 

nümayəndələrinə  verirdilər.  Özlərinin  məhkəmə-inzibati  idarəsinə  və  hətta 

xüsusi  ordusuna malik olan iri mülkədarlar adətən torpaq sahibliyindən gə- 

lən  gəlirlər hesabına  dolanırdılar.  İmtiyazlı  olmayan təbəqələr üçün  I  Dara 

yeni dövlət vergiləri sistemini tətbiq etdi.  Onun əsasında, becərilən torpağın 

və onun məhsuldarlığının nəzərə alınması hesabı ilə, satraplıqlar tərəfindən, 

onlar üçün ciddi  surətdə müəyyən edilmiş pul vergilərinin ödənilməsi prin- 

sipi  dururdu.  Bu  sistemə uyğun olaraq farslar, hakim xalq kimi,  pul vergisi 

ödəmirdilər,  lakin natura ilə ödəmədən azad edilməmişdilər.  Ölkədə könül- 

lü xarakter daşımayan və natura ilə  ödənilən hədiyyələr  sistemi  qəbul edil- 

mişdi.  Real  iqtisadi  dəyişikliklərə  baxmayaraq,  mükəlləfiyyətin  həcmi  də- 

yişmirdi  ki,  bu  da  sosial  gərginlik  yaradır,  yoxsulluğu  və  əsarəti  artırırdı.

133



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə