Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə71/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   67   68   69   70   71   72   73   74   ...   327

ideologiyaya xüsusi yer ayrılırdı. Aşoka və digər şahlar qeyri-ənənəvi dinlərə, 

xüsusilə,  möminlik  və  doğruluq  dini  olan  buddizmə  himayədarlıq  edirdilər, 

ona  tərəfdarlıq  hakimiyyətin  siyasi  loyallığı  kimi  nəzərdən  keçirilirdi.  Mö- 

minlik bütün dünyanın fəth edilməsi vasitəsi kimi elan edilirdi.

İlk hind  dövlətinin tarixi  əhəmiyyəti  onunla  şərtlənirdi  ki,  dövlət  idarə- 

çilyinin  zəifliyinə  baxmayaraq,  orada  bərqərar  olan  dövlətçilik  və  buddiz- 

min mədəni  rolu  Cənubi  Asiya  ölkələrinə  təsir  göstərən  qədim  hind  sivili- 

zasiyasının  inkişafına yardım  etdi.  Bu  dövrdə  yaranan  hind  mədəni  birliyi 

əsrlərlə  qorundu.  Zəbt edilmiş ölkələrdə əvvəlki idarəçilik və inzibati idarə- 

çilik  aparatı  qorunurdu.  Yalnız  3-5  il  ərzində  hökmdarlar  onlara tabe  olan 

ərazilərdə  öz hüquqlarının nümayişi  və yerlərdəki  vəziyyətin nəzarəti  üçün 

əyalətlərə xüsusi məmurlar göndərirdilər.

Mərkəzi Asiyadan Hindistana saks tayfalarının girməsi nəticəsində b.e.ə. 

I  əsrdə bir sıra hind-türk dövlətləri yarandı.  Qonşu dövlətlər üzərində hege- 

monluq əldə edən bu dövlətlərin hökmdarları özlərini “şahlar şahı” adlandı- 

rırdılar.  Bu  dövlətlərdə  canişinlik  sistemi  -   satraplıqlar  tətbiq  edilmişdi. 

Satraplar  böyük  idarəetmə  müstəqilliyindən  faydalanırdılar.  Yeni  eranın 

hüdudunda  Şimal-Qərbi  Hindistanın bir  sıra vilayətləri  parfiyalılar tərəfin- 

dən  istila  edildi.  Yeni  eranın  ilk  əsrlərində  Hindistanın  Şimal-Qərb  hissəsi 

sonralar öz hakimiyyətini  Qanq vadisində  böyük  ərazilərə  də yayan  Kuşan 

dövlətinin  tərkibinə  daxil  oldu.  Bu  dövrdə  hind  mədəniyyətinin  İran,  türk 

və  yunan-Roma  mədəniyyətləri  ilə  qarşılıqlı  əlaqəsi  olurdu.  IV-V  əsrlərdə 

Hindistanda,  Şimali Hindistanın əsas ərazisini öz hakimiyyəti altında birləş- 

dirən Qupt sülaləsinin bərqərar olduğu Maqadha gücləndi.  Lakin bütövlük- 

də  siyasi vəziyyət çox qeyri-sabitlıiyi,  vaxtaşırı  müxtəlif dövlətlərin yaran- 

ması və dağılması ilə fərqlənirdi ki, bu da,  son olmayaraq, dövlət idarəçiliyi 

sisteminin  siyasi  effektivliyinin  kifayət  olmayan  göstəricilərindən  biri  idi. 

Buna baxmayaraq iqtisadi inkişafın uğurları göz önündə idi, bunu yüksək key- 

fiyyətli polad14 istehsalı və  Kuşan şahlığından keçən  Böyük İpək yolunun  sə- 

bəb olduğu beynəlxalq ticarət sahəsindəki nailiyyətlər təsdiqləyir.

Milyonlarla savadsız hindlilərin dünyagörüşünə hinduizmin əsl  ensiklo- 

pediyası  olan  “Mahabharata” və  “Ramayana” kimi  epik mədəniyyət abidə- 

ləri böyük təsir göstərmişdir.  Hind mədəniyyətinin özünəməxsus  inkişafın- 

da  dini  qaydaları,  Budda  fəlsəfəsi  və  psixologiyasını,  həmçinin  Buddanın 

kəlamlarını,  onun həyatı  haqqında ibrətli  hekayələri  və  əfsanələri  saxlayan 

Budda ədəbiyyatının “Tipitaki” kimi abidələri çox mühüm rol oynamışdır.



Fuad Məmmədov

14  M əlum olduğu  kimi,  Şah  Çandranın yazısı  olan  məşhur  dəmir  sütunda  1,5  min  il  ərzində 

heç bir pas aşkar olunmamışdır.

148



İdarəetmə mədəniyyəti

Qədim hind mədəniyyəti xəzinəsində  -  ilk  abidələri hökmdar Aşoka aid 

olan qədim hind yazısı, b.e.ə. V-IV əsrlərdə Panini tərəfindən tərtib edilmiş 

sanskrit qrammatikası,  əsasən müqəddəs mətnlərin şərhinə, riyaziyyatda sı- 

fır rəqəminin tətbiqinə və “ərəb rəqəmlərinin” kəşfinə həsr olunmuş, bir ne- 

çə rəqabət aparan məktəblərin daxil olduğu qədim hind fəlsəfəsi, Aryabhat- 

tanın  (V  əsr)  Yerin  öz  oxu  ətrafında  fırlanması  və  onun  Günəş  ətrafındakı 

hərəkəti  haqqında  fərziyyəsi,  qədim  hind  təbabətindəki  nailiyyətlər,  antik 

dövrün  sonuna aid edilən təbiyyat elmləri üzrə xüsusi  elmi  əsərlər və  s.  ki- 

mi nailiyyətlər vardır.  Fonetika,  etimologiya,  dilçilik kimi  qədim hind elm- 

lərinin inkişaf xarakterinə bədii mətnlərin öyrənilməsinin və dəqiq əks etdi- 

rilməsinin  ənənəvi  brahman  sistemi  mühüm  təsir  göstərmişdir.  Çoxsaylı 

özünəməxsus  memarlıq və  incəsənət əsərləri  arasında Kalidasanın “Şakun- 

tala” faciəsi, “Pançatatra” təmsilləri kimi  qədim hind ədəbiyytının yeni era- 

nın  birinci  əsrlərinə  aid  abidələrini  qeyd  etmək  lazımdır.  Siyasi  idarəetmə 

bacarığı haqqında ən qiymətli mənbə “Arthaşastra” elmi əsəridir.



Qədim Çin və Qədim Koreya

Uzun müddət nisbi təcrid edilmə  şəraitində  inkişaf edən dünya mərkəz- 

lərindən biri  Çin olmuşdur.  B.e.ə.  ikinci minillikdə burada ibtidai-icma qu- 

ruluşunun  dağılması  və  çox  qədim  dövlətlərin  yaranması  baş  vermiş,  bu 

prosesdə, ehtimal ki, hər birinin öz dövlətçiliyini formalaşdırdığı İn və Çjou 

etnik  birllikləri  yaranmışdır.  Dövlətin  başında  ali  hökmdar  -  van  dururdu. 

Bu dövrdə İn və Çjou etnik birliklərinin qarşılıqlı əlaqəsi nəticəsində Xuan- 

xe  çayının orta axarında Qədim  Çin etnosu yarandı.  B.e.ə.  II  minilliyin  so- 

nunda Çjou istilası İn dövlətini  süquta uğratdı.  Kitab şəklində bu günümüzə 

qədər gəlib  çıxan tarixi  əsərlər Çin dövlətçiliyi  inkişafının b.e.ə.  I minillik- 

də də davam etdiyini, nəticədə ilk mərkəzləşdirilmiş dövlət -  Sin imperiyası 

(b.e.ə.  221-207  illər),  sonralar isə  -  Xan  imperiyası  (  b.e.ə.  III-I  əsrlər) ya- 

randığını təsdiqləyir.

Çin  dövlətçiliyi  və  dövlət  idarəçiliyinin  tarixini  izləməyə  və  anlamağa 

“Çunsyu” qədim Çin salnaməsi,  Sıma Tsyanın (b.e.ə.  145-90-cı illər) “Şan- 

şu”  (“Şuszin”),  “Şiszin”,  “Tarixi  qeydlər” kitabları,  epiqrafik mənbələr,  ilk 

növbədə, b.e.ə.  XIV-XI  əsrlərdə fal üçün işlədilən yazılar kömək edir.  Bəzi 

müasir alimlər hesab edirlər ki,  ənənəvi  Çin tarix  elmi üçün  Çində miflərin 

tarixi  faktlarla  eyniləşdirilməsi  ilə  şərtlənən  dövlətçilik  mənbələrinin  qa- 

nunsuz  olaraq  qədimləşdirilməsi  xarakterik  idi.  “Qədim  dövrün  kamil 

hökmdarları” haqqında əfsanəyə görə, Çində seçkili vəzifələrin əvəzinə təd- 

ricən  ali  irsi hakimiyyət gəldi.  İlk  Qədim  Çin  sülaləsi  Syanın banisi böyük 

Yuyanın oğlu,  -  Çini daşqından xilas etməsi  sayəsində hökmdar olan  Si he-

149



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə