Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə70/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   66   67   68   69   70   71   72   73   ...   327

mahiyyətinin isə  -  dini təlim deyil, hind cəmiyyətinin sosial konservatizmi- 

nə yardım edən mərasim qaydalarına və sosial normalara riayət etmək idi.

Suvarma əkinçiliyi və dəmir əmək alətlərinin yayılması ilə bağlı istehsal 

vasitələrində  inkişaf b.e.ə.  VI-III  əsrləri  əhatə  edən  buddizm  dövründə  şə- 

hərlərin intensiv tikilməsinə,  Şimali Hindistanın iqtisadi və siyasi inkişafına 

yardım edirdi.  Əgər vedi  dövründə  idarəetmə “çoxqütblü” xarakter daşıyır- 

dısa və tayfa sülalələrinin əlində idisə, hakimlər isə tayfa ərazilərinin siyasi 

mərkəzlərini  təşkil  edən  qalalarda  başçılıq  edirdilərsə  də,  budda  dövründə 

həm  strateji, həm də yerli xarakterli  şəhərlərin tikintisi  adi hal  almışdı.  Bu- 

na əmək bölgüsündəki tərəqqi,  əmtəə-pul münasibətlərinin inkişafı və  sosi- 

al təbəqələşmə  imkan verirdi.  Dövlət idarəçiliyi prosesində, başçılarının şə- 

hər  özünüidarəsi  tərkibinə  daxil  olduqları  tacir  birlikləri  və  sənətkarların 

birləşdikləri  sex təşkilatları  mühüm  rol  oynayırdılar.  Peşə  vərdişləri  varis- 

liklə  ötürüldüyünə,  nigahlar  isə  sosial  dairə  hüdudunda bağlandığına  görə, 

belə birliklərin üzvləri patriarxal xarakterə malik çox böyük “ailələr” və ya 

klanlar əmələ gətirirdilər.

Ailənin idarə edilməsi ənənəsi də öz xüsusiyyətlərinə malik idi. Ailə rifahı- 

nın  əsası  dini  qurbanlar,  ailəni  birləşdirən  ideoloji  amil  isə  -  ata-baba  ibadəti 

hesab edilirdi. Ailələrin həyat fəaliyyətinin ən vacib məsələləri daha nüfuzlu si- 

maların başçılıq etdikləri  qohumların yığıncaqlarında həll olunurdu.  İcmaların 

qarşılıqlı yardım ənənələrinin möhkəmliyi ilə fərqlənən “böyük ailə” və ya qə- 

bilə  çərçivəsində  daha mötəbər ailələr digərlərinə  hımayədarlıq edirdilər,  əvə- 

zində isə onların xidmətlərindən geniş istifadə edirdilər.

Qədim hind cəmiyyətində baş verən sosial dəyişmələr dövlətin təşkili və 

idarəçiliyində  dəyişikliklər  prosesinə  səbəb  olurdu.  Əvvəllər  tayfaların  ki- 

çik hökmdarlarına istinad edən dövlətçiliyin inkişafı nəticəsində b.e.ə.  I mi- 

nilliyin  ortalarında  Şimali  Hind  dövləti  hakimlərinin  dayağı  xidmətdə  ol- 

muş  zadəganlar  və  formalaşan  inzibati  aparat oldu.  İrsi  aristokratiya tədri- 

cən  mərkəzdə  hakimlik  edən  sülalənin  “adamları”,  o  cümlədən,  “xalqın” 

nümayəndələri  -  vayşlar kastası tərəfindən  sıxışdırılırdı.  Formalaşan dövlət 

idarəçiliyi  sisteminin xüsusiyyətlərindən biri  o idi ki,  dövlətdə  insanın zən- 

ginliyi  və  onun  nüfuz  dərəcəsi  yüksək  varnalardan  əmələ  gəlməsindən  az 

əhəmiyyət  daşımırdı.  Lakin  bütövlükdə  cəmiyyətin  sosial  sürət  qabiliyyəti 

iyerarxiya kasta sisteminin saxlanılması ilə məhdudlaşdırılırdı.  Silki ideolo- 

giya nöqteyi-nəzərindən əsaslandırılmadan cəmiyyətdə  insanın sosial  statu- 

sunun dəyişilməsi mümkün deyildi.

Şimali  Hind  dövlətlərinin  əksəriyyətində  padşah  sülalələri  hakimlik 

edirdi, baxmayaraq ki, başlıca olaraq,  periferiyalarda -  şimal-qərbdə  -  Pən- 

cəbdə  və  uzaq  şimal-şərqdə  -  Himalay  dağlarına yaxın  rayonda  oliqarxiya 

dövlətləri  də  mövcud  idi.  Hindistanın  oliqarxiya  dövlətləri  də  öz  xüsusiy-



Fuad Məmmədov

146



İdarəetmə mədəniyyəti

yətlərinə malik idilər.  Burada hakimiyyət əyanların məhdud dairəsinə məx- 

sus  idi  ki,  onun  içərisindən  dövlət  başçısını  seçirdilər.  Dövlət  ayrı-ayrı 

knyazlıqlar  federasiyasından  ibarət idi ki,  onların  hər  biri  mərkəzi  idarəet- 

mə  orqanında “racə”  padşah titulu daşıyan  sima ilə  təmsil  olunurdu.  Racə- 

lər  “Şurası” bürokratik  idarəetmə  aparatının yerinə  yetirməli  olduğu  siyasi 

qərarlar qəbul edirdi.  Dövlətçilik forması həmin regionun sosial münasibət- 

lərinin  səviyyəsi  və  xarakterindən  asılı  idi.  Hökmdarların  hakimiyyətinin 

dayağı,  dövlət  idarəçiliyi  aparatı  kimi,  kənd  əhalisindən  toplanan  vergilər 

hesabına saxlanılan peşəkar ordudan ibarət idi.

B.e.ə.  VI  əsrin  sonunda  Qəndhar  və  Hindu  Əhəmənilər  imperiyasının 

satraplıqlarına çevrildi.  B.e.ə.  I minilliyin ikinci yarısında Hindistanın döv- 

lətçilik mədəniyyətinin inkişafına ellinizm monarxiyaları ilə Mərkəzi Asiya, 

Parfiya,  Roma  və  Çin  xanlığı  tayfalarının  əlaqələrinin  genişlənməsi  əhə- 

miyyətli  təsir  göstərdi.  Digər xüsusiyyət,  siyasi  xəritənin  ifrat rəngarəngli- 

yinə  və  siyasi tarixin dəyişkənliyinə,  iri  Hind  dövlətləri  arasında  siyasi he- 

gemonluq uğrunda gedən fasiləsiz mübarizəyə baxmayaraq yaranan Hindis- 

tanın mədəni ənənələrinin  sabitliyidir.  Yadelli istilalar və mədəni mübadilə 

Hindistanda  yaranmış  mədəni  ənənələri  pozmurdu,  amma  onun  möhkəm- 

lənməsinə  və  zənginləşməsinə  kömək  edirdi.  Çin  sivilizasiyası  kimi,  Hind 

sivilizasiyası  da  qədimdə  yaranmış  mədəniyyətinin  bütövlüyünə  görə  orta 

əsrlər ərzində və Yeni dövrdə qüvvədə qalmışdır.

Hindistanın  şərq  regionlarında  siyasi  hegemonluq  uğrunda  dörd  ən  iri 

mərkəz  -   Mahadha,  Koşala,  Vatsa  və  Avanti  arasında  mübarizə  davam 

edirdi.  B.e.ə.  III əsr üçün Mahadhada Nandlar sülaləsi tərəfindən ilk ümum- 

hind  dövləti yaradıldı.  Tezliklə  onu  Pəncabdan  Benqala  qədər  Şimali  Hin- 

distanı,  habelə  Dekanı  özünə  tabe  edən  Maurilər  sülaləsi  (b.e.ə.  317-180) 

əvəz  etdi.  Mauri  dövləti  ən  yüksək  tərəqqiyə  b.e.ə.  III  əsrin  ortalarında 

Aşok padşahın dövründə yetişdi.  Ona daxil olan ölkələr bir neçə  geniş  əya- 

lətlər yaratdılar.  Mauri  dövlətçiliyi  zəif,  desentralizasiya olunmuş  idi.  Döv- 

lətin  ayrı-ayrı  vilayətlərinin  idarəçiliyi  yerli  sülalələr  və  ya  oliqarxiya bir- 

likləri  tərəfindən həyata keçirilirdi.  Dövlət hakimiyyəti  nümayəndələri  çox 

vaxt  tayfa  başçılarını  dövlət  qulluğüna  dəvət  etməyə  məcbur  olurdular. 

Hökmdarın  hakimiyyəti,  qohumlardan  və  dövlət  idarəçiliyi  aparatında  ən 

yüksək  vəzifələri  tutan  daha məşhur nəslin  nümayəndələrindən  ibarət olan 

şahın şurası ilə məhdudlaşırdı. Artıq b.e.ə. II əsrdə Mauri dövləti dağıldı.

Güman edilir ki, iri hind dövlətlərinin padşahları  (Nandlar və Mauri süla- 

lələri)  bürokratik  aparatın formalaşdınlması prosesində maliyyə  idarəçiliyini 

öz əlində cəmləşdirmək məqsədilə idarəetməyə özlərinin daha az tanınan irəli 

çəkilmiş adamlarını cəlb edərək,  qədim aristokratların (kşatrilərin) imtiyazla- 

rını  məhdudlaşdırırdılar.  Onların  siyasətində  və  idarəetmə  sistemində  dini

147



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə